Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3898/2022 11.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə öhdəliyinin icra olunması, yaşayış evinin və torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri olunan sənədlərin təqdim olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müqavilə öhdəliyinin icra olunması, yaşayış evinin və torpaq sahəsinin sənədləşdirilməsi üçün zəruri olunan sənədlərin təqdim olunması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi ona aid 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestri qurumunun ərazi orqanında İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Türkiyə vətəndaşı olmaqla həmin ölkədə yaşayır və vəkil olaraq çalışır. İddiaçının valideynləri və digər yaxınları Azərbaycanda yaşayır, belə ki, iddiaçının valideynləri atasının işi ilə bağlı olaraq artıq neçə illərdir ki, Bakıdadırlar. İddiaçı isə ilin müəyyən müddətlərini, bayram tətillərini gələrək burada onlarla birlikdə keçirir. İddiaçı ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakı (villa həyət evi) valideynlərinin təklifi və onların dəstəyi ilə inşaatçı şirkət olan Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 136 saylı müqavilə əsasında əldə etmişdir. Müqavilə qiyməti iddiaçı tərəfindən tam şəkildə ödənilmiş, Cavabdeh MMC tərəfindən isə iddiaçıya maliyyə arayışı təqdim olunmuşdur. Hal-hazırda, iddiaçı həmin evi təmir edib oraya köçərək yaşamasa da faktiki sahibi və qanuni istifadəçisi hesab olunur. Evin giriş-çıxış qapısının açarları iddiaçıda olmaqla 2019-2021-ci illər üçün kommunal xərclər ödənilmiş və bununla bağlı ödənişi təsdiq edən möhürlü qaimə də təqdim olunmuşdur. Evin tikilisi iki mərtəbədən ibarət olmaqla sahəsi 287.24 kv.m-dir. Tikintialtı və həyətyanı torpaq sahəsi ilə birlikdə (iddiaçıya məxsus ümumi torpaq sahəsi 0.0958 ha-dır, tikintialtı sahə bu sahənin içindədir) ev ümumi mühafizə olunan böyük bir məhəllənin tərkib hissəsində olmaqla həmin məhəllənin həyətində yerləşən villalardan biridir. Artıq bir müddətdir ki, iddiaçı sözügedən yaşayış evini ərazi üzrə daşınmaz əmlakın dövlət kadastrı və reyestri orqanında qeydiyyata aldırmaq və hüququnu tanıtdırmaq niyyətindədir. Bununla bağlı iddiaçı bir neçə dəfə cavabdeh şirkətə və rəhbərliyinə şifahi müraciətlər və xahişlər etmiş, lakin artıq bir ildən çoxdur ki, cavabdeh evlə bağlı mülkiyyət hüququnun rəsmiləşdirilməsi və qeydiyyatı üçün zəruri sənədlərin təqdim olunması ilə bağlı üzərinə götürdüyü öhdəliyə müxtəlif bəhanələr gətirərək əməl etmir. Cavabdeh MMC rəhbərliyi yaşayış evini əvvəlcə özləri qeydiyyata aldıracağını, daha sonra isə qeydiyyat üçün tələb olunan sənədləri təqdim edəcəklərini dəfələrlə bildirsə də məsələ hələ də həllini tapmamışdır. Hətta, bununla bağlı iddiaçı 2021-ci ilin oktyabr ayında şirkətin direktoru qanuni təmsilçisi X1 3 ay müddətində sənədləşdirilmə aparılması və tamamlanması üçün etibarnamə də vermişdir. Lakin bu müddət ərzində də evin sənədləşdirilməsi həyata keçirilməmişdir. Bu ilin mart ayında iddiaçı nümayəndə vasitəsilə ilkin olaraq 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edib qeydiyyat üçün tələb olunan sənədlərin nədən ibarət olmasını aydınlaşdırmağa çalışmış, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyində yerləşən yaşayış evlərinin (villaların) hüquqi qeydiyyatının aparılıb-aparılmamasına, indiyə qədər həmin evlərdən neçəsinin qeydiyyata alınmasına dair, qeydiyyat əməliyyatları aparılırsa, bunun üçün hüquq sahibi tərəfindən hansı sənədlərin təqdim olunmalı olmasına dair yazılı arayış verilməsini xahiş etmişdir. Müraciəti cavablandıran 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Müraciətə əlavə edilmiş sənədlər əsasında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Tələb olunan əsaslar üzrə fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlər 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır.” Halbuki, iddiaçı qeydiyyatı deyil, məlumat verilməsini xahiş etmişdir. Göründüyü kimi, 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının malik olduğu sənədlərin (müqavilə və maliyyə arayışı) yetərli olmadığını ifadə etmişdir. Bu isə o deməkdir ki, cavabdeh şirkət lazımi sənədləri təqdim etməlidir ki, iddiaçı sənədləşdirməni qanunvericiliyə müvafiq qaydada özü həyata keçirsin. Lakin cavabdeh sənədləşdirilmə ilə bağlı müqavilə öhdəliyini icra etmir. Sözügedən villanın alqı-satqısına dair tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı müqavilənin 5.1-ci bəndinə əsasən, satıcı villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürür. Bundan əlavə, müqavilənin “preambulası”na görə, satıcı villanın dəyəri 100% ödənildiyi təqdirdə sahəsi əvvəlcədən razılaşdırılmış torpaq sahəsini də alıcının mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. 2022-ci ilin may ayında iddiaçı cavabdeh şirkətə yazılı ərizə ilə müraciət edərək, daşınmaz əmlakın (villanın) ilkin dövlət qeydiyyatının aidiyyəti ərazi qurumunda aparılması üçün tələb olunan sənədlərin ərizə alındığı zamandan hesablanmaqla 10 gün müddətində nümayəndəyə təqdim edilməsini xahiş etmiş, müraciəti xx.xx.2022-ci il tarixli cavab məktubu ilə cavablandıran şirkət sözügedən yaşayış kompleksində yerləşən A43 nömrəli fərdi yaşayış evinin iddiaçıya məxsus olduğunu təsdiq etsə də, eyni zamanda, bildirmişdir ki, müəyyən səbəblərə görə villaya çıxarışın verilməsi prosesi xx.xx.2022-ci il tarixinə qədər başa çatacaqdır. Göründüyü kimi, cavabdeh şirkət “müəyyən səbəblər”in nədən ibarət olmasını açıqlamamışdır. Bu üzdən iddiaçı hesab edir ki, bu, prosesi süni və əsassız olaraq uzatmağın əlamətidir. Ona görə də iddiaçı hüquqlarını məhkəmə qaydasında müdafiə etmək məcburiyyətində qalmışdır. Qanunvericiliyin tələbinə əsasən, iddiaçının mülkiyyət hüququnun qeydiyyatı üçün tələb olunan sənədlərin verilməsindən yayınmaqla bağlı hərəkətlərinə son qoymağı cavabdeh şirkətdən tələb etmək hüququ vardır. Sözügedən ev iddiaçıya təhvil verilmiş, hal-hazırda da faktiki sahibliyində və istifadəsindədir. Bununla belə, mülkiyyət hüququ qeydiyyata alınmadığına görə evin yaşayış üçün uyğun hala gətirilməsi (təmir olunması, yaşayış-mebel vasitələrinin alınması və s.) işlərinə iddiaçı baş vura bilmir, bunun üçün rəsmiləşmə işlərinin tamamlanmasını gözləməkdədir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: -İcraçı Cavabdeh MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli 136 saylı müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında «Villa Badam» şəhərciyində yerləşən villanı alıcıya satmağı, satıcı ümumi layihəyə uyğun olaraq «Villa Badam» şəhərciyinin salınmasını, onun müasir standartlara və bu müqavilədə göstərilən şərtlərə uyğun tikilməsini təşkil edir və alıcı ilə əvvəlcədən razılaşdırılmış villanı bu müqavilə ilə müəyyən edilmiş müddətdə təhvil verir. Satıcı həmçinin villanın dəyəri 100% ödənildiyi təqdirdə sahəsi əvvəlcədən razılaşdırılmış torpaq sahəsini də alıcının mülkiyyətinə verilməsini öhdəsinə götürür. Müqavilənin 1-ci bəndinə əsasən, alıcıya satılan əmlak Abşeron rayonu, Saray qəsəbəsi, «Villa Badam» şəhərciyi, A tipli 43 saylı villadan ibarətdir. Alıcı bu müqavilədə göstərilmiş torpaq sahəsinin ölçüsü 0.0958 ha olan ərazidə 287.24 kv.m ümumi sahəsi olan evi alır və onun dəyərini ödəməyi öhdəsinə götürür (villanın çöl divarlarının sahəsi istisna olmaqla, qalan bütün divar, kolonlar və açıq sahələrin altındakı sahələr villanın ümumi sahəsinə daxildir). Alıcı həmçinin, razılaşır ki, aldığı villanın və torpağın sahəsi (tikinti işləri sona çatdığı məqamda) evin ümumi həcmindən 1% artıq və ya az ola bilər ki, bu hal tərəflər arasında gələcəkdə heç bir mübahisəyə və ya bu müqavilənin ləğvi üçün səbəb ola bilməz və satıcının nöqsanı kimi qəbul edilə bilməz. Müqavilənin 2.1-ci bəndinə əsasən, əmlak bu müqavilənin 3.1-ci maddəsi ilə müəyyən edilmiş vəziyyətdə müqavilə imzalandıqdan sonra 5 təqvim günü ərzində təhviltəslim aktı əsasında alıcıya təhvil veriləcəkdir. Müqavilənin 2.2-ci bəndinə əsasən, alıcının əmlak üzərində mülkiyyət hüquqları (əmlakın dəyəri 100% ödənildiyi təqdirdə) Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alındıqdan sonra yaranır. Müqavilənin 2.3-cü bəndinə əsasən, bu müqavilənin 1-ci bəndində göstərilən villanın ümumi qiyməti 229792 ABŞ dolları təşkil edir. Məbləğ 100% əvvəlcədən ödənilməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən, alıcı bu müqaviləyə əsasən, villa dəyərini villa təhvil verilmə tarixindən əvvəl ödəməyi öhdəsinə götürür. Alıcı villanın üzərində öz mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı bütün xərcləri öz üzərinə götürür. Satıcı isə villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil vermək və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürür. -Cavabdeh MMC-nin xx.xx.2019-cu il tarixli G-1804/082 saylı maliyyə arayışının surətindən görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu Saray qəsəbəsində yerləşən Cavabdeh MMC-nin inşa etdiyi “Villa Badam” kottec tipli şəhərcikdə yerləşən A 43 nömrəli fərdi yaşayış evinin dəyəri tam ödənilmiş, xx.xx.2019-cu il tarixinə "xxxx" MMC şirkətinə borcu yoxdur. -Bakı şəhəri 3 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli AR-İİ № 450643 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin direktoru X1 alqı-satqı müqaviləsini Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ərazi idarəsinə təqdim edib adına veriləcək çıxarış və texniki pasportu almağı, bununla bağlı işləri görməyi və digər səlahiyyətləri icra etməyi xx.xx.2022-ci il tarixədək etibar etmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********87 saylı məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” şəhərciyi, A tipli ünvanda yerləşən 43 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması bağlı xx.xx.2022-ci il tarixli müraciətə baxılmış, müraciətə əlavə edilmiş sənədlər əsasında fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Tələb olunan əsaslar üzrə fərdi yaşayış evi və torpaq sahəsinə dair notarial müqavilə və texniki sənədlər Xidmətin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada baxılacaqdır. -Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli G-2805/079 saylı məktubdan görünür ki, Abşeron rayonu Saray qəsəbəsində yerləşən, Cavabdeh MMC-nin inşa etdiyi “Villa Badam” yaşayış kompleksində yerləşən A 43 nömrəli fərdi yaşayış evi İddiaçı məxsusdur. Müəyyən səbəblərə görə yuxarıda göstərilən evə çıxarış verilməsi prosesi 01 avqust 2022-ci il tarixinə qədər başa çatacaqdır. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Cavabdeh MMC adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2007-ci il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1025, ünvan 5aşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 136 saylı müqaviləyə əsasən, alıcı Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı villanı ümumi dəyəri 229792 ABŞ dolları pul vəsaiti əvvəlcədən ödənilmək şərtilə almış, satıcı isə müqavilə üzrə ödənişlər edildikdən sonra villanı alıcıya təhvil verməyi, bununla yanaşı, alıcının villa üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün tələb olunan bütün sənədləri alıcıya təhvil verməyi, bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürmüşdür. Göründüyü kimi, müqavilə üzrə alınmış villanın dəyəri alıcı tərəfindən ödənilmiş və bu barədə MMC tərəfindən iddiaçının borcunun olmamasına dair maliyyə arayışı verilmişdir. Villanın alıcıya təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən yerinə yetirilmiş olsa da, həmin villaya dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri olan sənədlərin təhvil verilməsi öhdəliyi yerinə yetirilməmişdir. Bu səbəbdən də, iddiaçı müqavilə əsasında aldığı və hazırda, faktiki sahiblik və istifadəsində olan Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı villaya dair zəruri sənədlərin ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilkin növbədə, İddiaçı iddia irəli sürməyə subyektiv hüququnun olubolmamasına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir: Belə ki, Mülki Prosessual Məcəllənin: 439.1. maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 443.0. maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, Türkiyə Respublikasının vətəndaşı olan İddiaçı Azərbaycan Respublikasında Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 136 saylı alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı villanı almışdır. Göründüyü kimi, əcnəbi vətəndaş olan iddiaçının Azərbaycan Respublikası ərazisində yerləşən daşınmaz əmlakı olmaqla, həmin fərdi yaşayış evi onun faktiki sahiblik və istifadəsindədir. Bu səbəbdən də, İddiaçı həmin yaşayış sahəsinə dair zəruri sənədlərin ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikasının məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 385.1 maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1 maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442 maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: Məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Beləliklə də, qanunun, həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarına istinad edərək məhkəmə qeyd edir ki, iddiaçının müqavilə əsasında aldığı fərdi yaşayış evinə münasibətdə “gözlənilən mülkiyyət hüququ” yaranmışdır. Mülki Məcəllənin: 6.1.5 maddəsinə əsasən, müqavilə azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli 136 saylı alqısatqı müqaviləsinə əsasən, Abşeron rayonu Saray qəsəbəsi “Villa Badam” şəhərciyi A tipli 43 saylı villanı almış, həmin villanın dəyərini tam şəkildə ödəmiş, sözügedən yaşayış sahəsi hazırda, iddiaçının qanuni istifadəsində və sahibliyindədir ki, bu, mülki iş materiallarına əlavə olunmuş Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə də öz təsdiqini tapmışdır. Lakin müqaviləyə əsasən, ödəniş edildikdən sonra villanın və mülkiyyət hüquqlarının qeydə alınması üçün zəruri sənədlərin təhvil verilməsi öhdəliyini öz üzərinə götürmüş cavabdeh villanı təhvil vermiş olmasına baxmayaraq, sənədləri təqdim etməmiş, hətta xx.xx.2022-ci il tarixli məktubunda xx.xx.2022-ci il tarixədək təhvil verəcəyi vədini vermiş olsa da, öhdəliyinə riayət etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndinə əsasən, cavabdeh-satıcı villanın üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün bütün tələb olunan sənədləri alıcıya təhvil verməyi və bu sənədlərin əldə olunması üçün zəruri xərcləri ödəməyi öz üzərinə götürmüşdür. Mülki Məcəllənin: 567 maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1 maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Qanunun tələblərindən də göründüyü kimi, hazırki iş üzrə cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən alınmış villanı təhvil verməsinə baxmayaraq, villaya dair bütün zəruri sənədləri təhvil verməmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbləri əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestri qurumunun ərazi orqanında İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən villa tipli fərdi yaşayış evinin və evin yerləşdiyi 0.0958 ha torpaq sahəsinin (tikintialtı və həyətyanı torpaq sahəsi) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına (ƏP:PTUR U13059374, xx.xx.2016, Antalya; FİN:d/t: xx.xx.1997) qeydiyyatının aparılması üçün tələb olunan sənədlərin verilməsi öhdəliyi Cavabdeh MMCyə həvalə edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-3898/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3898/2022
11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver