Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3988/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum aktının bərpası” tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1984-cü il tarixdə Ermənistan, Noemberyan rayonunda anadan olması, atasının X4, anasının X1 olması barədə doğum aktı qeydinin bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında bildirdi ki, o, xx.xx.1984-cü ildə Ermənistan Respublikası, Noemberyan rayonunda anadan olmuşdur. Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, ev 59-da yerləşən 10 saylı mənzildə qeydiyyatdadır və yaşayır. X4 atası, X2 isə anasıdır. Ona doğum haqqında şəhadətnamə Ermənistan Respublikasında verilmişdir. 11 il bundan öncə doğum haqqında şəhadətnaməni Sumqayıt şəhərində çantası oğurlanan zaman itirmişdir. Bu günə kimi şəhadətnamə ona lazım olmadığı üçün bununla bağlı məhkəməyə müraciət etməmişdir. Hazırda isə ona müəyyən sənədləşmə işləri üçün doğum haqqında şəhadətnamə vacib lazımdır. Bu səbəbdən ona doğum haqqında şəhadətnamə verilməsi üçün o, Maraqlı şəxsnə müraciət etmiş və Maraqlı şəxs tərəfindən ona xx xxxx 2020-ci il tarixli, 05/Q-620/15 №-li imtina məktubu verilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinə dair Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlar vərəqəsindən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə Ermənistanın, Noemberyan rayonunda anadan olmuşdur. İş materiallarında olan Ermənistan Respublikası, Noemberyan rayonu, Baqrataşen kənd sovetliyi tərəfindən verilmiş İİ- СЛ № 314547 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 xx.xx.1982-ci il tarixdə 18 №-li qeyd ilə nikah bağlamışlar. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan, Noemberyan rayonunda anadan olması, atasının X4, anasının isə X1 olması faktı ərizəçinin izahatı ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Mülki Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalarıda müəyyən olunur. Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 13-21-ci bəndlərinə görə isə vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edildikdə, VVADQ orqanı və konsulluq idarələri vətəndaşlıq vəziyyəti aktının qeydinin bərpasını məhkəmənin qətnaməsinə əsasən qərar qəbul etmədən qeydə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311 maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan, Noemberyan rayonunda anadan olması, atasının X4, anasının X2 olması barədə doğum haqqında şəhadətnaməyə dair itirilmiş akt qeydi bərpa edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-3988/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3988/2020
11.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver