Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4198/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı ərizəçi Ərizəçi QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi DOĞUM VƏ NİKAH HAQQİNDA QEYDİN BƏRPASİ ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi DOĞUM VƏ NİKAH HAQQİNDA QEYDİN BƏRPASİ BARƏDƏ ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, ərizəçi tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, ərizəçi tərəfindən verilmiş ərizədəN GÖRÜNÜR Kİ, ƏRİZƏÇİNİN DOĞUM ŞƏHADƏTNAMƏSİ OLMUŞ,LAKİN NAMƏLUM SƏBƏBLƏRDƏN İTİRMİŞ, ALMASİ İSƏ HAZİRDA MÜMKÜN DEYİLDİR.İDDİA ƏRİZƏSİNİN xahiş etdi hissəsində isə doğum akt qeydinin bərpası deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi QİZİ Maraqlı şəxs qismində cəlb etdiyi DOĞUM VƏ NİKAH HAQQİNDA QEYDİN BƏRPASİ BARƏDƏ ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4198/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4198/2021
01.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver