Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4167/2021 18.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borcun qaytarılması tələbinə dair mülki işə 18 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsinə görə 2310.00 (iki min üç yüz on) manat və dövlət rüsumuna görə 30 (otuz) manat və ümumilikdə 2340.00 (iki min üç yüz qırx) manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh arasında «CHRYSLER C 200» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 02.12.2018-ci il tarixdən 17.09.2019-cu il tarixədək 1 (bir) günü 40 (qırx) manat olmaq şərtilə 273 (iki yüz yetmiş üç) gün müddətinə icarəyə verilməsinə dair 24.09.2018-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil - təslim aktı verilmişdir. Avtomobilin icarə haqqına görə 2310.00 (iki min üç yüz on) manat məbləğində borcun tələb edilməsinə dair cavabdehə 02.02.2021-ci il tarixli 013 №-li və 12.04.2021-ci il tarixli 048 №-li ilə müraciət olunub 3 (üç) gün müddətində Bakı şəhəri, Nərimanov rayonu. Əhməd Rəcəbli küçəsi 2/27-də fəaliyyət göstərən İddiaçı MMC-nə gəlib ödənilməsi barədə EMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət edilmişdir. Bir neçə dəfə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1.-ci bəndinin tələbini pozmuş, üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək İddiaçı MMC-nə maddi ziyan vurmuşdur. Ona görə də icarə müqaviləsinə görə 2310.00 (iki min üç yüz on) manat və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC-nin direktoru X2 ilə Cavabdeh arasında 24.09.2018-ci il tarixdə imzalanmış Avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh «CHRYSLER C 200» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 02.12.2018-ci il tarixdən 17.09.2019-cu il tarixədək 1 (bir) günü 40 (qırx) manat olmaq şərtilə 273 (iki yüz yetmiş üç) gün müddətinə icarəyə verilmişdir. 323634 nömrəli Yol vərəqəsi və Təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı MMC tərəfindən CHRYSLER C 200» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh təhvil verilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 02.02.2021-ci il tarixli və 12.04.2021-ci il tarixli məktublardan görünür ki, 3 (üç) gün müddətində Bakı şəhəri, Nərimanov rayonu. Əhməd Rəcəbli küçəsi 2/27-də fəaliyyət göstərən İddiaçı MMC-nə gəlib icarəyə götürülən avtomovbilin icarə haqqında görə 2310 (iki min üç yüz on) manat məbləğin ödənilməsini xahiş etmiş, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət etmək məcburiyyətində olduqları bildirilmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən CHRYSLER C 200» markalı **- SE-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ümumi 11790 manatdan 9220 manat ödənilmiş, 2570 manat isə ödənilməlidir. Məhkəmə araşdırmaları zamanı iş materiallarında olan sənədlərdən və işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında «CHRYSLER C 200» markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 02.12.2018-ci il tarixdən 17.09.2019-cu il tarixədək 1 (bir) günü 40 (qırx) manat olmaq şərtilə 273 (iki yüz yetmiş üç) gün müddətinə icarəyə verilməsinə dair 24.09.2018-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil - təslim aktı verilmişdir. Lakin cavabdeh həmin müqavilədən irəli gələn öhdəlikləri icra etməmiş və nəticədə 2310 (iki min üç yüz on) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 684-cü maddəsinə görə əmlak kirayəsi haqqı əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında Avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin bağlanmasına baxmayaraq, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Cavabdeh 2310 (iki min üç yüz on) manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1 maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2310 (iki min üç yüz on) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumuna görə pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4167/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4167/2021
18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver