Məhkəmə qərarları › İş №2(012)-4201/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4201/2020

07.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4201/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (Xırdalan filialı) qarşı istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsinə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsiilə məhkəməyə müraciət etmişdir. İddiaçı, mülki işin ərazi üzrə baxılmasının Abşeron Rayon Məhkəməsinə aid olunmasını Cavabdeh MMC-nin Abşeron rayonu ərazisində yerləşməsi ilə müəyyən etmişdir. İddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə cavabdehin faktiki yerləşdiyi yer kimi Abşeron rayonu, Xırdalan şəhəri kimi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materiallarından göründüyü kimi, cavabdeh hüquqi şəxsin rəsmi qeydiyyatının Abşeron rayon ərazisində olması barədə heç bir sənəd əlavə etməmişdir. Eyni zamanda, cavabdeh kimi qeyd olunan Cavabdeh MMC-nin ümumiyyətlə müvafiq dövlət orqanından qeydiyyatdan keçməsini iddia ərizəsinə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsində nəzərdə tutulur ki, əgər iş ərazi üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 149.2.3-cü maddəsi ilə müəyyən edilir ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Eyni Məcəllənin 152.1.1-ci maddəsinə görə isə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iddia ərizəsində cavabdehin müvafiq dövlət orqanında dövlət qeydiyyatına alınmasını və həmçinin qeydiyyat ünvanının Abşeron rayon ərazisinə aid olmasını təsdiq edən, eləcə də cavabdehin mübahisəli tələb üzrə hüquqi varisliyini müəyyən edən heç bir sənədin olmaması məhkəmə icraatını mümkünsüz edir. Bu səbəblərə görə məhkəmə hesab edir ki,İddiaçı Cavabdeh MMC-yə qarşı istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, qeyd edilən nöqsanların aradan qaldırılması üçün iddiaçıya, Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq ərazi üzrə X1 hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinə müraciət etməsi tövsiyə edilməlidir. Şərh edilənləri nəzərə alaraq və AzərbaycanRespublikası MPM-in 35.1,152,263, 264, 267 və 268-ci maddələrinirəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar