Məhkəmə qərarları › İş №2(012)-4278/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4278/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4278/2024 28.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs göstərilməklə) doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə Suriyada doğulmuş X11, xx.xx.2017-ci ildə Suriyada doğulmuş X13, xx.xx.2021-ci il tarixdə Türkiyədə doğulmuş X9 doğulmasına dair doğum faktının müəyyən edilməsi, uşaqların doğumu qeydə alınarkən ata haqqında məlumatın nikah olmadığı üçün ananın deməsinə əsasən yazılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2013-cü ilin may ayında Bakıdan İstanbula getmişdir. Elə həmin ildə Suriyaya keçmişdir. X25 adlı şəxslə qeyri-rəsmi münasibətdə olmuş, ondan övladı yoxdur. 2013-cü ilin oktyabr ayının 29-da Orxan vəfat edib. 2014-cü ilin aprel ayında o, X10 ilə qeyri-rəsmi nikaha daxil olmuşdur. Bu evlilikdən 2 oğlu doğulub. İlk övladı X17 xx.xx.2015-ci ildə Suriyada doğulub. İkinci oğlu xx.xx.2017-ci ildə X19 doğulub. 2017-ci ilin yanvar ayında X3 vəfat edib. Daha sonra çox çətinliklə Türkiyəyə keçmişdir. 2020-ci ilidə Türkiyədə İraq vətəndaşı X20 ilə tanış olmuşdur. Bu münasibətdən 1 oğlu doğulub. X15 xx.xx.2021-ci il tarixdə Türkiyədə doğulub. Hal-hazırda uşaqlara o, baxır, lakin uşaqların doğum haqqında şəhadətmnamələri olmadığına görə müəyyən sənədləşdirmə apara bilmir. Uşaqlara doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşaqların doğumunun qeydə alınması faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinad edərək ərizəyə əlavə təqdim etmiş, X11 xx.xx.2015-ci il tarixdə Suriyada, X13 xx.xx.2017-ci il tarixdə Suriyada və X9 xx.xx.2021-ci il tarixdə Türkiyədə doğum faktının müəyyən edilməsi, onlara doğum haqqında şəhadətnamələrin verilməsi, doğum haqqında şəhadətnamədə X2 Quliyev, adının Kotade, ata adının Daşqın, doğum tarixinin xx.xx.2015-ci il, doğulduğu yerin Suriya, ata qrafasında atasının adı Daşqın, ana qrafasında anasının adı Ərizəçi kimi, X4 Quliyev, adının Həmzə, ata adının Daşqın, doğum tarixinin xx.xx.2017-ci il, doğulduğu yerin Suriya, ata qrafasında atasının adı Daşqın, ana qrafasında anasının adı Ərizəçi kimi, X1 Quliyev, adının Abubəkir, ata adının Erkan, doğum tarixinin xx.xx.2021-ci il, doğulduğu yerin Türkiyə, ata qrafasında atasının adı Erkan, ana qrafasında anasının adı Ərizəçi kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını, yerini təsdiq edən tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi №103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşaqların doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. İş materiallarında olan AZE AA0243938 saylı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsindən görünür ki, Quliyev Kotade xx.xx.2015-ci il tarixdə Suriyada doğulmuşdur. İş materiallarında olan AZE AA0243939 saylı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsindən görünür ki, Quliyev Həmzə xx.xx.2017-ci il tarixdə, Suriyada doğulmuşdur. İş materiallarında olan AZE AA0243940 saylı Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsindən görünür ki, X26 xx.xx.2021-ci il tarixdə, Türkiyədə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6-cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X11 xx.xx.2015-ci il tarixdə Suriyada, X13 xx.xx.2017ci il tarixdə Suriyada və X9 xx.xx.2021-ci il tarixdə Türkiyədə doğum faktı müəyyən edilməli, onlara doğum haqqında şəhadətnamələr verilməli, doğum haqqında şəhadətnamədə X2 Quliyev, adının Kotade, ata adının Daşqın, doğum tarixinin xx.xx.2015-ci il, doğulduğu yerin Suriya, ata qrafasında atasının adı Daşqın, ana qrafasında anasının adı Ərizəçi kimi, X4 Quliyev, adının Həmzə, ata adının Daşqın, doğum tarixinin xx.xx.2017-ci il, doğulduğu yerin Suriya, ata qrafasında atasının adı Daşqın, ana qrafasında anasının adı Ərizəçi kimi, X1 Quliyev, adının Abubəkir, ata adının Erkan, doğum tarixinin xx.xx.2021-ci il, doğulduğu yerin Türkiyə, ata qrafasında atasının adı Erkan, ana qrafasında anasının adı Ərizəçi kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X11 xx.xx.2015-ci il tarixdə Suriyada doğum faktı müəyyən edilsin. X14 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X6 Quliyev, adı Kotade, ata adı Daşqın, doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı Daşqın, ana qrafasında anasının adı Ərizəçi kimi qeyd edilsin. X13 xx.xx.2017-ci il tarixdə Suriyada doğum faktı müəyyən edilsin. X16 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X7 Quliyev, adı Həmzə, ata adı Daşqın, doğum tarixi xx.xx.2017-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı Daşqın, ana qrafasında anasının adı Ərizəçi kimi qeyd edilsin. X9 xx.xx.2021-ci il tarixdə Türkiyədə doğum faktı müəyyən edilsin. X12 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X5 Quliyev, adı Abubəkir, ata adı Erkan, doğum tarixi xx.xx.2021-ci il, doğulduğu yer Türkiyə, ata qrafasında atasının adı Erkan, ana qrafasında anasının adı Ərizəçi kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar