Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-388/2022 07.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 vurduğu zərərə o cümlədən cərimələrə görə ödənilmiş 606 manatın həmçinin motorun dəyişdirilməsi üçün 1800 manatın tutulması, Cavabdeh1 isə cərimələrə görə ödənilmiş 368 manatın tutulması həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Cavabdeh2 vurduğu maddi zərər kimi cərimələrə görə ödənilmiş 606 manatın, Cavabdeh1 isə cərimələrə görə ödənilmiş 368 manatın, həmçinin motorun dəyişdirilməsi üçün ödənilmiş 1800 manatın və vurduqları mənəvi zərərə görə əlavə olaraq, 1000 manatın eləcədə ödənilmiş 30 manat dövlət rüsumunun isə cavabdehlərdən müştərək qaydada tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, baş etibarnamə əsasında istifadəsində olan 2005-ci ilin istehsalı olan, ağ rəngli, Mitsbishi Pacero İO markalı **-XT-*** dövlət nömrə nişanlı avtomobil 08.12.2020-ci il tarixində müqavilə əsasında hər ay 400 manat olmaqla Cavabdeh2 icarəyə vermişdir. Təhvil təslim aktına əsasən cavabdeh avtomobili saz vəziyyətdə qəbul etdiyini təsdiq etmişdir. Cavabdehə avtomobili idarə etmək üçün etibarnamə də verilmişdir. Cavabdeh müqavilə üzrə cəmi bir ay hissə-hissə ödəniş etsə də sonradan ödənişi guya avtomobilin üzərindəki cərimələri ödəyəcəyi bəhanəsi ilə etməmişdir. Lakin nə cərimələri nə də aylıq ödənişi də etməyərək aradan çıxmış, avtomobili axtarışa verərəkən məlum olmuşdur ki, avtomobilin üzərində cərimə olduğuna görə cərimə meydançasına yerləşdirilmişdir. Beləliklə cavabdeh ona maddi zərər vurmuşdur. Müqaviləyə əsasən cavabdeh avtomobilə vurduğu zərərə görə tam məsuliyyət daşıyır. Əlavə olunmuş, qəbzlərə əsasən müəyyən olunur ki, Cavabdeh2 müxtəlif vaxtlarda avtomobillə inzibti xətalar törətməklə pozuntulara yol versə də cərimələri ödəməmiş, cəmi 606 manat cərimə hesablanmış həmin məbləğ onun tərəfindən ödənilmişdir. Bundan başqa cavabdeh avtomobilin motorunu yararsız hala salaraq, cərimə meydançasına qoyaraq, aradan çıxmış nəticədə ona motorun dəyişdirilməsi üçün 1800 manat zərər dəymişdir. Odur ki, hesab edir ki, həmin məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Həmçinin bildirir ki, daha əvvəl yəni 21.11.2019-cu il tarixində 2005-ci ilin istehsalı olan, ağ rəngli, Mitsbishi Pacero İO markalı **-XT-*** dövlət nömrə nişanlı avtomobil yazılı müqavilə ilə digər Cavabdeh1 verilmiş və cavabdeh vurduğu zərərə görə məsuliyyət daşıdığına dair öhdəlik götürmüşdür. Cavabdehə avtomobili idarə etmək üçün etibarnamə də verilmişdir. Buna baxmayaraq, Cavabdeh1 müxtəlif vaxtlarda avtomobillə inzibati xətalar törətməklə pozuntulara yol versə də cərimələri ödəməmiş, həmin cərimələrin üzərinə dəbbə pulu da hesablanmaqla cəmi 368 manat cərimə hesablanmış həmin məbləğ onun tərəfindən ödənilmişdir. Dəfələrlə cavabdehlərə cərimələri ödəmələri barədə müraciət etsə də cavabdeh cərimələri ödəyəcəyinə söz versə də bundan boyun qaçırmışdır. Cavabdehlərin törətdiyi inzibati xətalara görə olan cərimələr onun tərəfindən ödənilmişdir. Lakin cavabdehlərin hər ikisi onu aldadaraq, nə cərimələri ödəmədən həmçinin avtomobili yararsız vəziyyətdə cərimə meydançasına ataraq aradan çıxmışlar. O, bir aydan yuxarı müddət avtomobili axtarmış, nəhəyət cərimə meydançasında yararsız vəziyyətdə tapmışdır. Cavabdehlərin bu hərəkətlərinə görə o əlavə xərcə düşmüş, əsəb və stress keçirmişdir. Odur ki, hesab edir ki, cavabdehlərdən əlavə olaraq, mənəvi zərərə görə də 1000 manat müştərək qaydada tutulmalıdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmədə izahatında və ərizəsində bildirdi ki, İddiaçı baş etibarnamə əsasında istifadəsində olan 2005-ci ilin istehsalı olan, ağ rəngli, Mitsbishi Pacero İO markalı **-XT-*** dövlət nömrə nişanlı avtomobili 08.12.2020-ci il tarixində müqavilə əsasında hər ay 400 manat olmaqla Cavabdeh2 icarəyə vermişdir. Lakin o, avtomobilin motorunu dəyişməmişdir. O, maşını götürən zaman maşının sığortası olmamış və cərimə yığılmışdır. O, cərimə pulu olaraq 300 manat pulu Kamrana karta atmışdır. Maşının motoruna Günə 2 litr olmaqla yağ tökmüşdür. Daha sonra isə yol polisi onu saxlamış və maşını cərimə meydançasına aparmışdır. Odur ki, o, iddianın ona aid olan 606 manat hissəsini qəbul edir və iddia tələbinin bu hissədə təmin olunmasını xahiş edir. Ona aid olan digər hissələrdə isə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 21.11.2019-cu il tarixli müqavilədən görünür ki, icarədar İddiaçı Pajero İo markalı **-XT-*** dövlət nişanlı, 2005-ci il istehsalı olan avtomaşını Cavabdeh1 icarəyə verməyi öhdəsinə götürmüş, avtomobilin saz vəziyyətdə təhvil təslim aktına əsasən verilməsi və saz vəziyyətdə də təhvil təslim aktına əsasən qaytarılacağı, müqavilə öhdəliyini pozan tərəfin qarşı tərəfə dəymiş zərəri tam ödəməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 08.12.2020-ci il tarixli müqavilədən görünür ki, icarədar İddiaçı Pajero İo markalı **-XT-*** dövlət nişanlı, 2005-ci il istehsalı olan avtomaşını Cavabdeh2 icarəyə verməyi öhdəsinə götürmüş, avtomobilin saz vəziyyətdə təhvil təslim aktına əsasən verilməsi və saz vəziyyətdə də təhvil təslim aktına əsasən qaytarılacağı, müqavilə öhdəliyini pozan tərəfin qarşı tərəfə dəymiş zərəri tam ödəməsi nəzərdə tutulmuşdur. Sınaq müddəti 14 gün müəyyən edilmiş, sınaq müddəti ərzində bütün cərimələrin ödənilməsi, hər həftənin bazar günü 100 manat karta ödəniş edilməsi, əks halda müqavilənin pozulmuş hesab edilməsi və ilk çağırışda avtomobilin geri qaytarılması nəzərdə tutulmuşdur. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi-BDYPİ-yə ümumilikdə 974 manat cərimə ödəmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 21.11.2019-cu il tarixli müqavilədən göründüyü kimi icarədar İddiaçı Pajero İo markalı **-XT-*** dövlət nişanlı, 2005-ci il istehsalı olan avtomaşını Cavabdeh1 icarəyə verməyi öhdəsinə götürmüş, avtomobilin saz vəziyyətdə təhvil təslim aktına əsasən verilməsi və saz vəziyyətdə də təhvil təslim aktına əsasən qaytarılacağı, müqavilə öhdəliyini pozan tərəfin qarşı tərəfə dəymiş zərəri tam ödəməsi nəzərdə tutulmuşdur. Həmçinin 08.12.2020-ci il tarixli müqaviləsinə əsasən icarədar İddiaçı Pajero İo markalı **-XT-*** dövlət nişanlı, 2005-ci il istehsalı olan avtomaşını Cavabdeh2 icarəyə verməyi öhdəsinə götürmüş, avtomobilin saz vəziyyətdə təhvil təslim aktına əsasən verilməsi və saz vəziyyətdə də təhvil təslim aktına əsasən qaytarılacağı, müqavilə öhdəliyini pozan tərəfin qarşı tərəfə dəymiş zərəri tam ödəməsi nəzərdə tutulmuşdur. Sınaq müddəti 14 gün müəyyən edilmiş, sınaq müddəti ərzində bütün cərimələrin ödənilməsi, hər həftənin bazar günü 100 manat karta ödəniş edilməsi, əks halda müqavilənin pozulmuş hesab edilməsi və ilk çağırışda avtomobilin geri qaytarılması nəzərdə tutulmuşdur. Lakin cavabdehlər nə cərimələri nə də aylıq ödənişi də etməyərək aradan çıxmış, avtomobil üzərində cərimə olduğuna görə cərimə meydançasına yerləşdirilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC vasitəsilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi-BDYPİ-yə ümumilikdə cavabdehlər Cavabdeh2 aid olan 606 manat cərimə və Cavabdeh1 aid olan 368 manat cərimə, ümumilkdə 974 manat cərimə ödəmişdir. Cavabdeh2 ərizəsində icarəyə götürdüyü Pajero İo markalı **-XT-*** dövlət nişanlı, 2005-ci il istehsalı olan avtomaşına görə 606 manat cərimə borcunun olduğunu etiraf etmişdir.Ona görə də məhkəmə hesab edir ki, İddiaçı dəymiş zərər cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi motorun dəyişdirilməsi üçün ödənilmiş 1800 manatın və mənəvi zərərə görə əlavə olaraq 1000 manatın cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə sübutlar təqdim edilmədiyindən, iddia həmin hissələrdə rədd edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manatın cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 cərimələrə görə ödənilmiş 606 manat, Cavabdeh1 cərimələrə görə ödənilmiş 368 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-388/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-388/2022
07.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver