Məhkəmə qərarları › İş №2(012)-4020/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4020/2024

08.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4020/2024 08.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və X3 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 2015-ci il tarixdən etibarən ona məxsusdur. Həmin evi qardaşı X6 məxsus Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən fərdi yaşayış evi satılmamışdan əvvəl özü üçün almışdır. Cavabdeh Rizvanova (Naqornova) Aygün Aydın qızı qardaşının keçmiş həyat yoldaşı olmuşdur. Cavabdeh (Naqornova) əslən Göyçay rayonundandır və həmin ünvana qeydiyyatdadır. Cavabdeh (Naqornova) qardaşıma məxsus Abşeron rayonu, Quşçuluq yaşayış massivi 6-cı küçə, 6A ünvanında yerləşən evə gəlin gəlmişdir. Cavabdehin hərəkətlərinə görə qardaşına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evi 2018-ci il tarixdə 10.000 manata satmışlar. Həmin pulu Göyçay rayonunda torpaq almaq və ev tikib köçüb orada yaşamaq məqsədilə qardaşı X6 vermişdir. Daha sonra X7 ailəsi ilə 7-8 ay Göyçay rayonunda yaşamışdır. 2019-cu ildə cavabdeh və onun qardaşı verdiyi pulları xərclədikdən sonra qayıdıb onun yanına gəlmişlər. Körpə uşaqları olduğuna görə onlara özünə məxsus evdə müvəqqəti yaşamağa razılıq vermişdir. Razılığıa əsasən onlar daha sonra kirayə ev tutub köçməli idilər. Qardaşı Cavabdeh (Naqornovadan) məhkəmə qaydasında boşanmışdır. X10 fevral ayının 14-dən ona məxsus evi tərk etsə də, onun keçmiş həyat yoldaşı Cavabdeh (Naqornova) oğlu ilə birlikdə orada yaşamağa davam etmişdir. O, halhazırda da mübahisəli evdə qeydiyyatdadır. Lakin, həmin evdə yaşamamış, evi həmişə kirayə vermişdir. Həmin evdən aldığı kirayə ilə dolanmışdır. O, cavabdehə sözügedən evdə müvəqqəti yaşamaq üçün icazə vermişdir. Ev əşyaları onun pulu ilə alınıb. Halhazırda həmin evdə olan əşyaların yarısı onundur. O, mübahisəli fərdi yaşayiş evinin potensial mülkiyyətçisidir, evə dair bütün sənədlər onun adınadır. Cavabdehin bu qanunsuz hərəkətləri onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi onun yeganə qazanc mənbəyidir. Belə ki, Cavabdeh həmin fərdi yaşayış evini zəbt etmədən öncə həmin evi kirayə verərək müəyyən gəlir əldə edirdi. Hazirda bundan da məhrum olmuşam. Özü də yeni əməliyyat olunmuş, ağır xəstədir. Cavabdehin hərəkətləri onun həyat şəraitinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olur. xx.xx.2018-ci il tarixdə X11 rayonu, Quşçuluq yaşayış massivi, 6-cl küçə, 2- ci döngə, dalan 1, ev 6A ünvaninda yerləşən fərdi yaşayış evini 10.000 manata X1. Hazırki mübahisəli ev isə 2015-ci ildən onun sahiblik və istifadəsindədir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, kod-1340 sayli daşinmaz əmlakın ekspert qiymətləndirmə rəyində tikinti sahibi kimi o göstərilmişdir. Həmçinin o, fərdi yaşayış sahəsinə görə vergi ödəyicisi kimi Xırdalan bələdiyyəsində qeydiyyata alınmışdır, onun əmlak və torpaq vergisi borcu yoxdur. Rizvanova (Naqornova) Aygün Aydın qızı onun ailə üzvü deyildir. Mübahisəli evdə təbii qazdan, elektrik enerjisindən və sudan istifadəyə dair sənədlərdə isteklakçı qismində o qeyd edilmiş və bu xidmətlərdən cavabdeh istifadə etsə də, heç bir ödəniş etmir. Səlahiyyətli şəxslər də məcbur qalaraq pulu ondan tələb edirlər. Mövcud vəziyyət də onun halını daha da pisləşdirir. Buna görə də o, hal-hazırda cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, Cavabdeh azyaşlı uşağı X4 ilə birlikdə ona məxsus olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən ünvan 7 ünvanında qeydiyyatdadır. Qeydiyyatda başqa şəxslər yoxdur. İş materiallarında olan Qaz pavlayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə AKX-02409xx/xx-2020 saylı müqavilənin surətindən görünür ki, “Azəriqaz” İB ilə İddiaçına arasında Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə qaz təchizatı üçün müqavilə bağlanmışdır. İş materiallarında olan Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlananxx.xx.2019-cu il tarixli 42341974 saylı müqavilədən görünür ki, Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Abşeron Sukanal idarəsi ilə İddiaçına arasında müqavilə bağlanmışdır. İş materiallarında olan kommunal ödənişlərə dair qəbzlərin surətindən görünür ki, İddiaçına komunal ödənişlər etmişdir. İş matereiallarında olan Abşeron Rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçına həqiqətən Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 15 D ünvanında yerləşən fərdi-yaşayış sahəsinə görə vergi ödəyicisi kimi Xırdalan bələdiyyəsində qeydiyyata alınmışdır. İddiaçı Xırdalan Bələdiyyəsinin hesablaşma hesabına son olaraq torpaq xx.xx.2021-ci il tarixdə əmlak vergisinə 6.58 manat, torpaq vergisinə 0.66 manat, cəm olaraq 7.24 manat vəsait ödəmişdir. Onun xx.xx.2021-ci il tarixə qədər əmlak və torpaq vergisi borcu yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Tədiyyə Bildiririşindən görünür ki, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 1, ev 15d ünvana görə İddiaçınaya 7,24 manat borc yazılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Ekspert Qiymətləndirmə rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə İddiaçı məxsus ünvan 8 ünvanındakı evin dəyəri 25000 manat müəyyən edilmişdir. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh İddiaçı keçmiş qardaşı arvadı olmuşdur. İddiaçı qardaşı və ailəsinin yaşamağa yeri olmadığı üçün, onlara öz evində bir müddət yaşamağa icazə vermişdir. Hazırda qardaşı ilə cavadeh arasında olan nikah pozulsa da, cavabdeh idiaçının evində yaşamağa davam edir. İş materialları ilə təsdiq olunur ki, fərdi yaşayış evi iddiaçının vəsaiti hesabına inşa edilmişdir. Torpaq sahəsi və fərdi yaşayış evinə dair İddiaçı adına hüquq müəyyənedici sənədlər olmasa da, işdən görünür ki, hər iki əmlak onun sahiblik və istifadəsindədir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 165-ci maddəsinə əsaəsn sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyətiolmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə cavabdeh iddiaçının istifadə və sahibliyində olan edvən çıxarılmalıdır . Avropa İnsan Hüquqları Məhkəməsinin «O.ROUK Birləşmiş Krallığa qarşı» işində ərizənin qəbul edilənliyi barədə qərarında və «Gillounun Birləşmiş krallığa qarşı» işi üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri bilir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının da bu evdə yaşamaq hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh azyaşlı azyaşlı uşağı X4 ilə birlikdə İddiaçı sahiblik və istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalı və həmin fərdi yaşayış evi cavabdehin hesabına boşaldılmalaraq iddiaçıya təhvil verilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh azyaşlı uşağı X4 ilə birlikdə onlara (özlərinə) məxsus əmlakları ilə birgə Cavabdeh hesabına İddiaçı sahiblik və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, dalan 01, ev 15d ünvanında yerləşən evdən çıxarılsın və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar