Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4315/2022 05.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «mənzilə görə əksik verilən sahənin kompensasiya edilməsi» tələbi barədə iddia ərizəsi nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh "xxxx" ASC arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn tələblərə uyğun olaraq mənzil təhvil verilmədiyindən, əksik verilən 13 kv.m sahəninn kompensasiya edilərək 10400 manat məbləğində vəsaitin, həmçinin tərəfindən ödənilmiş 121,20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Lakin hazırki iş üzrə İddiaçı "xxxx" ASC-ni cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də, iddiaçının iddia ərizəsində göstərdiyi kimi, cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanı ünvan 1eh şirkətin hüquqi qeydiyyatı Nərimanov rayonu olduğundan, məhkəmə AR MPM-in 35.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə cavabdeh şirkətin hüquqi ünvanının olduğu Nərimanov Rayon Məhkəməsinə müraciət etməli və mülki işə həmin məhkəmədə baxılmalıdır. İddiaçı iddia ərizəsinin məzmununda müstəsna aidiyyət qaydalarını tənzimləyən AR MPM-in 39-cu maddəsinə istinad edərək mülki işin baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Lakin, məhkəmə iddia ərizəsini bütövlükdə mahiyyəti üzrə qiymətləndirərək hesab edir ki, İddiaçı AR MPM-in 39-cu maddəsinə istinad etməkdə haqlı olmamışdır. Belə ki, mülki işin faktiki hallardan göründüyü kimi, iddia tələbinin mahiyyəti mənzilə görə əksik verilən sahənin kompensasiya edilməsi ilə əlaqədar olduğundan, iddia ərizəsində də mənzilin sahəsi ilə bağlı hüquq normalarına istinad edildiyindən, məhkəmə hesab edir ki, hazırki tələb müstəsna aidiyyət qaydlarını tənzimləyən AR MPM-in 39-cu maddəsinin təsiri altına düşmür. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları iddiaçı tərəfindən iddia ərizəsinin aidiyyət qaydalarına riayət etməməsi kimi qiymətləndirərək və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «mənzilə görə əksik verilən sahənin kompensasiya edilməsi» tələbi barədə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «mənzilə görə əksik verilən sahənin kompensasiya edilməsi» tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4315/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4315/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver