Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-628/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğv olunmuş hesab edilməsi və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(006)-2863/2019 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və ”İddiaçı2” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı2 MMC arasında bağlanılmış xx.xx.2012-ci il tarixli müqavilənin ləğv olunmuş hesab edilməsi, Cavabdeh1 tərəfindən İddiaçı1 xeyrinə sonuncunun işgüzar nüfuzunun zədələnməsi səbəbilə çəkdiyi mənəvi zərərə görə 20 000 (iyirmi min) manat təzminat (kompensasiya) ödənilməsi, Cavabdeh1 tərəfindən İddiaçı2 MMC-nin xeyrinə sonuncunun işgüzar nüfuzunun zədələnməsi səbəbilə əmələ gələn mənəvi zərərə görə 50 000 (əlli min) manat təzminat (kompensasiya) ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC mənzil tikintisi ilə məşğul olan bir şirkətdir. İddiaçı2 MMC-nin direktoru xx.xx.2006-cıil tarixdən xx.xx.2013-cü il tarixədək Cavabdeh1, 2013-2017-ci illər ərzində isə İddiaçı1 olmuşdur. 2013-cü ildən etibarən şirkətin 100% təsis payı İddiaçı1 mənsubdur. xx.xx.2017-ci ildən bu günədək şirkətin qanuni təmsilçisi X7r. 2017-ci ildən etibarən Cavabdeh1 ilə İddiaçı1 arasında münasibətlər pisləşmiş və 2018-ci ilin avqust ayından etibarən onlar arasındakı bütün şəxsi və iş münasibətləri kəsilmişdir. Bir müddət sonra iddiaçılara məlum olmuşdur ki, Cavabdeh1 artıq şirkətin direktoru olmadığı vaxtlarda (2013-2018) şirkət adından səlahiyyəti olmadığı halda sənədləri saxtalaşdıraraq mənzil almaq istəyən vətəndaşlarla keçmiş tarixli bir sıra müqavilələr bağlamış, onlara maliyyə arayışları təqdim etmişdir. Hətta özü şirkətin direktoru olduğu vaxt müqavilə bağladığı mənzillərlə bağlı İddiaçı2 MMC adından təkrar müqavilələr də bağlamışdır. Hazırkı mübahisənin predmeti olan müqavilə Cavabdeh2 ilə İddiaçı2 MMC arasında bağlanan xx.xx.2012-ci il tarixli müqavilədir. Müqavilə bağlanandan xeyli müddət keçdikdən sonra 2019-cu ildə Cavabdeh2 şirkətə yaxınlaşaraq müqavilə əsasında aldığı mənzilə baxış keçirmək istədiyini bildirmişdir. Şirkətin səlahiyyətli şəxsləri isə belə bir müqavilədən xəbərdar olmadıqlarını bildirmişlər və Cavabdeh2 əgər belə bir mənzilə sahib idisə nə üçün bu günədək müraciət etmədiyini soruşduqda isə evi aldığı ilk vaxt evə baxış keçirdiyini, hətta evi təmir etdirmək istədiyini, lakin həmin vaxt binanın tikintisinin tam başa çatmadığını və maddi imkanı kifayət qədər olmadığı üçün bunu təxirə saldığına dair cavab almışlar. Sonradan iddiaçılara məlum olmuşdur ki, xx.xx.2012-ci il tarixində Cavabdeh2la digər Cavabdeh1 arasında bağlanmış “Troya LTD” MMC-yə məxsus yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 m2 olan mənzilin tikintisi haqqında müqavilə Cavabdeh2 müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında tam məbləğdə həyata keçirə bilməməsi səbəbilə Cavabdeh1 qanuni təmsilçi olduğu vaxt (2012 və ya 2013-cü ildə) qarşılıqlı razılaşma əsasında ləğv edilmiş və müqavilə ləğv edilənədək Cavabdeh2 tərəfindən MMC-yə ödənilmiş kiçik məbləğdə pulun bir hissəsi İddiaçı2 MMC-nin o dövrdəki nümayəndələri tərəfindən, digər qismi isə X5 tərəfindən Cavabdeh2 geri qaytarılmışdır. Cavabdeh2 ilə İddiaçı2 MMC arasında bağlanan xx xxxxxx 2012-ci il tarixli İddiaçı2 MMC-yə məxsus yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 m2 olan mənzilin tikintisi haqqında müqavilənin ləğv edilməsi və Cavabdeh2 tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışının saxta sənəd olmaqla sonradan tərtib olunması səbəbilə iddiaçılar tərəfindən Nəsimi Rayon Məhkəməsinə müraciət olunmuşdur. Nəsimi Rayon Məhkəməsi qətnamədə cavabdehlər tərəfindən iddianı təsdiq edən heç bir sübutun təqdim edilmədiyini əsas gətirərək iddianı təmin etməmişdir. Halbuki Cavabdeh2 ilə İddiaçı2 MMC arasında bağlanmış olan müqavilənin ləğv olunmasını və müqavilə ləğv edilənədək Cavabdeh2 tərəfindən ödənilmiş olan cüzi məbləğin şirkət adından X5 tərəfindən ona (Cavabdeh2) geri qaytarılmasını ifadəsi ilə təsdiq etmək məqsədi ilə məhkəməyə X2 şahid qismində cəlb edilməsinə dair vəsatət təqdim etmişlər. X1 iş üzrə şahid qismində cəlb edilməsi məhkəmə tərəfindən bilərəkdən və qərəzli olaraq təmin edilməmişdir. Cavabdeh2 tərəfindən təqdim edilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışına nəzər yetirdikdə görünür ki, onun tərtib edildiyi tarix 2013-cü il olaraq göstərilsə də sənəd az miqdarda belə aşınmaya məruz qalmamış, yenicə yazılmış vərəqdə səliqəli və təmiz vəziyyətdədir. Arayışla Cavabdeh2la bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə müqayisə edildikdə görünür ki, müqavilənin vərəqələri normal olaraq köhnəlmiş, maliyyə arayışı isə 7 il əvvəlki tarixə tərtib olunsa da yeni hazırlanmış sənəddən zərrə qədər də olsun seçilmir. Ekspert rəyində sözügedən maliyyə arayışındakı mətnin, imzanın və möhürün icra müddətini müəyyən etməyin mümkünsüzlüyü bildirilmişdir. Nəsimi Rayon Məhkəməsi şahid ifadələrinin dinlənilməsini təmin etməmiş, ekspertin öz rəyində maliyyə arayışının tərtib edilmə müddətinin müəyyən edilməsini mümkünsüz hesab etməsini mübahisələndirməyərək razılaşmış, müqayisəli mətnlər üzərində aşınma ekspertizasının keçirilməsinə dair vəsatətlərini qəbul etməmişdir. Şahid ifadəsinin dinlənilməməsi, müqayisəli mətnlər üzərində aşınma ekspertizasının təyin edilməsindən imtina edilməsi və məhkəmə iclasında cavabdehin etirafedici cümlələrinin səslənməsinə baxmayaraq onların məhkəmə iclas protokoluna daxil edilməməsi ilə hakim Ceyhun Tağıyev prosessual hüquq normalarını kobudcasına pozaraq iddiaçılara qarşı qərəzli mövqeyini nümayiş etdirmişdir. Cavabdeh2 ilə İddiaçı2 MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə cavabdehin müqavilə üzrə öhdəliyini icra etməməsi, yəni ödənişi etməməsi səbəbilə uzun zaman öncə ləğv edilmiş və həmin vaxtadək onun tərəfindən edilmiş şirkət adından X5 tərəfindən Cavabdeh2 geri qaytarılmışdır. Cavabdeh1 Cavabdeh2la əlbir olaraq köhnə tarixə tərtib etdiyi maliyyə arayışından şirkətlə müqavilə bağlayıb mənzil almış və almaq istəyən bir çox şəxslər xəbərdar olmuş və onlar da iddiaçılara qarşı mənfi təəsürat yaranmış və nəticədə mənzil almaq istəyən bir çox şəxs mənzil almaqdan imtina etmiş, mənzil sahibləri şəxslər isə hüquq mühafizə orqanlarına müraciət edərək onların müqavilələrinin də saxta olub-olmadığını soruşmuşlar. Bu isə həm şirkətin, həm də onun 100% təsisçilik payına sahib şəxs kimi İddiaçı1 işgüzar nüfuzunu zədələmiş və nəticədə iddiaçılara həm maddi, həm də mənəvi zərər dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında qeyd edilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin süurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarda həmçinin qeyd edilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq normalarda) ifadə oluna bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 MMC-nin nümayəndəsi X8 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə digər iddiaçı və cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər iddiaçı və cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası İddiaçı2 MMC-nin nümayəndəsini dinləyib, mülki işin materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apelyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İş materiallarında olan: - “xxxx” MTK-nın sədri Cavabdeh1 ilə xx xxxxxx 2012-ci il tarixində Cavabdeh2 arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən sonuncuya İddiaçı2 MTK-ya məxsus Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 38 ünvanında tikilməkdə olan yaşayış binasının 1-ci blok, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzil 108.000 manata satılır. - Cavabdeh2 adına verilmiş xx.xx.2013-cü il tarixli maliyyə arayışından görünür ki, onun tərəfindən Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 38 ünvanında 1-ci giriş, 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan 3 otaqlı mənzilin pay dəyəri 108000 AZN payçı Cavabdeh2 tərəfindən tam ödənilmişdir. - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı2 MMC xx.xx.2006-cı ildə qeydiyyata alınmışdır. Əvəlki qanuni təmsilçisi Cavabdeh1, hazırkı qanuni təmsilçi İddiaçı1dur. - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kommersiya hüquqi şəxslərin dövlət reyestrindən xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı2 MMC-nin nizamnamə kapitalı 10.00 manat, İddiaçı1 təsisçi olmaqla nizamnamə kapitalındakı payı 100%-dir. Əvəlki qanuni təmsilçi İddiaçı1, hazırkı qanuni təmsilçi X7r. İddiaçının mövqeyi ondan ibarətdir ki, Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixində digər cavabdeh olan Cavabdeh2 ilə İddiaçı2 MMC-yə məxsus yaşayış binasının 1-ci blok 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 136 kv.m olan mənzilə dair kooperativ binada mənzil tikintisi haqqında müqavilə imzalamasına baxmayaraq iddiaçı tərəf Cavabdeh2 müqavilə bağladığı tarixdən sonra şirkətə ödəniş edə bilmədiyinə görə, özü müraciət etməklə onunla İddiaçı2 MMC arasında bağlanmış olan müqavilə ləğv olunmuş və ödənilmiş olan cüzi məbləğ isə şirkət adından X5 vasitəsi ilə ona (Cavabdeh2) geri qaytarılmışdır. İddiaçı2 MMC tərəfindən son olaraq məhkəməyə təqdim olunan “mübahisə ilə bağlı qısa icmal”da qeyd olunur ki, iddia tələbinin mahiyyəti sözügedən müqavilənin məhkəmə tərəfindən ləğv edilməsi deyil, ləğv faktının məhkəmə tərəfindən müəyyən edilməsidir. MM-in 423.1-ci maddəsinə istinad edilərək qeyd edilir ki, işgüzar adətdən başqa qayda irəli gələrsə müqavilə formasına əməl edilmədən də müqavilə ləğv edilə bilər. Ölkəmiz baxımından bu hamıya məlum bir həqiqətdir ki, mənzillərin tikintisi və satışı ilə məşğul olan bütün şəxslər mənzil alqı-satqısı müqaviləsinin ləğv edilməsi barəsində ayrıca bir yazılı ləğv müqaviləsi bağlamırlar. Yəni ölkəmizdə bunun yeni tikilməkdə olan mənzillərin alqı-satqısı müqaviləsinin ləğvi ilə bağlı təşəkkül tapmış işgüzar adətlərə görə mənzillərin alqı-satqı müqaviləsinin ləğvi müqavilənin bağlanması forması ilə eyni olmur. Kollegiya ilk növbədə qeyd edir ki, İddiaçı2 MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin 6-cı bəndində müqavilənin ləğvi qaydası müəyyən edilmişdir. Həmin bənddə qeyd edilir ki, payçı ödəməni gecikdirərsə, hər gecikdirdiyi pulun müqabilində 2,5%-ə qədər hər ay üçün penya hesablanır. Kooperativin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. İlk ödəmədən sonrakı haqların 30 gündən artıq gecikdirilməsi halında kooperativin ixtiyarı var ki, müqaviləni birtərəfli qaydada ləğv etsin. Bu halda ödənilmiş pulun miqdarı kooperativ tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya ödədiyi pulun 12 %-i saxlanmaqla qaytarılır. Müqavilənin 4-cü bəndinə əsasən müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30% məbləğindən az olmayaraq ilk haqq ödənilir. Payçı pulun qalan hissəsini kooperativə bərabər hissələrdə olmaqla, ümumi qiymətin 10 %-i məbləğində hər ayın 20-30-u arasında ödəməyi öhdəsinə götürür. Tikinti etapı və müddəti ilə alıcı tanışdır. Deməli tərəflər, aralarında bağladıqları müqavilə ilə həm ödəniş şərtlərini, həm də müqavilənin ləğv edilməsi əsaslarını razılaşdırmışlar. İşgüzar adətlər isə Mülki Məcəllənin 10-cu maddəsi ilə tənzimlənir. MM-in 10.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır. 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir. İşgüzar adətlər dedikdə, yazılı sənəddə ifadə edilməsi məcburi olmayan elə bir davranış qaydası başa düşülür ki, bu qayda sahibkarlıq fəaliyyətinin hər hansı bir sahəsində yaranaraq geniş surətdə tətbiq edilir. Bu adətlər bir neçə əlamətlə xarakterizə edilir. Bu əlamətlərə misal olaraq işgüzar adətlərin məzmunca müəyyən və sabit olmasını, mülki hüquq münasibətlərinin kifayət qədər çoxsaylı və əhatəli iştirakçılarına aid olmasını, geniş surətdə tətbiq edilməsini, yalnız sahibkarlıq münasibətləri sahəsində tətbiq olunmasını, qanunvericilikdə nəzərdə tutulmamasını, hər hansı bir sənəddə qeyd edilib-edilməməsinin məcburi olmamasını göstərmək olar. İddiaçı2 MMC-nin qeyd etdiyi “ölkəmizdə yeni tikilməkdə olan mənzillərin alqı-satqısı müqaviləsinin ləğvi ilə bağlı təşəkkül tapmış işgüzar adətlərə görə mənzillərin alqı-satqı müqaviləsinin ləğvinin müqavilənin bağlanması forması ilə eyni olmaması” şəklində işgüzar adətə istinad etməsi əsaslı deyil. Belə ki, birinci növbədə tərəflər müqavilənin ləğvi qaydası ilə bağlı razılığa gəlmişlər. Həmçinin Mülki Məcəllədə müqavilənin ləğv edilməsi haqqında razılaşmanın məcəllədən, müqavilədən və işgüzar adətlərdən ayrı qayda irəli gəlmədiyi təqdirdə müqavilə ilə eyni formada bağlanması nəzərdə tutulmuşdur. Belə halda müqavilənin əvvəlcədən ləğv edilmiş olması ilə bağlı işgüzar adətlərə istinad edilməsi əsassızdır. Həmçinin iddiaçılar tərəfindən Cavabdeh2 şirkətə ödəmiş olduğu cüzi məbləğin ona geri qaytarılmasına dair hər hansı sübut təqdim edilməmişdir. İddiaçıların apelyasiya şikayətinin dəlili kimi qeyd etdikləri Cavabdeh2 tərəfindən şirkətə ödənilmiş cüzi məbləği geri qaytaran X2 şahid qismində dindirilməsi ilə bağlı birinci instansiya məhkəməsinə verdikləri vəsatətin təmin edilməməsinə münasibətdə kollegiya qeyd edir ki, həmin şəxsin şahid qismində dindirilməsi ilə bağlı İddiaçı2 MMC-nin nümayəndəsinin vəsatəti məhkəmə kollegiyası tərəfindən təmin edilsə də, həmin şəxsin məhkəmə iclasında iştirakı iddiaçıllar tərəfindən təmin edilməmişdir. İddiaçıların istinad etdikləri digər əsas arqumentlərdən biri isə maliyyə arayışının sonradan tərtib edilməsidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2019-cu il tarixli 18127 saylı ekspert rəyinin nəticə hissəsinin ikinci bəndində qeyd edilir ki, “xx.xx.2013-cü il tarixli maliyyə arayışındakı yazı və qeydlərin həmin kağızda göstərilən tarix əsas alınaraq yeni olub-olmamasının müəyyən edilməsi, həmin maliyyə arayışındakı möhürün onda qeyd olunan tarixdən sonrakı dövrdə vurulubvurulmadığının müəyyən edilməsi, həmin maliyyə arayışındakı imzanın nə zaman müəyyən edilməsi imzanın ayrılıqda hər bir qəbzi yalnız eyni qələmlə yazmışlarmı” sualları üzrə tədqiqata tədqiq olunan maliyyə arayışındakı mətnin, imzanın və möhürün icra müddətini müəyyən etmək mümkün olmadı. Apelyasiya baxışı zamanı İddiaçı2 MMC-nin vəsatətinə əsasən sənədlərin texniki ekspertizası təyin edilmiş, Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli 1622 saylı rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, təqdim olunmuş “xxxx” MMC tərəfindən Cavabdeh2 verilmiş xx xxxx 2013-cü il tarilxi maliyyə arayışında (i.v. 49) olan “Azərbaycan Respublikası *Məhdud Məsuliyyətli Cəmiyyəti* İddiaçı2 mətni olan möhür əksinin aşınma dərəcəsi X4 verilmiş x xxxxxx 2013-cü il tarixli maliyyə arayışında (i.v.167), Quliyev Rövşən İltifat oğluna verilmiş xx xxxxxx 2012-ci il tarixli maliyyə arayışında (i.v.169) və X6 verilmiş x xxxxxx 2011-ci il tarixli maliyyə arayışında (i.v. 170) olan “Azərbaycan Respublikası” *Məhdud Məsuliyyətli Cəmiyyəti* “xxxx” məzmunlu möhür əkslərinin aşınma dərəcəsi ilə uyğun deyildir. MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. MPM-in 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd edilən prosessual hüquq normalarından da göründüyü kimi ekspert rəyi sübut növlərindən biri olmaqla digər sübutlarla birlikdə qiymətləndirilməlidir. İlkin ekspert rəyinə əasən konkret olaraq maliyyə arayışındakı yazıların, möhürün, qeydlərin, imzanın hansı tarixə aid olmasının müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İkinci ekspert rəyində xx.xx.2013-cü il tarixdəki maliyyə arayışında olan möhür əksinin aşınma dərəcəsi ilə rəydə qeyd edilən sənədlərdəki möhür əksinin aşınma dərəcəsinin eyni olmadığı qeyd edilmişdir. Maliyyə arayışının aşınma dərəcəsinin müəyyən edilməsi ilə bağlı suala isə elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığı üçün ekspert qarşısında qoyulmuş həmin sual üzrə tədqiqat aparılmamışdır. Möhürün aşınma dərəcəsinin eyni olmaması ilə bağlı hissəyə münasibətdə kollegiya belə qərara gəlir ki, nə qədər ki, ekspertiza tərəfindən imza və möhürün dəqiq icra tarixinin müəyyən edilməsi mümkünsüz olmuşdır, iddiaçıların maliyyə arayışının sonradan tərtib edilməsinə dair irəli sürdüyü hallar mülahizələrdən ibarətdir, yalnızca ekspert rəyində qeyd edilən aşınma dərəcəsinin eyni olmamasına istinad edərək iddia tələbinin əsaslı olması nəticəsinə gəlinməsi mümkünsüzdür. Nümunə olaraq təqdim edilən maliyyə arayışlarının tarixi mübahisə predmeti olan maliyyə arayışının tarixi ilə eyni olmadığından aşınma dərəcələrinin də müxtəlif olması təbiidir. Həmçinin iddiaçılar tərəfindən iddia tələbini təsdiq edəcək hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Yalnız mülahizələr əsasında iddianın əsaslı olması təəsüratı yaradılmağa çalışılmışdır. İddiaçı2” MMC-nin nümayəndəsi “mübahisə ilə bağlı izahatında” həmçinin qeyd etmişdir ki, yenicə əldə edilmiş məlumatlardan aydın olmuşdur ki, xx xxxxxx 2012-ci il tarixli müqavilə o zamankı direktor Cavabdeh1 tərəfindən imzalanmamışdır. Məhkəmə müqavilədəki imzanın saxta olduğunu müəyyən etdiyi təqdirdə bu müqavilənin etibarsızlığı barədə öz-özlüyündən qətnamə çıxara bilər. Məhkəmə etibarsızlıq halını tərəflərin irəli sürübsürməməsindən asılı olmayaraq nəzərə almalıdır. Kollegiya qeyd edir ki, hazırkı vaxta qədər iddiaçılar tərəfindən müqavilədəki imzanın Cavabdeh1 aid olmaması ilə bağlı hər hansı arqument irəli sürülməmişdir. Digər tərəfdən imzanın hər hansı şəxs tərəfindən icra edilib-edilməməsi xüsusi biliyə malik olan ekspert tərəfindən müəyyən edilə bilər ki, iddiaçılar tərəfindən bu məsələ ilə bağlı nə birinci instansiya məhkəməsində, nə də ki, apelyasiya baxışı müddətində heç bir vəsatət verilməmişdir. Bundan əlavə MM-in 354.2-ci maddəsində maraqlı şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə biləcəyi qeyd edilmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddia təmin edilmədiyindən MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları və iş materiallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apelyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2863/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində ekspertiza xərci iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin müəyyən etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Valeh Ağayev
Məhkəmə qərarları › İş №2(103)-628/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-628/2020
05.10.2020 · Müqavilələrin ləğv edilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver