Məhkəmə qərarları › İş №2(012)-4137/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4137/2021

14.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4137/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq orada inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək təhvil verilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə 14 dekabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq orada inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək təhvil verilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Mülki-Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, iddiaçının ərizəsi təmin edilməli, həmin ərizə əsasında iddia ərizəsi baxılmamış saxlanılmalı və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq orada inşa edilmiş tikililərin cavabdehin hesabına sökülərək təhvil verilməsi tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilən sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar