Məhkəmə qərarları › İş №2(012)-4255/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4255/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4255/2023 28.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, atası X8 10 fevral 1940-cı il tarixdə Qubadlı rayon Novlu sovetliyinin Gürcülü kəndində doğulması faktının, eləcə də atasının X14, anasının isə X2 olması faktları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirilməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizədə yol verilmiş texniki yalnışlığın aradan qaldırılaraq, ərizənin digər hissəsi saxlanılmaqla, atası X8 10 fevral 1940-cı il tarixdə Qubadlı rayon Novlu sovetliyinin Gürcülü kəndində doğumunun qeydə alınması faktının müyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X15 10 fevral 1940-cı il tarixdə Qubadlı rayonunun Novlu sovetliyinin Gürcülü kəndində anadan olmuşdur. Atasının anası X5 1910-cu il, atası X14 isə 1905-ci il təvəllüdlü olmuşlar. Nənəsi Sənubərlə babası Hümbət 1929-cu il tarixdə ailə həyatı quraraq, Gürcülü kəndində yaşamışlar. Mərhum babası Hümbət müəllim olmuş, 1942-ci ildə 1941-1945-ci il Vətən Müharibəsinə gedərək geri qayıtmamışdır. Onların 4 uşaqları-yəni, iki qız, iki oğlan- Mənsumə, Roza, Fikrət və Vaqif adlı övladları olmuşdur. Vaqif onun atasıdır və evin kiçiyi olmuşdur. Atası Vaqif müəllim Qubadlıdan hərbi xidmətə çağırılmış, lakin hərbi xidməti başa vurduqdan sonra kəndə qayıtmamış, Xırdalan şəhərinə gələrək orada mebel kombinatına işə düzəlmişdir. Atası kənddə olanda traktorist peşəsini oxumuş və bir müddət (hərbi xidmətə çağırılana qədər) kolxozda traktorçu işləmişdir. Xırdalan şəhərində yaşaya-yaşaya Pedaqoji İnstutu bitirmiş, avtomobil sürücüsü vəsiqəsini də almışdır. Xırdalan şəhər 2 saylı orta məktəbdə müəllim işləmişdir. 07 avqust 1991-ci il tarixdə Xırdalan şəhərində dünyasını dəyişmiş və Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. X31 Kombinatında işləyərkən ev növbəsinə dayanmışdır. 1968-ci il tarixdə anası X23 ilə evlənmişdir. Anası da həmin mebel kombinatında işləmişdir. 1970-ci il tarixdə Xırdalan şəhəri (qəsəbəsi) 27-ci məhəllədə yerləşən 13 "b" saylı binanın 66-cı mənzilində 3 otaqlı ev Mebel kombinatı tərəfindən atasına verilmişdir. 1058 saylı Order atası X8 adına verilmişdir. Sovetlər dönəmi bitdikdən sonra hər kəsin qanuni əmlakları öz adlarına özəlləşdirilərkən həm atası sağ olmadığı üçün, həm də, evlərində qeydiyyatda olan nənəsi Sənubər müharibədə itkin düşən şəxsin həyat yoldaşı olması səbəbindən dövlət vergilərindən azad olduğu üçün evləri onun adına özəlləşdirilmişdir. Onların ailəsi 4 uşaqdan ibarət olmuşdur. Anaları da evin nənəsinin adına özəlləşdirilməsinə etiraz etməmişdir. Nənəsi Sənubər 1999-cu ilin avqust ayının 13də dünyasını dəyişərək Xırdalan qəbirstanlığında atası ilə bir yerdə dəfn olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, atası 1991-ci ildə vəfat etmiş və atasının məzar daşı üçün müraciət etmişdir. Ev nənəsinin adına özəlləşdirilmişdir. Hazırda evi öz adına rəsmiləşdirmək istəyir. Lakin nənəsinin atasının anası olmasını sübut etmək üçün doğum haqqında şəhadətnamə tələb edirlər. Atasının özü 10 fevral 1940-cı il tarixdə Qubadlı rayonunun Novlu sovetliyinin Gürcülü kəndində anadan olmuş, atasının ana adı Sənubər, ata adı isə Hümbət olmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Abşeron rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Ərizəçi onun doğma qardaşıdır. X32 10 fevral 1940-cı il tarixdə Qubadlı rayonunda anadan olmuşdur. Atası əsgərlikdən sonra Bakı şəhərinə getmiş, onlar da Bakıda doğulmuşlar. Atalarının atası adı X14, anası adı isə X5 olmuşdur. Nənələri 1999-cu ildə vəfat etmişdir. Atası 10 fevral 1940-cı il tarixdə Qubadlı rayonun Gürcülü kəndində anadan olmuş, 1991ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Ərizəçi həm atasının, həm də anasının dayısı oğludur. X25 rayonunun Gürcülü kəndində anadan olmuş, Vaqif Məmmədov bibisi oğludur, lakin hansı ayda doğulmasını bilmirlər. Ərizəçinin babası Hümbət Mamedov olmuş 1941-ci il müharibəsində ölmüşdür. X30 əvvəlcə Qafan rayonunda yaşamış, evlənəndən sonra Bakı şəhərinə köçmüşdür. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 4.1. maddəsinə əsasən, bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -xx.xx.1969-cu il tarixli, AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 195 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X15, anası X19r. -B № 838694 saylı traktoris sürücüsünə dair vəsiqənin surətindən görünür ki, X15 1959-cu ildə İİİ kursda təhsil almışdır. -НЗ № ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1940-cı il tarixdə anadan olmuşdur. -xx.xx.1973-cü il tarixli, № 07659784 saylı partiya biletinin surətindən görünür ki, 1940-cı ildə anadan olmuş X15 avqust 1965-ci il tarixdə Azərbaycan Komnist Partiyasının üzvü olmuşdur. -xx.xx.1974-cü il tarixli, Ю № 296103 saylı diplomun surətindən görünür ki, X15 1969-cu ildə V.İ.Lenin adına X33 ordenli APİ-nin qiyabi şöbəsinə daxil olmuş və 1974-cü ildə ibtidai təhsil metodikası ixtisası üzrə tam kursu bitirmişdir. -xx.xx.1977-ci il tarixli, AAП № 772344 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, 1940-cı ildə Qubadlı rayonunda anadan olmuş Ərizəçi sürücülük vəsiqəsi verilmişdir. -xx.xx.1991-ci il tarixli, İV-ЖГ № 285300 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 xx.xx.1991-ci ildə ölmüşdür. -1058 saylı orderin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 27-də yerləşən, 3 yaşayış otaqlı, yaşayış sahəsi 47.0 kv.m-dən ibarət 66 saylı mənzilin, 13B saylı evi Sənubər Məmmədovaya, gəlini Məmmədova Fəri, oğlu Ərizəçi və qardaşı arvadı Abbasova Çimnaz olmaqla verilmişdir. -3426 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, məhəllə 27-də yerləşən, 3 yaşayış otaqlı, yaşayış sahəsi 48.0 kv.m, köməkçi sahəsi 12.8 kv.m-dən ibarət 66 saylı mənzilin, 13B saylı evi X2 adına qeydə alınmışdır. -xx.xx.1999-cu il tarixli, AZ № 036835 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1999-cu ildə ölmüşdür. -xx.xx.2014-cü il tarixli, AZ-İ № 670577 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X23 xx.xx.2014-cü ildə ölmüşdür. -xx.xx.2023-cü il tarixli, 317 nömrəli arayışdan görünür ki, X5 adına olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 27, 13b saylı evin, 66 saylı mənzildə yaşamış və qeydiyyatda olmuşdur. Onun ailə tərkibi- nəvəsi 1969-cu il təvəllüdlü Ərizəçi, nəvəsi 1978ci il təvəllüdlü X7, nəvəsi 1982-ci il təvəllüdlü X11, gəlini 1972-ci il təvəllüdlü X9, nəticəsi 1998-ci il təvəllüdlü X4, nəticə 1997-ci il təvəllüdlü X12 və nəticə 2002-ci il təvəllüdlü X3 ibarətdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48-DA/2-M- 00988/2023 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1940-cı ilə dair Qubadlı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında (Qubadlı rayonu, Qeydiyyat Şöbəsi, Dondarlı, Xocahan icra nümayəndəlikləri) X8 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. -Abşeron rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-165/8-698/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1 və 162.2 maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin bərpasının həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı ərizəçinin izahatı, şahid ifadələri, həmçinin, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, X8 həqiqətən də, atası X14, anası X5 olmaqla xx.xx.1940-cı il tarixdə Qubadlı rayonu Novlu sovetliyinin Gürcülü kəndində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, X8 təvəllüdü, soyadı, adı, ata və ana adı digər sənəd və şahid ifadələri ilə üst-üstə düşür və təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydin, həqiqətən də olduğunu təsdiq edən sənədlər əsasında təsdiq edildiyindən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə Ərizəçi ərizəsinin təmin olunması barədə məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edərək belə nəticəyə gəlir ki, Ərizəçi atası X8 atası X20, anası X5 olmaqla xx.xx.1940-cı il tarixdə Qubadlı rayonu Novlu sovetliyinin Gürcülü kəndində doğulması faktı müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X8 atası X20, anası X5 olmaqla xx.xx.1940-cı il tarixdə Qubadlı rayonu Novlu sovetliyinin Gürcülü kəndində doğulması faktı müəyyən edilsin. Doğum qeydi aktında ata adı X20, ana adı isə X1 qeyd olunsun. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar