Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-40/2022 21.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Narm MMC-yə və İddiaçı Z eynəddin oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətçisi kimi tanınması və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, İddiaçı cavabdehlər X1 və Narm MMC-yə qarşı mənzilə dair müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Narm MMC-yə və İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətçisi kimi tanınması və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, İddiaçı isə cavabdehlər X1 və Narm MMC-yə qarşı mənzilə dair müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizələri ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Hazırki iş üzrə 31.03.2022-ci il tarixinə saat 11:35-ə, 21.04.2022-ci il tarixinə saat 11:00-a təyin olunmuş məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclaslarına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, qeyd olunan maddədə göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Narm MMC-yə və İddiaçı Z eynəddin oğluna qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətçisi kimi tanınması və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, İddiaçı cavabdehlər X1 və Narm MMC-yə qarşı mənzilə dair müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-40/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-40/2022
21.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver