Məhkəmə qərarları › İş №2(105)-454/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-454/2024

23.04.2024 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-454/2024 23.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ünvan 2qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh (üçüncü şəxslər ünvan 2qayıt Şəhər 1 saylı Dövlət Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı ünvan 2qayıt Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə ünvan 2qayıt Şəhər Məhkəməsinin 2(060)-4704/2023 nömrəli, 06 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ünvan 2qayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ ünvan 2qayıt Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) İddiaçı ünvan 1 ünvanında yerləşən, sahəsi 65.3 kv.m olan 80 saylı mənzilin Cavabdeh bağışlanmasına dair ünvan 2qayıt şəhər 1 saylı DNK-da bağlanmış 21 avqust 2022-ci ildə bağlanmış 4ə-328 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvi və həmin müqavilə əsasında AR İN-nin DƏK DƏDRX 2 saylı ünvan 2qayıt ərazi dairəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüünvan 2unun özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh (üçüncü şəxslər ünvan 2qayıt Şəhər 1 saylı Dövlət Notariat Ofisi və AR İN-nin ƏMDX DƏDRX X8 2 saylı ünvan 2qayıt Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2qayıt şəhəri, 6-ci mikrorayon, ev 35 mənzil ünvanında yerləşən, sahəsi 65.3 kv.m olan 80 saylı mənzilin Cavabdeh bağışlanmasına dair ünvan 2qayıt şəhər 1 saylı DNK-da bağlanmış 21 avqust 2022-ci ildə bağlanmış 4ə-328 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvi və həmin müqavilə əsasında AR İN-nin DƏK DƏDRX 2 saylı ünvan 2qayıt ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2qayıt şəhəri, 6-cı mikrorayon, ev 35 mənzil ünvanında yerləşən, sahəsi 65.3 kvadrat metr olan 80 saylı mənzil üzərində onun mülkiyyət hüquqları xx.xx.2020-ci ildə qeydə alınmış və adına çıxarış verilmişdir. O 2022-ci ilin avqust ayında bu mənzili satmaq istəmiş, lakin cavabdeh olan anası mənzilin satılmasına razı olmamış və həmin mənzili onun adına rəsmiləşdirməyini, 10 ay müddətində isə mənzilin razılaşdırılmış dəyərini – 140000 manat məbləğində ona pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bu barədə ona yazılı iltizam vermiş, o da ona inanaraq ünvan 2qayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın bağışlanması barədə müqavilə bağlamaqla həmin mənzili ona bağışlamış və sonuncu da öz adına çıxarış almışdır. Lakin cavabdeh vəd verdiyi kimi ona keçən 10 ay müddətində mənzilin razılaşdırılmış dəyərini – 140000 manatı ödəməmiş və götürdüyü öhdəliyə əməl etməmişdir. Bu müqavilə aralarında əldə edilmiş öhdəlik üzərində qurulmuş, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün belə hesab edir ki, bağışlama müqaviləsi və onun əsasında cavabdehin adına DƏDRX 2 saylı ünvan 2qayıt Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış ləğv olunmalıdır. Cavabdeh özü də yazılı iltizam verməklə ona həmin mənzilin bağışlanması müqabilində 140000 manat pul verəcəyini öhdəsinə götürmüş və həmin qəbzdə o da qeyd olunmuşdur ki, əgər bu vəsait ödənməzsə o bağışlama müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ünvan 2qayıt Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması, ünvan 2qayıt şəhəri, 6-cimikrorayon,ev 35 mənzil ünvanında yerləşən, sahəsi 65.3 kv.m olan 80 saylımənzilin Cavabdeh bağışlanmasına dair ünvan 2qayıt şəhər 1 saylı DNK-da bağlanmış 21 avqust 2022-ci ildə bağlanmış 4ə-328 reyestr nömrəli bağışlama müqaviləsinin ləğvi və həmin müqavilə əsasında AR İN-nin DƏK DƏDRX 2 saylı ünvan 2qayıt ərazi idarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, göründüyü kimi cavabdeh özü də yazılı iltizam verməklə ona həmin mənzilin bağışlanması müqabilində 140000 manat pul verəcəyini öhdəsinə götürmüş və həmin qəbzdə o da qeyd olunmuşdur ki, əgər bu vəsait ödənməzsə bağışlama müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət edə bilər. Artıq tərəflər arasında bağlanmış bu iltizamdan da aydın olur ki, bağışlama müqaviləsi şərtdən asılı edilmiş və həmin şərtə cavabdehin əməl etməməsi bu müqavilənin ləğvinə əsas verdiyi halda məhkəmə işə birtərəfli və qeyri obyektiv yanaşma göstərməklə onun iddia tələbini rədd etmişdir. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır, belə ki, Azərbaycan Respublikası MPM-nin 8.1.-ci maddəsinə əsasən mülki işlər ədalət mühakiməsi, hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Lakin məhkəmə işə baxarkən MPM-nin bu tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1. maddəsinin tələblərinin pozmaqla qətnamə çıxarmışdır. Lakin məhkəmə cavabdehin məhkəməyə ünvanladığı ərizəsində iddia tələbini qəbul etməsini və iddiaçı tərəfindən irəli sürülən dəlilləri qəbul etdiyini bildirsə də, məhkəmə qanunsuz mövqe nümayiş etdirməklə əsaslı olan iddianı rədd etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxslər ünvan 2qayıt Şəhər 1 saylı Dövlət Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı ünvan 2qayıt Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, ünvan 2qayıt Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini barəsində mübahisə edilən mənzilin İddiaçı tərəfindən Cavabdeh bağışlanması barədə bağışlama müqaviləsi, habelə həmin müqavilə əsasında verilmiş hüquq verən çıxarışın ləğv edilməsinə heç bir hüquqi əsasın olmaması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 329.1, 337.1, 337.1, 337.3-337.5., 339, 666.1, 667.1, 668.1.1, 673.1.2, 673.2.2, 673.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək bu nəticəni mübahisələndirmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbini rədd edən birinci instansiya məhkəməsi iddia tələbinə maddi hüquqi normalarını düzgün tətbiq etməmişdir. İşdən görünür ki, iddia tələbinin predmetini bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi təşkil edir. Lakin tərəflər arasında yaranmış mübahisəni həll edən birinci instansiya məhkəməsi iddia tələbinə münasibətdə Mülki Məcəllənin 329.1, 337.1, 337.1, 337.3-337.5., 339-ci maddələrinə istinad etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X6rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X3 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. ünvan 2qayıt şəhəri, 6-cı mikrorayon, ev 35 mənzil ünvanında yerləşən, sahəsi 65.3 kvadrat metr olan 80 saylı mənzilin İddiaçı mülkiyyətində olması və 21 avqust 2022-ci il tarixli 4ə-328 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh bağışlaması və hazırda sonuncunun mülkiyyətində olması işin mübahisəsiz halıdır. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 673.1. və 140-cı maddələri təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Nəzərə alınmalıdır ki, bağışlama institutu mənəvi və əxlaqi dəyərlər zəminində formalaşan münasibətlər əsasında hər hansı bir şəxsin öz maddi əmlak nemətlərini könüllü olaraq başqa şəxsə verməsində ifadə olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Mülki Məcəllənin 397.2-ci maddəsinə əsasən müqaviləyə görə bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır. Bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi, qanunverici bağışlama müqaviləsini yalnız hədiyyə alanın hədiyyəni qəbul etdiyi andan bağlanmış sayır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2012ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin buna rəğmən hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən, hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, hədiyə alan bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. O da göstərilməlidir ki, Ailə Məcəlləsinin 12.0.1-ci maddəsinə əsasən, valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar yaxın qohum sayılırlar. Qeyd olunmalıdır ki, bağışlama müqaviləsinin ləğvini xahiş edən şəxs, müqavilənin ləğvinin əsası kimi istinad edilən halların mövcudluğunu sübut etmə öhdəliyi daşıyır. Lakin iddiaçı sübutetmə yükü daşıyan iddiaçı öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar məhkəmə kollegiyasına təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Məhkəmə kollegiyası Cavabdeh mövcud mübahisə ilə bağlı məhkəmə iclasında iştirakının zəruriliyini nəzərə alaraq bir neçə dəfə məhkəmə iclasını təxirə salsa da, cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, lakin sonuncunun adından müxtəlif tarixlərdə (xx.xx.2024, xx.xx.2024,) eyni məzmunlu müraciətlərlə bağlı ünvan 2qayıt Regional Poçt filialına ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, həmin sənədlər Cavabdeh adından etibarnamə əsasında İddiaçı tərəfindən göndərilmişdir. Həmin məktuba əlavə edilmiş etibarnamədən görünür ki, iddiaçı ona xx.xx.2018-ci il tarixdə verilmiş həmin etibarnamədən istifadə etməklə iddianı qəbul etməsi və şikayətin təmin olunmasını xahiş etmişdir. Bu mənada məhkəmə kollegiyası cavabdehin adından məhkəmə kollegiyasına ünvanlanmış həmin yazılı müraciətlərdə göstərilən ifadələri cavabdehin həqiqi iradə ifadəsini əks etdirmədiyindən, MPM-nin 191.4-ci maddəsinə əsasən qəbul edilməsini qanunauyğun hesab etmir. Məhkəmə kollegiyası bağışlama müqaviləsi əsasında verilmiş çıxarışın ləğvi hissəsinə gəldikdə həmin hissədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi çıxarış mövcud bağışlama müqaviləsi əsasında əldə edildiyindən və həmin əqd məhkəmə tərəfindən ləğv edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan vaxtlarda Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. ünvan 2qayıt Şəhər Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh (üçüncü şəxslər ünvan 2qayıt Şəhər 1 saylı Dövlət Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 2 saylı ünvan 2qayıt Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğvi barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ünvan 2qayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar