Məhkəmə qərarları › İş №2(012)-406/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-406/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-406/2025 21.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron Rayon Saray Bələdiyyəsinə qarşı söküntünün qadağan edilməsi və torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair və iddiaçı Abşeron Rayon Saray Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin sökülməsi və torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron Rayon Saray Bələdiyyəsinə qarşı söküntünün qadağan edilməsi və torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair və iddiaçı Abşeron Rayon Saray Bələdiyyəsi cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin sökülməsi və torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinə qarşı anbar-otaqlarının söküntüsünün cavabdehə qadağan edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinə Saray qəsəbəsi ərazisində DYP postunun yaxınlığında yerləşən “Araz” marketin arxa tərəfindəki 1,38 ha torpaq sahəsində inşa edilmiş iki anbar-otağın söküntüsünün qadağan edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4594/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin sökülməsi və bələdiyyənin ehtiyat fonduna qaytarılması tələbinə dair 2(012)-4561/2024 saylı mülki iş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Abşeron Rayonu Saray Bələdiyyəsinə qarşı anbar-otaqlarının söküntüsünün cavabdehə qadağan edilməsi və həmin torpaq sahəsinin iddiaçının adına sənədləşdirilməsi tələbinə dair 2(012)-4561/2024 saylı mülki işlə birləşdirilməsi, mülki işlər bir icraatda birləşdirildiyindən 2(012)-4594/2024 saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Abşeron rayon Saray qəsəbəsində DYP postunun yaxınlığında yerləşən "Araz" marketin arxa tərəfində istifadəsində olan 1.38 ha torpaq sahəsinin geri qaytarılmasının mümkün olmamasını müəyyən etməklə, torpaq sahəsinin istifadəsində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı-cavabdeh və cavabdeh-iddiaçı məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, hazırki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 11:40-a təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər (nümayəndələri) məhkəmə baxış iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, iş üzrə tərəflər məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM adlanacaq) 259.0.6-cı maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-nin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü il tarixdə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırkı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron Rayon Saray Bələdiyyəsinə qarşı söküntünün qadağan edilməsi və torpaq sahəsinin rəsmiləşdirilməsi tələbinə dair və iddiaçı Abşeron Rayon Saray Bələdiyyəsinin cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsinin sökülməsi və torpaq sahəsinin bələdiyyənin ehtiyat fonduna qaytarılması tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı hazırkı mülki iş (2(012)-406/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzrlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, MPM-in 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar