Azərbaycan Respublikası adından QƏTNAMƏ Zərdab rayonu İş № 2(035)-5/2023 27.10.2023 ZƏRDAB RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 Saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbi”nə dair mülki iş üzrə (Açar sözlər:Çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbi) X6 Elxan oğlunun sədrliyi Babayeva Leyla Şirin qızının katibliyi İddiaçının nümayəndəsi-Vəkil2 Cavabdeh2 nümayəndəsi - Vəkil* Yusif oğlunun Cavabdeh* nümayəndəsi Nümayəndə oğlunun İddiaç "xxxx" şirkətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 Saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə 27 oktyabr 2023-cü il tarixdə Zərdab Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: İddiaçı "xxxx" şirkəti cavabdehlər Cavabdeh*, Cavabdeh2, X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 Saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh* DƏDRX-nin *6 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.02 ha torpaq sahəsinə dair verilmiş 27*70020*3 qeydiyyat nömrəli, 26.05.20*7-ci il tarixli çıxarışın, Cavabdeh2 DƏDRX-nin *6 Saylı Ucar Ərazi İdarəsi tərəfindən 0.0050 ha torpaq sahəsinə dair verilmiş 9050*30*20*3 reystr nömrəli 04.07.20*4 tarixli çıxarışların etibarsız hesab olunması, "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsində cavabdehlər Cavabdeh*, Cavabdeh2, X5 tərəfindən inşa edilmiş qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabina sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən sahibkarlıq məqsədiylə "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsi ayrılmış və iddiaçıya həmin torpaq sahəsinin mülkiyyət hüququna dair *5.*2.2008-ci tarixli, 9050*3000*3 reyestr nömrəli, 2708004*30 qeydiyyat nömrəli və Seriya nömrəsi MH 0006*28 olan Çıxarış verilmişdir. İddiaçı tərəfindən 202*-ci ilin aprel ayında sözügedən torpaq sahəsini hasara alan zaman iddiaçıdan başqa torpaq sahəsində üç nəfərə məxsus qeyri-qanuni tikililər aşkar edilmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehlərə sözügedən torpaq sahəsində qanunsuz tikililərin sökülməsini və cavabdehlərin həmin torpaq sahəsindən könüllü çıxmalarını dəfələrlə tələb etsədə heç-bir nəticə olmamışdır. Yaranmış mübahisə ilə bağlı iddiaçı tərəfindən Zərdab Rayon Polis şöbəsinə müraciət olunsada heç-bir nəticə olmamış və mülki qayada məhkəməyə müraciət olunması töfsiyyə edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi-Vəkil2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədiylə iddiaçı "xxxx" şirkətinə Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestrində *5.*2.2008-ci tarixli, 9050*3000*3 reyestr nömrəli, 2708004*30 qeydiyyat nömrəli və Seriya nömrəsi MH 0006*28 olan Çıxarış verilmişdir. İddiaçı tərəfindən 202*-ci ilin aprel ayında sözügedən torpaq sahəsini hasara alan zaman iddiaçıdan başqa torpaq sahəsində üç nəfərə məxsus qeyri-qanuni tikililər aşkar edilmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehlərə sözügedən torpaq sahəsində qanunsuz tikililərin sökülməsini və cavabdehlərin həmin torpaq sahəsindən könüllü çıxmalarını dəfələrlə tələb etsədə heç-bir nəticə olmamışdır. Cavabdehlər isə həmin torpaq sahəsinin onlara məxsus olmalarını bildirmişlər. İddiaçı tərəfindən *6 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş və müraciət zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus 0.*0 ha torpaq sahəsində Cavabdeh* 0.02 ha və Cavabdeh2 isə 0.0050 ha torpaq sahəsi verilmişdir. İdddiaçının müraciəti əsasında araşdırılan zaman həmin torpaq sahəsinə *6 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsinin iştirakı ilə baxış keçirilmişdir. Yekunda qənaətə gəlinmişdir ki, iddiaçı "xxxx" Şirkətinə məxsus torpaq sahəsinə dair *5.*2.2008-ci il tarixli tərtib edilmiş plan ölçü sənədindəki kordinatlar Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 05 saylı qərarı ilə tərtib edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş AB 006537 nömrəli plan ölçüdə qeyd olunmuş kordinatlarla fərqlilik təşkil edir və cavabdehlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı hesab edir ki, cavabdehlər tərəfindən tikilmiş qanusuz tikililər cavabdehlərin öz hesablarına sökülməli və zəbt etdikləri torpaq sahələrindən məcburi çıxarılmalıdırlar. Yaranmış mübahisə ilə bağlı iddiaçı tərəfindən Zərdab Rayon Polis şöbəsinə müraciət olunsada heç-bir nəticə olmamış və mülki qaydada məhkəməyə müraciət olunması töfsiyyə edilmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh* nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, Cavabdeh* Daşınmaz Əmlakın Dövlət Reyestrində 3* nömrəli reyestr kitabında 97 nömrə ilə qeydə alınmış 26.05.20*7-ci il tarixli, 27*70020*3 qeydiyyat nömrəli mülkiyyətində Zərdab-Ağcəbədi yolunun sağ tərəfində torpaq sahəsinin olduğunu, 09.04.202*-ci il tarixdə mülkiyyətində olan torpaq sahəsinə mişar daşının töküldünü və həmin torpaq sahəsinin kənarlarına dəmir boru basdırılaraq üç nəfər şəxsin setka çəkdiyini görüb həmin şəxslərə yaxınlaşaraq həmin torpaq sahəsinin hazırki cavabdehlərin mülkiyyətində olduğunu, qanunsuz olaraq həmin yeri zəbt etdiklərini bildirmişdir. Lakin, həmin şəxslərdən biri cavabdehə bildirmişdir ki, sözü gedən torpaq sahəsi zəbt olunmamış X* aldığını bildirmişdir. Cavabdehin təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestrinin *6 saylı Ucar Ərazi İdarəsinə müraciəti zamanı mübahisə edilən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrinin əməkdaşları tərəfindən cavabdehə məxsus olmasını təstiqləmişlər. İddiaçı qanunsuz olaraq cavabdehə məxsus torpaq sahəsindən onun çıxarılmasını tələb etsədə, torpaqdan çıxmaq üçün heç-bir əsası olmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi-Vəkil* izahatında bildirmişdir ki, cavabdehə Zərdab rayon Bələdiyyəsinin qərarı ilə 20*4-cü ildə sahibkarlıq məqsədiylə Zərdab şəhəri, Dörd Yol ərazisində 0.0050 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reystrində 5 nömrəli reyest kitabında 69 nömrə ilə qeydə alınmaqla, 04.07.20*4-cü il tarixli, 27*4003*86 qeydiyyat nömrəli və Seriya nömrəsi RX ******* olan Çıxarış verilmişdir. 202*-ci il tarixdə cavabdehin mülkiyyətində olan torpaq sahəsinə mişar daşının töküldünü və həmin torpaq sahəsinin kənarlarına dəmir boru basdırılaraq üç nəfər şəxsin setka çəkdiyini görüb həmin şəxslərə yaxınlaşaraq həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olduğunu, qanunsuz olaraq həmin yeri zəbt etdiklərini bildirmişdir. Lakin, həmin şəxslərdən biri cavabdehə bildirmişdir ki, sözü gedən torpaq sahəsi zəbt olunmamış X* aldığını bildirmişdir. Cavabdehin təkrarən Daşınmaz Əmlakın Dövlət Reyestrinin *6 saylı Ucar Ərazi İdarəsinə müraciəti zamanı mübahisə edilən torpaq sahəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrinin əməkdaşları tərəfindən cavabdehə məxsus olmasını təstiqləmişlər. İddiaçı cavabdehə məxsus torpaq sahəsindən çıxarılmasını tələb etsədə, bunun heç-bir hüquqi əsası olmamışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin *6 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi X2 izahatında bildirmişdir ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciəti zaman elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsinin plan ölçüsü sənədindəki kordinatlara, qeydiyyatın alınmasına əsas olmuş hüquqmüəyyən edici sənədindəki kordinatlar eynilik təşkil etmir və iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki kordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi, Cavabdeh* məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh2 Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üst-üstə düşməsi halının mövcud olmadığı müəyyən olunmuşdur. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zərdab şəhəri, Dörd Yol ərazisində "xxxx" şirkətinin mülkiyyətinə sahibkarlıq məqsədi ilə 0*0 ha torpaq sahəsi verilmişdir. İş matereallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində Cavabdeh2 xüsusi mülkiyyətinə sahibkarlıq məqsədi ilə 0.0050 ha torpaq sahəsi verilmişdir. İş matereallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfindən Cavabdeh* xüsusi mülkiyyətinə 0.02 ha torpaq sahəsi verilmişdir. İş matereallarına əlavə olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, *0/4*93 saylı rəyindən görünür ki, iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki kordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi, Cavabdeh* məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh2 Zərdab şəhəri Zərdab- Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üst-üstə düşməsi halının mövcud olmadığı müəyyən olunmuşdur. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: *3-cü maddəsinin *-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinin *-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 7*-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının * saylı Protokolunun *-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Azərbaycan Respublikasında mülkiyyət haqqında” 09.**.*99*-ci il tarixli Azərbaycan Respublikası qanunun *-ci maddəsinə görə mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: *35.4-cü maddəsinə görə əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. *52.*-maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. *52.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. *57.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 4-cü maddəsinin *-ci bəndinə əsasən torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66.*-ci maddəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84-cü maddəsinin *-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun *2.*-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında dövlət qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.*-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 76.*-ci maddəsinə görə tərəflərin tələb və etirazlarınıəsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. *06.*-ci maddəsinə görə işdə iştirak edən şəxslərin işüçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları işüzrə toplanmış digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir. 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə aşağdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən iddia ərizəsindən və iş materiallarından müəyyən olundu ki, sahibkarlıq məqsədiylə Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən iddiaçı "xxxx" şirkətinə Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 0.*0 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinin mülkiyyət hüququna dair *5.*2.2008-ci tarixli, 9050*3000*3 reystr nömrəli, 2708004*30 qeydiyyat nömrəli və Seriya nömrəsi MH 0006*28 olan Çıxarış verilmişdir. İddiaçı tərəfindən sözügedən torpaq sahəsini hasara alan zaman iddiaçıdan başqa torpaq sahəsində üç nəfərə məxsus tikililər aşkar edilmişdir. Odur ki, iddiaçı tərəfindən cavabdehlərə sözügedən torpaq sahəsində qanunsuz tikililərin sökülməsini və cavabdehlərin sözgedən torpaq sahəsindən könüllü çıxmalarını tələb etsədə heç-bir nəticə əldə etməmışdır. Cavabdehlər isə həmin torpaq sahəsinin onlara məxsus olmalarını bildirmişlər. İddiaçı tərəfindən *6 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmiş və müraciət zamanı məlum olmuşdur ki, iddiaçı "xxxx" Şirkətinə məxsus torpaq sahəsinə dair *5.*2.2008-ci il tarixli tərtib edilmiş plan ölçü sənədindəki kordinatlar Zərdab rayon Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 05 saylı qərarı ilə tərtib edilmiş DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən təsdiq edilmiş AB 006537 nömrəli plan ölçüdə qeyd olunmuş kordinatlarla fərqlilik təşkil edir və cavabdehlərə məxsus torpaq sahələr ilə üst-üstə düşür. Torpağın təyinatını müəyyən etmək üçün Məhkəmə mühəndis-texniki ekspertizası mərkəzinə müraciət zamanı müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasına əsas olmuş sənədlərdəki kordinatlara əsasən iddiaçı "xxxx" şirkətinə məxsus Zərdab şəhəri, Dörd Yol ərazisində yerləşən 9050*3000*23 reystr nömrəli 0.*0 ha torpaq sahəsi, Cavabdeh* məxsus Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh2 Zərdab şəhəri Zərdab-Ağcəbədi yolunun sağ tərəfində yerləşən 0.0050 ha torpaq sahəsinin arxa hissəsində yerləşməklə üstüstə düşməsi halının mövcud olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının izahatı iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Göründüyü kimi iddiaçı tərəf iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Odur ki, məhkəmə tərəflərin izahatlarını dinləyib, işin yuxarıda müəyyən olunmuş hallarını, məhkəmə ekspertizası tərəfindən keçirilmiş rəylərin nəticələrini və iş materiallarını qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın *4, 2, 77.*-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız məhkəməyə tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyini, maddi və prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi iddia tələbi nə faktiki, nədə ki, hüquqi əsasa malik deyildir. Odur ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin *07-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün iddiaya məhkəmədə baxılması üçün iddiaçılar tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin *24.*-ci maddəsinə əsasən İddiaçı "xxxx" şirkətindən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 2*0005, VÖEN *40*55507*, Müxbir hesabı AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN *70032662*, Hesab AZ34CTRE**********000208850*, büdcə təsnifatının kodu *42595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPMnin 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, Qət Etdi: İddiaçı "xxxx" şirkətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2, X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin *6 Saylı Ucar Ərazi İdarəsinə qarşı “çıxarışların etibarsız hesab edilməsi, qanunsuz tikilillərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən dövlət mədaxilinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (yüz əlli) manat pul Azərbaycan Respublikası MPM-nin *24.*-ci maddəsinə əsasən iddaçı "xxxx" şirkətindən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab -Dövlət xəzinədarlığı Aqentliyi, kodu 2*0005, VÖEN *40*55507*, Müxbir hesabı AZ4*NABZ0*360*0000**********, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN *70032662*, Hesab AZ34CTRE**********000208850*, büdcə təsnifatının kodu *42595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən 0* (bir) ay müddətində Zərdab Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqam Həsənquliyev
Məhkəmə qərarları › İş №2(035)-5/2023
Zərdab Rayon Məhkəməsi Qətnamə — İş №2(035)-5/2023
27.10.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Sair işlər - Torpaq sahəsinin boşaldılması - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver