Məhkəmə qərarları › İş №2(012)-4073/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4073/2023

04.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4073/2023 04.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «daimi qeydiyyatda olmaqla yaşadıqları mənzildən istifadə hüquqlarının müvəqqəti olaraq üç il müddətinə uzadılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «daimi qeydiyyatda olmaqla yaşadıqları mənzildən istifadə hüquqlarının müvəqqəti olaraq üç il müddətinə uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasları xx.xx.2023-cu il və xx.xx.2023-cü il tarixlərinə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, cavabdehlər isə gəlmiş, lakin işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçılar məhkəmənin çağırışına gəlmədikdə, cavabdehlər isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X2 və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «daimi qeydiyyatda olmaqla yaşadıqları mənzildən istifadə hüquqlarının müvəqqəti olaraq üç il müddətinə uzadılması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar