Məhkəmə qərarları › İş №2(012)-3901/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3901/2025

07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3901/2025 07.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum aktı qeydinin bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum haqqında aktı qeydinin bərpa edilməsi, yeni doğum haqqında şəhadətnamədə onun doğum tarixi xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan Respublikası, Cermux şəhəri, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X4”, ana adı qrafasında “X16”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması və onunla həyat yoldaşı X11 arasında xx.xx.1986-cı il tarixində Ermənistan Respublikası, Vardanes rayonu, Qayabaşı kənd sovetində bağlanmış 23 nömrəli nikah akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə tələbin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, onun doğum haqqında aktı qeydinin bərpa edilməsi, yeni doğum haqqında şəhadətnamədə onun doğum tarixi xx.xx.1964-cü il, doğulduğu yer Ermənistan Respublikası, Cermux şəhəri, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X4”, ana adı qrafasında “X16”, milliyəti “Azərbaycanlı” kimi qeyd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.1964-cü il tarixində Ermənistan Respublikası, Cermux şəhərində anadan olmuşdur. 1935-ci il təvəllüdlü X4 onun atası, 1941-ci il təvəllüdlü X16 isə onun anasıdır. X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. X1 isə hazırda sağdır. Onun valideynləri arasında nikah bağlanmasını təsdiq edən şəhadətnamə mövcuddur. Hər iki valideyni Ermənistan Respublikasında anadan olmuşdurlar. O, valideynləri ilə birlikdə 1988-ci il tarixində Bakı şəhərinə köçmüşdür. Ona məxsus doğum haqqında şəhadətnamə naməlum şəraitdə itmişdir. Qeyd edir ki, doğum haqqında akt qeydinin bərpası və doğum haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də həmin qeydiyyat şöbəsi tərəfindən ona imtina məktubu verilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən də o, mövcud tələb ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, onunla həyat yoldaşı X11 arasında xx.xx.1986-cı il tarixində Ermənistan Respublikası, Vardanes rayonu, Qayabaşı kənd sovetində bağlanmış 23 nömrəli nikah bağlanmış, birgə nikahdan 3 övladı dünyaya gəlmişdir. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qızıdır və xx xxxxxx 1964-cü ildə Cermux şəhərində doğulmuşdur. Onun həyat yoldaşı X8r və onlar, həqiqətən, rəsmi nikaha daxil olmuşdurlar. Həmin nikahdan Maral adında qızı doğulmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X5 ifadəsində göstərdi ki, o, Ərizəçi kiçik bacısıdır. Belə ki, o, atasıgillə Cermux şəhərində birgə, bacısı Ərizəçi isə Göyçədə yaşamışdır. Onların ailəsi 1988-ci ildə Ermənistandan köçən ailələrdəndir. Onun və Ərizəçi ataları X2, anaları isə X8r. İş materiallarında olan Cermux şəhər Sovetliyinin İcraiyə Komitəsi tərəfindən verilmiş İ-ЗЖ № 245017 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən və onun tərcüməsindən görünür ki, X14 (Alaverdi) oğlu ilə Yusifova Gülara (Gülarə) Oruc qızı 27 noyabr 1967-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 41 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Əzizova” soyadı verilmişdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü ildə Ermənistan Respublikası, Cermux şəhərində anadan olmuşdur. İş materiallarında olan Cermux şəhər Sovetliyi tərəfindən verilmiş İİİ-CЛ № 263291 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi 27 oktyabr 1986-cı il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Mingəçevir şəhər VVAQ şöbəsi tərəfindən verilmiş XVİİ-ЖГ № 321544 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 02 aprel 1987-ci il tarixdə Vardenis rayonu, Qayabaşı kəndində doğulmuşdur, atası X11, anası Ərizəçidır. İş materiallarında olan Abşeron rayon VVAQ şöbəsi tərəfindən verilmiş XX-ЖГ № 419449 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən və AA1178195 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 20 oktyabr 1997-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuşdur, atası X11, anası Ərizəçidır. İş materiallarında olan Bakı nikah evi tərəfindən AZ-İ № 421346 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 ilə X12 08 iyul 2008-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1951 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 116721 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X7 29 may 2016-cı il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1326 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Kərimbəyli” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş AZ-İ № 853651 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 24 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-xx-xx/2025 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpasının həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Buna görə də ərizəçiyə doğum haqqında şəhadətnamənin bərpa edilib verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Cermux şəhərinda anadan olması, soyadı, adı, atasının adının Ərizəçi olması, atasının X4, anasının isə X16, milliyyətinin azərbaycanlı olması faktı ərizəçinin izahatı, şahid ifadələri ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nda müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 21-ci bəndinə görə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1964cü il, doğulduğu yer Ermənistan Respublikası, Cermux şəhəri, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X4”, ana adı qrafasında “X16”, milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar