Məhkəmə qərarları › İş №2(035)-425/2025

Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-425/2025

08.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-425/2025 08.09.2025 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 (həmçinin İddiaçı3, X2 və İddiaçı4 qəyyumu və nümayəndəsi) Cavabdeh qarşı “dəymiş maddi ziyan və ödənilmiş məhkəmə xərclərinin ödənilməsi tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Maddi ziyan tələbi) Zərdab Rayon Məhkəməsi X5 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçı1 Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 (həmçinin İddiaçı3, X2 və İddiaçı4 qəyyumu və nümayəndəsi) Cavabdeh qarşı “dəymiş maddi ziyan və ödənilmiş məhkəmə xərclərinin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 08 sentyabr 2025-ci il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 (həmçinin İddiaçı3, X2 və İddiaçı4 qəyyumu və nümayəndəsi) Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X1 qiymətləndirmə rəyinə əsasən dəymiş maddi ziyana görə hesablanmış 1042 mana, Şəki Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 50 manat dövlət rüsumu, DƏDXR 16 saylı ərazi idarəsinin hesabına ödənilmiş 95 manat, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 359 manat, ödənilmiş dövlət rüsumuna görə 85.4 manat, rəy verilməsi üçün X1 hesabına ödənilmiş 350 manat olmaqla, cəmi 1981.4 manat pulun cavabdehdın alınaraq onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. Cavabdeh ona məxsus torpaq sahəsindən istifadə etməklə ona maddi ziyan vurmuşdur. Beləki, Zərdab Rayon Məhkəməsinin 2(035)-03/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun Cavabdeh qarşı “törənən maneənin aradan qaldırılması və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməmişdir. Lakin, onların apelyasiya şikayətləri əsasında Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən JN-0045 nömrəli Torpağın mülkiyyətə verilməsinə X6 ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin 0.14 ha torpaq sahəsindən **********36 reystr nömrəli çıxarışla iddiaçı və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir. Dəymiş ziyanla bağlı məhkəmə prosesinin gedişində iş üzrə ekspertiza keçirilməsi üçün müstəqil qiymətləndirmə palatası olan “X3” MMC-yə müraciət edilmiş və xx.xx.2025-ci il tarixli, 161 saylı müvafiq rəyə əsasən dəymiş ziyan 1042 manat qiymətləndirilmişdir. Məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. İddiaya etiraz: Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək İddiaçı1 (həmçinin İddiaçı3, X2 və İddiaçı4 qəyyumu və nümayəndəsi) ona qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək X1 qiymətləndirmə rəyinə əsasən dəymiş maddi ziyana görə hesablanmış 1042 manat, X1 qiymətləndirmə rəyinin verilməsinə görə 350 manat, Şəki Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 50 manat, DƏDXR 16 saylı ərazi idarəsinin hesabına ödənilmiş 95 manat, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 359 manat, dövlət rüsumuna görə ödənilmiş 85.4 manat və X1 hesabına ödənilmiş 350 manat olmaqla, cəmi 1981.4 manat pulun ondan alınaraq iddiaçılara verilməsini xahiş etmişdir. Belə ki, 1990-cı illərdə aparılmış aqrar islahatlarla əlaqədar olaraq Zərdab rayonu Aqrar İslahat Komissiyasının qərarına əsasən ona və onun digər ailə üzvlərinə yaşadıqları Zərdab rayonu Təzəkənd kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 0,7115 ha çöl pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi keçmişdə fəaliyyət göstərmiş Zərdab rayon Torpaq şöbəsinin əməkdaşları tərəfindən ölçülüb verilərək ona və onun digər ailə üzvlərinə 0,7115 ha çöl pay torpaq sahəsi rəsmi qaydada tanıdılmışdır. Torpaq sahəsi mülkiyyətlərinə verildikdən sonra həmin torpaq sahəsi ilə bağlı onların müraciətlərinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli ********** nömrəli Çıxarış verilmişdir. Lakin, sonradan hazırki, iş üzrə həmkəndlisi olan iddiaçılar ona qarşı Zərdab Rayon Məhkəməsinə “törənən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbi ilə müraciət etmiş və Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 17 nömrəli qərarına əsasən Zərdab rayonu Təzəkənd kənd ərazisindən iddiaçıların mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı 7.06 ha pay torpaq sahəsindən istifadə edilməsinə onun tərəfindən törədilən maneənin aradan qaldırılması və onun zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasım xahiş etmişlər. Məhkəmə araşdırması zamanı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respııblikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxs 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3147/2023 nömrəli mütəxəssis rəyinə əsasən elektron bazada təqdim olunan, Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında göstərilən, JN-0045 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna X6" ilə İddiaçı1 Heydər oğlu və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.06 ha torpaq sahəsinin 2.18 ha (JN-45A) hissəsinin 0.14 ha torpaq sahəsinin cavabdeh, yəni ona aid naturada göstərilən və faktiki istifadə etdiyi 0.73 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyvən olunmuşdır. Həmin torpaq sahəsinin keçən müddət ərzində onun istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi onun səhvi deyildir, çünki pay torpaq sahəsi ona Zərdab rayonunda keçirilmiş aqrar islahatlar zamanı ayrılmış, bununla bağlı müvafiq Dövlət qurumu tərəfindən Dövlət Aktı tərtib olunaraq verilmiş, torpaq sahəsi ona verilərkən keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon Torpaq şöbəsinin əməkdaşları ərazidə ölçü işləri aparmış, akt tərtib olunmuş və torpaq sahəsinin hüdudları ona tanıdılmışdır. Ona görə də Vətənin ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş bir əsgər olaraq yuxarıda qeyd olunanlara əsasən məhkəmədən ünvan 1 ünvanında yaşayan iddiaçılar İddiaçı1 Heydər oğlu, İddiaçı2 Heydər qızı, İddiaçı3 Heydər qızı və İddiaçı4 Heydər oğlunun dəymiş maddi ziyanın əvəzi 6504 manat və Şəki Apellyasiya Məhkəməsinə ödənilmiş 50 manat dövlət rüsumunun, DƏDXR 16 saylı Ərazi İdarəsinə ödənilmiş 95 manatın, mütəxəssis rəyi üçün ödənilmiş 359 manatın və Zərdab Rayon Məhkəməsinə ödənilmiş 85.04 manat dövlət rüsumunun əvəzinin tutularaq onlara geri qaytarılması tələbi üzrə qaldırılmış iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı və digər iddiaçıların səlahiyyətli nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən onun və ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. Onlar həmin torpaq sahəsində yonca əkmişdir. Cavabdeh ona həmin torpaq sahəsindən istifadə etməklə ona maddi ziyan vurmuşdur. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktına əsasən ona və onun ailə üzvülərinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha hissəsindən, o, cümlədən **********36 reyestr nömrəli çıxarışla ona və onun ailə üzvülərinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir. Məhkəmə prosesinin gedişində iş üzrə ekspertiza keçirilməsi üçün müstəqil qiymətləndirmə palatası olan “X3” MMC-yə müraciət edilmiş və xx.xx.2025ci il tarixli, 161 saylı müvafiq rəy alınmışdır ki, aparılmış tədqiqatlar nəticəsində, Zərdab rayonu, Təzəkənd kəndi ərazisində yerləşən 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsində 2023-cü ildən 2024-cü ilə kimi, yəni 2 il ərzində yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 2024-cü ildən 2025-ci ilə kimi, yəni 2 il biçin müddətində 338 ədəd yonca presi və ya 1042 manat gəlir əldə edilməsi müəyyən edilmişdir. X1 qiymətləndirmə rəyinə əsasən dəymiş maddi ziyana görə hesablanmış 1042 manat, Şəki Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 50 manat dövlət rüsumu, DƏDXR 16 saylı ərazi idarəsinin hesabına ödənilmiş 95 manat, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 359 manat, ödənilmiş dövlət rüsumuna görə 85.4 manat, rəy verilməsi üçün X1 hesabına ödənilmiş 350 manat olmaqla, cəmi 1981.4 manat pul alınaraq onlara verilməlidir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın tam təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və onun ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zərdab rayonu Təzəkənd kəndi ərazisindən 0.7115 ha çöl pay torpaq sahəsi verilmişdir. O, çöl pay torpaq sahəsində iddiaçı ilə qonşudur. İddiaçılar ona qarşı “törənən maneənin aradan qaldırılması və cavabdehlərin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Lakin, Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)- 3/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Lakin, iddiaçılar Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(035)-3/2024 saylı qətnaməsi ilə razılaşmayaraq apelyasiya şikayəti vermişlər. Verilmiş apelyasiya şikayətinə Şəki Apeliyasiya Məhkəməsində baxılmış və 2(107)-507/2024 sayli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməklə JN-0045 nömrəli Torpağın mülkiyyətə verilməsinə X6 ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin 0.14 ha torpaq sahəsindən **********36 reystr nömrəli çıxarışla iddiaçı və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsindən onun çıxarılması qət edilmişdir. O, sözü gedən torpaq sahəsindən hazırda istifadə etmir. Hazırda onun tərəfindən iddiaçıya heç-bir maneə yoxdur. Odur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Torpağa Mülkiyyət Hüququna dair JN-0045 KOD 90501018 nömrəli Dövlət Aktının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə hazırkı İddiaçı1 və onların ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisindən 7.06 ha torpaq sahəsi ayrılmışdır. İşdə olan Şəki Apeliyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-507/2024 sayli xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, JN-0045 nömrəli Torpağın mülkiyyətə verilməsinə X6 ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin 0.14 ha torpaq sahəsindən Cavabdeh çıxarılmaması hissəsi ləğv edilməklə, həmin hissə üzrə yeni qətnamə qəbul edilməsini və JN-0045 nömrəli Torpağın mülkiyyətə verilməsinə X6 ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin 0.14 ha torpaq sahəsindən **********36 reystr nömrəli çıxarışla iddiaçı və ailə üzvülərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir. İş materiallarına əlavə olunmuş mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 85.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası “X3” MMC-nin xx.xx.2025-ci il tarixli, 161 sayl qiymətləndirmə rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, Zərdab rayonu, Təzəkənd kəndi ərazisində yerləşən –2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsində 2023-cü ildən 2024-cü ilə kimi, yəni 2 il ərzində yonca əkiləcəyi təqdirdə bütün aqrotexniki qulluq xərclərini çıxmaqla 2024-cü ildən 2025-ci ilə kimi, yəni 2 il biçin müddətində 338 ədəd yonca presi və ya 1042 manat gəlir əldə edilməsi müəyyən edilmişdir. İşdə olan “X3” MMC-nin ekspertiza xərclərinə dair mədaxil qəbzindən görünür ki, iş üzrə keçrilmiş qiymətləndirmə rəyinin dəyəri 350 manat təşkil edir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə görə Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2.-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarına əsasən iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Təzəkənd kəndi ərazisində 7.06 ha torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-0045 Kod 90501018 olan Dövlət Aktı verilmişdir. Zərdab Rayon Məhkəməsinin 2(035)-03/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun Cavabdeh qarşı “törənən maneənin aradan qaldırılması və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi təmin edilməmişdir. Lakin, onların apelyasiya şikayətləri əsasında Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinə əsasən JN-0045 nömrəli Torpağın mülkiyyətə verilməsinə X6 ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 7.03 ha torpaq sahəsinin 2.18 ha (JN-0045) hissəsinin 0.14 ha torpaq sahəsindən **********36 reystr nömrəli çıxarışla iddiaçı və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş 2.1772 ha torpaq sahəsinin 0.14 ha hissəsindən Cavabdeh çıxarılması qət edilmişdir.Dəymiş ziyanla bağlı məhkəmə prosesinin gedişində iş üzrə ekspertiza keçirilməsi üçün müstəqil qiymətləndirmə palatası olan “X3” MMC-yə müraciət edilmiş və xx.xx.2025-ci il tarixli, 161 saylı müvafiq rəyə əsasən dəymiş ziyan 1042 manat qiymətləndirilmişdir. Məhkəmə tərəflərin izahatlarını, məhkəmə iclasında tədqiq edilən Torpağa Mülkiyyət Hüququna dair JN-0045 Kod 90501018 nömrəli Dövlət Aktının və “X3” MMC-nin xx.xx.2025-ci il tarixli, 161 sayl qiymətləndirmə rəyinə, həmçinin işin digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək, yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi X1 qiymətləndirmə rəyinə əsasən dəymiş maddi ziyana görə hesablanmış 1042 manat, ödənilmiş dövlət rüsumuna görə 85.4 manat, rəy verilməsi üçün X1 hesabına ödənilmiş 350 manat hissədə təmin edilməlidir. İddianın qalan hissəsinin təmin edilməsi üçün isə əsaslar yoxdur. İş matereallarından göründüyü kimi iddiaçı digər tələbləri əvvəlki iş üzrə verməli olduğu halda hazırki, iddia tələbində göstərdiyi üçün bu yəni Şəki Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 50 manat dövlət rüsumu, DƏDXR 16 saylı ərazi idarəsinin hesabına ödənilmiş 95 manat, mütəxəssis rəyinin verilməsi üçün ödənilmiş 359 manat tələbi təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bunula əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün 85.4 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 1042 manat, X3 MMC-nin qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş 350 manat və ödənilmiş dövlət rüsumuna görə 85.40 manat olmaqla, cəmi 1477.4 (bir min dörd yüz yetmiş yeddi manat, 0.40 qəpik) məbləğində pul alınaraq iddiaçı və digər iddiaçıların səlahiyyətli nümayəndəsi İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Zərdab Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar