Məhkəmə qərarları › İş №2(012)-4005/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4005/2025

13.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4005/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2 X3 Xidməti publik hüquqi şəxsin X1 İdarəsinə qarşı «işə bərpa, işə çıxdığı dövr üçün, həmçinin boşdayanmalara görə əmək haqqının ödənilməsi, bağlanılacaq yeni əmək müqaviləsinin əvvəlki müqavilənin şərtlərinə uyğunlaşdırılması və işdən azad edilmənin qadağan edilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2 X3 Xidməti publik hüquqi şəxsin X1 İdarəsinə qarşı «işə bərpa, işə çıxdığı dövr üçün, həmçinin boşdayanmalara görə əmək haqqının ödənilməsi, bağlanılacaq yeni əmək müqaviləsinin əvvəlki müqavilənin şərtlərinə uyğunlaşdırılması və işdən azad edilmənin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 149.2.4-1-ci maddəsində qeyd edilmişdir ki, ərizədə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərilməlidir. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.3-cü maddəsinə əsasən mediasiya əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Həmin Məcəllənin 27.1-ci maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn fərdi və kollektiv əmək mübahisələri bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər. Lakin iddiaçı iddia ərizəsində tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat göstərməmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin məzmununa riayət edilməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-in 149.2.4- 1-ci və 152.1.6-1-ci maddələrinə istinad edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2 X3 Xidməti publik hüquqi şəxsin X1 İdarəsinə qarşı «işə bərpa, işə çıxdığı dövr üçün, həmçinin boşdayanmalara görə əmək haqqının ödənilməsi, bağlanılacaq yeni əmək müqaviləsinin əvvəlki müqavilənin şərtlərinə uyğunlaşdırılması və işdən azad edilmənin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət X2 X3 Xidməti publik hüquqi şəxsin X1 İdarəsinə qarşı «işə bərpa, işə çıxdığı dövr üçün, həmçinin boşdayanmalara görə əmək haqqının ödənilməsi, bağlanılacaq yeni əmək müqaviləsinin əvvəlki müqavilənin şərtlərinə uyğunlaşdırılması və işdən azad edilmənin qadağan edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar