Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-90/2025 18.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, nümayəndəsi Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə1 iştirakları ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi və maddi zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı “borcun silinməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən hesablanmış 212757,78 (iki yüz on iki min yeddi yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun silinməsi və 152190 (yüz əlli iki min yüz doxsan) manat məbləğində maddi zərərin Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti hər ay istifadə etdiyi qazın dəyərini Cavabdeh hesabına ödəyir. "xxxx" MMC-yə ödəniş üçün bildirişə əsasən artıq sərfiyyata görə 212757,78 manat borcu yarandığı məlum olmuşdur. Halbuki, iddiaçıya qazın istehlakı zamanı keyfiyyətsiz qaz verilərək artıq qaz sərfiyyatının yaranması nəticəsində əsassız borc hesablanmışdır. Yaranan 212757,78 manat borcun bir qismi - 54678,36 manatı sayğac işləmədiyi halda əsassız olaraq hesablanmışdır. Belə ki, xx.xx.2022-ci il tarixli aktla 94435 m3, xx.xx.2022-ci il tarixli aktla 139404 m3, xx.xx.2022-ci il tarixli aktla 14699 m3 olmaqla, ümumilikdə 248538 m3 (54678,36 manat dəyərində) qazın istifadə olunduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qeyri-əhali qaz sayğacının yoxlanması haqqında akt əsasında sayğacın qeyri-işlək olması müəyyən edilmişdir. Əlavə olaraq 2022-ci ilin iyun-avqust ayları üçün 53700 m3 qazın sərf olunması əsası ilə 11814 manat borc hesablanmışdır. Cavabdeh 2022-ci ilin iyun-avqust ayları üçün 53700 m3 (11814 manat) qazın istifadəsini hesablamaqla yanaşı, qaz sayğacının işləməməsi ilə əlaqədar əlavə olaraq yenə həmin aylar üçün 248538 m3 (54678,36 manat) qaz sərfiyyatını hesablamışdır ki, bu da iddia ilə silinməsi tələb olunan məbləğin içərisindədir. Qalan yaranmış qazdan istifadəyə görə borc keyfiyyətsiz qazın verilişi nəticəsində hesablanmışdır. Belə ki, verilmiş təbii qazdan istifadə zamanı qazla birlikdə suyun gəlməsi qazın təyinatına görə istifadəsinə əngəl olmasından əlavə sayğacda əks olunan göstərici qazın verilməsi nəticəsində deyil, qazla birlikdə suyun verilməsi nəticəsində yaranmışdır. “X6”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarının 1.5-ci bəndinə əsasən istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. Həmin Qərarın 3.1.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməlidir. Yaranmış borc keyfiyyətsiz qazın verilməsi nəticəsində yaranmışdır və belə olan halda həmin borc ləğv edilməlidir. “X6”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarının 5.4-cü bəndində qeyd olunur ki, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda ,(ədküdlürütög) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacının qeyri-işlək olduğu 2022-ci ilin iyun-avqust aylarında 53700 m3 (11814 manat) orta gündəlik sərfinə uyğun hesablanmasından əlavə olaraq əsassız qaydada 248538 m3 (54678,36 manat) qaz sərfiyyatı hesablanmışdır. Bundan başqa "xxxx" MMC-yə keyfiyyətsiz qazın verilişi nəticəsində müəssisə kərpic istehsalı zaman xeyli zərərə uğramışdır. Belə ki, keyfiyyətsiz qazın istehlakı nəticəsində istehsal olunmuş kərpiclər istifadəyə tamamilə yararsız hala gəlmiş, kərpicə sərf olunan xammal israf edilmişdir. Nəticədə müəssisəyə gilə görə 33000 manat, işçilərə verilmiş əmək haqqına görə 60000 manat, elektrik-enerji sərfiyyatına görə 15200 manat, məcburi dövlət sosial sığorta haqqı və vergi borcuna görə 21000 manat, sobaya dəymiş ziyana görə 18000 manat və hüquqi yardım üçün 4990 manat olmaqla, ümumilikdə 152190 manat məbləğində maddi ziyan vurulmuşdur. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin qanunun 7-ci maddəsinə görə istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Bu qanunun 11-ci maddəsində qeyd olunmuşdur ki, malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. Odur ki, Cavabdeh tərəfindən hesablanmış borc əsassız və qanunsuz hesab edilməlidir.
3. Cavabdeh 27 sentyabr 2024-cü il tarixdə məhkəməyə etiraz təqdim edərək, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “borcun silinməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddiasının əsası kimi barəsində tərtib edilmiş xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli aktlarla müəyyən edilmiş sərfiyyata görə yazılmış 54678,36 manat məbləğində borcun əsassız olduğu, iddiaçının obyektinə keyfiyyətsiz təbii qaz verilməsi nəticəsində ona ümumilikdə 152190 manat məbləğində maddi ziyan vurulduğu bildirilir. İddiaçının əsassız hesablandığını iddia etdiyi 212757,78 manat məbləğin qalan hissəsinin niyə görə silinməli olduğu barədə iddia ərizəsində hər hansı səbəb göstərilməmişdir. Cavabdeh Xaçmaz RQİİ-nin Siyəzən xidmət Sahəsində qeyri-əhali abonenti kimi qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti kərpic zavodunda sənaye məqsədləri üçün təbii qazdan istifadə edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin buna baxmayaraq cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə iddiaçının “Azəriqaz" istehsalat Birliyinə öz müəssisəsində istifadə etdiyi təbii qaza görə 217548,07 manat borcu yaranmışdır. İddiaçı "xxxx" MMC bu borcu qəbul etmiş, tərəflər arasında tərtib edilmiş və hər iki tərəfin təsdiq etdiyi razılaşma protokoluna əsasən borcunu hissə-hissə ödəməyi, bununla bağlı Cavabdehnə heç bir tələb irəli sürməməyi öhdəsinə götürmüşdür. Buna görə də razılaşma protokolu iddiaçı "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. "xxxx" MMC iddia tələbinin ona dəymiş maddi zərərin ödənilməsi hissəsinin əsası kimi obyektinə verilən təbii qazın keyfiyyətsiz olmasını göstərmişdir. Yəni, onun istifadəsinə verilən təbii qaz keyfiyyətsiz olduğuna görə istənilən məhsul istehsal edilməmiş və müəssisəyə 152190 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçının bu tələbində də heç bir sübut və ya dəlilə istinad edilməmişdir. Əksinə “Neftqazelmitədqiqatlayihə” institutunun "xxxx" MMC-yə məxsus kərpic zavodundan götürülmüş təbii qaz nümunələrinin yoxlanılması nəticəsində verdiyi rəyə əsasən təbii qazn QOST 5542-2022 tələblərinə uyğun olduğu müəyyən edilmişdir. Bu sübut da "xxxx" MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul etmək üçün əsaslardan biridir. "xxxx" MMC-nin ölçü qovşağında istismarda olan G- 650 markalı, 83045526 zavod nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixədək (9 gün) işləmiş, ayın sonunadək (21 gün) işləməmişdir. İddiaçının ölçü qovşağının iyun ayı üçün sərfiyyatı sayğacın işlədiyi 9 günün hesabatından orta sutkalıq sərfiyyat müəyyən edilərək sayğacın işləmədiyi 21 günə vurmaqla aparılmışdır. Eyni qaydada 2022-ci ilin iyul ayı üçün 31 günlük və 2022-ci ilin avqust ayının 8 günü üçün sərfiyyat müəyyən edilmişdir. Bu ayların hər biri üçün ayrıca akt tərtib edilmiş, hər akt iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Aktlarda hər hansı uyğunsuzluq barədə qeyd yoxdur. Deməli, bu aktlarla müəyyən edilmiş təbii qaz sərfiyyatını hər iki tərəf qəbul etmişdir. Bu aktlardan əlavə müvafiq sərfiyyat miqdarları Cavabdeh ilə “Qaz ixrac” idarəsi tərəfindən tərtib edilən aktla da təsdiqlənib. Bununla da aydın olur ki, iddiaçının tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirdir.
4. Bundan başqa Cavabdeh tərəfindən 03 dekabr 2024-cü il tarixdə məhkəməyə etiraz təqdim olunaraq bildirilmişdir ki, “Neftqazelmitədqiqatlayihə” İstitutunun “Qazın keyfiyyət göstəricilərinin sertifikatlaşdırılması” şöbəsinin Mərkəzi sınaq laborotoriyası tərəfindən verilmiş 24/03-446 nömrəli Qazın sınaq hesabatından görünür ki, “Siyəzənneft” NQÇİ 1 saylı KS-dən götürüldüyü qaz nümunələri ГОСТ 5642-2022 tələblərinə uyğun deyil. Qeyd olunan laborator rəydə tədqiq üçün götürülmüş qaz nümunələri düzgün mənbədən götürülməmiş, həmin nümunələr götürülərkən Cavabdeh nümayəndələrinin iştirakı təmin olunmamış, rəydən göründüyü kimi qaz nümunələri “Siyəzənneft” NQÇİ 1 saylı KS-dən götürülmüşdür. Halbuki, həmin nümunələr "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisinə daxil olan qaz borusundan Cavabdeh əməkdaşlarının iştirakı ilə müvafiq qaydada götürülməli və tədqiqatı aparılmalı idi. Buna görə də “Neftqazelmitədqiqatlayihə” İstitutunun “Qazın keyfiyyət göstəricilərinin sertifikatlaşdırılması” şöbəsinin Mərkəzi sınaq laboratoriyası tərəfindən verilmiş 24/03-446 nömrəli Qazın sınaq hesabatı ilə həmin qurum tərəfindən sonradan verilmiş 24/07- 2022 nömrəli Qazın sınaq hesabatı arasında ziddiyyət yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq “Neftqazelmitədqiqatlayihə” İstitutunun “Qazın keyfiyyət ğöstəricilərinin sertifikatlaşdırılması” şöbəsinin Mərkəzi sınaq laboratoriyası tərəfindən verilmiş 24/03-446 nömrəli Qazın sınaq hesabatı əsassızdır.
5. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır.
9. Belə ki, iş materiallarında olan icarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəyə götürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış qeyriyaşayış sahəsinin icarəyə verilməsi haqqında 15 noyabr 2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan binalar, tikililər, avadanlıqlar və istehsal prosesi zamanı istifadə olunan inventarlar icarəçiyə müvəqqəti istifadə üçün icarəyə verilmişdir.
10. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış sayğacın qeydə almadığı qazın hesablanması barədə 30 iyun 2022-ci il tarixli, 010622 nömrəli aktdan görünür ki, "xxxx" MMC ölçü qovşağında istismarda olan G-650 markalı 83045526 zavod nömrəli qaz sayğacı (qeydiyyat kodu: **********00040) iyun ayı ərzində xx.xx.2022-ci il tarixədək (9 gün) işləmiş və ayın sonunadək (21 gün) işləməmişdir. "Gilstone” MMC ölçü qovşağının iyun ayı üçün hesabatı saygacı işləmədiyi 9 günün hesabatından orta sutkalıq sərfiyyatı tapıb, sayğacın işləmədiyi 21 günə şamil edilərək aparılmışdır. Beləliklə "Gilstone” MMC ölçu qovşağından 2022-cı ilin iyun ayında 40472 m3 sayğacla, 94435 m3 sayğacsız olmaqla, 134907 m3 təbii qaz təhvil verilmişdir. (Aktda qeyd olunmuşdur ki, "Gilstone” MMC ölçu qovşağının qaz sayğacı dövlət yoxlamasına aparıldıqdan sonra verilən rəyə əsasən 2022-ci ilin iyun ayının hesabatına yenidən baxıla bilər.)
11. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış sayğacın qeydə almadığı qazın hesablanması barədə 31 iyul 2022-ci il tarixli, 010722 nömrəli aktdan görünür ki, "xxxx" MMC ölçu qovşağında istismarda olan G-650 markalı 83045526 zavod nömrəli qaz sayğacının (qeydiyyat kodu: **********00040) işləməməsi ilə əlaqədar 2022-ci ilin iyul ayı ərzində istifadə olunan təbii qazın həcmi 2022-ci ilin iyun ayında istifadə olunmuş sərfiyyata uyğun olaraq 139404 m3, dəyəri isə 30668,88 manat hesablanmışdır. (Aktda qeyd olunmuşdur ki, "Gilstone” MMC ölçu qovşağının qaz sayğacı dövlət yoxlamasına aparıldıqdan sonra verilən rəyə əsasən 2022-ci ilin iyul ayının hesabatına yenidən baxıla bilər.)
12. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında imzalanmış sayğacın qeydə almadığı qazın hesablanması barədə 31 avqust 2022-ci il tarixli, 010722 nömrəli aktdan görünür ki, "xxxx" MMC ölçu qovşağında istismarda olan G-650 markalı 83045526 zavod nömrəli qaz sayğacı (qeydiyyat kodu: **********00040) işləmədiyi üçün 08.08 2022ci il tarixində çıxarılaraq yerinə G-650 markalı, 83044418 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Sayğac işləməyən 8 günün hesabatı (xx.xx.2022-xx.xx.2022) işlək sayğac quraşdırıldıqdan sonrakı 10 günün (xx.xx.2022-xx.xx.2022) hesabatına əsasən aparılmışdır.
13. Məhkəməyə təqdim edilmiş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 29 sentyabr 2022-ci il tarixli SS 29/1640-01964-3 nömrəli aktdan görünür ki, Cavabdeh Socar **********31791640X01964 saylı xx.xx.2022-ci il tarixli telefonoqramına əsasən dövlət yoxlamasına aparılmış Xızı rayon xidmət sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qaz xətti üzərində quraşdırılmış “G650” markalı turbin tipli “ELSTER” qaz sayğacı xx.xx.2022-ci il tarixdə xətdən çıxarılmış (Forma-2 № 9030583), xx.xx.2022-ci il tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Yoxlamanın nəticəsi kimi “Minimal sərfiyyatda sayğac hesabat aparmır, nominal sərfiyyatda isə xəta normaya uyğun deyil. Batareya və impuls ötürücüsü tələb olunur” qeyd olunmuşdur.
14. İş materiallarında olan Cavabdeh tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış müraciətə baxılmasının nəticəsi barədə 25 oktyabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən müəssisənin istehlakçı hesabında (abonent adı: "xxxx" MMC, kodu: **********00040) yaranmış borc məbləğinin araşdırılması barədə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ünvanlanmış və araşdırılması üçün Cavabdehnə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin (Ölçmələrə dair tələblər) 5-ci hissəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin siyahısı, həmin ölçmələrə dair məcburi metroloji tələblər, o cümlədən dəqiqlik göstəriciləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir. Ölçmə vasitəsi olan qaz sayğacında qəbul edilən xəta norması, eləcə də sayğacların dövrü yoxlama müddəti müvafiq icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (Xidmət) tərəfindən müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X6”nın (Qaydalar) 4.3-cü bəndinə görə qaz sayğacları Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Bu məqsədlə, müəssisənin qaz xətti üzərində istismarda olmuş G-650 markalı 83045526 nömrəli qaz sayğacı xx.xx.2022ci il tarixində dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış və yeni qaz sayğacı ilə əvəz edilmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Qanunun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının - Xidmətin nümayəndəsinin nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və sayğacların müayinəsi laboratoriyasının xx.xx.2022-ci il tarixli SS № 29/1640- 01964-3 nömrəli aktına əsasən sayğac göstəricilərinin xətasının normadan artıq olduğu barədə rəy verilmişdir. Bu səbəbdən Cavabdeh İB-nin Xaçmaz X9ı İdarəsi tərəfindən müəssisənin nümayəndəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixli XZ-00001 nömrəli "Təbii qazın uçotunun pozulması haqqında" akt tərtib edilərək 53700 m3 uçota alınmayan qaz həcmi müəyyənləşdirilmişdir.
15. İş materiallarında olan "xxxx" MMC-nin SOCAR-a ünvanladığı təbii qaz təminatında yaranmış problemlərlə əlaqədar müraciətləri ilə bağlı SOCAR-ın inzibati binasında 01 fevral 2023-cü il tarixdə SOCAR-ın Baş ofisinin hüquq idarəsinin rəisi Eldar Orucovun, hüquq idarəsinin rəis müavini Tərlan Tahirovun və "xxxx" MMC-nin direktoru Qasım Məhərrəmovun, eləcə də MMC-nin nümayəndəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Zöhrab Yolçuyevin iştirakı ilə keçirilmiş görüşün protokolunda qeyd olunmuşdur ki, təbii qaz təminatında yaranmış problemlərlə əlaqədar "xxxx" MMC-nin (Cəmiyyət) direktoru Q.Məhərrəmov, eləcə də Cəmiyyətin nümayəndəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Z.Yolçuyev Cəmiyyətin müvafiq müraciətləri ilə bağlı danışıqlar aparmaq istədiklərini bildirmiş və bu məqsədlə, SOCAR-ın hüquq idarəsinin rəisi Eldar Orucov tərəfindən görüşə dəvət edilmişdirlər. Görüş zamanı Zöhrab Yolçuyev bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən etibarən Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən "xxxx" MMC kərpic zavodunun təbii qazının təminatında problemlər yaranmağa, o cümlədən qaz boru xətlərindən qazla yanaşı su gəlməyə başlamışdır. Bununla əlaqədar olaraq, sobalarda olan məhsulun tam, qaz sayğacı isə bir neçə dəfə yararsız hala düşdüyünü, sayğac göstəricilərinin artmasına baxmayaraq, kərpic istehsalının qeyrimümkün olduğunu, xətlərdəki qazın tərkibi müxtəlif olmaqla yanaşı tərkibdə çoxlu miqdarda havanın olması səbəbindən normal halda 7-8 saata bişən kərpiclərin bəzən 10- 11 saata bişdiyini və bu səbəbdən, Cəmiyyətin hesabında 193214,12 manat kreditor borcun yarandığını bildirmişdir. Həmçinin, onu da qeyd etmişdir ki, Cəmiyyətin kərpic zavodunda müəyyən vaxt ərzində qaz sayğacı olmamışdır və qaz sərfiyyatına görə hesabında yaranmış kreditor borcun məbləği artıq hesablanmışdır. Sözügedən məsələlər ilə əlaqədar Cəmiyyətin hesabında yaranmış 193214,12 manat kreditor borcun yenidən hesablanması və hesablanacaq borcun hissə-hissə ödənilməsi üçün ödəniş qrafikinin tərtib edilməsi istiqamətində köməklik göstərilməsi xahiş edilmişdir. Eldar Orucov qarşı tərəfi dinləyərək bildirmişdir ki, sözügedən məsələ ilə bağlı SOCAR-ın aidiyyəti qurumları tərəfindən araşdırma aparılmış və rəylərə əsasən müəyyən edilmişdir ki, “Siyəzənneft” NQÇİ-nin yataqlarından hasil olunan aşağı təzyiqli qaz həcmləri NQÇİ-nin 2 saylı kompressor stansiyasının girişinə 0,2-0,3 atm-lə ötürülür və sözügedən kompressor stansiyasında 2,5-2,6 atm-ə sıxıldıqdan sonra stansiyanın çıxışında yerləşən pilləli separatorda təmizləndikdən sonra 16 km məsafədə 300x400 mm ölçüdə kombinə edilərək qaz xətti ilə təhvil məntəqəsinə nəql edilir. Təhvil məntəqəsində quraşdırılmış separatorlarda təkrar separasiya edildikdən sonra “Kompressor KS-1” təsərrüfat hesablı qaz ölçü qovşağında ölçülərək 20-22 min m3/gün olmaqla “Qaz İxrac” idarəsinin 500 mm ölçülü Yaşma qaz nəql kəmərinə təhvil verilir. Təhvil məntəqəsində yerləşən separatorlarda mütəmadi üfürmələr aparılır və bunun da öz növbəsində növbə jurnalında qeydiyyatı aparılır. Maye və ya digər mexaniki qarışıqlar aşkarlandığı təqdirdə, qazın təhvilinin dərhal dayandırılması tapşırılsa da, bu günə qədər separatorlarda üfürmə zamanı maye və/və ya mexaniki qarışıqların olması aşkarlanmamışdır. Eyni zamanda, onun da nəzərə alınmasının vacibliyi qeyd olunmuşdur ki, kompressor stansiyasında sıxılan qazın tərkibində mayenin olması mümkün deyildir. Belə ki, kompressorların texniki göstəricilərinə əsasən qazın tərkibində mayenin olması istismar edilən kompressorlarda ciddi texniki zədələnmələrə və xoşagəlməz hadisələrin yaranmasına gətirib çıxara bilər. Həmçinin təhvil məntəqəsində iki pilləli separasiya sistemi mövcuddur və separasiya sistemi avtomatik maye səviyyə tənzimləyicisi ilə təchiz edilmişdir. Qeyd edilənləri nəzərə alaraq bildirilməlidir ki, istehsalçı tərəfindən hasil olunan qazın tərkibində maye və digər mexaniki qarışıqların mövcud olma tələbləri əsassızdır. Lakin Cəmiyyətin təbii qazla təmin edilməsi üçün 40 km-lik uzunluğunda qaz boru xətti mövcuddur. Qeyd edilən qaz boru xətti müəyyən məsafələrdə yer altından çəkildiyi üçün hava və lay qrunt sularının qaz xəttinə daxil olması ehtimal edilə bilər. Lakin bu ehtimalın mövcudluğu yalnız xəttin ətraflı monitorinqindən sonra müəyyənləşdirilə bilər. Məlum olduğu kimi, istismarçı təşkilat tərəfindən müəyyən tədbirlər görülmüş və həmin xətdə mayetutucu və magistral kəmərin 24.1-ci km-də əlavə yeraltı kondensat tutumu quraşdırılmışdır. Bundan sonra, SOCAR-ın aidiyyəti qurumlarının mütəxəssislərinin iştirakı ilə işçi qrupu yaradılmış və işçi qrupu tərəfindən mayetutucu və kondensat tutumuna yerində baxış keçirilmiş və qaz xəttində maye axını halları müşahidə edilməmişdir. Həmçinin, Cəmiyyətin nümayəndələri tərəfindən də hal-hazırda təbii qaz təminatında yaranmış problemlərin tam şəkildə aradan qaldırıldığı təsdiq edilmişdir. Əlavə olaraq, Cəmiyyətin hesabında yaranmış kreditor borcla əlaqədar bildirilmişdir ki, kreditor borca yenidən baxılması və borcun silinməsi məsələlərinə SOCAR-ın Cavabdeh xx.xx.2021-ci il tarixli SOCAR**********00030020A00007 nömrəli əmri ilə yaradılmış “Sayğac göstəricilərinin dəqiqləşdirilməsi ilə bağlı istehlakçılardan daxil olan müraciətlərin araşdırılması barədə” komissiyası (Komissiya) tərəfindən baxılır və Komissiyanın rəyi nəzərə alınmaqla məsələ həll edilir. Bu səbəbdən, tərəflər razılığa gəldiyi təqdirdə, məsələnin Komissiyaya yönəldilməsi, kreditor borcun müvafiq qaydada yenidən hesablanması və mübahisəli məsələlərin həlli mümkün hesab edilir. X8 Orucovu dinlədikdən sonra bildirmişdir ki, həqiqətən də qaz boru xəttinə mayetutucu və kondensat tutumu quraşdırıldıqdan sonra təbii qaz təminatında yaranmış problemlər tam şəkildə aradan qalxmışdır. Eyni zamanda, istehsalçı tərəfindən hasil olunan qazın tərkibində mayenin və mexaniki qarışıqların olmadığı fikri ilə razılığını bildirmişdir. Kreditor borcla əlaqədar isə bildirmişdir ki, Cəmiyyətin hesabında yaranmış həmin borc artıq hesablanılıb çünki mübahisə olunan müddət ərazində bu həcmdə qaz istehlak edilməyib. Bununla əlaqədar olaraq, Zöhrab Yolçuyev təklif etmişdir ki, kreditor borca Komissiya tərəfindən yenidən baxılsın. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tərəflər qəbul edirlər ki, kreditor borcun məbləğinin Komissiya tərəfindən SOCAR-ın daxili normativ sənədlərinə uyğun olaraq yenidən hesablaması məqsədəuyğundur. Tərəflər razılaşırlar ki, qaz sərfiyyatına görə Cəmiyyətin hesabında yaranmış kreditor borca Komissiyada baxılaraq əsaslandırılmış ədalətli qərar qəbul edilərsə, "xxxx" MMC tərəfindən müxtəlif vaxtlarda SOCAR, Cavabdeh, digər dövlət qurum və təşkilatlarına ünvanlanmış şikayətlər (xx.xx.2022-ci il tarixli 02 nömrəli, xx.xx.2022-ci il tarixli 14 nömrəli, xx.xx.2022-ci il tarixli 01 nömrəli, xx.xx.2022-ci il tarixli 64 nömrəli, xx.xx.2022-ci il tarixli) təmin olunmuş hesab olunacaqdır. Yenidən hesablanma əsasında müəyyən ediləcək borcun Cəmiyyət tərəfindən hissə-hissə ödənilməsi üçün razılaşdırılmış ödəniş qrafikinin tərtib olunması məsələsinə Cavabdeh İB-də baxılacaqdır. Bununla yanaşı Cəmiyyətin nümayəndələri qəbul edir ki, mübahisə edildiyi dövr xaric bu günə qədər istehlak edilmiş qaz həcmi üzrə yaranmış kreditor borc sahə üzrə qanunvericiliyin tələbinə görə tam məbləğdə qaz paylayıcısına ödəməlidir.
16. İş materiallarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Xaçmaz X9 İdarəsi arasında "xxxx" MMC-nin istifadə etdiyi təbii qaza görə “Azəriqaz" İstehsalat Birliyi qarşısında yaranmış debitor borcun ödənilməsi haqqında 24 iyul 2023-cü il tarixli Razılaşma protokolu imzalanmışdır. Razılaşma protokolunun 1.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" MMC-nin təbii qazdan istifadəyə görə xx.xx.2023-cü il tarixinə “Azəriqaz" İstehsalat Birliyinə olan 217548,07 (iki yüz on yeddi min beş yüz qırx səkkiz manat, yeddi qəpik) manat məbləğində borcunu qəbul edir.
17. Həmin protokolun 1.2-ci bəndinə əsasən həmin məbləğdən ilkin olaraq 20000 manat ödəyir, qalan borcdan xx.xx.2023-cü ildən başlayaraq hər ayın sonu 19754,00 manat olmaqla 10 ay müddətində aylıq istifadə etdiyi qaz sərfindən əlavə olaraq ödəməyi öhdəsinə götürür.
18. Həmin protokolun 1.3-cü bəndinə əsasən "istehlakçı" bu razılaşma protokolunun 1.2-ci bəndinin tələblərinə uyğun olaraq ödəniş etmədiyi təqdirdə təbii qazın verilməsinin dayandırılacağını qəbul edir və bununla bağlı “Azəriqaz" İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir.
19. Həmin protokolun 3-cü bəndinə əsasən “istehlakçı" bu razılaşma protokolu üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə Cavabdeh borcun tələb edilməsi üçün məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
20. İş materiallarında olan “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli xx/xx-2022 nömrəli qazın sınaq hesabatına əsasən "xxxx" MMC-nin istifadəsində olan kərpic zavodunun xəttindən (sayğacın yanından) götürülmüş qaz nümunələrinin ГОСТ - 5542-2022 tələblərinə uyğun olduğu müəyyən edilmişdir.
21. İş materiallarında olan “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 24/03-446 nömrəli qazın sınaq hesabatına əsasən “Siyəzənneft” NQÇİ 1 saylı KS-dən götürülmüş qaz nümunələrinin ГОСТ - 5542-2022 tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
22. İş materiallarında olan “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 24/02-323 nömrəli qazın sınaq hesabatına əsasən “Siyəzənneft” NQÇİ 1 saylı KS-dən götürülmüş qaz nümunələrinin ГОСТ - 5542-2022 tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
23. İş materiallarında olan abonent saldosundan görünür ki, akt əsasında "xxxx" MMC-yə məxsus **********00040 nömrəli abonent hesabına 2022-ci ilin iyun ayında 20775,70 manat məbləğində, 2022-ci ilin iyul ayında 30668,88 manat məbləğində, 2022-ci ilin avqust ayında 3233,78 manat məbləğində borc hesablanmışdır.
24. İş materiallarından görünür ki, 26 iyul 2024-cü il tarixində "xxxx" MMC-nin istifadəsində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavodunun xəttindən qaz nümunələri götürülmüşdür.
25. Məhkəmə araşdırması zamanı məhkəmənin 03 dekabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəmə mühəndis-texniki ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə iş üzrə məhkəmə mühəndis-texniki ekspertizasının aparılmasından imtina edilmiş, ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatda göstərilmişdir ki, qaz xəttinə təbii qazdan əlavə su kütləsinin daxil olub-olmamasının müəyyən olunması xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Təbii qazın keyfiyyətinin kərpicin bişməsi üçün uyğun olub- olmamasının, eləcə də, qaz sayğaclarının texniki imkanlarının müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi Mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Qaz sayğaclarının texniki xüsusiyyətləri, xətaların yoxlanılması, qüsurların mövcudluğu və s. məsələlərin müəyyən edilməsi sayğac müvafiq avadanlıqlarla (laboratoriya, stend və s.) təmin olunmuş yerdə yoxlanılmaqla həll edilə bilər.
26. Daha sonra Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının aparılmasından imtina edilmiş, ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatda göstərilmişdir ki, qaz xəttinə təbii qazdan əlavə su kütləsinin daxil olubolmamasının müəyyən olunması xüsusi bilik tələb etmədiyi üçün ekspertiza fəaliyyətinin vəzifəsinə aid deyil. Təbii qazın keyfiyyətinin, qazın keyfiyyətinin kərpicin bişməsi üçün uyğun olub-olmamasının, eləcə də, qaz sayğaclarının texniki imkanlarının müəyyən edilməsi Məhkəmə Ekspertizası Mərkəzi mühəndis-texniki ekspertizalar şöbəsində mövcud olan ekspertizaların həll etdiyi məsələlərin dairəsinə aid deyildir. Qaz sayğaclarının texniki xüsusiyyətləri, xətaların yoxlanılması, qüsurların mövcudluğu və s. məsələlərin müəyyən edilməsi sayğac müvafiq avadanlıqlarla (laboratoriya, stend və s.) təmin olunmuş yerdə yoxlanılmaqla həll edilə bilər. Bildirilir ki, məhkəmənin ekspertiza təyini haqqında qərarında məhkəmə-mühasibat eksperti qarşısında - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən sahibkarlıq obyekti (abonent kodu: **********04001) tərəfindən istifadə edilmiş təbii qaz sərfiyyatı 29 sentyabr 2022-ci il tarixli 29/1640-01964-3 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt üzrə, 31 avqust 2022-ci il tarixli 010822 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə” akt üzrə, 30 iyun 2022-ci il tarixli 010622 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə” akt üzrə, 31 iyul 2022-ci il tarixli 010722 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə” akt üzrə düzgün hesablanmışdırmı və hesabatların aparılması düzgün olmadığı təqdirdə (hər akt üzrə ayrı-ayrılıqda göstərilməklə) yaranmış fərq nədən ibarətdir sualları qoyulmuşdur. Məhkəmə-mühasibat ekspertizası yoxlama (təftiş, audit) materialları (mühasibat sənədləri) əsasında aparılan tədqiqatdır. Ekspert qeyd edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) istifadəsində olan Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən sahibkarlıq obyekti (abonent kodu: **********04001) tərəfindən istifadə edilmiş təbii qaz sərfiyyatına görə tərtib edilmiş 29 sentyabr 2022-ci il tarixli 29/1640-01964-3 nömrəli “qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akt üzrə, 31 avqust 2022-ci il tarixli 010822 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə” akt üzrə, 30 iyun 2022-ci il tarixli 010622 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə” akt üzrə, 31 iyul 2022-ci il tarixli 010722 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə”akt üzrə qazın düzgün hesablanmasının müəyyən edilməsi hazırkı məhkəmə-mühasibat ekspertizanın predmetinə aid deyildir.
27. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Xaçmaz filialı tərəfindən verilmiş 18 mart 2025-ci il tarixli rəydə qeyd olunmuşdur: 1. təhlil nəticəsində məlum olmuşdur ki, 26 iyul 2024-cü il tarixində "xxxx" MMC-nin istifadəsində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavodunun xəttindən (sayğacın yanından) qaz nümunələri götürülmüş və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun laboratoriyasında aparılmış fiziki-kimyəvi təhlilin (analizin) nəticələrinə əsasən sahibkarlıq obyektinə verilən təbii qazın ГОСТ - 5542-2022 tələblərinə uyğun olduğu, 30 oktyabr 2024-cü il tarixində “Yaşma qəbul” qaz ölçü qovşağından götürülən qaz nümunələrinə əsasən ГОСТ - 5542-2022 tələblərinə uyğun olduğu, 01 noyabr 2024-cü il tarixində “Qara Siyəzən” qaz paylayıcı məntəqəsindən götürülən qaz nümunələrinə əsasən ГОСТ - 5542-2022 tələblərinə uyğun olmadığı, 06 noyabr 2024-cü il tarixində “Giləzi” qaz tənzimləyici məntəqəsindən götürülən qaz nümunələrinə əsasən ГОСТ - 5542-2022 tələblərinə uyğun olduğu müəyyən edilmişdir. 2. "xxxx" MMC-nin istifadəsində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən sahibkarlıq obyektinə ayrılan qaz xəttinə qaz ilə birlikdə su kütləsinin daxil olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, baş vermiş hadisənin təsdiqedici sənədləri təqdim olunmamışdır. 3. Elektron qaz sayğacından maye keçən zaman sayğacın keçən qaz sərfini qeydə almasını müəyyən etmək mümkün olmamışdır. Bununla əlaqədar aidiyyəti (ekspertə) üzrə müraciət olunması məqsədə uyğundur. 4. "xxxx" MMC-nin istifadəsində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən sahibkarlıq obyektinə ayrılan qaz xəttinə su kütləsinin qaz ilə birlikdə daxil olması nəticəsində əlavə qaz sərfiyyatının qeydə almasını müəyyən etmək mümkün olmamışdır. 5. Siyəzən-Yaşma magistral qaz kəmərinin Siyəzən MQÇS xəttindən götürülmüş qazın keyfiyyətinin kərpicin bişməsi üçün uyğun olubolmaması təbii qazın parametrlərinin standartların tələblərinə uyğunluğu ilə müəyyən olunur. “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış sınaq hesabatında 3 halda qazın keyfiyyətinin standartların tələblərinə uyğun olduğu, 1 halda isə uyğun olmadığı qeyd olunmuşdur. 6. Verilmiş qazın tərkibində olan su kütləsinin qazın istifadəsi zamanı əlavə qaz sərfiyyatının hesablanmasına səbəb olmasını müəyyən etmək mümkün olmamışdır. 7. "xxxx" MMC-nin istifadəsində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən sahibkarlıq obyekti tərəfindən istifadə edilən təbii qazın sərfiyyatının 31 avqust 2022-ci il tarixli 010822 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə” akt üzrə, 30 iyun 2022-ci il tarixli 010622 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə” akt üzrə və 31 iyul 2022-ci il tarixli 010722 nömrəli “sayğacın qeydə almadığı qazın hesablanması barədə” akt üzrə düzgün hesablandığı müəyyən olunmuşdur.
28. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin vəsatəti əsasında məhkəmə iclasına dəvət olunmuş Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Xaçmaz filialının aparıcı müfəttişi X1 izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən dəfələrlə AR Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Xaçmaz filialına müraciət olunmuşdur və müraciətlərə rəsmi formada məktubla cavab verilmişdir. 18 mart 2025-ci il tarixli rəydə bəzi suallar laboratoriya araşdırması tələb etdiyi üçün cavablandırılmayıb. O, dörd dəfə qaz nümunələrinin laboratoriyada analiz edilməsi üçün götürülməsi prosesində iştirak etmişdir. 1 dəfə nümunələr sayğacdan götürülüb və qazın keyfiyyəti standartlara uyğun olub. 2-ci dəfə "xxxx" MMC-nin qidalandığı Qara-Siyəzən qaz xəttindən nümunələr götürülmüş və qazın keyfiyyəti standartlara uyğun olmamışdır. Çünki həmin qaz xəttində qazın tərkibində mədən qazı da var. “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsində mədənlər var və laboratoriya olmadığı üçün qaz tam təmiznlənmir, lakin seperatorlar quraşdırılıb. Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən ödəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi anlayışı öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6”nın: - 1.5-ci bəndinə əsasən istehlakçıya satılan qazın keyfiyyət göstəriciləri - tərkibi, sıxlığı, rütubətliliyi, istilik yaratmaq qabiliyyəti və digər göstəriciləri qüvvədə olan dövlət standartlarının tələblərinə cavab verməlidir. Dövlət standartlarının tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qazın keyfiyyət göstəriciləri nəzarət orqanı olan Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən laboratoriya şəraitində və ya xüsusi texniki vasitələrlə yoxlanılmalı və nəticələri barədə istehlakçılara və qaz paylayıcısına məlumat verilməlidir. Yoxlama nəticəsində qazın keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısından qazın həmin standartlara uyğunlaşdırılması üçün tədbirlərin həyata keçirilməsi tələb edilməlidir. - 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi (bundan sonra - EN) və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (bundan sonra - FHN) həyata keçirirlər. - 3.3-cü bəndinə əsasən sənaye qaz qurğularından istifadə edən istehlakçılar əlavə olaraq qaz qurğularının istismarı prosesində 3 (üç) ildə bir dəfədən az olmayaraq qaz qurğularının istilik-texniki (rejim) sazlanmasını, avtomatik tənzimləyən və nəzarət vasitələrinin sazlanmasını, köməkçi avadanlıqların sazlanmasını və qaz qurğularının əsaslı təmiri və rekonstruksiyasından sonra, normativ texniki sənədlərlə təyin edilmiş istehlak olunan qazın istilik-texniki xarakteristikasında kənarlaşmalar aşkar olunduqda, dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişləri olduqda növbədənkənar rejim-sazlama işlərinin aparılmasını yerinə yetirməlidirlər.
Məhkəmənin mövqeyi:
31. İddia ərizəsinin məzmunundan görünür ki, tələb aşağıdakı hissələrdən ibarətdir. - 212757,78 (iki yüz on iki min yeddi yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun silinməsi; - 152190 (yüz əlli iki min yüz doxsan) manat məbləğində maddi zərərin ödənilməsi.
32. İddiaçı iddia ərizəsində ümumilikdə 212757,78 manat əsassız borcun silinməsini xahiş etmiş, həmin borcun 54678,36 manatının cavabdeh tərəfindən xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar əsasında sayğac işləmədiyi halda əsassız hesablandığını, əlavə olaraq 2022-ci ilin iyun-avqust ayları üçün 53700 m3 qazın sərf olunması əsası ilə 11814 manat borc hesablandığını, qalan məbləğin isə keyfiyyətsiz qazın verilməsi nəticəsində artıq sərfiyyat qeydə alındığı üçün hesablan məbləğ olduğunu bildirmişdir.
33. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəyə götürən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında imzalanmış qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 15 noyabr 2018ci il tarixli müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan binalar, tikililər, avadanlıqlar və istehsal prosesi zamanı istifadə olunan inventarlar icarəçiyə müvəqqəti istifadə üçün icarəyə verilmişdir. İcarə obyekti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadə olunduğu dövrdə "xxxx" MMC ölçu qovşağında istismarda olan G-650 markalı 83045526 zavod nömrəli qaz sayğacının (qeydiyyat kodu: **********00040) işləmədiyi müddət üçün hesabat aparılmış və "xxxx" MMC ilə Cavabdeh Xaçmaz RQİİ arasında imzalanmış sayğacın qeydə almadığı qazın hesablanması barədə 30 iyun 2022-ci il tarixli, 010622 nömrəli akt əsasında 20775,7 manat, 31 iyul 2022-ci il tarixli, 010722 nömrəli akt əsasında 30668,88 manat və 31 avqust 2022-ci il tarixli, 010722 nömrəli akt əsasında 3233,78 manat məbləğində borc hesablanmışdır. Daha sonra sayğac xx.xx.2022-ci il tarixdə xətdən çıxarılaraq dövlət yoxlamasına aparılmış, bununla bağlı tərtib olunmuş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 29 sentyabr 2022ci il tarixli SS 29/1640-01964-3 nömrəli aktda yoxlamanın nəticəsi kimi “Minimal sərfiyyatda sayğac hesabat aparmır, nominal sərfiyyatda isə xəta normaya uyğun deyil. Batareya və impuls ötürücüsü tələb olunur” qeyd olunmuşdur. Bundan sonra həmin akta əsasən 2022-ci ilin oktyabr ayında abonent hesabına 11814 manat məbləğində borc qeydə alınmışdır. Daha sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh Xaçmaz X9 İdarəsi arasında "xxxx" MMC-nin istifadə etdiyi təbii qaza görə “Azəriqaz" İstehsalat Birliyi qarşısında yaranmış debitor borcun ödənilməsi haqqında 24 iyul 2023-cü il tarixli Razılaşma protokolu imzalanmış, protokola əsasən "xxxx" MMC-nin təbii qazdan istifadəyə görə “Azəriqaz" İstehsalat Birliyinə xx.xx.2023-cü il tarixinə olan 217548,07 manat (iki yüz on yeddi min beş yüz qırx səkkiz manat, yeddi qəpik) borcunu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qəbul etmişdir. İddiaçı silinməsini tələb etdiyi borcun qalan hissəsinin ona keyfiyyətsiz qazın verilməsi nəticəsində artıq sərfiyyat hesablandığına görə yarandığını bildirsə də, məhkəmə araşdırması zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş təbii qazın keyfiyyətsiz olması sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən bununla bağlı məhkəməyə videogörüntülər təqdim edilmişdir ki, məhkəmə hesab edir ki, həmin görüntülər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilən təbii qazın keyfiyyətsiz olmasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə iş üzrə verilmiş mütəxəssis rəyində "xxxx" MMC-nin istifadəsində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavodunun xəttindən (sayğacın yanından) götürülmüş qaz nümunələrinin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun laboratoriyasında aparılmış fiziki-kimyəvi təhlilin (analizin) nəticələrinə əsasən sahibkarlıq obyektinə verilən təbii qazın ГОСТ - 5542-2022 tələblərinə uyğun olduğu, "xxxx" MMC-nin istifadəsində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən sahibkarlıq obyektinə ayrılan qaz xəttinə qaz ilə birlikdə su kütləsinin daxil olub-olmamasını, elektron qaz sayğacından maye keçən zaman sayğacın keçən qaz sərfini qeydə almasını, "xxxx" MMC-nin istifadəsində olan Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən sahibkarlıq obyektinə ayrılan qaz xəttinə su kütləsinin qaz ilə birlikdə daxil olması nəticəsində əlavə qaz sərfiyyatının qeydə almasını və verilmiş qazın tərkibində olan su kütləsinin qazın istifadəsi zamanı əlavə qaz sərfiyyatının hesablanmasına səbəb olmasını müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “212757,78 (iki yüz on iki min yeddi yüz əlli yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun silinməsi” hissəsində əsaslılığı müəyyən olunmadığı üçün təmin olunmamalıdır.
34. Bundan başqa iddiaçı 152190 (yüz əlli iki min yüz doxsan) manat məbləğində maddi zərərin cavabadehdən tutularaq ona ödənilməsini xahiş etmiş, həmin tələbi müəssisəyə gilə görə 33000 manat, işçilərə verilmiş əmək haqqına görə 60000 manat, elektrik-enerji sərfiyyatına görə 15200 manat, məcburi dövlət sosial sığorta haqqı və vergi borcuna görə 21000 manat, sobaya dəymiş ziyana görə 18000 manat və hüquqi yardım üçün 4990 manat olmaqla, ümumilikdə 152190 manat məbləğində maddi ziyan vurulması ilə əsaslandırmışdır. Lakin məhkəməyə həmin tələbi təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “152190 (yüz əlli iki min yüz doxsan) manat məbləğində maddi zərərin” ödənilməsi hissəsində də təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
40. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Həmin Məcəllənin 218.3-cu maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
42. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi və maddi zərərin ödənilməsi” tələbi barədə iddiası təmin olunmamalı, məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı “borcun silinməsi və maddi zərərin ödənilməsi” tələbi barədə iddiası təmin olunmasın. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İslam Əliyev