Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-405/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi) doğum akt qeydinin bərpası barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzi) doğumun qeyd edilmə faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, atası X4 xx.xx.1932ci il tarixdə Laçın rayonu, Zabux kəndində anadan olması, atasının Məmmədov Mürsəl, anasının Məmmədova Əziz olması və X3nın xx.xx.1936-cı il tarixdə Laçın rayonu, Soyuqbulaq kəndində anadan olması, atasının Salmanov Balay, anasının Salmanova Mənzər olması faktının müəyyən edilməsi və bunun əsasında doğum haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin “X4 və X5 doğum qeydi aktının bərpa olunması” kimi nəzərə alınmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1932-ci il təvəllüdlü X8 ərizəçinin atası, xx.xx.1936-cı il təvəllüdlü X10 anasıdır. X3 xx.xx.2017-ci il tarixdə, atası X8 isə xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Hər iki mərhum Laçın rayonundan məcburi köçkün düşmüş, ölən günə qədər ərizəçi ilə birlikdə yaşamışlar. Lakin mərhumlar Laçın rayonundan məcburi köçkün düşərkən onlara məxsus doğum haqqında şəhadətnamələr və bir sıra sənədlər həmin vaxt işğal olunmuş ərazidə qalmışdır. Hazırda vərəsəlik işi ilə bağlı onlara məxsus doğum haqqında şəhadətnamələrin əldə edilməsinə zərurət yaranmışdır. Bununla bağlı 2 saylı Sumqayıt “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə müraciət edilmiş, amma oradan imtina verilmişdir. Odur ki, göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinə sorğu göndərilmiş, cavab olaraq bildirilmişdir ki, 1936-cı ilə qədər məlumat və sənədlər mövcud deyil. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalınmışdır. X3 2017-ci ildə, atası X8 isə 2018-ci ildə vəfat etmişdir. Mərhumlar məcburi köçkün olmuşlar. Atasının hazırda sağ qalmış heç bir ailə üzvü yoxdur, lakin anasının bacısı və baldızı sağdır. Maraqlı şəxs 2 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 62.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Ərizəçi xalasıdır. Mərhum atası onun yeznəsi, anası isə onun bacısı olmuşdur. X8 xx.xx.1932-ci il tarixdə Laçın rayonu, Zabux kəndində anadan olmuşdur. Mərhumla aralarında daim ad günləri və s. ilə əlaqədar gediş-gəliş olmuşdur. Məcburi köçkündürlər və ailədə 7 bacıdırlar, lakin soyadları fərqlənir, bəziləri Salmanova, bəziləri isə Xıdırova soyadını daşıyır. Xıdır ulu babaları olmuşdur. X2 xx.xx.1936-cı il tarixdə Laçın rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur, atasının adı soyadı Salmanov Balay, anasının adı, soyadı Salmanova Mənzər olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X1 yaxından tanıyır. Mərhumun həyat yoldaşı X10 müəllimə kimi fəaliyyət göstərirdi. X8 1932-ci il təvəllüdlüdür, X10 isə 1936-cı il təvəllüdlüdür. Mərhumun anasının adını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, o, Ərizəçi qonşusudur. X8 1932-ci il təvəllüdlüdür, mərhumun anasının adını bilmir. X10 müəllimə kimi fəaliyyət göstərmiş və ona orta məktəbdə dərs demişdir. Atasının adı Balay, anasının adı Mənzər olmuşdur. X10 2017-ci ildə Masazırda, X8 isə 2018-ci ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3. maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 158-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2. maddəsindən görünür ki, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 930333 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 30 mart 2018-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 186 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 384250 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 avqust 2017-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 485 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8- 69-323/2024 saylı arayışdan görünür ki, X8 və X5 nikahı haqqında xx.xx.1959-cu il tarixdə 9 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah Laçın rayonu, Qarıkaha kənd icra nümayəndəliyində qeydə alınmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Salmanova soyadı verilmişdir. Nikaha xx.xx.2017-ci il tarixdə X5, xx.xx.2018-ci il tarixdə X4 ölməsi ilə xitam verilmişdir. -AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuşdur. -AZE03599996 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1932-ci il tarixdə Laçın rayonu, Zabux kəndində anadan olmuşdur. -AZE03136265 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1936-cı il tarixdə Laçın rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur. -Zabux rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında doğum haqqında akt qeydi tərtib olunmuş, atası X8, X3dır. -Laçın rayonu İcra Hakimiyyəti başçısının Zabux kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-64/49-3-2- 135/2024 saylı arayışdan görünür ki, Ərizəçi atası X8 1992-ci ilin məlum may hadisələri zamanı Laçın rayonu, Zabux kəndindən məcburi köçkün olmuş, 2018-ci ildə Abşeron rayonunda vəfat etmişdir. X3 1992-ci ilin məlum may hadisələri zamanı Laçın rayonu, Zabux kəndindən məcburi köçkün olmuş, 2017-ci ildə Abşeron rayonunda vəfat etmişdir. Ərizəçi hər iki valideyni vəfat edən günə qədər Dövlət tərəfindən verilən aylıq müavinəti almış və nümayəndəliyin təsərrüfat başına kitabında qeydiyyatda olmuşdurlar. -Laçın rayonu İcra Hakimiyyəti başçısı aparatı tərəfindən Qaçqınlar və X9 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 5-64/3-8-716/2024 saylı məktubdan görünür ki, Laçın rayonu, Zabux kənd sakini olmuş mərhum X8 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşmüş və 2018-ci ildə Abşeron rayonunda vəfat etmişdir. Onun həyat yoldaşı mərhum X10 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşmüş və 2017-ci ildə Abşeron rayonunda vəfat etmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Ərizəçi ünvan 1 ünvanda qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri və eləcə də, mülki iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, X8 xx.xx.1932-ci il tarixdə Laçın rayonu, Zabux kəndində, X10 isə xx.xx.1936-cı il tarixdə Laçın rayonu, Soyuqbulaq kəndində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçinin təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənədlərlə və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə, Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, X4 xx.xx.1932-ci il tarixdə Laçın rayonu, Zabux kəndində və X5 xx.xx.1936-cı il tarixdə Laçın rayonu, Soyuqbulaq kəndində anadan olması barədə fakt müəyyən edilərək doğum akt qeydləri bərpa edilməli və yeni şəhadətnamədə X4 doğum tarixi xx.xx.1932-ci il, doğulduğu yer Laçın rayonu, Zabux kəndi, soyadı, adı, atasının adı qrafasında “X8”, ata adı qrafasında “Məmmədov Mürsəl”, ana adı qrafasında “Məmmədova Əziz” milliyyəti “azərbaycanlı” kimi və X5 doğum tarixi xx.xx.1936-cı il, doğulduğu yer Laçın rayonu, Soyuqbulaq kəndi, soyadı, adı, atasının adı qrafasında “X10”, ata adı qrafasında “Salmanov Balay”, ana adı qrafasında “Salmanova Mənzər” milliyyəti “azərbaycanlı” kimi qeyd olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1932-ci il tarixdə Laçın rayonu, Zabux kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. X5 xx.xx.1936-cı il tarixdə Laçın rayonu, Soyuqbulaq kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Yeni şəhadətnamədə X4 doğum tarixi xx.xx.1932-ci il, doğulduğu yer Laçın rayonu, Zabux kəndi, soyadı, adı, atasının adı qrafasında “X8”, ata adı qrafasında “Məmmədov Mürsəl”, ana adı qrafasında “Məmmədova Əziz” milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun. Yeni şəhadətnamədə X5 doğum tarixi xx.xx.1936-cı il, doğulduğu yer Laçın rayonu, Soyuqbulaq kəndi, soyadı, adı, atasının adı qrafasında “X10”, ata adı qrafasında “Salmanov Balay”, ana adı qrafasında “Salmanova Mənzər” milliyyəti “azərbaycanlı” kimi qeyd olunsun Qətnamə şəxsə doğum haqqında şəhadətnamələrin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-405/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-405/2025
13.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver