Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4074/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı oğlunun Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” iddia tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, МЦЯЙЙЯН ЕТДИ İddiaçı oğlu Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzili xx.xx.2015-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Əliyev Rövşəndən almışdır. Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətindədir. Belə ki, Cavabdeh faktiki olaraq qeyd edilən evdə yaşamır və qeydiyatda olması formal xarakter daşıyır. Həsənov X2 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzilində formal olaraq qeydiyyatda olması onun həmin evə dair mülkiyyət hüquqlarını pozmaqla, onun evdən istədiyi kimi istifadə edə bilmir, əmlakına dair müstəqil sərəncam verə bilmir. Məhkəmə iclasında İddiaçı oğlu iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, əlavə olaraq izahatında bildirdi ki, Həsənov X2 rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, ev 4, 48 nömrəli mənzili 2015-ci ildən ona satmayasına baxmayaraq hazırki vaxta qədər qeydiyyatdan çıxmamışdır. Cavabdeh qeydiyyatda olması onun həmin evə dair mülkiyyət hüquqlarını pozmaqla, onun evdən istədiyi kimi istifadə edə bilmir, əmlakına dair müstəqil sərəncam verə bilmir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edib, izahatında bildirdi ki, onun qeydiyyata düşə bilmədiyindən Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzildə qeydiyyatdan çıxmaqda çətinlik çəkir. Onun həmin mənzildən qeydiyyatdan çıxmağına etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan xx xxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Həsənov X2 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzili İddiaçı oğluna satmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəllə, ev 4, 48 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə İddiaçı oğlunun adına qeydə alınmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından müəyyən edilir ki, Həsənov X2 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzildə qeydiyyatdadır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı oğlunun mülkiyyətində olan mübahisəli Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzilinə qeydiyyatdadır, onunla İddiaçı oğlu arasında hazırkı mübahisəli evdən istifadə hüququna dair müqavilə bağlanmamış və bu müvafiq qaydada qeydə alınmamışdır. Bundan başqa cavabdeh Həsənov X2 rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzilindən pasport qeydiyyatından çıxmağına etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində, 29-cu maddəsinin İ və İİ bəndlərində göstərilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, iş materiallarından göründüyü kimi Cavabdeh mübahisəli evdən qanunla müəyyən edilmiş qaydada istifadə hüquqları yaranmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, olmayan istifadə hüququna isə məhkəmə qaydasında xitam verilməsi mümkün olmadığından iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh evdən pasport qeydiyyatından çıxarılmalarını xahiş edir. Cavabdeh mübahisəli evdən qeydiyyatdan çıxarılması məhkəmənin birbaşa səlahiyyətinə aid olmasa da, istifadə hüququnun itirilməsi mənzildən qeydiyyatdan çıxma üçün də əsas hesab edildiyindən, bu tələbə də qətnamədə münasibət bildirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddiaçı oğlunun Cavabdeh qarşı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamə Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 4, 48 nömrəli mənzilndən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrli edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4074/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4074/2020
25.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver