Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4249/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İddiaçı və cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı əmlakın qaytarılması və pulun tutulması tələbinə dair mülki işə 31 oktyabr 2022-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı əmlakın qaytarılması və pulun tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, X1 ona məxsus məişət və yataq əşyalarının özü və ya dəyəri olan 6450 (altı min dörd yüz əlli) manat məbləğində pulun alınması, pensiya kartlarından çıxarıb cavabdehə verdiyi 35.000 (otuz beş min) manat məbləğində pulun alınması, poçt vasitəsilə cavabdehə göndərdiyi cəmi 870 (səkkiz yüz yetmiş) manat məbləğində borc pulun alınması, xx.xx.2020-ci il tarixdə cavabdehə verdiyi 350 (üç yüz əlli) manat məbləğində borc pulun alınması, xx.xx.2020-ci il tarixdə cavabdehə verdiyi 250 (iki yüz əlli) manat məbləğində borc pulun alınması, 2020-ci ilin avqust ayında cavabdehə verdiyi 150 (bir yüz əlli) manat borc pulun alınması, ona məxsus pul vəsaiti ilə ticarətlə məşğul olub əldə etdiyi 3000 (üç min) manat məbləğində pul olmaqla, cəmi 39.620 (otuz doqquz min altı yüz iyirmi) manat məbləğində pulun cavabdeh X1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə 2015-ci ilin sentyabr ayında rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından uşaqları olmamışdır. X4 ilə ailə qurduqdan sonra cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən evimə gəlin köçmüş və həmin evdə bir yerdə yaşamışlar. Sonradan aralarında narazılıq olduğuna görə 2016-cı ildə nikahın pozulmasına dair Abşeron Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdeh X4 ilə aralarında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 267 sayla qeyd edilmişdir. Aralarında olan nikah pozulsa da, faktiki olaraq 2020-ci ilin yanvar ayına qədər birlikdə yaşamışlar. Cavabdeh ilə ailə qurarkən cavabdehə valideynləri tərəfindən cehiz əşyaları hədiyyə edilməmişdir. Sonradan iddiaçı öz şəxsi vəsaiti hesabına müxtəlif məişət və yataq əşyaları almış və həmin əşyalar özünə məxsus olmuşdur. Həmin əşyaları iddiaçı özünə məxsus evə yerləşdirmişdir. Sonradan əvvəlki nikahından olan övladların da aralarında narazılıq olduğuna görə cavabdehlə qərara gəlmişlər ki, Qobustan rayonunda kirayə ev tutsunlar və həmin evə köçüb orada yaşasınlar. Bundan sonra, iddiaçı Qobustan rayonunda kirayə ev tutmuş və aldığı məişət və yataq əşyalarını ünvan 1 ünvanında yerləşən evindən çıxararaq həmin evə aparmışdır. Cavabdeh B.Əhmədova ilə aralarında narazılıq olduğuna görə ayrıldıqdan sonra cavabdeh qızının Qobustan rayonunda yerləşən evinə getmiş və öz evinə aldığı və Qobustan rayonunda kirayədə yaşadıqları evə yığdığı əşyaları da qızının evinə aparmışdır. Hazırda həmin əşyalar oradadır. Cavabdeh tərəfindən onun icazəsi olmadan aparılmış əşyaları aşağıdakılardır: Divan-kreslo - 500 manat, Paltar dolabı - 200 manat, Soyuducu - 400 manat, Kondisioner - 600 manat (hər ay kreditini ödəmişəm), Televizor - 300 manat, DVD - 150 manat, Çarpayı - 100 manat, Ev əşyaları - 100 manat, 2 gözlü İran istehsalı olan elektrik plitəsi - 200 manat, 10.40 dəst qazan dəsti - 1600 manat, İran istehsalı olan qaz plitəsi - 50 manat, İpək parçalar - 200 manat, 13.15 ədəd servis gül qabları - 750 manat, Paltaryuyan maşın - 800 manat, 1 ədəd mobil telefon - 120 manat, 1 ədəd mobil telefon - 380 manat. Həmçinin, o, hər ay oğlunun şəhid pulu kimi 300 manat, özünün pensiyası kimi də 370 manat olmaqla, cəmi 670 manat pul alır. Cavabdeh B.Əhmədova ilə birgə yaşadıqları 2015-2020-ci illər ərzində cavabdeh hər ay həmin pulu kartlardan çıxaraq ondan alırdı. Bu illər ərzində ona 35.000 min manatdan çox pul ödənilmişdir. Cavabdeh həmin pulları ondan alaraq xərcləmiş və geri qaytarmamışdır. Bundan başqa, 2020-ci ilin aprel-iyul aylarında (xx.xx.2020-ci il tarixdə 150 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 40 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 50 manat, xx.xx.2020-ci il tarixdə 130 manat, xx.xx.2020-ci il tarixdə 100 manat, xx.xx.2020-ci il tarixdə 100 manat) poçt vasitəsilə cavabdehə müxtəlif məbləğlərdə pul göndərmişdir. Lakin cavabdeh həmin pulları qaytaracağını vəd etsə də, indiyə qədər qaytarmamışdır. Cavabdehə həmin müddətdə ümumilikdə 870 (səkkiz yüz yetmiş) manat pul göndərmişdir. Lakin cavabdeh həmin məbləği qaytarmaqdan imtina edir. Bundan başqa, xx.xx.2020-ci il tarixdə cavabdeh ondan 350 manat borc pul alaraq onunla birlikdə İran İslam Respublikasına getmişdir. Orada cavabdeh satmaq üçün müxtəlif əşyalar alaraq gətirmiş və xx.xx.2020-ci il tarixdə ölkəyə qayıtmışdırlar. Həmin vaxt cavabdeh yenidən ondan 250 manat borc pul istəmiş və dişini düzəltdirəcəyini bildirərək sonradan həmin pulu qaytaracağını vəd etmişdir. Lakin cavabdeh B.Əhmədova həmin pulu da qaytarmamışdır. Bundan başqa, cavabdeh B.Əhmədovaya 2020-ci ilin avqust ayında 150 manat borc pul vermiş. Lakin cavabdeh yenə də onu aldadaraq pulunu qaytarmamışdır. Bundan başqa, cavabdeh ona verdiyi pullarla xırda ticarətlə məşğul olaraq təxminən 3000 manat pul yığmış və həmin pulları ona verməli olsa da, verməmiş və həmin pullarla Gürcüstandan “Opel” markalı avtomobil alaraq kürəkəninə vermişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olımuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini, onsuz da cavabdehin o pulları geri qaytarmaq imkanı olmadığını, bununla belə iddia ərizəsində yazılanların doğru olduğunu, cavabdehin cox imkansız olduğundan pandemeya dövründə ona yardım üçün hissə-hissə olmaqla poçt vasitəsi ilə cəmisi 870 manat pul göndərdiyi bildirdi . Cavabdeh X4 məhkəmə iclasında iddia tələbinə verilən etirazı müdafiə edərək bildirmişdir ki, 0, 2014-cü ildə iddiaçı ilə rəsmi şəkildə nikaha daxil olmuşlar və 1 il birlikdə yaşamışlar. Sonra iddiaçının oğlanları onunla dalaşmış və onu döymüşlər. Qızının evinə getmiş, 1 gün sonra iddiaçı onun arxasınca gəlmiş və onu götürərək qonşuluqda kirayə tutduğu evə gətirmişdir. Təxminən 1 aydan sonra iddiaçının uşaqları gələrək yenə davadalaş salmışlar və onu döymüşlər. İddiaçının iddia tələbində qeyd etdikləri əsassızdır. İddiada qeyd etdiyi qızının ərinə maşın alması da yalandır Belə ki, qızının əri maşını iddiaçı ilə birgə nikahlarından 1 il qabaq Gürcüstandan gətirmişdir. O, iddiaçı ilə nikaha daxil olmamışdan əvvəl işləmiş, 600 manat pul almışdır.Sonra iddiaçı onu işdən çıxarmışdır. İddiaçı hər ay 600 manat pul alırdı. İddia tələbində qeyd etmişdir ki, onun üçün 35000 manat pul xərcləmişdir. Bütün bunlar yalandır. Odur ki, iddia tələbini qəbul etmir və rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Mülki iş materiallarından olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 arasında 08 noyabr 2016-cı ildə bağlanmış nikah ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə araşdırmaları zamanı iddiaçı iddianın əsasını sübut edə bilmədi, cavabdeh isə iddianı qəbul etmədi.İddia tələbinin 870 manat pul tələbi hissəsi isə tərəflərin izahatlarından göründüyü kimi borc verilmiş pul olmayıb, pandemeyi dövründə iddiaçı tərəfindən cavabdehə maddi yardım olaraq əvəzsiz olaraq verilmişdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 qarşı əmlakın qaytarılması və pulun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4249/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4249/2022
31.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver