Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4072/2022 27.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə 27 sentyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, uşaqları 20 avqust 2017-ci il təvəllüdlü X8, 05 aprel 2019-cu il təvəllüdlü X12 və əmlakları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 4 saylı binanın, 105 sayl mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçının oğlu X1 həyat yoldaşıdır və onlar arasında nikah Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin e-2(010)- 822/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş və onların birqə nikahdan anadan olmuş uşaqları, 20 avqust 2017-ci il təvəllüdlü X4 və 05 aprel 2019-cu il təvəllüdlü X5 boşanmadan sonra anaları Cavabdeh yanında qalmaları, uşaqlar yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Cavabdeh boşanmaya qədər oğlu X9 və uşaqları ilə birlikdə onun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 4 saylı binanın, 105 saylı mənzilində yaşamışlar. Həmin mənzilin onun mülkiyyətində olması Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Serya RX № ******* saylı, ********** Qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli Çıxarışla təsdiq olunur. Həmin mənzil satıcı X14 ilə onun və "xxxx" ASC-nin Nəsimi filialı ilə aralarında 18 aprel 2018-ci ildə bağlanılmış 11/318/AİFKK nömrəli Alqı-Satqı və İpoteka Müqaviləsinə əsasən 52530 (əlli iki min beş yüz otuz) manat dəyərində olmaqla 10530 (on min beş yüz otuz) manat tərəfindən nəğd olaraq ödənilməklə "xxxx" ASC-nin Nəsimi filialı ilə aralarında 05 aprel 2018-ci ildə bağlanılmış 11/318/AİFKK nömrəli Kredit Müqaviləsi əsasında 144 ay (qeyd: 12 il) müddətinə götürdüyü 42000 (qırx iki min) manat məbləğində İpoteka krediti hesabına alınmışdır. Qeyd edilən Müqavilənin predmetini müəyyən edən 1.1-ci və 1.3-cü bəndində göstərilir: Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana/Borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 42 000 (qırx iki min) manat məbləğində illik 7 (yeddi) faiz dərəcəsi ilə 144 (yüz qırx död) ay müddətinə ipoteka krediti verir. Kredit Borcalana/Borcalanlara/ ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83- 05301-093008 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın (bundan sonra- yaşayış sahəsi) alınmasına verilir. 05 aprel 2018-ci il tarixli Kredit Müqaviləsinə verilmiş əlavədə kredit və ona hesablanmış faizlərin ödəniş çədvəlinə əsasən tərəfimdən alınmış mənzilə görə 4 il müddətində hər ay ödənişlər edilməklə xx.xx.2022-ci il tarixə olan ödəniş edildikdən sonra qalan 9 (doqquz) ilə kredit müqaviləsi üzrə 30935 (otuz min doqquz yüz otuz beş) manat borc ödənilməlidir. Həmin mənzil “Kristal Abşeron-2” şirkəti tərəfindən inşa edilmiş binada tam təmirli vəziyyətdə satıcıdan alınmışdır. Mənzil alındıqdan sonra cari xırda təmirlər nəzərə alınmadan mənzildə təmir aparılmamışdır. Cavabdeh ilə oğlu arasında nikah pozulduqdan sonra oğlu X9 onunla birgə həmin mənzildə yaşamır və cavabdehlə ailə münasibətlərinə son qoyulmuşdur. Dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh uşaqları və əşyaları ilə birlikdə müxtəlif bəhanələr gətirərək mənzildən çıxmaq istəmir. Halbuki, cavabdehin qeydiyyatda olduğu ünvan 2 ünvanda valideynlərinə məxsus, nikaha qədər yaşadığı üç mərtəbəli fərdi yaşayış evi mövcuddur və o, yeganə övlad olaraq valideynləri ilə birgə yaşaya bilər. Cavabdeh faktiki olaraq onu mülkiyətində olan mənzildə yaşamaqdan məhrum edib və hazırda hər ay ipoteka götürdüyü mənzilə görə kredit müqaviləsi üzrə 430 manat borc ödəməyinə baxmayaraq və mülkiyyətində mənzil ola-ola müvəqqəti başqa yerlərdə yaşamaq məcburiyyətində qalmışdır. Göründüyü kimi cavabdeh onu mülkiyyətində olan mənzilə dair qanunla verilmiş bütün hüquqlardan məhrum etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.8 kv.m olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 133 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mülki iş materiallarında olan Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin e-2(010)- 822/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında 04 aprel 2017-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsində 711 nömrə ilə qeydə alınmış nikahın pozulması, X9 ilə Cavabdeh birgə nikahlarından doğulmuş 20 avqust 2017-ci il təvəllüdlü X10 və 05 aprel 2019-cu il təvəllüdlü X12 boşanmadan sonra anaları Cavabdeh yanında qalması, X2 20 avqust 2017-ci il təvəllüdlü X10 və 05 aprel 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi, alimentin tutulması müddəti 02 mart 2022-ci il tarixdən müəyyən edilməsi, qətnamə aliment hissəsində dərhal icra olunması qət edilmişdir. Mülki iş materiallarında satıcı X14 ilə ipoteka saxlayan "xxxx" ASC-nin “Nəsimi” filialı borcalan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11/318/AİFKK nömrəli Alqı-satqı və İpoteka Müqaviləsinin surətindən görünür ki, Satıcı, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83-05301-093008 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı (bundan sonra - daşınmaz əmlak) Alıcı-İpoteka qoyanın mülkiyyətinə verir. Həmin müqavilənin 1.4. bəndinə əsasən Daşınmaz əmlakın satış qiyməti 52 530 (əlli iki min beş yüz otuz) manatdır, mənzilin dəyərinin 10 530 (on min beş yüz otuz) manat məbləğində olan hissəsi Alıcı-ipoteka qoyanın özü tərəfindən, 42 000 (qırx iki min) manat məbləğində olan hissəsi isə Kreditor-İpoteka saxlayan tərəfindən "05" Aprel 2018-ci il tarixli 11/318/AİFKK saylı Kredit müqaviləsinə (bundan sonra - Kredit müqaviləsi) əsasən Alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Mülki iş materiallarında olan Kreditor "xxxx" ASC-nin “Nəsimi” filialı ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 11/3187/AİFKK nömrəli Kredit Müqaviləsindən görünür ki, Kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana/Borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 42 000 (qırx iki min) manat məbləğində illik 7 (yeddi) faiz dərəcəsi ilə 144 (yüz qırx dörd) ay müddətinə ipoteka krediti verir. Kredit Borclana/Borcalanlara ünvan 3 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********83-05301-093008 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın (bundan sonra - yaşayış sahəsi) alınmasına verilir. Mülki iş materiallarında olan xx.xx.2018-ci il tarixli ********* nömrəli Mənzilin təhvil aktından görünür ki, "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış “09 aprel 2018”-ci il tarixli, “00011534” saylı Alqı-satqı müqaviləsinə əsasən, “MTK” Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11 ünvanında yerləşən 4-cü binanın, 1-ci blokun mansard mərtəbəsində, 2 otaqlı 105 №-li mənzili 20 aprel 2018.il tarixində “Alıcı”nın istifadəsinə verdi, Alıcı isə təhvil aldı. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh onun keçmiş gəlinidir. İddiaçının oğlu ilə gəlini arasında olan nikah pozulmuşdur. Göründüyü kimi cavabdehin mübahisəlndirilən mənzildən istifadə hüququ yoxdur, bu barədə hər hansi sənəd məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ olmadığından iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh, uşaqları 20 avqust 2017ci il təvəllüdlü X8, 05 aprel 2019-cu il təvəllüdlü X12 və əmlakları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 4 saylı binanın, 105 sayl mənzilindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğindəki dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, uşaqları 20 avqust 2017-ci il təvəllüdlü X8, 05 aprel 2019-cu il təvəllüdlü X12 və əmlakları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 11, 4 saylı binanın, 105 sayl mənzilindən çıxarılsın. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğindəki dövlət rüsumu Cavabdeh tutularaq ona ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4072/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4072/2022
27.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver