Məhkəmə qərarları › İş №2(012)-4029/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4029/2022

26.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4029/2022 26.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, Ərizəçi vəkili-nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğum akt qeydinin bərpası faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 26 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) doğumun qeyd edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumu barədə akt qeydinin bərpa edilməsi, yeni şəhadətnamədə doğum tarixinin xx xxxxxx 1966-cı il, doğulduğu yer qrafasında Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X9, ana adı qrafasında X7, miliyyəti qrafasında “Azərbaycanlı” kimi qeyd olunması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1966-cı ildə Ermənistan Respublikasının Quqark rayonunun Gözəldərə kəndində anadan olmuşdur. Onun doğumu müvafiq qaydada qeydə alınaraq onun adına doğum haqqında şəhadətnamə verilmişdir. 1988-ci il tarixdə Ermənistan SSR-in Kirovakan şəhəri Gözəldərə kəndində güclü zəlzələ baş vermiş və evləri dağıntılar altında qalmışdır. X1 zəlzələ zamanı dağıntılar altında qalaraq rəhmətə getmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3383/2018 saylı, 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə ölüm faktı müəyyən edilmişdir. X2 olmuşdur. 1988-ci ildə Ermənistan SSR-də ermənilərin azərbaycanlılara qarşı yeritdiyi deportasiya siyəsəti nəticəsində zorla Azərbaycan köçürülmüşlər. Həmin vaxt onlar oradan hər hansı bir sənəd almaqları mümkün olmamışdır. O, doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Sənədləşmə işlər ilə bağlı ona lazım olur. Ona doğum haqqında şəhadətnamənin verilməsi barədə Maraqlı şəxsnə müraciətinə cavab olaraq bildirilmişdir ki, itmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi ərizənin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində ərizəçinin bacısı olduğunu, ərizəçinin 28 yanvar 1964-cü il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində doğulduğunu, Ərizəçi X2, X1 olduğunu milliyyətcə “azərbaycanlı” olmasını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X10 digər şahid X3 dediklıərini təsdiqləyərək eyni məzmunlu ifadə vermişdir. Mülki iş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Məmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 458 saylı arayışından görünür ki, həqiqətən mərhum X9 ölən günədək yəni xx.xx.2022-ci il tarixədək Abşeron rayonu Məmmədli kəndində qeydiyyatlı yaşamışdır. Mülki iş materiallarında olan 6286 nömrəli qəbzdən görünür ki, Ərizəçi tərəfindən 101 manat məbləğində dövlət rüsumuna görə ödəniş edilmişdir. Mülki iş materiallarında olan, Maraqlı şəxs tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli, 05/Q-642/15 saylı məktubdan müəyyən edilir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadığına görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktının müəyyən edilməsi üçün Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Mülki iş materiallarında olan Abşeron rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-3383/2018 saylı qətnamənin surətindən görünür ki, 1936-cı ildə anadan olmuş X4 07 dekabr 1988-ci ildə Ermənistan SSR-nin Kirovakan şəhəri Gözəldərə kəndində baş vermiş zəlzələ zamanı ölməsi faktı müəyyən edilməsi, ölüm haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə olunması qət edilmişdir. Mülki iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ- İİ № 259790 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1988-ci ildə Gözəldərə rayonu, Kirovakan kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə, № 620 ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ- İİ № 244249 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə, № 212 ilə qeyd edilmişdir. Mülki iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası Quqark rayonunda anadan olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işin materiallarını tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Ərizəçi doğum tarixi xx xxxxxx 1966-cı il, doğulduğu yer qrafasında Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndi, soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X9, ana adı qrafasında X6r, lakin məlum olmayan səbəblərdən onun doğum şəhadətnaməsi itmişdir və əldə edilməsi mümkün deyildir. Ərizəçinin xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikası, Quqark rayonu, Gözəldərə kəndində doğulması, Ərizəçi atasının X9 olması, anasının X7 olması ərizəçinin vəkili-nümayəndəsinin izahatı, onun şəxsiyyət vəsiqəsi ilə bərabər, məhkəmə iclasında şahidlərinin ifadəsi ilə də təsdiq olunur. Ona görə də, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində doğulması akt qeydi bərpa edilməli, onun soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X9, ana adı qrafasında X7 olması müəyyən edilməlidir. Övladların miliyyəti valideynlərinin miliyyəti ilə müəyyən edildiyindən bu hissədə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikası Quqark rayonu, Gözəldərə kəndində doğulması akt qeydi bərpa edilsin. Onun onun soyadı, adı, atasının adı qrafasında Ərizəçi, ata adı qrafasında X9, ana adı qrafasında X7 olması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar