Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4172/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı ərizəçi Ərizəçi MİR NAĞİ OĞLU Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə Xırdalan şəhərində 01.07.2021-ci il tarixdə Məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi MİR NAĞİ OĞLU Maraqlı şəxs qismində cəlb etdiyi şəxsin Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizə ilə müraciət edərək 20.02.1971-ci il təvəllüdlü Mahmudova Mehri Zeynuddin qızının 1989-cu ildən Azərbaycanda yaşaması faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki,əvvəla ərizə buna subyektiv hüquq olmayan şəxs tərəfindən verilmişdir, yəni bu barədə ərizəçi yox, Mahmudova Mehri Zeynuddin qızı özü ərizə ilə məhkəməyə müraciət etməlidir. Digər tərəfdən iş materiallarından Mahmudova Mehri Zeynuddin qızının özünün qeyd edilən məsələ ilə bağlı Dövlət Miqrasiya xidmətinə müraciət etməsi iş materialları ilə müəyyən olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçiyə izah edilməlidir ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi MİR NAĞİ OĞLU Maraqlı şəxs qismində cəlb etdiyi əxsin Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4172/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4172/2021
01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver