Məhkəmə qərarları › İş №2(012)-4200/2021

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4200/2021

01.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4200/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı İddiaçı Cavabdeh1 QİZİ, QƏDİROVA QİZİLGÜL HÜSEYN, Cavabdeh3, Cavabdeh4 QİZİ qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçıCavabdeh1 QİZİ, QƏDİROVA QİZİLGÜL HÜSEYN, Cavabdeh3, Cavabdeh4 QİZİ oğluna qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək cavabdehlərin iddiaçının mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Osman Sarıvəlli küçəsi döngə 1, ev 5B-dən istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbuil edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbi üzrə cavabdehlər mübahisəli mənzil iddiaçıya satılandan sonra oradan qeydiyyat çıxmaq öhdəliyini götürsələr də, buna əməl etməmişlər. Məhkəmə hesab edir ki, hazırkı halda iş ümumi məhkəmədə baxılmalı olmadığından Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1 maddəsinə görə geri qaytarılmalıdır. Ərizəçi cavabdehlərin qeydiyyatdan çıxarılmaları ilə bağlı Pİ-ə müraciət etməli, imtina aldığı halda bu barədə inzibati məhkəməyə müraciət etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh1 QİZİ, QƏDİROVA QİZİLGÜL HÜSEYN, Cavabdeh3, Cavabdeh4 QİZİİddiaçı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar