Məhkəmə qərarları › İş №2(012)-4189/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4189/2021

01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4189/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi Abşeron rayon məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, iddaçı Səmədova Əminə Əbülfəz qızının maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti xüsusi icraat qaydasında ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri 01 iyul 2021-ci il tarixdə, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ M: iddaçı Səmədova Əminə Əbülfəz qızının maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq y/m,Z.Tağıyev küçəsi 4 saylı evdə yerləşən 4 otaqlı 5 saylı mənzilə dair mümkün sənədlərin Abşeron rayon İcra Hakimiyyətindən tələb edilməsi və həmin mənzilə dair orderin surətinin ərizəçiyə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədlər MPM-nin 153.2.1 maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki,ərizənin məzmunundan göründüyü kimi ərizəçi Əminə Səmədova 10 yanvar 1967-ci il tarixli, 240 saylı order əsasında mübahisəli mənzilin əsas kirayədarı olmuş, ailəsi ilə birlikdə həmin vaxtdan hal-hazıradək orada yaşayır. Hazırda mənzilini özəlləşdirmək istəyir, mənzilin orderini itirmişdir, İH-dən isə bu barədə sənəd almaq mümkün olmamışdır. İşin materiallarından ərizəçi və ailə üzvlərinin mübahisəli mənzildə qeydiyyatda olmaları və yaşamaları görünür. O halda, məhkəmə hesab edir ki, həmin mənzilə dair orderin surətinin ərizəçiyə məxsus olmasını, faktın müəyyən edilməsi kimi müəyyən etmək olmaz.Belə ki, MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən qanun normasının tələblərindən göründüyü kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırkı halda, ərizəçi orderin itirildiyini bildirsə, də, orderin bərpası üçün orderi verən Abşeron rayon Mənzil Kommunal Komissiyasına- hazırkı hüquqi varisinə müraciət etməmiş və bu barədə sənədlər iş materiallarına mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-153, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: iddaçı Səmədova Əminə Əbülfəz qızının maraqlı şəxs Abşeron rayon İcra Hakimiyyəti xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq y/m,Z.Tağıyev küçəsi 4 saylı evdə yerləşən 4 otaqlı 5 saylı mənzilə dair mümkün sənədlərin Abşeron rayon İcra Hakimiyyətindən tələb edilməsi və həmin mənzilə dair orderin surətinin ərizəçiyə məxsus olmasının müəyyən edilməsi barədə ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçiyə bu barədə Abşeron rayon Mənzil Kommunal Komissiyasına- hazırkı hüquqi varisinə müraciət etməli olması izah olunsun. Qərardaddan 10 gün müddətində Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar