Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4050/2021 28.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 28 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 38, mənzil 60 saylı ünvanda yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsini, Cavabdeh Comard qızının övladı X3 ilə birlikdə qeyd olunan yaşayış sahəsindən çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh Comard qızı 21 yanvar 2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və birgə nikahdan bir övladları - 01 iyul 2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. 21 iyul 2017-ci il tarixdə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh nikah pozulduqdan sonra Abşeron Rayon Məhkəməsinə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş 93” yaşayış kompleksi, ev 38, mənzil 60 ünvanında yerləşən əmlakda payların naturada ayrılması və mənzilə köçürmə tələbinə dair iddia qaldırmış, həmin iddia qismən təmin edilərək Cavabdeh azyaşlı 01.07.2015-ci il təvəllüdlü X3 ilə birlikdə mübahisəli mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməyərək Abşeron Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin qətnaməsi icra edilərək Cavabdeh Comard qızı həmin mənzilə köçürülmüşdür. Bunun ardınca tez-tez aralarında baş verən mübahisələr nəticəsində bir mənzildə yaşamaları mümkün olmadığından iddiaçı məcbur olub həmin mənzili müvəqqəti olaraq tərk etməli olmuşdur. Həmin mənzildə yaşamasına baxmayaraq, Cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək iddiaçıdan nikah dövründə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 38 ünvanda yerləşən 60 saylı mənzilin əldə edilməsi üçün verilmiş, ümumi əmlak olan 42.000 manatın ½ hissəsinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia təmin edilmiş, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 38 ünvanda yerləşən 60 saylı mənzilin alınmasına verilmiş, birgə nikah dövründə əldə olunmuş 42.000 (qırx iki min) manatın ½ (ikidə bir) hissəsinə, yəni 21.000 (iyirmi bir min) manatına Cavabdeh mülkiyyət hüququ tanınmış, İddiaçı 21.000 (iyirmi bir min) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq Cavabdeh Comard qızına verilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının vermiş olduğu apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qeyd olunan məhkəmə qətnaməsini könüllü icra etmək məqsədi ilə kredit götürərək Cavabdeh 21.000 (iyirmi bir min) manatı götürməsini təklif etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Hazırda iddiaçı öz mənzilinə daxil ola bilmir. Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli mənzilə köçürülməyə dair 2(012)-6818/17 saylı qətnaməsi ilə Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi “Qurtuluş-93” yaşayış kompleksi, ev 38, 60 saylı mənzilə istifadə hüququ əldə etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2021-ci il tarixli, 2(102)-62/21 saylı birgə nikah dövründə əldə edilmiş mənzilə görə ödənilmiş vəsaitin bölünməsinə dair qərarında, kassasiya instansiyası məhkəməsinin mövqeyinə əsasən Cavabdeh Comard qızı 21.000 manatı almaqla həmin mənzilə istifadə hüququ başa çatmış olur. Belə ki, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırki tələbi, birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərindən arvada (iddiaçıya) çatan hissəsinin ona ödənilməsi barədədir. İddiaçı həmin vəsaiti almaqla onun mənzilə istifadə hüququ başa çatır, çünki haqqı çatanın əvəzini (dəyərini) almış olur. Abşeron Rayon Məhkəməsinin 01.12.2017-ci il tarixli, 2(012)-6818/17 saylı mənzilə köçürülməyə dair qətnaməsində tərəflər arasında hüquq münasibətlərinin 2015-ci ilin may ayından yaranması səbəbindən mübahisəyə 2009-cu il okytabr ayının 1dən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinin tətbiq edilməsi və tərəflər arasında ailə münasibətlərinə 21 iyul 2017-ci il tarixdə xitam verildiyindən onların hazırda keçmiş ailə üzvləri olmaları qənaətinə gəlmişdir. Keçmiş ailə üzvünün istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanılmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Cavabdeh birgə nikah dövründə əldə olunmuş əmlakın alınmasında sərf olunan vəsaitin ½ hissəsinə mülkiyyət hüququnun tanınması ilə kifayətlənməmişdir. Cavabdeh həmçinin, həmin məbləğin ona verilməsini tələb etmiş, bununla da onun mübahisəli mənzilə köçürülməsi üçün əsas olmuş halların aradan qalxmış olmasını nümayiş etmişdir. İddiaçı keçiriləcək məhkəmə iclasında Cavabdeh qəbul etməkdən yayındığı 21.000 (iyirmi bir min) manat pulu təkidlə götürməsini tələb edərək, həmin məbləği təqdim etməklə Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 38, mənzil 60 saylı ünvanda yerləşən yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsini, Cavabdeh Comard qızının övladı X3 ilə birlikdə qeyd olunan yaşayış sahəsindən çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, hazırda 21.000 (iyirmi bir min) manat pul vəsaiti tərəfindən tam şəkildə cavabdehə ödənilmişdir. Bu səbəbdən də, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X2 29.07.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-657/2020-015 nömrəli, 16.01.2020-ci il tarixli icra sənədinin icrası xitam verilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, həqiqətən də İddiaçı tərəfindən həqiqətən də 21.000 (iyirmi bir min) manat pul vəsaiti ona ödənilmişdir. Bu səbəbdən də iddianın təmin edilərək onun Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzildən istifadə hüququna xitam verilməsinə və qızı X3 ilə birlikdə həmin mənzildən çıxarılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-6818/2017 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakda payların ayrılaraq naturada bölünməsi və mənzilə köçürülmə tələbi barədə iddiası qismən təmin edilmiş, iddiaçı Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, «Qurtuluş-93» yaşayış kompleksi, ev 38, 60 saylı mənzilə azyaşlı uşağı - 1 iyul 2015-ci il təvəllüdlü X3 ilə birlikdə köçürülmələri qət edilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2408/2018 saylı, 17 iyul 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli, 2(012)-6818/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8470/2018 saylı, 17 dekabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh və vəkil X1, cavabdeh İddiaçı və vəkil X4 verdikləri kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 657/2020 saylı, 16 yanvar 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddiası təmin edilmiş, Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 38 ünvanında yerləşən 60 saylı mənzilin alınmasına verilmiş, birgə nikah dövründə əldə olunmuş 42000 (qırx iki min) manatın 1/2 (ikidə bir) hissəsinə, yəni 21000 (iyirmi bir min) manatına iddiaçı Cavabdeh mülkiyyət hüququnun tanınması, cavabdeh İddiaçı Əliman oğlundan 21000 (iyirmi bir min) manat pul vəsaitin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3877/2020 saylı, 17 iyul 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-657/2020 saylı iş üzrə qəbul etdiyi 16 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-657/2020 saylı iş üzrə qəbul etdiyi 16 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-762/2021 saylı, 09 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı Əliman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3877/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Mülki iş materiallarında olan 27.07.2021-ci il tarixli borc tələbi üzrə pul vəsaitinin alınması haqqında qəbzin surətindən görünür ki, Cavabdeh borclu İddiaçı Əliman oğlundan 1030 manat pul vəsaitini qəbul etmişdir. Mülki iş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş 27.07.2021-ci il tarixli mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh hesabına 20.000 manat məbləğində vəsait köçürülmüşdür. Mülki iş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin rəisi Vüqar Qasımova ünvanlanmış icra sənədinin icraatına xitam verilməsi haqqında ərizədən görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-657/2020-015 nömrəli, 16.01.2020-ci il tarixli icra sənədi üzrə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 38 ünvanında yerləşən 60 saylı mənzilin alınmasına verilmiş, birgə nikah dövründə əldə olunmuş 42000 (qırx iki min) manatın 1/2 (ikidə bir) hissəsinə, yəni 21000 (iyirmi bir min) manatına iddiaçı Cavabdeh mülkiyyət hüququ tanınmalı, cavabdeh İddiaçı 21000 (iyirmi bir min) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh verilməlidir. Cavabdeh icra tələbində qeyd olunan tələb tam icra olunduğundan heç bir tələb və şikayəti yoxdur. Göstərilənlərin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinin rəhbər tutularaq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-657/2020-015, 16.01.2020-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X2 29.07.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, icra sənədi üzrə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, ev 38 ünvanında yerləşən 60 saylı mənzilin alınmasına verilmiş, birgə nikah dövründə əldə olunmuş 42000 (qırx iki min) manatın 1/2 (ikidə bir) hissəsinə, yəni 21000 (iyirmi bir min) manatına iddiaçı Cavabdeh mülkiyyət hüququ tanınmalı, cavabdeh İddiaçı 21000 (iyirmi bir min) manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh verilməlidir. Tələbkar Cavabdeh şöbəyə ünvanlandığı 27.07.2021-ci il tarixli ərizəsinə əsasən icra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə icra olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-657/2020-015 nömrəli, 16.01.2020-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, İddiaçı Əliman oğlu ilə Cavabdeh 21 yanvar 2014-cü il tarixdə rəsmi daxil olmuşlar və onların birgə nikahlarından 01 iyul 2015-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, «Qurtuluş-93» yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzilinə azyaşlı uşağı - 01 iyul 2015-ci il təvəllüdlü X3 ilə birlikdə köçürülmələri qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 17 iyul 2018ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı apelyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 17 dekabr 2018-ci il tarixli qərarı ilə Cavabdeh və vəkili X1, İddiaçı və vəkil X4 verdikləri kassasiya şikayətlərinin təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzilinin alınmasına verilmiş, birgə nikah dövründə əldə olunmuş 42.000 manatın ½ hissəsinə, yəni 21.000 manatına Cavabdeh mülkiyyət hüququnun tanınması, İddiaçı Əliman oğlundan 21.000 manat pul vəsaitin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı Əliman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsi İddiaçı tərəfindən icra edilmiş Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru X2 29 iyul 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzilə olan istifadə hüququna xitam verilməsini, Cavabdeh Comard qızının övladı X3 ilə birlikdə qeyd olunan mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 yanvar 2020-ci il tarixli qətnaməsinin İddiaçı tərəfindən icra edildiyini, bu səbəbdən də onun Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzildən istifadə hüququna xitam verilməsinə və qızı X3 ilə birlikdə həmin mənzildən çıxarılmasına etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 223.1.maddəsinə görə birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Həmin Məcəllənin 220.1. maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası” nın 1 saylı Protokolin 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci abzasın cümləsində təsbit olunan birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; ikinci abzasda bəyan edilən üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara müvafiq olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü normalar mülkiyyətdən maneəsiz istifadə hüququna edilən konkret müdaxilə nümunələri ilə bağlıdır; buna görə də birinci normada bəyan edilən ümumi prinsip baxımından şərh olunmalıdır (Ceyms və başqaları Birləşmiş Krallığa qarşı). Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzilindən mülkiyyət hüquqi ilə onun payına düşən ½ hissəsinin dəyəri olan 21.000 (iyirmi bir min) manat məbləğində pulu ödədiyindən , cavabdehin mübahisəli mənzildən istifadə hüququ qalmamışdır, cavabdehin orada yaşaması iddiaçının mənzil üzərində maneəsiz istifadə, sahiblik və sərəncam hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı etiraf etmiş, onun sözügedən mənzildən istifadə hüququna xitam verilməsinə, onun övladı ilə birlikdə həmin mənzildən çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzilinə olan istifadə hüququna xitam verilməli, Cavabdeh övladı 01 iyul 2015-ci il təvəllüdlü X3 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzilindən çıxarılmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. Cavabdeh övladı 01 iyul 2015-ci il təvəllüdlü X3 ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, “Qurtuluş-93” yaşayış kompleksi, 38 saylı evin 60 saylı mənzilindən çıxarılsınlar. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4050/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4050/2021
28.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver