Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4245/2024 17.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, həmçinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı zəbt edilmiş torpağın azad edilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Abşeron rayon Qobu Bələdiyyəsinə qarşı zəbt edilmiş torpağın azad edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Qobu Bələdiyyəsinin 04 may 2008-ci il tarixli, 10 nömrəli qərarına əsasən Abşeron rayonu, Qobu qəsəbəsində ona ayrılmış 0,08 ha torpaq sahəsinin, cavabdehlər Abşeron rayon Qobu Bələdiyyəsi və Cavabdeh2 tərəfindən boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının vəkili-nümayəndəsi Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, 2(012)-4245/2024 saylı mülki iş üzrə Abşeron rayon Qobu Bələdiyyəsinin cavabdeh siyahısından çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışında proses iştirakçıları mübahisəni könüllü qaydada həll etdiklərini qeyd edərək, barışıq sazişi bağladıqlarını bildirdilər və təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. “Belə ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-4245/2024 saylı mülki iş üzrə (sədrlik edən hakim Miməsir Mirhəsənli), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881-ci maddəsinə uyğun olaraq aralarındakı mübahisəyə son qoymaq, eyni zamanda hüquqlar və iddialar barədə mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəşt yolu ilə həll etmək məqsədi ilə aşağıda göstərilən şərtlərlə Barışıq Razılaşması bağlayır:
1. İddiaçı Abşeron Rayonu Qobu qəsəbəsində Yeni Yaşayış massivində İddiaçı məxsus zəbt edilmiş 8 sot toıpaq sahəsindən 10500 manat məbləği cavabdehdən tam alandan sonra həmin torpağa dair iddiasından tam imtina etməyi öhdəsinə götürür.
2. Cavabdeh X2 ilkin olaraq 4500 manat verməyi, daha sonra xx.xx.2025-ci ilədək yerdə qalan 6000 manat pulu verməyi öhdəsinə götürür.
3. Tərəflər razılaşırlar ki, hazırkı Barışıq Razılaşmasının icrası, saziş bağlandığı gündən sonra bir aydan tez olmayaraq lakin hər bir halda xx.xx.2025-ci il tarixədək həyata keçiriləcəkdir. X1 müddəalarının pozulması halında, bu sazişin təsdiqlənməsi barədə məhkəmə qərardadının məcburi icraya yönəldilməsi qaydasında həyata keçirilməsi barədə məlumatlı olduqlarının bəyan edir və razılaşırlar. Barışıq Razılaşması tərtib olunarkən və imzalanarkən tərəflərin iradə ifadəsi nəzərə alınmışdır. Saziş hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmış, başqa əqdi pərdələmək məqsədi daşımır, sui-istifadə, zorakılıq və aldatma hallarına yol verilməmiş, yad təsir altında bir tərəfin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmamışdır. Barışıq Razılaşması Azərbaycan dilində 02 (iki) vərəqdə, 03 (üç) nüsxədə tərtib olunmuşdur. Nüsxələr eyni hüquqi qüvvəyə malikdir və məhkəmə tərəfindən sazişin təsdiq edilməsi barədə qərardadın qanuni qüvvəyə mindiyi andan qüvvəyə minir. Barışıq Razılaşmasının tərəfləri Azərbaycan Respublikası MPM-in 191, 261 və 262ci maddələrinin tələblərinə uyğun olaraq sazişin bağlanması və işin icraatına xitam verilməsinin nəticələrinin onlara məlum olduğunu qəbul edirlər. Barışıq Razılaşmasının tərəfləri xahiş edirlər ki, sədrlik edən hakim X3 Rayon Məhkəməsinin icraatında olan 2(012)-4245/2024 saylı mülki iş üzrə aralarında bağladıqları bu Barışıq Razılaşmasını təsdiq etsin və mülki işm icraatına xitam verilməsi barədə qərardad qəbul etsin.” Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********** saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2023-cü ildə ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumları müvafiq olaraq onlara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh2 qarşı zəbt edilmiş torpağın azad edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının iddiasından imtinası qəbul edilsin mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi aşağıdakı məzmunda: “1. İddiaçı Abşeron Rayonu Qobu qəsəbəsində Yeni Yaşayış massivində İddiaçı məxsus zəbt edilmiş 8 sot toıpaq sahəsindən 10500 manat məbləği cavabdehdən tam alandan sonra həmin torpağa dair iddiasından tam imtina etməyi öhdəsinə götürür.
2. Cavabdeh X2 ilkin olaraq 4500 manat verməyi, daha sonra xx.xx.2025-ci ilədək yerdə qalan 6000 manat pulu verməyi öhdəsinə götürür.
3. Tərəflər razılaşırlar ki, hazırkı Barışıq Razılaşmasının icrası, saziş bağlandığı gündən sonra bir aydan tez olmayaraq lakin hər bir halda xx.xx.2025-ci il tarixədək həyata keçiriləcəkdir.” təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı hazırki mülki iş (2(012)-4245/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli