Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3934/2021 18.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Ərizəçilərin vəkili X5, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsi İsrəfilov Ramin Rəhman oğlunun iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair ərizəsinə 18 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi hüquqi əhəmiyyəti olan faktların müəyyən olunmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 və ailə üzvlərinə Bakı şəhəri Oktyabr rayon ZDS İK-nin tərəfindən 22.01.1971-ci il tarixli 60 saylı protokol qərarına əsasən Bakı şəhəri Xırdalan qəsəbəsi, 28ci məhəllə, 5 mərtəbəli, 11 №-li evin 2-ci mərtəbəsindəki 47,31 kv.metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin ayrılması və müvafiq olaraq 097709 saylı orderin verilməsi, həmin qərara əlavə edilmiş adlı siyahıda Əhmədli qəsəbəsi, Rezervuarnaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, 5-ci blok, 1-ci mərtəbə, 47,31 kv.metr, 3 otaqlı mənzil ünvanının yazılmasının texniki səhv olmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ünvan 1 ünvanında 10 mart 1987-ci ildə rəsmi nikaha girməklə uşaqları X13 və X14 ilə birlikdə 1987-ci ildən yaşayış yeri üzrə qeydiyyata alınmaqla yaşayırlar. Ərizəçi2 isə 1971-ci ildən orderə yazılmaqla bu mənzilin kirayəçilərindən biridir. Bu mənzilin əsas kirayəçisi 26 iyul 2011-ci ildə vəfat etmiş Ərizəçi2 atası X4 olmuşdur. Bu mənzilin əldə edilməsi ilə bağlı bildirilir ki, Bakı şəhəri Oktyabr (hazırda Yasamal) rayon X15 İcraiyyə Komitəsinin 11 dekabr 1970-ci il tarixli, 58 saylı və 22 yanvar 1971-ci il tarixli, 60 saylı qərarları ilə evləri qaz xəttinin üzərində inşa olunan 9 ailəyə, o cümlədən X1 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən, İcraiyyə Komitəsinin fondundan Bakı şəhəri, Əhmədli qəsəbəsi Rezervuarnaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, 1-ci mərtəbə, sahəsi 47,31 kv.metrdən ibarət, 3 otaqlı mənzili ayrılmış və müvafiq orderlə rəsmiləşdirilməsi qərara alınmışdır. X4 Bakı şəhəri, Əhmədli qəsəbəsində ayrılan bu mənzildən imtina etdiyindən, Bakı şəhəri Oktyabr (hazırda Yasamal) rayon X15 İcraiyyə Komitəsinin 22 yanvar 1971-ci il tarixli, 60 saylı qərarı ilə ailələrinə hazırda yaşadıqları ünvan 3 ünvanında olan yaşayış sahəsi verilmiş və 25 yanvar 1971-ci il tarixli, 097709 saylı müvafiq order yazılaraq verilmişdir. Həmin orderin əsli naməlum səbəbdən Abşeron rayon ərazisində itdiyindən Abşeron rayon Polis İdarəsinə müraciət olunmuş, İdarə özünün 01.09.2020-ci il tarixli məktubu ilə göstərilən sənədin tapıntı kimi - Abşeron rayon Polis İdarəsinə daxil olmadığı barədə müvafiq məktub vermişdir. Qanunun bu normasına uyğun olaraq, ailə üzvləri, yəni Ərizəçi2, X13 və X14 notarial qaydada təsdiq olunmaqla ərizə yazaraq ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin özəlləşdirilərək Ərizəçi1 mülkiyyətinə verilməsinə razılıqlarını bildirmişlər. Qanunun bu normasına uyğun olaraq, tərəflərindən ərizələr, 2 №-li forma üzrə arayış, mənzil sahəsinin orderinin surəti, Dövlət Arxivinin Bakı filialının 13.10.2020-ci il tarixli məktubunun əsli və Oktaybr rayon XDS-nin İK-nin 22.01.1971-ci il tarixli, 60 saylı protokolun və ona əlavə edilmiş arxiv çıxarışının təsdiq edilmiş surəti əlavə olunaraq DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmişdir. Bu İdarə özünün **********11 saylı, 06 noyabr 2020-ci il tarixli məktubu ilə özəlləşdirmədən imtina etmiş və imtinada müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsinin əslini və ya yuxarıda qeyd olunan sənədlərin hər hansı birinin həqiqiliyini təsdiq edən arxiv əsaslarının ərizəyə əlavə edilmədiyi göstərilmişdir. Bu İdarə özəlləşdirmədən imtina etdiyindən ərizəçilər tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 №-li, 5 mərtəbəli evin 2-ci mərtəbəsindəki 47,31 kv.metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin Ərizəçi1 adına xüsusi mülkiyyətə verilməsi və mənzilə mülkiyyət hüququnun əmələ gəlməsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla və texniki pasportla rəsmiləşdirilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsi özünün 2-1(118)-532/2021 saylı, 06.04.2021-ci il tarixli qərarı ilə iddia tələbini təmin etməmiş və rədd etməni onunla əsaslandırmışdır ki, “ərizəçi mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanı olduğu halda, əsassız olaraq cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir”. Eyni zamanda ərizəçilərin vəkilləri tərəfindən Bakı şəhəri Maraqlı şəxs2nə müraciət olunaraq bildirilmişdir ki, “vətəndaş X1 və 4 nəfər ailə üzvlərinə Bakı şəhəri keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) tərəfindən 22.01.1971ci il tarxli, 60 saylı protokoluna əsasən ünvan 4 ünvanında 3 otaqlı mənzil ayrılmış və 097709 saylı müvafiq order verilmişdir. Hazırda mənzilin orderinin əsli itdiyindən Dövlət Arxivinin Bakı filialından həmin qərarla bağlı arxiv arayışı alınanda məlum olmuşdur ki, bu qərara əlavə olunan siyahıda ünvan 4 ünvanı yazılmaq əvəzinə, texniki səhv olaraq Əhmədli qəsəbəsi, Rezervuarnaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, 5-ci blok, 1-ci mərtəbə, 47,31 kv.metr, 3 otaqlı mənzil yazılmışdır. Ona görə də bu günə kimi bu mənzili özəlləşdirmək mümkün olmamışdır. Adı çəkilən sənədlər göndərilməklə xahiş edilmişdir ki, vətətəndaş X1 və ailə üzvlərinə Bakı şəhəri keçmiş Oktybar rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) tərəfindən 22.01.1971-ci il tarxli 60 saylı protokoluna və 097709 saylı orderə əsasən ünvan 4 ünvanında 3 otaqlı mənzilin ayrılması, adlı siyahıda Əhmədli qəsəbəsi, Rezervuarnaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, 5-ci blok, 1-ci mərtəbə, 47,31 kv.metr, 3 otaqlı mənzil ünvanının yazılmasının texniki səhv olması barədə arayış verəsiniz”. Bakı şəhəri Maraqlı şəxs2 özünün C-20.091 saylı, 19 aprel 2021-ci il tarixli məktubu ilə bildirmişdir ki, “25.01.1971-ci il tarixli 097709 saylı orderə düzəliş edilməsi ilə bağlı xahişin yerinə yetirilməsi mümkün deyildir. Qeyd olunan məsələ ilə əlaqədar hüquqi faktın tanınmasına dair müvafiq məhkəməyə müraciət etmək tövsiyyə olunur. İcra Hakimiyyəti bu məktuba həm də 25.01.1971-ci il tarixli, 097709 saylı orderin kötüyünün təsdiq edilmiş surətini də əlavə etmişdir. Bakı şəhəri Maraqlı şəxs2 özünün C-20.091 saylı, 19 aprel 2021-ci il tarixli məktubu ilə vətəndaş X1 və ailə üzvlərinə Bakı şəhəri keçmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) tərəfindən 22.01.1971-ci il tarixli, 60 saylı protokoluna və 097709 saylı orderə əsasən ünvan 4 ünvanında 3 otaqlı mənzilin ayrılması və orderin verilməsini və adlı siyahıda Əhmədli qəsəbəsi, Rezervuarnaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, 5-ci blok, 1-ci mərtəbə, 47,31 kv.metr, 3 otaqlı mənzil ünvanının yazılmasının texniki səhv olması barədə arayış verməməsi və qeyd olunan məsələ ilə əlaqədar hüquqi faktın tanınmasına dair müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə etməsi səbəbindən məhkəməyə hüquqi faktın müəyyən edilməsi barədə ərizə ilə müraciət etməyi zəruri etmişdir. 25 yanvar 1971-ci il tarixli, 097709 saylı orderin əsli itdiyindən və Bakı şəhəri Oktyabr (hazırda Yasamal) rayon X15 İcraiyyə Komitəsinin 22 yanvar 1971-ci il tarixli, 60 saylı qərarına əlavə edilmiş siyahıda mənzillərin ünvanlarında texniki səhv olduğundan və onu da müvafiq icra hakimiyyəti orqanı tərəfindən düzəldilməsi mümkün olmadığından, ərizəçilər artıq 50 il qədər mübahisəsiz yaşadıqları mənzili özəlləşdirə bilməmişlər. Məhkəmə baxışı zamanı ərizəçilərin vəkili X10 məhkəməyə ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X1 və ailə üzvlərinə Bakı şəhəri Oktyabr rayon ZDS İK-nin tərəfindən 22.01.1971-ci il tarixli, 60 saylı protokol qərarına əsasən Bakı şəhəri Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 5 mərtəbəli, 11 №-li evin 2-ci mərtəbəsindəki 47,31 kv.metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin ayrılması və müvafiq olaraq 097709 saylı orderin verilməsi, həmin qərara əlavə edilmiş adlı siyahıda Əhmədli qəsəbəsi, Rezervuarnaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, ev 16, 5-ci blok, 1-ci mərtəbə, sahə 47,31 kv.metr, 3 otaqlı mənzil ünvanının yanlış yazılmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçilərin vəkili X10 ərizədə göstərilənləri təsdiq edərək, ərizəyə uyğun izahat verib ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2 nümayəndəsi İsrəfilov Ramin Rəhman oğlu izahatında ərizənin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etmədi. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. Belə ki, iş materiallarında olan orderin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, ev 11, 6 saylı mənzil hərbi qulluqçu X4 və onun 4 nəfər ailə üzvünə yaşamaq üçün verilmişdir. İş materiallarında olan 311375 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi2 və X7 arasında nikah Abşeron rayon VVAQ şöbəsində 10 mart 1987-ci il tarixdə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 90 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 489454 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 26.07.2011-ci il tarixdə diabetik koma şəkərli diabet səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 16 avqust 2011-ci il tarixdə 169 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon Polis İdarəsi tərəfindən verilmiş 01.09.2020-ci il tarixli 128-61685 M nömrəli arayışdan görünür ki, 27.08.2020-ci il tarixdə ünvan 3 ünvanında yaşayan Ərizəçi1 Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, əri Ərizəçi2 atası X8 məxsus 097709 nömrəli orderin Abşeron rayonu, Xırdalan şəhəri ərazisində naməlum şəraitdə itirməsini bildirmişdir. Göstərilən sənəd Abşeron RPİ-nə tapıntı kimi daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 13 oktyabr 2020-ci il tarixli, BA-00880-2020 nömrəli məktubuna əlavə edilmiş Oktyabr rayon ZDS İK-nin (indiki Yasamal rayon İH) arxiv fondu üzrə 22.01.1971-ci il tarixli, 60 saylı protokolundan və ona əlavə edilmiş siyahıdan təsdiq edilmiş arxiv çıxarışından görünür ki, Bakı şəhəri Oktyabr (hazırda Yasamal) rayon X15 İcraiyyə Komitəsinin 11 dekabr 1970-ci il tarixli, 58 saylı və 22 yanvar 1971-ci il tarixli, 60 saylı qərarları ilə evləri qaz xəttinin üzərində inşa olunan 9 ailəyə, o cümlədən X1 5 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən, İcraiyyə Komitəsinin fondundan ünvan 9rtəbə, sahəsi 47,31 kv.metrdən ibarət, 3 otaqlı mənzili ayrılmış və müvafiq orderlə rəsmiləşdirilməsi qərara alınmışdır. İşin materiallarında olan Yasamal rayon İH-nin ərizəçilərin vəkillərinə ünvanladığı 19.04.2021-ci il tarixli C-20091 saylı məktubdan müəyyən edilir ki, Yasamal rayon İH-nin 25.01.1971-ci il trixli,097709 nömrəli orderinin təsdiq edilmiş surəti ona təqdim edilir, həmin orderdə qeyd edilən ünvanla bağlı ziddiyyətlər olduğundan həmin orderə düzəliş edilməsi barədə xahişinizi yerinə yetirmək mümkün deyildir. İş materiallarında olan Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Təmir Sahəsi tərəfindən verilmiş 13.08.2020-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 №-li 5 mərtəbəli evin 2-ci mərtəbəsindəki 47,31 kv.m sahəsi olan 3 otaqlı 6 №-li mənzil Abşeron Rayon İcra Hakimiyyətinə məxsusdur. Mənzilin icarədarı X2r və vəfat etymişdir. Mənzildə Ərizəçi2, həyat yoldaşı Ərizəçi1, oğlu X13 və qızı X11r. İş materiallarında olan Maraqlı şəxs1 tərəfindən Ərizəçi1 ünvanlanmış 06.11.2020ci il tarixli **********11 №-li məktubun surətindən görünür ki, aparılan araşdırma zamanı, qanunvericiliklə müəyyən edilmiş qaydada Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 6 saylı mənzil sahəsinə dair hüquqmüəyyənedici sənədlərin Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayə müqaviləsinin əslinin və ya yuxarıda qeyd olunan sənədlərin hər hansı birinin həqiqiliyini təsdiq edən arxiv əsaslarının ərizəyə əlavə edilmədiyi müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, bundan əvvəl daxil olmuş eyni məzmunlu müraciətə 21 sentyabr 2020-ci il tarixli, **********67 nömrəli bildirişlə (məktubla) münasibət bildirilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Bakı şəhəri Oktyabr rayon ZDS İK-nin tərəfindən 22.01.1971-ci il tarixli, 60 saylı protokol qərarına əsasən Bakı şəhəri, Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 5 mərtəbəli, 11 saylı evin 2-ci mərtəbəsindəki 47,31 kv.metr sahəsi olan 3 otaqlı, 6 saylı mənzil X1 və onun 4 nəfərdən ibarət ailə üzvlərinə ayrılmış və bu barədə müvafiq olaraq 25 .01.1971-ci il tarixli,097709 saylı order verilmiş,lakin həmin qərara əlavə edilmiş adlı siyahıda mənzilin ünvanı yanlış olaraq ünvan 9rtəbə, sahəsi 47,31 kv.metrdən ibarət, 3 otaqlı mənzili yazılmışdır.Ərizəəçi məhkəməyədək qaydalara əməl etmiş, lakin məhkəmədən kənar qaydada bu mümkün olmadığından ərizəçilər hazırki ərizə ilə məhkəməyə müraciət edərək, mənzilin ünvanının yalnış yazılmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməli, X1 və ailə üzvlərinə Bakı şəhəri Oktyabr rayon ZDS İK-nin tərəfindən 22.01.1971-ci il tarixli, 60 saylı protokol qərarına əsasən Bakı şəhəri Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 5 mərtəbəli, 11 №-li evin 2-ci mərtəbəsindəki 47,31 kv.metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin ayrılması və müvafiq olaraq 097709 saylı orderin verilməsi, həmin qərara əlavə edilmiş adlı siyahıda ayrlan mənzilin ünvanının Əhmədli qəsəbəsi, Rezervuarnaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, ev 16, 5-ci blok, 1-ci mərtəbə, sahə 47,31 kv.metr, 3 otaqlı mənzilin ünvanının yanlış yazılmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 və ailə üzvlərinə Bakı şəhəri Oktyabr rayon ZDS İK-nin tərəfindən 22.01.1971-ci il tarixli, 60 saylı protokol qərarına əsasən Bakı şəhəri Xırdalan qəsəbəsi, 28-ci məhəllə, 5 mərtəbəli, 11 №-li evin 2-ci mərtəbəsindəki 47,31 kv.metr sahəsi olan 3 otaqlı, 6 №-li mənzilin ayrılması və müvafiq olaraq 097709 saylı orderin verilməsi, həmin qərara əlavə edilmiş adlı siyahıda ayrılan mənzilin ünvanının Əhmədli qəsəbəsi, Rezervuarnaya (Ehtiyat çənlər) küçəsi, 42-ci məhəllə, ev 16, 5-ci blok, 1-ci mərtəbə, sahə 47,31 kv.metr, 3 otaqlı mənzil kimi yanlış yazılmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3934/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3934/2021
18.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver