Məhkəmə qərarları › İş №2(012)-4006/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4006/2021

29.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4006/2021 29.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçi1 vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi haqqında ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi haqqında ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi1 və Ərizəçi2 birgə nikahından 28 iyun 2002-ci il tarixdə “X6” adlı qız övladının Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 və Ərizəçi2 faktiki nikahından 28.06.2002-ci il tarixdə X6 anadan olmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün xəstəxanadan doğumu təsdiq edən əvəzləmə kağızı ala bilməyiblər. Uşaq doğulduqdan sonra müəyyən problemlərə görə vaxtında müraciət edərək doğum haqqında şəhadətnamə alınmayıb. Uşaq böyüdüyü zaman onun sənədlərinin qaydaya salınması zərurəti yaranmışdır. Bu məqsədlə uşağa doğum haqqında şəhadətnamə verilməsi üçün yaşayış yeri üzrə Maraqlı şəxsnə müraciət etsələr də, həmin orqandan verilən cavabda ev şəraitində doğulmuş uşağın doğum faktının məhkəmə qaydasında təsdiqlənməsinin zəruri olduğu bildirilmiş və doğum haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Ərizəçilərin övladı 28 iyun 2002-ci il təvəllüdlü X6 rəsmi nikaha daxil olub ailə qurmaq istəyir, lakin heç bir sənədi olmadığı üçün sənədləşmənin aparılmasından imtina edilir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi1 vəkili-nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Ərizəçi1 ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, Ərizəçi2 ilə faktiki nikah dövründə Aynur anadan olmuşdur. Maddi çətinliklərə görə xəstəxanaya gedə bilməmiş, lazımi sənədləri ala bilməmişdir. Ərizəçi2la ayrıldıqdan sonra yenidən ailə qurmuş, Aynur isə atasının himayəsində böyümüşdür. Aynur Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə 5-ci sinfə qədər oxuyub. Əvvəlki məhkəmə iclasında Ərizəçi2 Ərizəçi1 ilə eyniməzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və Ərizəçi1 vəkili-nümayəndəsinin izahatını, habelə şahid ifadələrini dinləyib, iş materiallarına və ona əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, ərizəçiləri 1993-cü ildən qonşu kimi tanıyır. Ərizəçilər maddi çətinlikləri olduğu üçün ayrılıblar. Onların faktiki nikahından Aynur anadan olub. Uşaq ev şəraitində anadan olub. Aynurun onların övladı olmasını təsdiq edir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, Viktoriyanı 1990-cı ildən tanıyır. Xırdalanda, Quşçuluq ərazisində qonşu olublar. Təsdiq edir ki, ərizəçilərin 2002-ci ildə Aynur adlı qızları ev şəraitində dünyaya gəlib. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Ərizəçi2 xalası, ərizəçi Viktoriyanın əmisinin həyat yoldaşıdır. 2002-ci ildə onların faktiki nikahından Aynur adlı qız övladının dünyaya gəlməsini, onun ev şəraitində doğulmasını təsdiq edir. Ərizəçilərin maddi imkanı olmadığı üçün uşağı xəstəxanaya apara bilməyiblər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsi tərəfindən verilən 05/Q-717/15 №-li, 01 iyun 2021-ci il tarixli məktubdan müəyyən edilir ki, Ərizəçi2 doğumun qeydə alınması barədə ərizə ilə Maraqlı şəxsnə müraciət etmiş, doğum haqqında №103 formalı tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün doğumun qeydiyyata alınması mümkün olmamış və ona aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. - **********805 saylı ərizədən müəyyən edilir ki, Ərizəçi1 və Ərizəçi2 faktiki nikahından 28.06.2002-ci il tarixdə X2 anadan olması faktını qonşuları X1, X4 və X3 öz imzaları ilə təsdiq etmişlər. - Xırdalan şəhər 2 nömrəli tam orta məktəb tərəfindən təqdim edilən 13.10.2021-ci il tarixli, 1131 №-li sorğuya cavab məktubundan müəyyən edilir ki, 28 iyun 2002-ci il təvəllüdlü X2 Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə oxuması barədə heç bir rəsmi sənəd yoxdur. - Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən təqdim edilən 18 noyabr 2021-ci il tarixli, 1568 №-li sorğuya cavab məktubundan müəyyən edilir ki, 28 iyun 2002-ci il təvəllüdlü X6 hər hansı bir xəstəliklə bağlı Xırdalan Ailə Sağlamlıq Mərkəzinə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. İşin məhkəmə araşdırılması zamanı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 faktiki nikahından 28 iyun 2002-ci il təvəllüdlü X2 anadan olması faktı öz təsdiqini tapmamışdır. Ərizəçilərin şifahi vəsatəti üzrə dindirilən şahidlərin ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, digər sübutlarla təsdiq edilmədiyindən həmin ifadələr iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Beləliklə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 faktiki nikahından 28 iyun 2002-ci il təvəllüdlü X2 anadan olması faktı iş materialları ilə və məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslı hesab olunmayıb təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəçilərin faktiki nikahlarından 28 iyun 2002-ci il tarixdə “X6” adlı övladının Abşeron rayonu, Xırdalan şəhərində doğulması faktının müəyyən edilməsi haqqında ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar