Məhkəmə qərarları › İş №2(102)-2456/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2456/2021

19.05.2021 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2456/2021 19.05.2021 ALİ MƏHKƏMƏ xxxx adından xxxx Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv olunmuş sayılması, zərərin əvəzinin ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-628/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “xxxx» MTK ilə Cavabdeh2 arasında bağlanmış 13 fevral 2012-ci il tarixli müqaviləyə əsasən İddiaçı2 MMC-yə məxsus ünvan 1 ünvanında tikilməkdə yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzil 108.000 manata Cavabdeh2 satılmışdır.

2. İddiaçılar bildirmişlər ki, həmin müqavilə üzrə ilkin ödəniş edilmiş, sonrakı ödəmələr aparılmadığı üçün İddiaçı2 MMC müqaviləni ləğv edərək həmin pul vəsaitini Cavabdeh2 geri qaytarmışdır. Buna baxmayaraq sonradan onlara məlum olmuşdur ki, Cavabdeh2 mənzilin dəyərinin tam ödənilməsinə dair 15.03.2013-cü il tarixli maliyyə arayışı vardır. Hesab edirlər ki, həmin arayış saxtadır, 2006-2013-cü illər ərzində İddiaçı2 MMC-yə Cavabdeh1 da köməkliyi ilə köhnə tarix ə tərtib edilmişdir. Belə ki, həmin sənədlə bağlı məsələ İddiaçı2 MMC-nin hazırkı rəhbəri İddiaçı1lə Cavabdeh1 münasibətlərinin pozulduğu 2018-ci ilin avqust ayından sonra ortaya çıxmışdır.

3. İddiaçılar qeyd olunanlara istinad edərək aşağıdakı tələbləri irəli sürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı2 MMC arasında bağlanılmış 13.02.2012-ci il tarixli müqavilənin ləğv olunmuş hesab edilməsi, Cavabdeh1 tərəfindən İddiaçı1 xeyrinə sonuncunun işgüzar nüfuzunun zədələnməsi səbəbilə çəkdiyi mənəvi zərərə görə 20.000 manat təzminatın (kompensasiyanın) ödənilməsi, Cavabdeh1 tər əfindən İddiaçı2 MMC-nin xeyrinə sonuncunun işgüzar nüfuzunun zədələnməsi səbəbilə əmələ gələn mənəvi zərərə görə 50.000 manat təzminatın (kompensasiyanın) ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, İddiaçı1 Cavabdeh1la aralarındakı münasibət isə daha əvvəlki tarixdən etibarən yaranmışdır. Belə ki, Cavabdeh1 2006-2013-cü il tarixləri arasında İddiaçı2-nin direktoru (qanuni təmsilçisi) olmaqla yanaşı, onlar arasında ortaqlıq münasibətləri mövcud olmuşdur. Hal-hazırda İddiaçı2 MMC-nin bütün nizamnamə kapitalı (100% təsisçilik payı) İddiaçı1 məxsusdur. İddiaçı1lə Cavabdeh1 arasındakı münasibət 2017ci il tarixindən etibarən pozulmağa başlamış, nəhayət 2018-ci ilin avqu stunda onlar arasındaki bütün şəxsi və iş münasibətlərinə son qoyulmuşdur. Bir müddət sonra məlum olmuşdur ki, Cavabdeh1 artıq direktor olmadığı 2013-2018-ci il tarixləri arasında şirkətə aid rəsmi sənədlərin (möhür, müqavilə blankları və s.) əlində olmağı faktından sui-istifadə edərək və sənədləri saxtalaşdıraraq keçmiş tarixli bir sıra müqavilələr tərtib etmiş, bu yolla şirkətin və eləcə də mövcud direktorun şəxsi və işgüzar nüfuzunu zədələməyi hədəfləmişdir. Əlavə olaraq, keçmiş tarixə tərtib edilmiş müqavilələrə istinad edərək Cavabdeh1 aldadaraq müqavilə bağladığı mənzillərin sənəd üzərindəki yeni sahibləri bu müqavilələrə əsaslanaraq onsuz da satılmış olan mənzillərə dair haqq iddia etməyə başladıqlarından, şirkətin direktoru kimi İddiaçı1 məsuliyyətə cəlb olunmuş, bu baxımdan da mad di və mənəvi külli miqdarda ziyana məruz qalmışdır. Cavabdeh1 hətta özü tərtib etdiyi və hüquqi qüvvəsi olan müqavilələrlə bağlı da təkrar müqavilələr tərtib edərək İddiaçı2 MMC-ni maddi zərərə məruz qoymuşdur, eyni zamanda şirkətin işgüzar nüfuzunu da zədələmişdir. İddiaçı2 MMC-nin dövlət qeydiyyatı haqqında sənədindən göründüyü kimi şirkətin qurulduğu tarix olan 16.02.2006-cı il tarixindən 12.04.2013-cü il tarixinə kimi Cavabdeh1 şirkətin qanuni təmsilçisi olmuşdur. Həmin tarixdən sonra isə MMC-nin qanuni təmsilçisi kimi İddiaçı1 qeydiyyata alınmışdır. Bu tarixləri nəzərə aldıqda aydın olur ki, Cavabdeh1 sırf aralarındakı şəxsi ixtilaflar səbəbilə iddiaçılara maddi-mənəvi zərər vurmaq üçün səlahiyyəti olmadığı halda bir çox saxta müqavilələr və maliyyə arayışları tərtib edib imzalamışdır. Bunlardan biri də məhz Cavabdeh2 ilə bağlanmış olan müqavilədir. Belə ki, Cavabdeh1 13 fevral 2012-ci il tarixində digər cavabdeh olan Cavabdeh2 ilə İddiaçı2 MMC-yə məxsus yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan mənzilə dair kooperativ binada mənzil tikintisi haqqında müqavilə imzalamışdır. Qeyd edilən müqavilə Cavabdeh2 ödənişləri həyata keçirə bilmədiyinə görə qarşılıqlı razılaşma yolu ilə faktiki olaraq hələ o vaxt ləğv olunmuşdur. Yəni, Cavabdeh2 müqavilə bağladığı tarixdən sonra şirkətə ödəniş edə bilmədiyinə görə, özü müraciət etməklə onunla İddiaçı2 MMC arasında bağlanmış olan müqavilə ləğv olunmuş və ödənilmiş olan cüzi məbləğ isə şirkət adından X7 tərəfindən ona (Cavabdeh2) geri qaytarılmışdır. Aradan altı ildən çox müddət keçdikdən so nra ortaya çıxan Cavabdeh2 əlində guya 15.03.2013-cü il tarixinə aid tamamilə yeni görünən bir maliyyə arayışı ilə gələrək şirkətin mövcud rəhbərliyindən evi tələb etməyə başlamış, bu tələbi yerinə yetirilmədiyi təqdirdə isə, korrupsiya cinayəti ilə bağlı şikayət edəcəyini bildirməklə İddiaçı1 və İddiaçı2 MMC-nin mövcud rəhbərliyini hədələməkdədir. Sözügedən bu 15.03.2013-cü il tarixli maliyyə arayışı sonradan Cavabdeh1 tərəfindən tərtib olunan saxta bir sənəd olduğu şübhəsizdir. Bununla bağlı qeyd edirlər ki, az 30% məbləği ilkin mərhələdə ödənilməli, daha sonra isə hər ay üçün 10% məbləğ ödənilməklə ən gec 8 ay içərisində mənzilin pulu tam şəkildə ödənilməli, əks halda gecikdirməyə görə əlavə ödəniş edilməlidir. Maliyyə arayışında elə göstərilib ki, sanki Cavabdeh2 tərəfindən 1 ildən də uzun müddət keçdikdən sonra ödəniş edilmiş və ondan müqavilə üzrə müəyyən olunan heç bir faiz alınmamışdır. Nəzərə alsaq ki, Cavabdeh2 ilk dəfə (fevralda) gələndə və bu sözügedən maliyyə arayışını təqdim edəndə əvvəlcə pulun hamısını bir dəfəyə, sonra isə sözünü dəyişərək qisim-qisim ödədiyini bildirmişdir (cavabdehin bununla bağlı səs yazısı mövcuddur), bu da onun yalan dediyini öz-özlüyündə isbat edən ayrı bir sübutdur. Cavabdeh2 ilə bağlanmış olan 13.02.2012-ci il tarixli müqavilə köhnəlmiş olmasına baxmayaraq, 15.03.2013-cü il tarixli maliyyə arayışı isə tamamilə yeni görünür, hətta aradan 6 il keçməsinə baxmayaraq heç bir şəkildə tam yeni hazırlanmış olan sənəddən zərrə qədər də olsun seçilmir. Bu isə öz növbəsində maliyyə arayışının Cavabdeh1 tərəfindən sonradan sənədlərin saxtalaşdı rılması yolu ilə tərtib olunduğunu sübut edir. Çünki Cavabdeh2 bu maliyyə arayışı ilə gəlib evi tələb etməsi faktı tam olaraq köhnə ortaqlar Cavabdeh1 və İddiaçı1 arasındakı münasibətlərin korlanmasından sonra ortaya çıxmışdır. Cavabdeh2 bu saxta sənədə əsaslanaraq, İddiaçı2 MMC ilə arasında həqiqətdə də müqavilə varmış kimi hərəkət edərək mənzilin ona məxsus olduğunu iddia edir. Həmçinin Cavabdeh1la əlbir olan bu şəxs əlindəki müqavilənin və saxta maliyyə arayışının heç bir hüquqi qüvvəsi olmadığını bilsə də, hər vəchlə bundan İddiaçı1 və İddiaçı2 MMC-yə qarşı şantaj vasitəsi kimi istifadə edir. Belə ki, Cavabdeh2 aradan uzun müddət keçdikdən sonra şirkətə yaxınlaşaraq evinə baxmağı istəmiş, şirkət rəhbərliyi isə belə bir müqavilədən xəbərdar olmadıqları üçün buna çox təəcüblənmiş və nə ü çün daha əvvəl müraciət etmədiyini soruşmuşdurlar. Cavabdeh2 cavab olaraq qeyd etmişdir ki, o evi ilk aldığı vaxt gəlib evə baxış keçirmiş, hətta evi təmir etdirmək istəmiş lakin binanın tikintisi tam başa çatmadığı və əlində kifayət qədər maddi imkan olmadığı üçün bunu təxirə salmışdır. Halbuki, Cavabdeh2 müqavilə bağladığı vaxt binanın həmin mərtəbəsinin heç təməl daşı da qoyulmamışdı. Belə olan halda, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 iddiaçılara qarşı əlbir hərəkət edərək, faktiki olaraq ləğv olunmuş bir müqaviləyə əsaslanaraq saxta ödəniş sənədi tərtib etməklə onlara külli miqdarda maddi zərər vurmaq niyyətilə hərəkət etdikləri açıq aydın görünür. Cavabdeh1 digər Cavabdeh2 ilə əlbir olaraq iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 maddi-mənəvi zərər vurma cəhdi əslində aysberqin görünən ü züdür. Belə ki, Cavabdeh1 istər öz səlahiyyət dövründə, xüsusilə də şirkətə münasibətdə heç bir imza səlahiyyətinin olmadığı dövrdə bir sıra saxta ödəniş sənədi tərtib etmişdir. Bununla da iddiaçılara maddi-mənəvi külli miqdarda zərər vurmuşdur. Cavabdeh1 tərəfindən tərtib olunmuş saxta və etibarsız müqavilələrə nümunə olaraq göstərə bilərlər ki, 26.04.2016-cı il tarixli müqavilə və maliyyə arayışından belə görünür ki, X17 ilə İddiaçı2 MMC sədri Cavabdeh1 arasında imzalanmış müqaviləyə əsasən İddiaçı2 MMC-yə məxsus yaşayış binasının 1-ci giriş 10-cu mərtəbə, ümumi sahəsi 98,7 kv.m olan 2 otaqlı 55 saylı mənzilin dəyəri (98.000 AZN) X17 tərəfindən bütövlükdə ödənilmişdir. Halbuki yuxarıda da qeyd olunduğu kimi həmin tarixdə Cavabdeh1 artıq şirkətin qanuni təmsilçisi deyildi və belə bir səla hiyyəti yox idi. X20 ilə İddiaçı2 MMC arasında kooperativ binada mənzil tikintisi haqqında müqavilə imzalanmış və yaşayış binasının 1-ci giriş 11-ci mərtəbə, ümumi sahəsi 98 kv.m olan 2 otaqlı 64 saylı mənzil 98.000 AZN əvəzində X11 mülkiyyətinə keçirilmişdir. Müqavilənin bağlandığı tarix və eyni zamanda maliyyə arayışının tarixi 30 iyul olaraq yazılsa da hansı ildə imzalandığı qeyd olunmamışdır. Kargüzarlıq qaydalarına tamamilə zidd olan və böyük məbləğdə bir satışı nəzərdə tutan bu müqavilə də məhz şirkətin direktoru olaraq Cavabdeh1 tərəfindən imzalanmışdır. X12 İddiaçı2 MMC arasında 04.01.2013cü ildə kooperativ binada mənzil tikintisi haqqında müqavilə imzalanmış və yaşayış binasının 1- ci giriş 5-ci mərtəbə, ümumi sahəsi 154,52 kv.m olan 3 otaqlı 29 saylı mənzilin qiyməti olaraq 154.000 AZN X12 tərəfindən ödənilərək öz mülkiyyətinə keçirilmişdir. X2 həmin mənzillə bağlı İddiaçı2 MMC-nin direktoru Cavabdeh1 tərəfindən 07.09.2011-ci ildə verilmiş maliyyə arayışından görülür ki, X9 qeyd edilən mənzilin pay dəyəri olan 117.800 AZN-ni tam ödəmişdir. Bu fakt göstərir ki, Cavabdeh1 hələ öz səlahiyyət dövründə belə eyni mənzili iki ayrı şəxsə satmışdır. X24 İddiaçı2 MMC-nin direktoru Cavabdeh1la kooperativ binada mənzil tikintisi haqqında müqavilə imzalamış və yaşayış binasının 1-ci giriş 10-cu mərtəbə, ümumi sahəsi 105 kv.m olan 2 otaqlı 57 saylı mənzili 84.000 AZN ödəməklə öz mülkiyyətinə keçirmişdir. Daha sonra Cavabdeh1 artıq şirkətin direktoru vəzifəsində çalışmadığı bir vaxtda X13 ilə həmin mənzillə bağlı 08.02.2017-ci ildə alqı-satqı müqaviləsi imzalamış və X13 96.300 AZN ödəyərək qeyd edilən mənzilə mülkiyyət hüququ əldə etmişdir. Beləliklə, Cavabdeh1 eyni mənzili iki ayrı şəxsə satmaqla kifayətlənməyib, üstəlik ikinci müqaviləni heç bir səlahiyyəti olmadığı bir dövrdə və imza səlahiyyəti olmadığı halda bağlamışdır. Qeyd olunanlar açıq-aşkar göstərir ki, Cavabdeh1 İddiaçı1lə münasibətləri korlandıqdan sonra sırf ona və şirkətə zərər vurmaq üçün əlində olan müqavilə və ödəniş blanklarından istifadə edərək köhnə tarixli müqavilələr imzalamış, bəzən isə hətta özü tərəfindən satılmış mənzilləri belə yenidən başqalarına satmaqdan çəkinməmişdir. Digər tərəfdən İddiaçı2 MMC ilə həqiqətdə müqavilə bağlayan, bu mənada haqlı mənafeləri olan şəxslərin baş verən hadisələrdən xəbərdar olması və hüquq mühafizə orqanlarına müraciət etmələri nəticəsində İddiaçı2 MMC və İddiaçı1 qarşı cinayət təqibi başladılmış, iddiaçıların işgüzar nüfuzu ciddi şəkildə zədələnmişdir. Aydın şəkildə görünür ki, Cavabdeh1 digər şəxslərin, həmçinin iddiaçının etimadından sui-istifadə edərək onsuz da başqa şəxslərə satılmış olan mənzillərlə bağlı yeni müqavilələr bağlamış, özgə şəxslərin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmiş, əmlakı ələ keçirərkən də niyyəti hər hansı öhdəliyin yerinə yetirilməsi olmamışdır. Bütün bunları edərkən o, məsuliyyətin bütövlükdə İddiaçı2 MMC-yə və həmçinin şirkətin 2013-2017-ci il tarixləri arasındaki direktoru İddiaçı1 aid olacağını düşünərək, silsilə müqavilələr bağlamışdır. Bir digər fakt isə, bu saxta müqavilələrin və onların tərəflərinin İddiaçı1 və Cavabdeh1 arasındakı münasibətlərin ən gərgin olduğu vaxt ortaya çıxmasıdır. İddiaçı2 MMC-nin nümayəndəsi, şirkətin hal-hazırkı qanuni təmsilçisi X18 bildirir ki, Cavabdeh1 bu tip saxta sənədlər tərtib etməyi onun, həmçinin şirkət təmsilçisi kimi də məsuliyyətini meydana gətirmişdir. Belə ki, Cavabdeh1 öz vəzifə səlahiyyətlərindən istifadə edərək saxta ödəniş sənədləri tərtib etməsi İddiaçı2 MMC üçün külli miqdarda zərərlə nəticələndiyindən Ceyhun Tağılının şirkət direktoru kimi şəxsi məsuliyyəti də meydana gəlmişdir. İşin yuxarıda görünən hallarından və iddia ərizəsinə əlavə edilən müqavilə nümunələrindən də görünür ki, Cavabdeh1 və digər Cavabdeh2 öz hərəkətləri ilə məhz iddiaçılar İddiaçı2 MMC-nin və İddiaçı1 işgüzar nüfuzunu zədələməyi və sonuncuya mənəvi sarsıntı və iztirab verməyi hədəfləmişdirlər. Bütün bunları edərkən də qanunvericiliyin tələblə rini kobud şəkildə və dəfələrlə pozmuşdurlar.

6. Məhkəmə baxışı zamanı iddiaçılar xxxxnın MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək göstərmişlər ki, Cavabdeh1 Cavabdeh2 vermiş olduğu sözügedən maliyyə arayışının qanuni olduğunu bildirir. Lakin həmin mənzilin Cavabdeh1 tərəfindən 04.03.2015-ci il tarixində başqa bir şəxsə satmasına dair faktı təsdiq edəcək şahid (X21) və sənədlər var. Belə ki, X21 2015-ci il 4 mart tarixində İddiaçı2 MMC ilə müqavilə bağlamışdır. Sözügedən mənzil Cavabdeh1 hissəsinə aid olduğu üçün satış birbaşa İlkin tərəfindən həyata keçirilmiş və satış məbləği sonuncuya ödənilmişdir. X15 indiyə kimi əsl İddiaçı1 kim olduğunu belə bilmir və onunla müqaviləyə imza atan Cavabdeh1 tanıyır. Bütün bunları toparlayanda belə bir fikir meydana gəlir ki, əgər Cavabd eh1 2013-cü ildə tərtib olunmuş maliyyə arayışının rəsmi sənəd olduğunu iddia edirdisə, bu zaman 2015-ci ildə həmin mənzilin X1 ilə o həm dələduzluğa, həm də vəzifədən sui-istifadəyə yol vermiş olur. Yox əgər əksini fikirləşsək ki, X21 ilə bağlanmış müqavilə tamamilə qanunidirsə və heç bir dələduzluqdan söz belə gedə bilməz, o zaman Cavabdeh2 verilmiş olan maliyyə arayışının saxta olduğu və Cavabdeh1 sənədlərdə saxtakarlığa yol verdiyi açıq və aydın şəkildə görünür. Bundan başqa, İddiaçı2 MMC ilə bağlanmış olan müqavilədən aydın şəkildə görünür ki, hər bir payçı tərəfindən mənzilin ən az 30% məbləği ilkin mərhələdə ödənilməli, daha sonra isə hər ay üçün 10% məbləğ ödənilməklə ən geci 8 ay içərisində mənzilin pulu tam şəkildə ödənilməli, əks halda gecikdirməyə görə əlavə ödəniş edilməlidir. Maliyyə arayışı 2013-cü il tarixinə tərtib edilsə də onda elə göstərilib ki, sanki Cavabdeh2 tərəfindən 1 ildən də uzun müddət keçdikdən sonra ödəniş edilmiş və ondan müqavilə üzrə müəyyən olunan heç bir faiz alınmamışdır. Lakin sonra müqaviləyə dair ödəmələri artıq ödəyə bilməyəcəyini bildirərək İddiaçı2 MMC ilə bağlanmış olan 2012-ci il tarixli müqaviləni ləğv etmiş və öncədən ödədiyi 6000 AZN manatı isə geri tələb etmişdir. Şirkət adından X7 tərəfindən ona (Cavabdeh2) sözügedən pul məbləği geri qaytarılmışdır. (X3 şifahi ifadəsi ilə bu sübuta yetirilə bilər). Lakin burada maraqlı bir məqam meydana gəlir ki, əgər Cavabdeh2 tərəfindən evin dəyəri tam şəkildə ödənilməmiş və sözügedən müqavilə ləğv olunmuşdursa, necə ola bilər ki, evin dəyərinin tam şəkildə ödənilməsinə dair 2013-cü il t arixli maliyyə arayışı var? Burdan açıq və aydın şəkildə görünür ki, Cavabdeh1 öz vəzifəsindən sui-istifadə etmiş və sənədlərdə saxtakarlığa yol verərək öncəki tarixə aid bir maliyyə arayışı tərtib etmişdir. Digər bir məqam isə Cavabdeh2 ilə bağlanmış 13.02.2012-ci il tarixli müqavilə köhnəlmiş olmasına baxmayaraq, 15.03.2013-cü il tarixli maliyyə arayışı isə tamamilə yeni görünür, hətta aradan 6 il keçməsinə baxmayaraq heç bir şəkildə tam yeni hazırlanmış olan sənəddən zərrə qədər də olsun seçilmir. Bu isə öz növbəsində maliyyə arayışının yeni tərtib olunduğunu göstərir. Qeyd edilən əslində, həmin maliyyə arayışının Cavabdeh1 tərəfindən sonradan sənədlərin saxtalaşdırılması yolu ilə tərtib olunduğunu sübut edir. Çünki Cavabdeh2 bu maliyyə arayışı ilə gəlib evi tələb etməsi faktı tam olara q köhnə ortaqlar Cavabdeh1 və İddiaçı1 arasındakı münasibətlərin korlanmasından sonra ortaya çıxmışdır. Cavabdeh2 2012-ci ildə əgər sözügedən mənzil sahəsini almış və ona dair müqaviləni ləğv etməmişdirsə, onda belə bir sual yaranır ki, niyə görə mənzilin alınmasından 7 il keçməsinə baxmayaraq bir dəfə də olsun həmin mənzillə maraqlanmamış, hətta mənzilin harada yerləşdiyindən belə xəbərdar deyil? Yuxarıda qeyd edildiyi kimi bütün hallar bir daha onu göstərir ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 verilmiş olan 2013-cü il tarixli maliyyə arayışı saxtadır, Cavabdeh2la İddiaçı2 MMC arasında bağlanmış 2012-ci il tarixli müqavilə ləğv olunmuş və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bir araya gələrək İddiaçı2 MMC-nin işgüzar nüfuzuna xələl yetirməklə İddiaçı1 ciddi şəkildə maddi zərər vurmağa çalışır lar.

7. Cavabdeh2 birinci instansiya məhkəməsinin iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, o, şirkətlə müqavilə bağlayıb pul ödəyib mənzil almışdır. İlkin ödəniş olaraq 12 min manat, sonra 20 min manat, daha sonra 5 min manat və s. olmaqla ödənişlər etmiş, sonda qəbzlərin hamısını şirkətə təqdim edərək əvəzində ona maliyyə arayışı verilmişdir. Müqaviləsi ləğv olunmuşdursa onun niyə xəbəri olmamışdır, əgər ödəniş edə bilmirdisə, mənzildən imtina etmişdirsə və ona şirkət tərəfindən pul qaytarılırdısa, ya ona rəsmi sənəd verilməli, ya da bu hansısa formada rəsmiləşdirilməli idi. Binaya dəfələrlə getmiş, mənzilin vəziyyəti ilə daima maraqlanmış, sonradan eşitmişdir ki, şəriklər arasında mübahisə vardır, bununla bağlı prokurorluğa da müraciət edərək İddiaçı2-yə qarşı şikayət vermişdir. Göstərilənlərə əsasən iddia tələbi ilə razılaşmayaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Nümayəndə) 12 sentyabr 2019-cu il tarixli, 2(006)-2863/2019 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

9. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı müqavilənin ləğv olunması, ödənilmiş pulun cavabdehə qaytarılmasını və onun adına 15.03.2013-cü il tarixdə verilmiş maliyyə arayışının saxta olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseyn (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Nuriyeva) 05 oktyabr 2020-ci il tarixli, 2(103)-628/20 nömrəli qətnaməsi ilə iddiaçılar tərəfindən ve rilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2019 saylı, 12 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərcinin iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-dən müştərək qaydada tutularaq xxxx Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi hesab üzrə ödənilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. İddiaçı2 MMC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xah iş etmişdir.

13. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və ona əlavənin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. xxxxnın Mülki Məcəlləsi:

17. Madd ə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

18. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

19. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş v ə ya dəyişdirilmiş sayılır.

20. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam h əcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. xxxxnın Mülki Prosessual Məcəlləsi:

22. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 103.

1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instan siya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdırara q aşağıdakıları müəyyən etmişlər. 31. “xxxx” MTK-nın sədri Cavabdeh1 ilə 13 fevral 2012-ci il tarixində Cavabdeh2 arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən sonuncuya İddiaçı2 MTK-ya məxsus ünvan 2 ünvanında tikilməkdə olan yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzil 108.000 manata satılır.

32. Cavabdeh2 adına verilmiş 15.03.2013-cü il tarixli maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzilin pay dəyəri 108000 AZN payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. 33. xxxxnın Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 12.04.2013-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı2 MMC 16.02.2006-cı i ldə qeydiyyata alınmışdır. Əvvəlki qanuni təmsilçisi Cavabdeh1, hazırkı qanuni təmsilçi İddiaçı1dur. 34. xxxxnın Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən 16.10.2017-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı2 MMC-nin nizamnamə kapitalı 10.00 manat, İddiaçı1 təsisçi olmaqla nizamnamə kapitalındakı payı 100%-dir. Əvəlki qanuni təmsilçi İddiaçı1, hazırkı qanuni təmsilçi X14r.

35. İddiaçının mövqeyi ondan ibarətdir ki, Cavabdeh1 13 fevral 2012-ci il tarixində digər cavabdeh olan Cavabdeh2 ilə İddiaçı2 MMC-yə məxsus yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan mənzilə dair kooperativ binada mənzil tikintisi haqqında müqavilə imzalamasına baxmayaraq iddiaçı tərəf Cavabdeh2 müqavilə bağladığı tarixdən sonra şirkətə ödəniş edə bil mədiyinə görə, özü müraciət etməklə onunla İddiaçı2 MMC arasında bağlanmış olan müqavilə ləğv olunmuş və ödənilmiş olan cüzi məbləğ isə şirkət adından X7 vasitəsi ilə ona (Cavabdeh2) geri qaytarılmışdır.

36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı2 MMC ilə Cavabdeh2 arasında bağlanmış 13.02.2012-ci il tarixli müqavilənin 6-cı bəndində müqavilənin ləğvi qaydası müəyyən edilmişdir. Həmin bənddə qeyd edilir ki, payçı ödəməni gecikdirərsə, hər gecikdirdiyi pulun müqabilində 2,5%-ə qədər hər ay üçün penya hesablanır. Kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı koope rativ tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya ödədiyi pulun 12 %-i saxlanmaqla qaytarılır.

37. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı pulun qalan hissəsini kooperativə bərabər hissələrdə olmaqla, ümumi qiymətin 10 %-i məbləğində hər ayın 20-30-u arasında ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə alıcı tanışdır.

38. Apellyasiya məhkəməsi vurğulamışdır ki, tərəflər aralarında bağladıqları müqavilə ilə həm ödəniş şərtlərini, həm də müqavilənin ləğv edilməsi əsaslarını razılaşdırmışlar.

39. İşgüzar adətlər dedikdə isə yazılı sənəddə ifadə edilməsi məcburi olmayan elə bir davranış qaydası başa düşülür ki, bu qayda sahibk arlıq fəaliyyətinin hər hansı bir sahəsində yaranaraq geniş surətdə tətbiq edilir. Bu adətlər bir neçə əlamətlə xarakterizə edilir. Bu əlamətlərə misal olaraq işgüzar adətlərin məzmunca müəyyən və sabit olmasını, mülki hüquq münasibətlərinin kifayət qədər çoxsaylı və əhatəli iştirakçılarına aid olmasını, geniş surətdə tətbiq edilməsini, yalnız sahibkarlıq münasibətləri sahəsində tətbiq olunmasını, qanunvericilikdə nəzərdə tutulmamasını, hər hansı bir sənəddə qeyd edilib-edilməməsinin məcburi olmamasını göstərmək olar.

40. İddiaçı2 MMC-nin qeyd etdiyi “ölkəmizdə yeni tikilməkdə olan mənzillərin alqı-satqısı müqaviləsinin ləğvi ilə bağlı təşəkkül tapmış işgüzar adətlərə görə mənzillərin alqı-satqı müqaviləsinin ləğvinin müqavilənin bağlanması forması ilə eyni olmaması” şəklində işgüzar adə tə istinad etməsi əsaslı deyil. Belə ki, birinci növbədə tərəflər müqavilənin ləğvi qaydası ilə bağlı razılığa gəlmişlər. Həmçinin Mülki Məcəllədə müqavilənin ləğv edilməsi haqqında razılaşmanın məcəllədən, müqavilədən və işgüzar adətlərdən ayrı qayda irəli gəlmədiyi təqdirdə müqavilə ilə eyni formada bağlanması nəzərdə tutulmuşdur. Belə halda müqavilənin əvvəlcədən ləğv edilmiş olması ilə bağlı işgüzar adətlərə istinad edilməsi əsassızdır. Həmçinin iddiaçılar tərəfindən Cavabdeh2 şirkətə ödəmiş olduğu cüzi məbləğin ona geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir.

41. İddiaçıların Cavabdeh2 tərəfindən şirkətə ödənilmiş cüzi məbləği geri qaytaran X3 şahid qismində dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsinə verdikləri vəsatətin təmin edilməməsi dəlilinə münasibətd ə kollegiya qeyd etmişdir ki, həmin şəxsin şahid qismində dindirilməsi ilə bağlı İddiaçı2 MMC-nin nümayəndəsinin vəsatəti məhkəmə kollegiyası tərəfindən təmin edilsə də, onun məhkəmə iclasında iştirakı iddiaçılar tərəfindən təmin edilməmişdir.

42. İddiaçıların istinad etdikləri digər əsas arqumentlərdən biri isə maliyyə arayışının sonradan tərtib edilməsidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə ekspertiza mərkəzinin 26.07.2019-cu il tarixli 18127 saylı ekspert rəyinin nəticə hissəsinin ikinci bəndində qeyd edilir ki, 15.03.2013-cü il tarixli maliyyə arayışındakı yazı və qeydlərin həmin kağızda göstərilən tarix əsas alınaraq yeni olub-olmamasının müəyyən edilməsi, həmin maliyyə arayışındakı möhürün onda qeyd olunan tarixdən sonrakı dövrdə vurulu b-vurulmadığının müəyyən edilməsi, həmin maliyyə arayışındakı imzanın nə zaman müəyyən edilməsi imzanın ayrılıqda hər bir qəbzi yalnız eyni qələmlə yazmışlarmı” sualları üzrə tədqiqata tədqiq olunan maliyyə arayışındakı mətnin, imzanın və möhürün icra müddətini müəyyən etmək mümkün olmadı.

43. Apellyasiya baxışı zamanı İddiaçı2 MMC-nin vəsatətinə əsasən sənədlərin texniki ekspertizası təyin edilmiş, Məhkəmə ekspertizası mərkəzinin 18.02.2020-ci il tarixli 1622 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim olunmuş “xxxx” MMC tərəfindən Cavabdeh2 verilmiş 15 mart 2013-cü il tarixli maliyyə arayışında (i.v. 49) olan “xxxx *Məhdud Məsuliyyətli Cəmiyyəti* İddiaçı2 mətni olan möhür əksinin aşınma dərəcəsi X6 verilmiş 2 fevral 2013-cü il tarixli maliyyə arayışında (i.v.167), X10 veri lmiş 25 yanvar 2012-ci il tarixli maliyyə arayışında (i.v.169) və X8 verilmiş 4 noyabr 2011-ci il tarixli maliyyə arayışında (i.v. 170) olan “xxxx” *Məhdud Məsuliyyətli Cəmiyyəti* “xxxx” məzmunlu möhür əkslərinin aşınma dərəcəsi ilə uyğun deyildir.

44. Yuxarıda qeyd edilən prosessual hüquq normalarından da göründüyü kimi ekspert rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İlkin ekspert rəyinə əsasən konkret olaraq maliyyə arayışındakı yazıların, möhürün, qeydlərin, imzanın hansı tarixə aid olmasının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir.

45. İkinci ekspert rəyində 15.03.2013-cü il tarixdəki maliyyə arayışında olan möhür əksinin aşınma dərəcəsi ilə rəydə qeyd edilən sənədlərdəki möhür əksinin aşınma dərəcəsinin eyni olmadığı qeyd edilmi şdir. Maliyyə arayışının aşınma dərəcəsinin müəyyən edilməsi ilə bağlı suala isə elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığı üçün ekspert qarşısında qoyulmuş həmin sual üzrə tədqiqat aparılmamışdır.

46. Möhürün aşınma dərəcəsinin eyni olmaması ilə bağlı hissəyə münasibətdə kollegiya belə qənaətə gəlmişdir ki, nə qədər ki, ekspertiza tərəfindən imza və möhürün dəqiq icra tarixinin müəyyən edilməsi mümkünsüz olmuşdur, iddiaçıların maliyyə arayışının sonradan tərtib edilməsinə dair irəli sürdüyü hallar mülahizələrdən ibarətdir, yalnızca ekspert rəyində qeyd edilən aşınma dərəcəsinin eyni olmamasına istinad edərək iddia tələbinin əsaslı olması nəticəsinə gəlinməsi mümkünsüzdür. Nümunə olaraq təqdim edilən maliyyə arayışlarının tarixi mübahisə predmeti olan maliyyə arayışının tarixi ilə eyni olmadığından aşınma dərəcələrinin də müxtəlif olması təbiidir. Həmçinin iddiaçılar tərəfindən iddia tələbini təsdiq edəcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Yalnız mülahizələr əsasında iddianın əsaslı olması təsüratı yaradılmağa çalışılmışdır.

47. İddiaçı “İddiaçı2 MMC-nin nümayəndəsi mübahisə ilə bağlı izahatında” həmçinin qeyd etmişdir ki, yenicə əldə edilmiş məlumatlardan aydın olmuşdur ki, 13 fevral 2012-ci il tarixli müqavilə o zamanki direktor Cavabdeh1 tərəfindən imzalanmamışdır. Məhkəmə müqavilədəki imzanın saxta olduğunu müəyyən etdiyi təqdirdə bu müqavilənin etibarsızlığı barədə öz-özlüyündən qətnamə çıxara bilər. Məhkəmə etibarsızlıq halını tərəflərin irəli sürüb-sürməməsindən asılı olmayaraq nəzərə almalıdır.

48. Kollegiya qeyd etmişdir ki, hazırkı v axta qədər iddiaçılar tərəfindən müqavilədəki imzanın Cavabdeh1 aid olmaması ilə bağlı hər hansı arqument irəli sürülməmişdir. Digər tərəfdən imzanın hər hansı şəxs tərəfindən icra edilib-edilməməsi xüsusi biliyə malik olan ekspert tərəfindən müəyyən edilə bilər ki, iddiaçılar tərəfindən bu məsələ ilə bağlı nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya baxışı müddətində heç bir vəsatət verilməmişdir.

49. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, İddiaçı2 MMC, Cavabdeh2 ilə bağladığı 13.02.2012-ci il tarixli müqavilənin ləğv olunduğunu iddia edirsə, həmin halı sübuta yetirmək yükü iddiaçının üzərinə düşür (§ 23).

50. Buna baxmayaraq İddiaçı2 MMC həmin müqaviləni birtərəfli qaydada ləğv etdiyini və əqd üzrə ödən ilmiş pul vəsaitini Cavabdeh2 qaytardığını təsdiqləyən mötəbər sübutları (Cavabdeh2 müqaviləni icra edə bilməməsinə görə ondan imtina etməsi və ödədiyi pulu geri alması haqqında ərizəsi, müqavilənin ləğvinə dair tərəflərin yazılı razılaşması və s.) məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, işə mahiyyəti üzrə baxmış məhkəmələrin həmin halın sübuta yetirilməməsi barədə gəldikləri nəticə maddi və prosessual hüquq normalarına uyğundur.

51. İddiaçılar mənzilin dəyərinin ödənilməsinə dair 15.03.2013-cü il tarixli maliyyə arayışının köhnə tarixə tərtib edilməklə saxta olduğunu bildirsələr də bunu sübuta yetirə bilməmişlər. Məhkəmələr hətta həmin halların ixtisaslı şəxslərin rəyi ilə yoxlanılması üçün iki dəfə ekspertiza keçirmişlər. Buna baxmayaraq əldə edilmiş ekspertiza rəyləri ilə söz ügedən arayışın saxta olması nəticəsinə gəlmək mümkün olmamışdır.

52. Kollegiya nəzərə alır ki, İddiaçı2 MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlandığı və maliyyə arayışının tərtib edildiyi tarixlərdə şirkətin adından hərəkət edən şəxs Cavabdeh1 olmuşdur. Həmin şəxs isə sözügedən sənədlərin etibarsız olduğunu bildirmir. Məhkəmə nəzərə alır ki, arayışda göstərilən pul vəsaitinin şirkətə mədaxil edilmədiyi sübuta yetrildiyi halda həmin pulun qanuni təmsilçidən tələb edilməsi ilə bağlı ayrıca iddia qaldırmaq imkanı istisna deyil və bu məsələ hazırkı iş üzrə araşdırma predmetini təşkil etmir. 53. 13.02.2012-ci il tarixli müqavilədəki imzanın şirkətin rəhbəri olmuş Cavabdeh1 məxsus olmamasına görə əqdin etibarsızlığı barədə İddiaçı2 MMC-nin dəlilinə isə apellyasiya instansiyası məhkəməsi tər əfindən müvafiq qiymət verilmişdir.

54. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

55. Ona görə də, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-628/2020 nömrəli iş üzrə 05 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar