Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1053/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılaraq təhvil verilməsi» tələbinə dair iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı «müqavilənin dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 0,0231 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 173,1 m2 olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması, əmlakın boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla satıcı İddiaçı QSC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 5-ci bəndin 1-ci abzasın 2-ci cümləsində dəyişiklik edilərək, qalıq 27500 manat pulu ayda 300 manat olmaqla 90 ay müddətində ödəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2021-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 26 məhəllədə 0,0231 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 173,1 m olan fərdi yaşayış evini alıcı Cavabdeh 59500 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 15000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 44500 manat məbləği 36 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək hər 6 ayda bir dəfə 5000 manat olmaqla 5 ödəniş, sonuncu ödənişdə 19500 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Lakin alıcı tərəfindən xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğ tam şəkildə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrasıəvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxiledilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2023-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Bundan əlavə sözügedən müqavilənin müddəti artıq bitmişdir. Qarşı tərəfin iddiası ilə bağlı qeyd edir ki, müqavilə əsasında Cavabdeh banka hər ay 5000 manat ödəməli idi və yaranmış borca görə Cavabdeh hər ay 300 manat məbləğində ödəniş etməsi ilə razı deyildirlər. Odur ki, qeyd edilənlərə əsasən iddiaçı şirkətin nümayəndəsi bank tərəfindən verilmiş iddia tələbinin təmin edilməsini, Cavabdeh İddiaçı QSC-yə qarşı «müqavilənin dəyişdirilməsi» barədə tələbinin isə rədd edilməsini xahiş etdi. İddiaçı Cavabdeh iddia ərizəsində göstərmişdir ki, onunla İddiaçı QSC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,0231 ha olan torpaq sahəsi və ümumi sahəsi 173.1 kv/m olan fərdi yaşayış evi 59500 manata onun tərəfdən nisyə olaraq alınmışdır. Müqavilə şərtlərinə əsasən o, ilk ödəniş kimi 15000 manat ödəməli və qalan 44500 manat məbləği ödəməyə isə 36 ay müddət verilmiş, hər 6 aydan bir dəfə 5000 manat olmaqla 5 ödəniş etməli və sonuncu ödəniş 19500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi ilkin ödəniş edildikdən sonra onun üzərinə hər 6 ayda 5000 manat ödəniş etməsi öhdəliyi qoyulmuşdur. İlk əvvəllər o, müqavilənin şərtlərinə uyğun olaraq ödəniş etməkdə çətinlik yaşamamışdır, belə ki, ilkin ödəniş kimi 15000 manatı ödədikdən sonra 3 dəfə hər 6 aydan bir 5000 manat ödəniş etmişdir, təxminən bu günədək 32000 manat ödənişi olmuşdur. Hazırda onun 27500 manat ödənilməmiş borcu qalmışdır. Bildirir ki, o, alğı-satqı müqaviləsini bağladığı zaman çıxılmaz vəziyyətdə olmuş və bu şərtlərlə müqavilə bağlamaq məcbur qalmışdır. Belə ki, sözügedən alğı-satqı müqaviləsinin predmeti olmuş daşınmaz əmlak bundan əvvəl onun mülkiyyətində olmuş, həmin əmlak kredit borcunun təminatı olaraq İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, lakin kredit öhdəliyi tam yerinə yetirilmədiyindən Nəsimi Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə tutma ipoteka predmetinə yönəldilmişdir. Nəticədə daşınmaz əmlak hərraca çıxarılmış, yekunda alıcı olmadığından bank tərəfindən əldə edilmişdir. Buna baxmayaraq bank ilə aralarında danışıqlar aparılmış və həmin əmlakın təzədən nisyə olaraq ona satılması barədə razılığa gəlmişdirlər. Sözügedən əmlak əvvəl onun mülkiyyətində olduğundan evinin əlindən çıxması ilə razı ola bilməzdi, nəyin bahasına olur-olsun, əmlakı yenidən adına qaytarmalı idi. Bank da bundan sui-istifadə edərək ağır şərtlərlə evi ona satmışdır. Bank onun evi almaqda maraqlı olduğunu bilmiş və bundan istifadə etməkdən çəkinməmişdir. Onu da bildirir ki, müqavilə bağlanılan zaman onun aylıq gəliri normal olmuş, özü həmin vaxtlar ÇXR-dən mal gətirərək Azərbaycanda satmaqla kommersiya fəaliyyəti ilə məşğul olmuşdur. O, aylıq gəlirinə güvənərək, bankın irəli sürdüyü şərtlərlə razılığa gəlib bu müqaviləni bağlamışdır. Lakin sonradan işlərində axsamalar olmuş, sahibkarlıq fəaliyyəti iflasa uğramış və əvvəlki gəlirlərdən məhrum olmuşdur. Vəziyyət o yerə gəlib çatmışdır ki, indi “Equipment Rental Services” şirkətində “Office Administrator” vəzifəsində işləyir və ayda 800 manat maaş alır. Göründüyü kimi onun maddi durumu o dərəcədə aşağı düşmüşdür ki, əvvəllər ayda 2000-3000 manat qazancı olduğu halda indi 800 manat maaşa alır. Həmin pulla öz maddi tələbatını, ailəsinin dolanışığını belə ödəmək mümkün deyildir. Maddi vəziyyətinin pisləşməsi ilə bağlı banka məlumat verərək müqavilə şərtlərində dəyişikliklər aparmağa və qalıq borcunu ayda 300 manat olmaqla ödəməsinə razılıq vermələrini istəmiş, lakin bank buna razı olmamış və ondan müqavilə üzrə ödənişini etmədiyi halda məhkəməyə müraciət olunacağını bildirmişdir. İddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, müqavilə bağlandıqdan sonra ilk vaxtlar Cavabdeh maddi vəziyyəti yaxşı olduğundan vaxtında ödəniş etmişdir. Ancaq pandemiya və işi ilə əlaqədar yaranmış problemlər səbəbindən cavabdehin gəliri aşağı düşdüyündən mövcud şərait əhəmiyyətli dərəcədə dəyişmişdir və hər 6 aydan bir 5000 manat məbləğində ödəniş etməyə onun maddi imkanı çatmamışdır. Daha sonra növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının vəkili-nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, ümumi sahəsi 0,0231 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş 173,10 kv/m olan fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2021-ci ildə İddiaçı QSC-nin adına qeydiyyata alınmışdır. İş materiallarında olan 30 iyul 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, İddiaçı QSC (satıcı) ilə Cavabdeh (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə görə satıcı İddiaçı QSC-nin əvəzinə onun nümayəndəsi X1 ilə alıcı Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən satıcı İddiaçı QSC Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən, ümumi sahəsi 0,0231 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində tikilmiş 173,1 kv/m olan fərdi yaşayış evini tam hissədə alıcı Cavabdeh mülkiyyətinə vermişdir və qeyd edilən əmlakların alıcı Cavabdeh 59500 manat qiymətinə satılması razılaşdırılmışdır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı iddia tələbi təmin olunmalı, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 26 məhəllədə 0,0231 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 173,1 m olan fərdi yaşayış evini alıcı Cavabdeh 59500 manat qiymətinə satılmasını razılaşdırmış, müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 15000 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi, Cavabdeh qalan 44500 manat məbləği isə 36 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək hər 6 ayda bir dəfə 5000 manat olmaqla 5 ödəniş, sonuncu ödənişdə 19500 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürmüş, lakin alıcı tərəfindən xx.xx.2023-cü il tarixinədək müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğ tam şəkildə ödəməməklə müqavilənin şərtlərini pozmuş və öhdəliyini icra etməmişdir. Belə ki, göründüyü kimi İddiaçı QSC-nin Cavabdeh qarşı iddiasının qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 421.1-ci, 421.2-ci, 442-ci, 445-ci, 448.1-ci, 448.2-ci, 600.1-ci və 600.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəlisürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, borclu Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqavilənin pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, Cavabdeh sözügedən müqaviləni əhəmiyyətli dərəcədə pozduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə tərəflər arasında bağlanmış 30 iyul 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-cimaddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmçinin məhkəmə hesab edir ki, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edildiyindən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 0,0231 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 173,1 m2 olan fərdi yaşayış evindən Cavabdeh çıxarılmalı, fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı «müqavilənin dəyişdirilməsi» iddia tələbinin qanuni əsasını 422.1-ci, 422.2-ci, 422.2.1-ci, 422.2.2-ci, 422.2.3-cü və 422.2.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə görə tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməniağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləniəhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxmasışəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.2-ci maddəsinə görə əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki,əmələ gəldikdən sonra bu səbəblərimaraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olardı; 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. İddiaçı Cavabdeh maddi şəraitin dəyişdiyini əsas gətirərək, onunla satıcı İddiaçı QSC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 5-ci bəndin 1-ci abzasın 2-ci cümləsində dəyişiklik edilərək, qalıq 27500 manat pulu ayda 300 manat olmaqla 90 ay müddətində ödəməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, lakin iddia tələbinin əsaslılığına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır, həmçinin məhkəməyə bununla bağlı hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı «müqavilənin dəyişdirilməsi» tələbinin rədd edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, İddiaçı QSC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılaraq təhvil verilməsi» tələbi təmin edildiyindən iddiaçı təşkilatın məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddiaçı QSC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması, əmlakın boşaldılaraq təhvil verilməsi» barədə tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilsin. Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən 0,0231 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 173,1 m2 olan fərdi yaşayış evindən çıxarılsın və əmlak boşaldılaraq mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh 100 (yüz) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddiaçı Cavabdeh İddiaçı QSC-yə qarşı onunla satıcı İddiaçı QSC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin 5-ci bəndin 1-ci abzasın 2-ci cümləsində dəyişiklik edilərək, qalıq 27500 manat pulu ayda 300 manat olmaqla 90 ay müddətində ödəməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1053/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1053/2024
06.11.2024 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver