Məhkəmə qərarları › İş №2(012)-4177/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4177/2022

14.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4177/2022 14.07.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi X1 Səfiyeva İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsinə 14 iyul 2022-ci il tarixdə, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2018-ci ilin İİ-İİİ rübləri üçün yaranmış məcburi dövlət sığorta haqlarının və gecikməyə görə kompensasiyanın hesablanaraq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 149-cu maddəsinə əsasən: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsi qanunla müəyyən edilən forma və məzmunda tərtib edilmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.1.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehdən 2018-ci ilin İİ-İİİ rübləri üçün yaranmış məcburi dövlət sığorta haqlarının və gecikməyə görə kompensasiyanın hesablanaraq Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, kompensasiyanın hansı əsasla və hansı məbləğdə hesablanmalı olmasını qeyd etməmiş,iddia qeyri-müəyyən formada tərtib olunmuşdur. Həmçinin, hazırkı iddia tələbi iddiaçının pensiya hüquqları baxımından onun subyektiv hüquqlarına əsaslandığından iddiaçı iddia ərizəsinin xahiş etdi hissəsində məcburi dövlət sığorta haqlarının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etməli olduğundan düzgün olmayaraq sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və MPM-nin 263,264 və 268-ci maddəsinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı öhdəliyin icrası tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, iddiaçı yenidən məhkəməyə müraciət edə bilər. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar