Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4105/2022 06.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 soyadın dəyişdirilməsi barədə ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 soyadın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X1 dəyişdirilərək “Eldənizli” ilə əvəz edilməsinə dair hüquqi əhəmiyyətli faktın təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizəçinin xahişindən görünür ki, ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin Xüsusi İcraat qaydasında baxılması nəzərdə tutulmuş işlərə aid deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. 13.4. maddəsində göstərilir ki, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də məhkəmə ərizəyə baxılmasından imtina edilməsi ilə bağlı 153.2.1-ci maddəsinin tətbiq edilməsini zəruri və doğru hesab etmişdir. Ərizəçi hazırkı ərizə ilə bağlı qeydiyyat şöbəsinin imtinasından inzibati məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə ümumi məhkəmədə baxılmalı olmadığından ərizənin baxılmasından imtina edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 soyadın dəyişdirilməsi barədə ərizəsinin qəbulundan imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçinin hazırkı ərizə ilə bağlı inzibati məhkəməyə müraciət etmək hüququ ona izah edilsin Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4105/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4105/2022
06.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver