Məhkəmə qərarları › İş №2(012)-4305/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4305/2022

05.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4305/2022 05.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbi barəsində ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbi barəsində ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1963-cü il tarixdə Tovuz rayonu, Çataq kəndində doğulmağı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi ərizəsinin giriş hissəsində doğumun qeydə alınması faktının müəyyən edilməsini göstərmiş,ərizənin xahiş edirəm hissəsində isə doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsədə, prosessul norma kimi AR MPM-in 307.2.3-cü maddəsinə istinad olunmuş, halbuki həmin maddə doğum faktını yox,doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxılmasını müəyyən edir. Ona görə də, məhkəmə yuxarıda qeyd olunanları ərizəçi tərəfindən ərizənin məzmununa riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü və 152.1.1-ci maddələrinə istinad edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbi barəsində iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbayçan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» tələbi barəsində ərizə və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Ərizəçiyə, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar