Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-205/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə QƏRAR Açar sözlər: dəymiş zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi X1 məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2024-cü il 15 noyabr tarixli, 2-2(105) -85/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İ. İŞİN HALLARİ
1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış Agentliyin vəsaitindən istifadəyə dair 2020-ci il 10 iyul tarixli, 01 nömrəli müqavilənin: - 2.1-ci bəndinə əsasən bu müqavilənin predmetini Qaydaya və bu müqaviləyə uyğun olaraq Agentlik tərəfindən müvəkkil kredit təşkilatı üçün müəyyən edilmiş kredit xəttləri çərçivəsində vəsaitin ayrılması, müvəkkil kredit təşkilatı tərəfindən isə öz adından və öz riski hesabına borcalanlara kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, həmin kreditlərin məqsədyönlü, səmərəli istifadəsi və vaxtında qaytarılmasının təmin edilməsi üzrə münasibətlər təşkil edir; - 3.3-cü bəndinə əsasən borcalanlar kreditin ayrılması və güzəştlərin verilməsi üçün birbaşa olaraq Müvəkkil kredit təşkilatına müraciət edirlər; - 3.5-ci bəndinə görə müvəkkil kredit təşkilatı müsbət qiymətləndirdiyi müraciətə dair tələb olunan məlumatları və sənədləri Agentliyə təqdim edir. Agentlik 15 (on beş) iş günü müddətində müraciətin tam və hərtərəfli ekspertizasını həyata keçirir, ekspertiza üçün zərurət olduqda əlavə məlumat və sənədlər tələb edir. Agentlik ekspertizanın nəticəsinə əsasən müraciətin təmin olunmasına və ya imtina edilməsinə dair qərarı barədə Müvəkkil kredit təşkilatına rəsmi məlumat verir; - 3.7-ci bəndinə əsasən agentlik sifarişi aldıqdan sonra 3 (üç) bank günü müddətində vəsaitin Müvəkkil kredit təşkilatının hesabına köç ürülməsini təmin edir. Müvəkkil kredittəşkilatı aldığı vəsaiti 1 (bir) iş günü müddətində Borcalanın hesabına köçürür və bu barədə Agentliyə məlumat verir. Vəsait müxbir hesaba daxil olandan 1 (bir) bank günü sonra Müvəkkil kredit təşkilatı Borcalana vəsaitdən istifadə etmək hüquqlarını təsdiq edən bildiriş təqdim edir. Həmin tarixdən etibarən Borcalan layihə çərçivəsində kredit vəsaitindən istifadə edir; - 3.14-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı mütəmadi olaraq Borcalanların monitorinqini aparır və Agentliyə bu barədə hər növbəti rübün ilk 10 (on) günü ərzində rüblük hesabat təqdim edir. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət etmək məqsədilə Agentlik Müvəkkil kredit təşkilatı ilə birlikdə kredit almış Borcalanlar üzrə məqsədyönlü monitorinqlər aparır. Monitorinq zamanı kredit müqaviləsinin şərtlərinin pozulması halları aşkar edildikdə, Müvəkkil kredit təşkilatı həmin Borcalanlardan kredit və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb edir. Belə borcalanlara gələcəkdə Agentliyin vəsaiti hesabına kreditlərin verilməsi qadağan edilir; - 4.2.3-cü bəndinə əsasən müvəkkil kredit təşkilatı borcalanların mütəmadi olaraq monitorinqini aparır və Agentliyə bu barədə müvafiq rüblük hesabat təqdim edir; - 4.3.3-cü bəndinə əsasən Agentlik müvəkkil kredit təşkilatı tərəfindən vəsaitlərin geri ödənilməsi ilə bağlı öhdəliklər yerinə yetirilmədikdə müvafiq vəsaitin hesablanmış faizlərlə və cərimə məbləği ilə birlikdə Müvəkkil kredit təşkilatının müxbir və ya digər bank(lar)ındakı hesab(lar)ından silinməsi haqqında AR МВ-yə və ya digər bank(lar)a ödəniş tələbnamə tapşırı ğı verir; - 5.1-ci bəndinə görə bu müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə (ziyana) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri (ziyanı) tam həcmdə ödəməlidir; - 5.2-ci bəndinə əsasən Müvəkkil kredit təşkilatının Agentlik qarşısında öhdəlikləri onların Borcalanlarla münasibətlərindən asılı deyildir. Borcalanların kreditləri qaytarmasından asılı olmayaraq, Müvəkkil kredit təşkilatı Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidir. Müvəkkil kredit təşkilatı Agentlik qarşısında öhdəliklərinin gecikdirildiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində, lakin kreditin 10 faizindən çox o lmamaqla cərimə ödəyir. Müvəkkil kredit təşkilatı 1 (bir) ay müddətində öhdəliklərini icra etmədikdə, Agentlik öz vəsaitinin qaytarılması üçün qanunverciliklə və bu Müqavilə ilə müəyyən edilmiş tədbirlər görə bilər; - 5.5-ci bəndinə əsasən Agentlik müvəkkil kredit təşkilatının Qayda və bu müqavilə üzrə müəyyən edilmiş şərtləri pozduğunu aşkar etdikdə, Müvəkkil kredit təşkilatını dərhal layihədən kənarlaşdırır. Bu halda Borcalanlar tərəfindən öhdəliklərin yerinə yetirilməsindən asılı olmayaraq, Müvəkkil kredit təşkilatı aldığı kredit üzrə əsas borcu, vəsaitdən istifadəyə görə faiz borclarını və bu Müqavilə üzrə digər xərcləri 1 ay müddətinə Agentliyə ödəyir; - 5.6-cı bəndinə görə Müvəkkil kredit təşkilatı bu Müqavilənin 5.5-ci bəndi üzrə müəyyən edilmiş ödənişləri 1 ay müddətində ödəmədikdə, Agentlik bu Müqavilə və Müvəkkil kredit təşkilatının AR МВ-yə və ya banklara ünvanlanmış məktubu əsasında AR MB-yə/bank(lar)a müraciət edərək, müvafiq vəsaiti Müvəkkil kredit təşkilatının AR МВ-dəki hesabından və ya onların bankda olan hesablarından sildirmək hüququna malikdir.
2. Satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alıcı Cavabdeh arasında bağlanmış 2019-cu il 28 oktyabr tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz hissəsi olan Təchizat əlavəsində (Qiymətləin razılaşdırılma protokolunda) göstərilən xırda buynuzlu damazlıq cinsli qoyunları satmağı, alıcı isə həmin malları qəbul edib və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.3 və 4.4-cü bəndlərinə görə bu müqavilənin ayrılmaz hissəsi olan Təchizat əlavəsində (Qiymətlərin razılaşdırıl ma protokolunda) göstərilən malların dəyərinin 60 % hissəsi dövlət qurumu olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ödənilməlidir. Qalan hissə isə alıcı şəxs tərəfindən ödəniləcəkdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 158.058,06 manat dəymiş ziyan, hüquqi yardımla bağlı ödənilmiş 300 manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 158.758,06 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətna mə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2020-ci il 17 mart tarixində iddiaçının vasitəsilə güzəştli maliyyələşmə ilə 906 baş “Edelbay” cinsli damazlıq qoyun əldə etmişdir. Damazlıq heyvanların alınması üçün cavabdehə 241.485 manat miqdarında güzəşt məbləği ayrılmışdır. 2021-ci il 15 mart tarixində iddiaçının nümayəndələri tərəfindən keçirilmiş monitorinq nəticəsində cavabdehin təsərrüfatında 313 baş xırdabuynuzlu heyvanın olması müəyyən edilmiş və 593 baş heyvan isə aşkar edilməmişdir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq 593 baş heyvanın ölüm və ya məcburi kəsim sənədləri iddiaçıya təqdim edilməmişdir. Cavabdeh damazlıq heyvanların qorunub saxlanılması ilə əlaqədar götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə iddiaçıya güzəşt məblə ği miqdarında, yəni 158.058,06 manat ziyan vurmuşdur. Cavabdehə öhdəliyinin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün iddiaçı tərəfindən Mediasiya Şurasına müraciət edilmiş və nəticədə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə mediatorun MŞB/l3-00270 nömrəli, 2022-ci il 23 dekabr tarixli arayışı təqdim edilmişdir. Eyni zamanda, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
5. Cavabdeh etiraz təqdim edərək bildirmişdir ki, hazırkı iddia tələbi i ddiaçı tərəflə cavabdehin arasında öhdəliklərin icra edilməsi ilə bağlı olsa da, öhdəliyin əsasında duran müqavilə (iddiaçı və cavabdeh arasında) məhkəməyə təqdim edilməmişdir. Halbuki, mülki qanunvericiliyə görə, elə iddiaçının özünün qeyd etdiyi öhdəliklərin icrası ilə bağlı tələblərində tərəflər arasında öhdəliyin icrası üçün mütləq tərəflər arasında yazılı müqavilə olmalıdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciətində qeyd etmişdir ki, cavabdeh tərəf məsələ ilə bağlı nə sığorta şirkətinə, nə də Kürdəmir rayon Baytarlıq idarəsinə məlumat verilməmişdir. Lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, iddiaçının elə özünün məhkəməyə cavabdehin ərizəsi kimi təqdim etdiyi 2021-ci il 19 aprel tarixli izahatda həmin müəssisələrə müraciət edildiyi qeyd edilmişdir. Bundan başqa, i ddiaçı tərəf sığorta müqaviləsi kimi təqdim etdiyi 2018-ci il 10 dekabr tarixli sığorta şəhadətnaməsinə əsasən, sığorta məbləği 425820 manat olan (hər bir heyvan üzrə 50 manat olmaqla) "xxxx" ASC-də sığortalanma (şəhadətnamə 1-LİV-0011/19 saylı) imkan verir ki, 44711 manat sığorta haqqı məbləğini sığortalı cavabdeh əldə etsin (heyvanların məcburən kəsilməsi də daxil olmaqla tələf olmasına görə sığortalıya dəyən həqiqi zərərlərə görə). İddiaçı aşağıda göstərilənlərə əsasən 158058,06 manat dəymiş ziyan məbləğini tələb edə bilməz və iddia mümkün sayıla bilməz. Belə ki, tərəflər arasında müqavilə yoxdur; iddiaçı naməlum 2021-ci il 19 aprel tarixli izahata istinad edir, halbuki həmin izahata ehtiyac belə yox idi, çünki damazlıqlardan kütləvi məhv olma olsaydı, sığortalı olaraq cavabdehin sığort a məbləği ala bilmək hüququ vardır; hətta həmin izahatı cavabdehin izahatı kimi qəbul edilsə, izahatda 350 heyvan istisna olmaqla, qalan heyvanların məhv olması barədə hər hansı bir cümlə yoxdur; cavabdeh məhkəməyə qalan heyvanların satışına dair sənəd təqdim etmişdir; 2019-cu il 3 noyabr tarixli 170 saylı Kürdəmir rayon Baytarlıq idarəsinin məktubuna əsasən, 981 baş “Edelbay” cinsli damazlıq qoyun karantinə götürülmüşdür. Lakin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə alq-satqı müqaviləsində və mübahisə üzrə iddiaçının müraciətlərində 906 baş heyvan barədə bəhs edilir; 2019-cu il 20 noyabr tarixdə cavabdeh iltizam verir, eyni gündə 241485 manat vəsaitin iddiaçının vəsaiti hesabına güzəşt edilməsi barədə ərizə vermiş, 2020-ci il 17 mart tarixdə "xxxx" ASC-nin sədri iddiaçıya 241.485 manat iddiaçının vəsaiti hesabına pulun bank hesabına köçürülməsi barədə müracət edir, 2020-ci il 19 mart tarixdə 191.130 manat, eyni gündə 144.960 manat pul "xxxx" ASC-yə iddiaçı tərəfindən köçürülür, 2019-cu il 28 oktyabr tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında 05 saylı müqavilə bağlanır, 2019-cu il 3 noyabr tarixində artıq 906 deyil 981 ədəd qoyunun peyvəndlərə cəlb edilməsi Kürdəmir rayon Baytarlıq İdarəsi tərəfindən təsdiq olunmuş, sığorta isə 2018-ci il 1 noyabr tarixdə edilmişdir; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elekron qaiməsi, ona pulun ödənilməsi, 906 baş heyvanın (və ya 981 baş) tam təhviltəslimi barədə hər hansı sənəd mövcud deyildir.
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçının həmin dövrdəki sədri Mirzə Əliyevə ünvanlanmış 2019-cu il 20 noyabr tarixli ərizədə cavabdeh 906 baş damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin iddiaçının vəsaiti hesabına güzəşt edilməsinə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialında açılmış bank hesabına köçürülməsinə razılıq verilməsini xahiş etmişdir. Pul vəsaiti məhz cavabdehin müraciəti əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialında açılmış bank hesabına köçürülmüşdür. Faktiki olaraq güzəşt məbləğindən yararlanan şəxs cavabdehdir. “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 2019-cu il 20 noyabr tarixli iltizamda cavabdehə iddiaçı və müvəkkil kredit təşkilatına vurulmuş zərərin ödənilməsi haqqında öhdəlik daşıması ilə bağlı xəbərdarlıq edilmişdir. Ca vabdeh aldığı heyvanların dəyərinin 60 faizini iddiaçının vəsaiti hesabına ödəmişdir. Qalan 40 faiz məbləği isə cavabdeh özü birdəfəlik ödəmiş və buna görə onunla "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmamışdır. 2021-ci il 15 mart tarixli akta əsasən, cavabdeh ona ayrılmış güzəşt məbləğindən təyinatı üzrə istifadə etməmişdir. Bunun nəticəsində iddia ərizəsində qeyd olunan məbləğ həcmində iddiaçıya ziyan vurulmuşdur. Bundan başqa, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nda güzəştli lizinq, güzəştli kredit və güzəştli maliyyələşmə nəzərdə tutulub. Hazırkı mübahisə güzəştli maliyyələşmə ilə bağlıdır. Güzəştli kreditlər və güzəştli lizinq şərtləri ilə bağlı hissədə kredit təşkilatı məsuliyyət daşıy ır. Güzəştli maliyyələşmədə kredit təşkilatı qazanc əldə etmir. Burada yalnız kredit təşkilatı vasitəçi rolunu oynayır.
7. Sumqayıt Kommersiya Məhkəməsinin 2024-cü il 8 may tarixli e-2-2(119)-16/2024 saylı qətnaməsi ilə iddia rədd edilmişdir (hakim – H.Alıyeva).
8. Məhkəmə qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Xubanlı Orxan və Cavabdeh tərəfindən imzalanmış “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 2019-cu il 20 noyabr tarixli iltizama əsasən, Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına ona verilən 906 baş damazlıq heyvanların saxlanma şəraitinə və qidalanma normalarına uyğun qulluq edəcəyinə, damazlıq hey vanların verilməsinə dair onunla bağlanmış müqavilədə nəzərdə tutulan öhdəliklərini mütəmadi olaraq icra edəcəyinə, habelə, damazlıq heyvanı 3 il ərzində üçüncü şəxslərin mülkiyyətinə və ya hər hansı formada istifadəsinə verməyəcəyinə, baytarın rəyi alınmadan kəsməyəcəyini bildirmişdir. Həmin tələbləri pozduğu təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə onunla bağlanmış müqavilələrə uyğun olaraq məsuliyyətə cəlb ediləcəyi, Azərbaycan Respublikasının dövlət büdcəsindən Agentliyə ayrılmış vəsait hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ona ödənilmiş güzəşt məbləğini qaytaracağı, habelə Agentliyə, müvəkkil kredit təşkilatına və ya üçüncü şəxslərə vurulmuş zərəri ödəyəcəyi haqda Cavabdeh xəbərdarlıq edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı N azirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış 2019-cu il 20 noyabr tarixli ərizəyə əsasən, cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrülatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq, gömrük dəyəri 402.475 manat olan 906 baş damazlıq heyvanın dəyərinin minimum 40 faizinin onun tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin (241.485 manat) Agentliyin vəsaiti hesabına güzəşt edilməsinə və onun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialında açılmış bank hesabına köçürülməsinə razılıq veriləsini xahiş etmişdir. 10. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2019-cu il 29 noyab r tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış müraciətə görə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na müvafiq olaraq qiymətləndirmə dəyəri 425.820 manat olan 906 baş damazlıq heyvanın qiymətləndirmə dəyərinin minimum 40 faizinin sahibkar Cavabdeh tərəfindən ödənilməklə, adı çəkilən damazlıq heyvanların gömrük dəyərinin 60 faizinin (241.485 manat) Agentliyin vəsaiti hesabına güzəşt edilməsi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Azadlıq” filialında açılmış bank hesabına köçürülməsinin xahiş olunduğu bildirilmiş, Cavabdeh tərəfindən banka təqdim olunan layihənin maliyyələşdirilməsi üçün 241.485 manat vəsaitin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi xahiş edilmişdir.
11. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Kredit və büdcə komissiyasının 2020-ci il 17 mart tarixli 44 nömrəli Protokolundan çıxarışa əsasən, müvəkkil kredit təşkilatı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən daxil olan kredit vəsaitinin və güzəşt məbləğinin verilməsi barədə sifarişmüraciətlərə baxılmış və Cavabdeh 241.485 manat məbləğində və X2 94.605 manat məbləğində damazlıq heyvandarlıq üçün subsidiya ayrılmasına qərar verilmişdir. 12. 2020-ci il 19 mart tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişa f Agentliyi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 144960 manat pul vəsaiti köçürülmüşdür. 13. 2020-ci il 19 mart tarixli ********** nömrəli ödəniş tapşırığına əsasən, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına 191130 manat pul vəsaiti köçürülmüşdür. 14. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair” 2021-ci il 15 mart tarixli akta əsasən, Agentliyin əməkdaşları və Cavabdeh iştirakı ilə “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitlərinin istifadə Qaydası”na uyğun olaraq cavabdehə verilmiş 241.485 manat subsidiya vəsaitinin isti fadə vəziyyətinə dair monitorinq keçirilmiş, təsərrüfatda 593 baş heyvanın olmadığı, həmin heyvanların ölüm və ya məcburi kəsimlə bağlı sənədlərinin olmadığı, təsərrüfatda mövcud olan 313 baş heyvanın əksəriyyətinin birka nömrələrinin düşdüyü aşkar olunmuşdur.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2023cü il 21 sentyabr tarixli 4/1204 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında 2019-cu il 20 noyabr tarixli iltizamda “Cavabdeh” yazısı önündəki imza, iddiaçının vəsaitinin istifadəsinə dair 2021-ci il 15 mart tarixli aktın 2-ci səhifəsində “Cavabdeh” yazıları və həmin yazıların qarşısındakı imza, cavabdeh tərəfindən iddiaçının sədr inə ünvanlanmış 2019-cu il 20 noyabr tarixli ərizədə “İmza” qrafasındakı imza, 2021-ci il 19 aprel tarixli izahatın mətni və “Cavabdeh” yazıları qarşısındakı imza - cavabdeh tərəfindən icra olunmuşdur.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 2024cü il 18 mart tarixli 4/1912 nömrəli ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş, kommersiya işinin 138-ci vərəqində olan “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında” 2019-cu il 20 noyabr tarixli iltizamda “Cavabdeh” yazısı qarşısındakı imza, 139-140-cı vərəqlərində olan “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair” 2021-ci il 15 mart tarixli aktın 2-ci səhifə sində “Məmmədov” yazısı və qarşısındakı imza, 141-ci vərəqində olan cavabdehin adından iddiaçının sədrinə ünvanlanmış 2019- cu il 20 noyabr tarixli ərizədə “İmza:” qrafasındakı imza, 142-ci vərəqində olan 2021-ci il 19 aprel tarixli izahatın sonundakı “Məmmədov” əlyazması və qarşısındakı imza ilə kommersiya işinin 99-cu vərəqində cavabdehin adına olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində əks olunmuş imza, 16-cı vərəqində olan AR-İİ seriyalı 997380 nömrəli 2023-cü il 4 aprel tarixli etibarnamədəki “Məmmədov” əlyazması və qarşısındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, kommersiya işinin 138-ci vərəqində olan “Damazlıq heyvanların güzəştli şərtlərlə satışı və lizinqinin maliyyələşdirilməsi ilə əlaqədar öhdəlik haqqında" 2019 -cu il 20 noyabr tarixli iltizamda “Cavabdeh” yazısı qarşısındakı imza, 139140-cı vərəqlərində olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadəsinə dair” 2021-ci il 15 mart tarixli aktın 2-ci səhifəsində “Cavabdeh” əlyazması və qarşısındakı imza, 141-ci vərəqində olan cavabdehin adından iddiaçının sədrinə ünvanlanmış 2019-cu il 20 noyabr tarixli ərizədə “İmza:” qrafasındakı imza, 142-ci vərəqində olan 2021-ci il 19 aprel tarixli izahatdakı əlyazmalar və “Məmmədov” əlyazması qarşısındakı imza ilə kommersiya işinin 108-118-ci vərəqlərində və əlavə olaraq 15 vərəqdə olan eksperimental xətt və imzaları - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
17. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respubl ikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə bağlanmış və bu müqavilə üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Agentlik tərəfindən ayrılmış vəsaitdən hazırkı iş üzrə Cavabdeh 241485 manat məbləğində damazlıq heyvandarlıq üçün subsidiya verilmişdir. Yəni, subsidiya üçün nəzərdə tutulan pul vəsaiti Cavabdeh bilavasitə Agentlik tərəfindən deyil, “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmişdir. Öz növbəsində, həmin vəsaiti isə müvəkkil kredit təşkilatı "xxxx" ASC yuxarıda qeyd olunan 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında almışdır. Təsvir olunan iş materiallarından və Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”ndan görünür ki, “Agentliyin vəsaitindən istifadəyə dair” 10 iyul 2020-ci il tarixli 01 nömrəli müqavilə əsasında “müvəkkil kredit təşkilatı” olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilmiş Agentliyin vəsaiti üzrə sonuncu qarşısında hazırkı iş üzrə cavabdeh qismində cəlb edilmiş Cavabdeh de yil, bilavasitə qeyd olunan müqavilənin tərəfi olan “müvəkkil kredit təşkilatı "xxxx" ASC öhdəlik daşıyır. Bu halda isə, yəni 241485 manat məbləğində subsidiyanın alınması üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə Cavabdeh arasında hər hansı bir müqavilə münasibətləri olmadığından, eyni zamanda həmin məbləğin Agentliyə qaytarılması üzrə bütün öhdəlikləri “müvəkkil kredit təşkilatı” olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti daşıdığından, bu işlə bağlı verilmiş hazırkı iddia ərizəsi üzrə tələb olunan pul vəsaitinin iddiaçıya Cavabdeh ödəməli olmasının əsaslılığı müəyyən edilmir.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasın ın Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 7.1, 7.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki icraat
20. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 noyabr tarixli 2-2(105)-85/2024 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia təmin edilərək 158058,06 manat dəymiş ziyan, hüquqi yardımla bağlı ödənilmiş 300 manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat mediasiya xərci olmaqla, cəmi 158558,06 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (sədrlik edən hakim – İ.Dəmirov, hakimlər – F.Məmmədov, L.Rəhimli).
21. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin olunmamasının hüquqi əsası kimi iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış “Agentliyin vəsaitindən istifadəyə” dair 2020-ci il 10 iyul tarixli, 01 nömrəli müqaviləyə istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırki mübahisə üzrə iddiaçı ilə "xxxx" ASC arasında iddiaçının 241485 manat vəsaitindən istifadə olunmasına dair hər hansı kredit müqaviləsi olmamışdır. Buna görə birinci instansiya mə hkəməsi iddianın təmin olunmamasına dair tamamilə səhv istiqamətdə araşdırma aparmışdır.
22. Məhkəmə kollegiyası bildirmişdir ki, 2019-cu il 28 oktyabr tarixdə “Satıcı” "xxxx" MMC ilə cavabdeh arasında bir vahidinin qiyməti 470 manat, ümumi məbləğ 425820 manat olan 906 ədəd xırdabuynuzlu damazlıq cinsli qoyunların satılmasına dair alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin şərtlərinə əsasən göstərilən malların dəyərinin 60% hissəsi Dövlət qurumu olan iddiaçı tərəfindən, qalan hissə isə alıcı tərəfindən ödəniləcəkdir. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi hesabdan çıxarışı məhkəmə kollegiyasına təqdim edərək bildirmişdir ki, alqısatqı müqaviləsi üzrə tərəflərin "xxxx" ASC-də yalnız cari hesabları olmuş və həmin hesablar üzrə alqı-satqı müqaviləsində nəzərdə tutulan məbləğlər ödənilmişdir. Belə ki, həmin hesabdan çıxarışa əsasən 2020-ci il 9 yanvar tarixində cavabdeh tərəfindən alıcının hesabına 184335 manat, malların qalan 60%-i, yəni 241485 manat isə iddiaçı tərəfindən 2020-ci il 29 mart tarixində satıcının cari hesabına köçürülmüşdür.
23. Birinci instansiya məhkəməsi "xxxx" ASC-nin “müvəkkil kredit təşkilatı” olmaqla cavabdehə subsidiyanın verilməsi və bunun nəticəsində iddiaçının iddiasının mümkünsüzlüyü ilə əsaslandırsa da, bununla əlaqədar "xxxx" ASC ilə cavabdeh arasında hər hansı müqavilə münasibətlərinin olub-olmaması halını araşdırmadan iddianı təmin etməmişdir.
24. Qeyd edilənlərlə bağlı işə apellyasiya qaydasında baxılarkən məhkəmənin təşəbbü sü ilə "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və bankla cavabdeh arasında bağlanmış müqavilənin məhkəməyə təqdim edilməsi bildirilsə də, məhkəmə kollegiyasının iclasında iştirak edən bankın nümayəndəsi izahatında bildirmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında subsidiyanın verilməsinə dair hər hansı bir müqavilə bağlanmamış, hazırki mübahisə ilə bağlı yalnız müqavilə bağlayan tərəflər "xxxx" MMC və cavabdehin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması ilə əlaqədar hesablarının açıldığı bank olmaqla, subsidiyanın ayrılmasına dair müqavilə münasibətlərinin iştirakçısı olmamışdır. Bundan başqa, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi də bankla cavabdeh arasında hər hansı müqavilə münasibətlərinin olmamasını təsdiq etmişdir.
25. Qeyd edilənlərə əsasən kollegiya hesab etmişdir ki, "xxxx" ASC ilə cavabdeh arasında hər hansı kredit müqaviləsi olmadığından “edelbay” cinsli damazlıq qoyunların əldə edilməsi ilə bağlı 158058,06 manat dəymiş ziyanın cavabdehdən tələb edilməsinə dair iddiaçının hüququ vardır. Eyni zamanda, 1-LİV-0011/19 nömrəli “edelbay” cinsli damazlıq qoyunların sığorta şəhadətnaməsi ilə faydalanan şəxsin "xxxx" ASC olması müəyyən olunsa da, bu "xxxx" ASC ilə cavabdeh arasında hər hansı kredit müqaviləsinin bağlanmasını təsdiq etmir.
26. Məhkəmə cavabdehin adından olan iltizama münasibətdə qeyd etmişdir ki, həmin iltizamın cavabdeh tərəfindən imzalanmaması mübahisələndirilsə də, bununla əlaqədar ekspertiza təyin edilmiş və iş materiallarında olan ekspert rəyləri ilə müvafiq olaraq onun tərəfindən yazıldığı təsdiq edilmişdir. Həmçinin, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitinin istifadəsinə dair” 2021-ci il 15 mart tarixli akt tərtib edilmiş və həmin aktla da müəyyən olunmuşdur ki, iddiaçının əməkdaşları və cavabdehin iştirakı ilə cavabdehə verilmiş 241485 manat subsidiya vəsaitinin istifadə vəziyyətinə dair monitorinq keçirilmiş, təsərrüfatda 593 baş heyvanın olmadığı, həmin heyvanların ölüm və ya məcburi kəsimlə bağlı sənədlərinin olmadığı, təsərrüfatda mövcud olan 313 baş heyvanın əksəriyyətinin birka nömrələrinin düşdüyü aşkar olunmuşdur. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti ndən istifadə qaydası”nın 7.2-ci bəndinə əsasən 593 baş heyvanın aşkar olunmaması ilə bağlı iddiaçı vurulmuş ziyanı düzgün müəyyən etmişdir (X=593 x 241485: 906= 158.058,06 manat).
27. Beləliklə, cavabdehin iddiaçı tərəfindən ona subsidiya vəsaiti kimi verilmiş pul vəsaitindən təyinatı üzrə istifadə olunmasına dair öhdəlik götürdüyü, lakin həmin öhdəliyi tam icra etməməsi öz təsdiqini tapır.
28. Apellyasiya şikayətinə etirazın dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlili kimi tərəflər arasında müqavilə münasibətlərinin olmadığını qeyd etsə də, işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilmişdir ki, cavabdehə müvəkkil bank tərəfindən kredit vəsaiti ayrılmaqla pul vəsaiti verilməmiş, Azərbaycan Respublikası Pre zidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanına əsasən iddiaçı tərəfindən subsidiyaların ayrılması hesabına 241485 manat pul vəsaiti cavabdehə verilmişdir.
29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 351.3, 385.1, 386.1, 442, 443.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın 7.2-ci bəndinə, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
30. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri:
31. MM-in 386.1-ci maddəsi üzrə - apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin edərkən heç bir müqavilə münasibətlərinə əsaslanmadan yalnız 20 noyabr 2019-cu il tarixli iltizama əsaslanmışdır. Halbuki iltizam əqd növü deyildir, həmin iltizama əsaslanaraq subyektiv hüququ olmayan şəxs tərəfindən verilmiş iddia tələbinin təmin olunması üçün heç bir qanunvericilik norması yoxdur. Məhkəmə qətnaməsində də belə bir maddi və ya prosessual hüquq normasına əsaslanmamışdır. Tərəflər arasında mübahisə predmetinə dair müqavilə olmadığı halda məhkəmə müqavilə münasibətlərinə əsaslanmışdır.
32. MM-in 324.1, 331.1, 337.1-ci maddələri üzrə - iddiaçı tərəflə cavabdeh arasında hazırki iddia üzrə öhdəliklərini icra et məsi ilə iddia tələbi olsa da öhdəliyin əsasında duran müqavilə məhkəməyə təqdim edilməmişdir. Halbuki, MM-in iddiaçının özünün qeyd etdiyi öhdəliklərin icrası ilə bağlı tələblərində tərəflər arasında mütləq yazılı müqavilə olmalıdır. Bundan başqa, iddiaçı məhkəməyə müraciətlərində qeyd etmişdir ki, cavabdeh tərəf nə sığorta şirkətinə, nə də Kürdəmir Baytarlıq idarəsinə məlumat verməmişdir. Lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Halbuki, iddiaçının özünün məhkəməyə Cavabdeh ərizəsi kimi təqdim etdiyi 19 aprel 2021-ci il tarixli izahatda həmin müssisələrə müraciət edildiyi qeyd edilmişdir. Bundan başqa, iddiaçı tərəf sığorta müqaviləsi kimi təqdim etdiyi xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsindən görünür ki, sığorta məbləği 425 820 manat olan (hər bir heyvan üzrə 50 mana t olmaqla) "xxxx"da sığortalanma (şəhadətnamə 1- LİV-0011/19 saylı) imkan verir ki, 44 711 manat sığorta haqqı məbləği sığortalı Cavabdeh əldə etsin (heyvanların məcburən kəsilməsi də daxil olmaqla tələb olmasına görə sığortalıya dəyən həqiqi zərərlərə görə).
33. MPM-in 88-ci maddəsi üzrə - məhkəmə iş üzrə qətnamə qəbul edərkən iş materialları və faktları tam araşdırmamış, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən qəbul edilmiş qətnamə əsaslı deyildir. Cavabdehin qeyd etdiyi diqqətəlayiq hallar məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə öz qətnaməsini mötəbər, təkzibedilməz halları nəzərə almadan və əsaslandıra bilmədən qəbul etmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
34. İddiaçı kassasiya şikayətinə qarşı etir az verərək bildirmişdir ki, öhdəlik yalnız müqavilə əsasında deyil, həm də zərər vurulması və ya əsassız varlanma nəticəsində yarana bilər. Cavabdeh özü də etiraf edir ki, bu halda müqavilə münasibətləri olmasa belə, öhdəliyin mövcudluğu mümkündür. Məhz cavabdehin hərəkətləri nəticəsində Agentliyin vəsaiti təyinatına uyğun istifadə olunmamış, güzəşt predmeti olan damazlıq heyvanlar üçün nəzərdə tutulmuş dövlət vəsaitindən sui-istifadə halları qeydə alınmışdır. Bu isə Agentliyə maddi ziyan vurulması faktını təsdiqləyir. Cavabdeh güzəştli şərtlərlə əldə etdiyi damazlıq heyvanları üçüncü şəxslərə sataraq, onların istifadəsinə verərək və ya təsərrüfatında saxlamaq öhdəliyini yerinə yetirməyərək Agentliyə zərər vurmuş və bununla da həmin vəsaitin geri qaytarılmasını zəruri etmişdir. Bu halda artıq müqavilə münasibətinin olub-olmaması əhəmiyyət kəsb etmir, çünki əsas hüquqi mübahisə cavabdehin öhdəliklərini icra etməməsi və bunun nəticəsində Agentliyə vurduğu zərərin kompensasiyası ilə bağlıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi, iddianı rədd edərkən, əsasən kredit müqaviləsinin olmamasını nəzərə almış və bu səbəbdən güzəşt məbləğinin ödənilməsi məsələsini düzgün qiymətləndirməmişdir. Lakin apellyasiya məhkəməsi göstərir ki, mübahisə kredit müqaviləsi ilə deyil, güzəşt məbləğinin ödənilməsi ilə bağlıdır və bu vəsaitin ödənilməsi kredit əməliyyatı deyil, dövlət tərəfindən ayrılmış yardımdır. Həmçinin, məhkəmə qərarında yalnız iltizama deyil, tərəflər arasında yaranmış hüquqi münasibətlərin ümumi məzmununa və öhdəliklərin icrası vəziyyətinə də qiymət verildiyi nəzərə alı nmalıdır. İddiaçı tərəfindən təqdim olunan güzəşt vəsaiti qarşılığında cavabdeh müəyyən öhdəliklər götürmüş və bu öhdəliklərin yerinə yetirilməsini təmin etməli idi. Lakin aparılmış monitorinqlə sübut olunmuşdur ki, cavabdeh bu öhdəlikləri pozmuş, ona verilmiş damazlıq heyvanların əhəmiyyətli bir hissəsinin aqibəti barədə hər hansı hüquqi əsaslı sübut təqdim etməmişdir. Bu isə güzəştin ayrılması zamanı qoyulmuş şərtlərin pozulması kimi qiymətləndirilməli və nəticə etibarilə, güzəşt məbləğinin geri qaytarılması zərurəti yaratmalıdır. Əlavə olaraq, cavabdehin kassasiya şikayətində iddia etdiyi 906 baş və ya 981 baş heyvanın peyvənd olunması faktı onların sonrakı dövrdə mövcudluğunu təsdiq etmir. Əsas məsələ ondan ibarətdir ki, Agentlik tərəfindən aparılmış monitorinq zamanı təsərrüfatda yaln ız 313 baş heyvanın mövcudluğu aşkar olunmuş və 593 baş heyvanın yeri barədə heç bir sənəd təqdim edilməmişdir. Bu isə cavabdehin götürdüyü öhdəliklərin pozulması kimi qiymətləndirilməlidir. Sığorta məsələsinə gəldikdə, sığorta müqaviləsinin mövcudluğu cavabdehin məsuliyyətini istisna etmir. Əgər cavabdeh həqiqətən də heyvanların itirilməsi və ya məhv olması hallarının baş verdiyini iddia edirsə, bununla bağlı sığorta ödənişi tələb etmək hüququndan istifadə etməli idi. Lakin bu baş vermədiyi kimi, cavabdeh həmin heyvanlarla bağlı heç bir sığorta tələbi irəli sürməmiş və onların taleyinə dair konkret sənədlər təqdim etməmişdir. İddiaçı ekspert rəyinə istinadən qeyd edir ki, cavabdeh öz iradəsi ilə müəyyən öhdəlikləri qəbul etmiş və həmin öhdəliklərin icrası ilə bağlı məsuliyyət daşıyır. Bel əliklə, ekspert rəyinin mövcudluğu iltizama dair hər hansı imza saxtakarlığının və ya razılıq olmadan tərtib olunmasının mümkünlüyünü inkar edir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
35. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı MPM-in 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
36. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə
324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.” “Maddə
331. Yazılı əqd 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.” “Maddə
337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.” “Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” “Maddə
407. Müqavilənin bağlanması anı 407.1. Müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır.” “Maddə
408. Oferta 408.1. Müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu i fadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır.” “Maddə
409. Aksept 409.1. Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. 409.4. Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.” “Maddə
442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənl əşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə
443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.”
37. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
7. Monitorinq və qiymətləndirmə 7.2. Vəsaitdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Agentlik maliyyələşdirdiyi sahibkarlıq subyektlərində seçmə üsulu ilə müstəqil monitorinqlər apara bilər. Agentliyin apardığı monitorinq zamanı güzəştli kredit vəsaitindən təyinatı üzrə istifadə edilməməsi halları aşkar olunduqda, müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinin onun qarşısında öhdəliklərini icra edibetməməsindən asılı olmayaraq, kreditin təyinatı üzrə istifadə edilməmiş hissəsi və ona hesablanmış faiz borcu Agentliyin hesabına köçürülür. Agentliyin yazılı tələbindən sonra müvəkkil kredit təşkilatı 10 (on) iş günü müddətində vəsaitin köçürülməsini təmin etməzsə, bu Qaydanın 3.5ci bəndinə uyğun olaraq cərimə hesablanır. Tələb edilən vəsaitin köçürülməsi 30 (otuz) iş gününü keçdiyi təqdirdə, Agentlik gecikdirilən məbləğin qaytarılması üçün tədbirlər görür.”
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəz ərdə tutulur: “Maddə
407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.” “Maddə
416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq poz untusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcüd deyildir.
40. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 418.4-cü maddəsində göstərilən prosessual hüquq normalarının kobud şəkildə pozulmasına yol verilməmişdir.
41. Kassasiya şikayətində istinad edilən MM-in 324.1, 331.1, 337.1 və 386.1-ci maddələrinin tələblərinin pozulması barədə dəlillər də əsaslı hesab edilə bilməz.
42. Belə ki, MM-in 324.1-ci maddəsində əqdin anlayışı, 331.1-ci maddəsində yazılı əqdin anlayışı və 337.1-ci maddəsində MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsızlığı ilə bağl ı məsələlər tənzimlənir.
43. Cavabdehin mövqeyi ondan ibarətdir ki, onunla iddiaçı arasında müqavilə bağlanmadığı üçün MM-in 386.1-ci maddəsinə uyğun olaraq tərəflər arasında öhdəlik münasibətləri yaranmamışdır.
44. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mövqeyi əsassızdır.
45. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasında güzəştli kreditlər üçün müqavilənin bağlanması qeyd edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən “edelbay” cinsli damazlıq qoyunların əldə edilməsi ilə bağlı sonuncu ilə "xxxx" ASC arasında hər hansı kre dit müqaviləsi bağlanmamış və həmin bank vasitəsi ilə iddiaçı tərəfindən cavabdehin bağladığı alqı-satqı müqaviləsi üzrə ödənilən 241485 manat pul vəsaiti subsidiya kimi verilmişdir.
47. Yuxarıda istinad olunan Qaydalarda isə subsidiyanın verilməsi ilə bağlı müqavilənin forması müəyyən edilməmişdir. Mülki Məcəllədə də belə münasibətlərlə bağlı müqavilənin formasına dair tələblər nəzərdə tutulmamışdır. Ona görə də, hazırkı mübahisə üzrə MM-in 337.1-ci maddəsinin tətbiq edilməsi və tələflər arasında bağlanmış əqdin etibarsız olması nəticəsinə gəlmək üçün əsaslar mövcud deyil.
48. Tərəflər arasında əqdin bağlanması ilə bağlı isə qeyd edilir ki, MM-in 407.1, 408.1, 409.1, 409.4-cü maddələrinin tələblərinə əsasən, müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır. Of erta o zaman verilmiş sayılır ki, təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin, ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı isə aksept sayılır. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır.
49. Bu baxımdan izah edilir ki, qanunvericilikdə müqavilənin formasına dair tələblər olmadıqda və tərəflərin konklyudent hərəkətlərindən onların faktiki müqavilə münasibətlərinə daxil olduğu müəyyən edildikdə qəbul edi lməlidir ki, MM-in 408.1, 409.4, 407.1-ci maddələrinə uyğun olaraq oferta verilmiş, oferta aksept edilmiş və müqavilə bağlanmışdır.
50. Apellyasiya instansiyası məhkəməsi də məhz belə hərəkətlərə (cavabdehin bağladığı alqı-satqı müqaviləsi üzrə ödənilməli olan pul vəsaitinin 60 faizinin iddiaçı tərəfindən ödənilməsi, cavabdehin öz öhdəlikləri ilə bağlı iltizam verməsi, iddiaçı tərəfindən monitorinq keçirməsi) əsasən müəyyən etmişdir ki, tərəflər arasında iddiaçının cavabdehə subsidiya verilməsi ilə bağlı öhdəlik münasibətləri olmuşdur.
51. Bu baxımdan kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-in 386.1-ci maddəsinin tələbləri pozulmamışdır. Eyni zamanda, məhkəmə tərəfindən cavabdehin öz öhdəliklərinin pozması müəyyən edilərək iddiaçıya dəymiş zərərin əvəzin in ödənilməsi barədə nəticəyə gəlinmişdir. Həmin nəticə də məhkəmənin tətbiq etdiyi MM-in 442 və 443.1-ci maddələrinin tələblərinə uyğundur.
52. Kassasiya şikayətində istinad edilən məhkəmənin iş materialları və faktları tam araşdırmaması, eyni zamanda təqdim edilmiş sübutları düzgün qiymətləndirməməsi ilə bağlı dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
53. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarının araşdırılması və sübutların qiymətləndirilməsi ilə bağlı məsələlər işə mahiyyəti üzrə baxan birinci və apellyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.
54. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında da qeyd edilmişdir ki,...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkə məsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı).
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Ona görə də, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
56. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 15 noyabr tarixli, 2-2(105)-85/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın