Məhkəmə qərarları › İş №2(012)-424/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-424/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-424/2021 16.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «müqavilənin ləğv edilməsi, mənzilə ödənilmiş pulun geri qaytarılması, qanunsuz saxlanılan pul vəsaitinə görə faiz tutulmasına dair» iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı qarşı «mənzilin təhvil verilməsi tələbinə dair» iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlə bağlanılmış xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi vəzifəsinin – Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96,00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilin İddiaçı təhvil verilməsinin və mənzildə təmir işlərinin başlanmasına şərait yaradılması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanan xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilədən görünür ki, həmin müqavilə İddiaçı Cavabdeh MTK və ya onun varisi olduğu «xxxx» MMC ilə əvvəllər bağlanmış xx.xx.2018-ci il tarixli, 305 saylı müqavilənin əsasında yeni şərtlərlə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən «İcraçı» (Cavabdeh MMC) əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96.00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzil pay kimi «Payçı»ya ayırmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən «Payçı» müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilədə bağlanan anda bir kv.metr sahə üzrə 700 (yeddi yüz) manat təşkil etmışdir. Sahəsi 96m2 olan mənzil üçün cəmi 67200 (altmış yeddi min iki yüz) manat ödənilməlidir. Həmin müqavilənin «Tərəflərin hüquqi ünvanı və rekvizitləri» adlanan 8-ci bəndindən və «xxxx» MTK-nın verdiyi xx.xx.2019 saylı maliyyə arayışından görünür ki, Məmmədov X17 şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa 4 edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96.00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilin dəyərini - 67200 (altmış yeddi min iki yüz) manat məbləğində pulu MTK-ya ödəmişdir və MTK-ya heç bir borcu qalmamışdır. Borcun olmamasına baxmayaraq, bu günə kimi sözügedən mənzil İddiaçı təhvil verilməmişdir. İşin məhkəmə araşdırılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, məhkəmədən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilinə dair Cavabdeh MTK ilə X15 arasında bağlanılmış mənzilin dəyişdirilməsinə dair xx.xx.2016-cı il tarixli, 10 saylı müqavilənin, Cavabdeh MTK ilə X4 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, mənzilin İddiaçı təhvil verilməsi və mənzildə təmir işlərinin başlanılmasına şəraitin yaradılması öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, işin məhkəmə baxışı gedişində tərəflərindən Cavabdeh MTK-ya verilmiş sorğuya sonuncunun xx.xx.2020-ci il tarixli, 27/02 saylı cavab məktubundan məlum olmuşdur ki, İddiaçı satılmış Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu (əvvəllər 9-cu) mərtəbəsində yerləşən ümumi sahəsi 96.00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzil iddiaçıdan başqa X9 da satılmışdır. Belə ki, sorğuya cavabdehin verdiyi cavabdan görünür ki, xx.xx.2007-ci il tarixli müqaviləyə əsasə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 3-cü blok, 9-cu mərtəbə, ümumi sahəsi 71,6 m2 olan 2 otaqlı 53 saylı mənzili X1. Daha sonra xx.xx.2016cı il tarixli, 10 saylı müqaviləyə əsasən X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 2-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 96,0 m2 olan 3 otaqlı, 35 saylı mənzilə keçirilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, sözügedən məktubun tarixi xx.xx.2020-ci il kimi göstərilsə də, gerçəkdə onlara məhkəmə baxış iclasından sonra təqdim edilmişdir. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli, 23/02 saylı ərizəsindən görünür ki, sözügedən mənzil İddiaçı və X6 başqa xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən X2 adına rəsmiləşdirilmişdir. Göründüyü kimi bir mənzil bir neçə şəxsin adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və iddia tələbinin həcminin artırılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş və məhkəmədən onun təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında Cavabdeh MTK-nın nümayəndəsi X19 izahatında bildirmişdir ki, MTK-nın əvvəlki rəhbərliyi bağlamış olduğu müqavilələri və onlara dair hər hansı sənəd və məlumatı Cavabdeh MTK-ya təhvil verməmişdir. Onlar sadəcə vaxtilə müqavilə bağlamış şəxslərin əllərində olan müqavilələr əsasında özləri siyahı tərtib etmişlər. Əvvəlki müqavilələr barədə məlumat olmadığından MTK-nın tikilmiş mənzilləri başqa şəxslərə yenidən alqı-satqısı halı mümkündür. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh X7 etibarnamə üzrə nümayəndəsi X12 izahatında bildirmişdir ki, onun qardaşı N.Çələbiyev 2007-ci ildə sözügedən binadan bir neçə mənzil almışdır, onların da hamısının müqaviləsi və maliyyə arayışları mövcuddur. Sonradan MTK mənzillər üçün əlavə ödənişlər tələb etmiş, bununla razılaşmadıqları üçün MTK-dan mənzilləri qaytarmaq şərtilə pullarını geri istəmişlər. MTK mənzillərdən yazılı qaydada imtina etmələrini istəsə də, onlar yalnız ödənilmiş pulların tamamilə qaytarılacağı təqdirdə bunu edəcəklərini bildirmişlər. İndiyədək MTK 90030 manat puldan onlara 7000 manat pul qaytarmışdır. Halbuki, həmin pulların qaytarılması üçün 2010-cu ildən o, MTK-ya daima gedib-gəlmişdir. Ə.Çələbiyev məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Mülki işin məhkəmə araşdırması gedişində iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin əsasının dəyişdirilməsinə dair ərizə təqdim edərək, məhkəmədən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.00 m2 olan,izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilinə dair İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilənin ləğv edilməsini, həmin mənzil üçün ödənilmiş 67200 (altmış yeddi min iki yüz) manat məbləğində pulun Cavabdeh MTKdan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Vəkil cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair vəsatət təqdim edərək X7 və X2 cavabdehlərdən sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının gedişində iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, məhkəmədən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.00 m2 olan,izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilinə dair İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilənin ləğv edilməsini, həmin mənzil üçün ödənilmiş 67200 (altmış yeddi min iki yüz) manat və sözügedən məbləğin əsassız əldə edilməsinə, qanunsuz saxlanılmasına və ondan faydalanmağa görə 8050 (səkkiz min əlli) manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edəsini xahiş etmişdir. Mülki iş üzrə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianın əsasının dəyişdilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması gedişində iş materiallarına əlavə edilmiş sənədlərdən görünmüşdür ki, sözügedən mübahisəli mənzilə dair ilkin müqavilə X15 ilə bağlanılmışdır. Belə olan halda sözügedən mənzilə ilkin hüququ əldə edən şəxsin hüquqlarının qorunması praktikasının formalaşmasını, bu sahədə sənədlərin texniki ekspertizasının aparılmasında, ilkin və sonradan bağlanmış müqavilələrin hansının daha əvvəl bağlanmasının müəyyən edilməsi sahəsində çətinliklərin olmasını nəzərə alaraq, hesab edirlər ki, hazırda iddia predmetinin dəyişdirilməsi və həmin mənzilə dair ödənilmiş məbləğin Cavabdeh MTK-dan geri tələb edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianın əsasının dəyişdirilməsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrin məzmununa uyğun izahat verərək, onları müdafiə etmiş və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilənin notarial təsdiq edilmiş surətindən görünür ki, həmin müqavilə İddiaçı Cavabdeh MTK və ya onun varisi olduğu «xxxx» MMC ilə əvvəllər bağlanmış xx.xx.2018-ci il tarixli, 305 saylı müqavilənin əsasında yeni şərtlərlə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən «İcraçı» (Cavabdeh MMC) əvvəlki müqaviləyə uyğun olaraq, Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96.00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzil pay kimi «Payçı»ya ayırmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən «Payçı» müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilədə bağlanan anda bir kv.metr sahə üzrə 700 (yeddi yüz) manat təşkil etmışdir. Sahəsi 96m2 olan mənzil üçün cəmi 67200 (altmış yeddi min iki yüz) manat ödənilməlidir. İş materiallarında olan Cavabdeh MTK-nın sədri E.T.Səməndərov tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışının notarial təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında inşa edilən 5 bloklu 15 mərtəbəli yaşayış binası «xxxx» MMC-nin hüquqi varisi Cavabdeh MTK-ya məxsusdur. Binanın 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96.00 m2 olan, 3 otaqlı, 35 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən 67200 (altmış yeddi min iki yüz) manat ödənilmişdir, MTK-ya heç bir borcu yoxdur. -İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Cavabdeh MTK-nın vəkil sorğusuna verdiyi xx.xx.2020-ci il tarixli, 27/02 saylı cavab məktubundan görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 96.00 m2 olan, 3 otaqlı, 35 saylı mənzilə dair bağlanmış müqavilələr barədə məlumatlar aşağıdakılardır: xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 3 blok, 9 mərtəbə, ümumi sahəsi 71,6 kv.metr olan 2 otaqlı 53 saylı mənzil X1. Daha sonra xx.xx.2016-cı il tarixli, 10 saylı müqaviləyə əsasən X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 2 blok, 9 mərtəbə, ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqlı, 35 saylı mənzilə keçirilmişdir. xx.xx.2018-ci il tarixli, 305 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 2 blok, 9 mərtəbə, ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqlı, 35 saylı mənzil X13 adından (xx.xx.2016-cı il tarixli, 189 saylı müqavilə) İddiaçı adına keçirilmişdir. xx.xx.2018ci il tarixli, 305 saylı müqavilənin əsasında yeni şərtlərlə (qeyri-yaşayış sahəsinin mərtəbələr sırasına daxil edilməsiylə əlaqədar olaraq, 9-cu mərtəbə 10-cu mərtəbə kimi götürülmüşdür) 35 saylı mənzil xx.xx.2019-cu il tarixli 188 saylı müqaviləyə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. -Cavabdeh MTK-nın məhkəmə sorğusuna verdiyi xx.xx.2020-ci il tarixli, 23/02 saylı cavab məktubundan görünür ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 2-ci blok, 9-cu mərtəbə, ümumi sahəsi 96.00 m2 olan, 3 otaqlı, 35 saylı mənzilə dair bağlanmış müqavilələr barədə məlumatlar aşağıdakılardır: xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 3 blok, 9 mərtəbə, ümumi sahəsi 71,6 kv.metr olan 2 otaqlı 53 saylı mənzil X1. Daha sonra xx.xx.2016-cı il tarixli, 10 saylı müqaviləyə əsasən X3 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasınınn 2 blok, 9 mərtəbə, ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqlı, 35 saylı mənzilə keçirilmişdir. xx.xx.2018-ci il tarixli, 305 saylı müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 2 blok, 9 mərtəbə, ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqlı, 35 saylı mənzil X13 adından (xx.xx.2016-cı il tarixli, 189 saylı müqavilə) İddiaçı adına keçirilmişdir. xx.xx.2018ci il tarixli, 305 saylı müqavilənin əsasında yeni şərtlərlə (qeyri-yaşayış sahəsinin mərtəbələr sırasına daxil edilməsiylə əlaqədar olaraq, 9-cu mərtəbə 10-cu mərtəbə kimi götürülmüşdür) 35 saylı mənzil xx.xx.2019-cu il tarixli 188 saylı müqaviləyə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Əlaqə telefonu **********. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 3 blok, 9 mərətəbə, ümumi sahəsi 96,0 kv.metr olan 3 otaqlı 35 saylı mənzil X2 adına rəsmiləşdirilmişdir. Əlaqə telefonu **********. - «xxxx» MMC ilə X15 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən «İcraçı» Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9-cu mərtəbə, ümumi sahəsi 71,6 m2 olan, İİİ blok, 53 saylı mənzil, izolə olunmuş 2 otaqdan ibarət bir pay kimi «Payçı»ya verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən «Payçı» müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilədə bağlanan anda bir kv.metr sahə üzrə 435 (dörd yüz otuz beş) manat təşkil etmışdir. Sahəsi 71,6 m2 olan mənzil üçün cəmi 31146 (otuz bir min yüz qırx altı) manat ödənilməlidir. - «xxxx» MMC-nin direktoru E.H.Tağıyev imzası ilə təsdiq edilmiş və möhürlənmiş xx.xx.2011-ci il tarixli, 432 saylı maliyyə arayışının təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 saylı ünvanda inşa olunan yaşayış binası «xxxx» MMC-yə məxsusdur. Binanın İİİ blok, İX mərtəbəsində, ümumi sahəsi 71,6m2 olan mənzilə X15 tərəfindən 31146(otuz bir min yüz qırx altı) manat ödənilmişdir. MMC-yə heç bir borc yoxdur. - «xxxx» MMC ilə X15 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən «İcraçı» Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə və H.Z.Tağıyev küçələrinin kəsişdiyi ünvanda 12 mərtəbəli yaşayış evinin 9 mərtəbə, ümumi sahəsi 96,00 m2 olan, İİ blok, 35 saylı mənzil, izolə olunmuş 3 otaqdan ibarət bir pay kimi «Payçı»ya verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən «Payçı» müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilədə bağlanan anda bir kv.metr sahə üzrə 435 (dörd yüz otuz beş) manat təşkil etmışdir. Sahəsi 96,00m2 olan mənzil üçün cəmi 41760 (qırx bir min yeddi yüz altmış) manat ödənilməlidir. Müqavilənin 9-cu tərəflərin hüquqi ünvanı və rekvizitləri hissəsində «ilkin ödəniş 41760 (qırx bir min yeddi yüz altmış) manat və qalıq yoxdur qeydi aparılmışdır. - «xxxx» MTK ilə X5 arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, xx.xx.2017-ci il tarixli «X14 haqqında» müqavilənin 3.1, 4.1, 7.5, 7.6, 7.7-ci bəndlərinə uyğun olaraq bu müqaviləni CavabdehMTK ilə və onun hüquqi varisi olduğu «xxxx» MMC ilə əvvəllər bağlanmış müqavilənin əsasında aşağıdakı yeni şərtlərlə bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən «İcraçı» Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin İİ blok, 9 mərtəbəsində yerləşən, ümumi sahəsi 96,00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzili pay kimi «Payçı»ya verməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən «Payçı» müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilədə bağlanan anda bir kv.metr sahə üzrə 650 (altı yüz əlli) manat təşkil etmışdir. Sahəsi 96,00m2 olan mənzil üçün cəmi 62400 (altmış iki min dörd yüz) manat ödənilməlidir. Müqavilənin tərəflərin hüquqi ünvanı və rekvizitləri adlanan 8-ci bəndində mənzilə görə ilkin ödəniş 15000 manat, qalıq 47400 manat qeydi aparılmışdır. - Cavabdeh MTK ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 664 saylı müqavilənin surətindən görünür ki, müqaviləni Cavabdeh MTK ilə və ya varisi olduğu «xxxx» MMC ilə əvvəllər bağlanmış xx.xx.2018-ci il tarixli müqavilənin əsasında yeni şərtlərlə bağlamışlar. Müqavilənin 1.1-ci bəndinə əsasən «İcraçı» Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı tarixli, 301 saylı sərəncamı ilə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli, yaşayış evinin 2 blok, 10 mərtəbəsində yerləşən, ümumi sahəsi 96,00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzili pay kimi «Payçı»ya ayırmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2ci bəndinə əsasən «Payçı» müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin dəyəri bu müqavilədə bağlanan anda bir kv.metr sahə üzrə 650 (altı yüz əlli) manat təşkil etmışdir. Sahəsi 96,00m2 olan mənzil üçün cəmi 62400 (altmış iki min dörd yüz) manat ödənilməlidir. Müqavilənin tərəflərin hüquqi ünvanı və rekvizitləri adlanan 8-ci bəndində mənzilə görə ilkin ödəniş 23720 manat, qalıq 38680 manat qeydi aparılmışdır. - «xxxx» MTK-nın verdiyi xx.xx.2018-ci il tarixli, 618536 saylı kassa mədaxil orderinin qəbzlə pay haqqı qismində X5 15000 manat, Cavabdeh MTK-nın verdiyi xx.xx.2018-ci il tarixli, 675414 saylı qəbzlə 580 manat, xx.xx.2018-ci il tarixli, 0027 qəbzlə 580 manat, xx.xx.2019-cu il tarixli, 0083 saylı qəbzlə 580 manat, xx.xx.2019-cu il tarixli, PS00-000103 saylı kassa mədaxil orderilə ünvan 2 ünvanında yerləşən 2-ci blok, 9-cu mərtəbədə yerləşən sahəsi 96m2 olan 3 otaqdan ibarət 35 saylı mənzilin pay dəyərindən 580 manat, xx.xx.2019-cu il tarixli, PS00-000103 saylı qəbzlə 580 manat, xx.xx.2019-cu il tarixli, PS00-000257 saylı kassa mədaxil orderilə 1160 manat, xx.xx.2020-ci il tarixli, PS00- 000544 saylı qəbzlə 3480 manat, xx.xx.2020-ci il tarixli, PS00-000665 saylı qəbzlə 600 manat məbləğində pul ödəmişdir. - Cavabdeh MTK-nın verdiyi xx.xx.2021-ci il tarixli, 12/02 saylı arayışdan görünür ki, «xxxx» MMC-nin hüquqi varisi Cavabdeh MTK-dır. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 2 blok, 9 mərtəbə (yeni qayda ilə 10-cu mərtəbə), ümumi sahəsi 96,00 kv.metr olan 3 otaqlı 35 saylı mənzilə dair X15 ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 10 saylı müqavilə hal-hazırda qüvvədədir, ləğv edilməmişdir. Həmçinin, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 1A ünvanında inşa olunan yaşayış binasının 2 blok, 10 mərtəbə, ümumi sahəsi 96,00 kv.metr olan 3 otaqlı, 35 saylı mənzilə dair X4 ilə bağlanılmış xx.xx.2018-ci il tarixli müqavilə hal-hazırda qüvvədədir, ləğv edilməmişdir. -xx.xx.2020-ci il tarixli, 106 saylı və xx.xx.2020-ci il tarixli, 241 saylı müraciətlərin surətindən görünür ki, İddiaçı vəkili Vəkil Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 96,00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilin İddiaçı təhvil verilməsi barədə göstərişin verilməsi üçün Cavabdeh MTK-nın sədri Elman Səməndərova müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının; 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 31-ci maddəsinin İİ bəndinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli Qərarına əsasən «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər». Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında inşa olunan yaşayış binasının 2 blok, 9 mərtəbə (yeni qayda ilə 10-cu mərtəbə), ümumi sahəsi 96,00 kv.metr olan 3 otaqlı 35 saylı mənzilinə dair «xxxx» MMC ilə X15 arasında xx.xx.2007-ci il tarixli müqavilə bağlanılmış, N.Çələbiyev müqavilə üzrə üzərinə düşən öhdəliyi – mənzilin dəyərinin ödənilməsini yerinə yetirmişdir. Sonradan «xxxx» MMC-nin hüquqi varisi Cavabdeh MTK olmuşdur. Bundan sonra sözü gedən mənzilə dair Cavabdeh MTK ilə X4 ilə xx.xx.2018-ci il tarixli müqavilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilə və X4 ilə xx.xx.2018-ci il tarixli müqavilə bağlanılmışdır. xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilə əsasən İddiaçı Cavabdehya 67200 (altmış yeddi min iki yüz) manat məbləğində pul ödəmişdir. Məhkəmə qeyd edir ki, sözügedən mübahisəli mənzilə dair ilkin müqavilə N.Çələbiyev ilə bağlanıldığından və həmin mənzilə dair pay haqqı N.Çələbiyev tərəfindən tam ödənildiyindən sonuncu həmin mənzilə sahiblik və istifadə hüququ əldə etmişdir. Bununla əlaqədar olaraq, sözügedən mənzilə dair cavabdeh MTK başqa şəxslərlə artıq özünün olmayan əmlakla bağlı hər hansı müqavilə bağlaya bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə görə öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh MTK İddiaçıla sözügedən mənzilə dair müqavilə bağlayarkən vicdanlı hərəkət etməmişdir, müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmuşdur, hazırda müqavilə üzrə öhdəliyini yerinə yetirmək imkanı, onun icrası mümkün deyildir. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2-ci maddəsinə görə müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-cü maddəsinə görə əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 424.5-cü maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh MTK ilə bağlamış olduğu müqavilə üzrə öhdəliyini dərhal icra etsə də, cavabdehin hazırda müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməsi mümkünsüzdür. Buna görə məhkəmə hesab edir ki, tərəflərin arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilə ləğv edilməli və sözügedən mənzilə dair ödənilmiş 67200 (altmış yeddi min iki yüz) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.00 m2 olan,izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilinə dair İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilənin ləğv edilməsini, həmin mənzil üçün ödənilmiş 67200 (altmış yeddi min iki yüz) manat məbləğində pulun əsassız əldə edilməsinə, qanunsuz saxlanılmasına və ondan faydalanmağa görə 8050 (səkkiz min əlli) manat məbləğində pulun Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi hissəsində də iddia tələbini əsaslı və qanuni hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4-cü maddəsinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» xx.xx.2009-cu il tarixli Qərarında göstərilir ki, «... mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; - ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin, vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, MM-in 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir...». Məhkəmə qeyd edir ki, sözügedən mübahisəli mənzilə dair ilkin müqavilə N.Çələbiyevlə bağlandığından və bu səbəbdən həmin mənzil üzərində Cavabdeh MTK-nın sərəncam vermək səlahiyyəti olmadığından sonuncu İddiaçı 67200 manat məbləğində pulu qanunsuz şəkildə əldə etmiş və pulu özündə saxlamış, ondan faydalanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslə və qanuni olduğundan təmin edilməlidir. Mərkəzi bankın təqdim etdiyi məlumatların rəsmi internet səhifəsində yerləşməsi və onun ictimaiyyət üçün açıq olması halı Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında öz əksini tapmışdır. Mərkəzi Bankın rəsmi internet saytında verilmiş məlumatdan (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2020) görünür ki, sonuncu dəfə bank uçot dərəcəsi xx.xx.2020-ci il tarixdə 6,25% kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında müqavilə xx.xx.2019-cu il tarixində bağlandığından və İddiaçı tərəfindən 67200 manat məbləğində pul maliyyə arayışına əsasən həmin tarixdə ödənildiyindən maliyyə sanksiyası məhz həmin tarixdən hesablanmalıdır. Hesablanma aşağıdakı kimi aparılmalıdır: 67200:100= 672 * 6,25= 4200:12= 350 * 23 = 8050man. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X11 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15- dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X11 haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx.xx.2005-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2019-cu il tarixli Qərarında deyilir ki, «... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Sadalananları və Azərbaycan Respublikası MPM-nin 4-cü, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilinə dair İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 188 saylı müqavilə ləğv edilsin. Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında inşa edilən 15 mərtəbəli yaşayış evinin 2-ci blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 96.00 m2 olan, izolə olunmuş 3 otaqdan ibarət 35 saylı mənzilinə görə X16 tərəfindən Cavabdeh MTK-ya ödənilmiş 67200 (altmış yeddi min iki yüz) manat və sözügedən məbləğin əsassız əldə edilməsi, qanunsuz saxlanılması və ondan faydalanmağa görə 8050 (səkkiz min əlli) manat məbləğində pul Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir)ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar