Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-41/2023 20.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Rufullayeva (Heydərova) X7 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinə, Rufullayeva (Heydərova) X8 və AR ƏMDK yanında DƏDRX yanında 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair ilkin iddiası və cavabdeh Rufullayeva (Heydərova) X7 İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinə, Rufullayeva (Heydərova) X8 və AR ƏMDK yanında DƏDRX yanında 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Rufullayeva (Heydərova) X9 İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırki mülki işin baxılmamış saxlanılaraq iddia ərizəsi və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında hazırki mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh Rufullayeva (Heydərova) X7 nümayəndəsi X4 hazırki mülki işin baxılmamış saxlanılaraq qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh iddia ərizələrinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını xahiş etdiyindən, tərəflər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, ilkin iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinə, Rufullayeva (Heydərova) X8 və AR ƏMDK yanında DƏDRX yanında 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «alğı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi» tələbinə dair ilkin iddiası və cavabdeh Rufullayeva (Heydərova) X7 İddiaçı qarşı «torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. İlkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Rufullayeva (Heydərova) X8 qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-41/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-41/2023
20.12.2023 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver