Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4317/2022 25.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Vəlizadə Kamal Təbib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsinin ləğv edilməsi, mənzilə görə ödənilmiş pulun qaytarılması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış massivi, 28 saylı küçəsində inşa edilən bina 3, 2 otaqlı, 23 saylı mənzilə görə onun tərəfindən ödənilmiş 22346 manat məbləğində pulun cavabdeh "xxxx" MMC tərəfindən qaytarılması, ona vurulmuş maddi ziyana görə 4468 manat məbləğində pulun cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsini, onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış massivi, 28 saylı küçəsində inşa edilən bina 3, 2 otaqlı, 23 saylı mənzilə görə onun tərəfindən ödənilmiş 22346 manat məbləğində pulun cavabdeh "xxxx" MMC tərəfindən qaytarılması, ona vurulmuş maddi ziyana görə 4468 manat məbləğində pulun cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmədə izahatında bildirdi ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LM-0783 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış massivi, 28 saylı küçəsində inşa edilən bina 3, mərtəbə 4, ümumi sahəsi 61,3 kv.m olan 2 otaqlı, 23 saylı mənzili iddiaçıya satılmışdır. "xxxx" MMC tərəfindən onlara məlum olmayan səbəblərə görə tikinti 4 ilə yaxındır ki, dayandırılmışdır. Qanunvericiliyin tələblərinə görə "xxxx" MMC şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Lakin cavabdeh "xxxx" MMC üzərinə düşən öhddəliklərini yerinə yetirmir, evin təhvil verilməsini gecikdirir, tikinti aparılmır. Tikintinin dayandırılması nəticəsində iddiaçı tərəfindən aylıq ödənişləri dayandırılmışdır. "xxxx" MMC-nin 0021 saylı, xx.xx.2021-ci il tarixli bildirişində göstərilmişdir ki, “ xx.xx.2015-ci il tarixli, LM-0783 saylı mənzilin alqı-satqı müqaviləsi MMC tərəfindən ləğv ediləcək və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF-Park” yaşayış massivi, 28 saylı küçəsində inşa edilən bina 3, mərtəbə 4, ümumi sahəsi 61,3 kv.m olan 2 otaqlı, 23 saylı mənzil müvafiq qaydada təkrar satışa çıxarılacaqdır.” Buna baxmayaraq bügunədək iddiaçı tərəfindən ödənilmiş 22346 manat məbləğində pul qaytarılmamışdır. Dəfələrlə iddiaçı "xxxx" MMC-yə müraciət etmiş və MMC tərəfindən öhdəliklərin yerinə yetirilməsini, yəni mənzilin təhvil verilməsini və ya pulu qaytarılmasını tələb etmişdir. Lakin iddiaçı heç bir nəticə əldə edə bilməmişdir. Bundan başqa cavabdeh "xxxx" MMC öhdəliyini icra etmədiyinə görə iddiaçı uzun müddətdir ki, kirayə evdə yaşayır və kirayə pulu ödəyir. Hesab edir ki, cavabdeh "xxxx" MMC dəymiş zərərin əvəzini ödəməyə borcludur. İddiaçı pul vaxtında qaytarılmadığına görə 22346 x 5 % = 1117 manat və tikintinin 4 il ərzində dayandırılmasını nəzərə alaraq 1117 x 4 = 4468 manat təşkil edir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, "xxxx" MMC tərəfindən pretenziya məktubları göndərilmişdir. İddiaçı tərəfindən "xxxx" MMC-yə sözügedən mənzilə görə 22346 manat məbləğində pul ödənilmişdir. 22346 manat pulun 2000 manatı cərimədir, bu səbəbdən onlar 20346 manat pulu qaytarmağa razıdırlar. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, LM-0783 saylı mənzilin alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC ilə alıcı İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanılmış və bu müqaviləyə əsasən, "xxxx" MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF- Park” yaşayış massivinin 28 saylı küçəsində inşa edilən bina 3, mərtəbə 4, ümumi sahəsi (balkon və eyvan, sanitar qovşağı, mətbəx, dəhliz, yığmaq yeri, balkonun qoruyucu konstruksiyaları daxil olmaqla, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 61,3 kv.mdən ibarət, 2 otaqlı, 23 №-li mənzili İddiaçı təhvil verməyi, İddiaçı isə bunun qarşılığında Cəmiyyətə razılaşdırılmış pul vəsaitini, yəni 58235 manatı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndinə görə müqavilə qiymətinin 0,00 manatı Alıcı şəxsi vəsaiti hesabına ödəmiş, geri qalan 58235 manatlıq məbləği 120 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində (583 manat) komisyon xərcinin müqavilə bağlandığı gün ödəməyi qəbul etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçının "xxxx" MMC ilə xx.xx.2015-ci il tarixli, LM-0783 saylı mənzilin alqı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 58235 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 0,00 manatı öz hesabına, geri qalan 58235 manatlıq məbləği 120 ay müddətinə ödəniş etməyi və kredit məbləğinin 1%-i məbləğində (583 manat) komisyon xərcinin müqavilə bağlandığı gün ödəməyi qəbul etməsi işin mübahisə edilməyən hallarıdır. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, mənzilin tikintisi və iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdehin öhdəliyinin icrasi müddəti müəyyən edilməyib. Həmçinin şəraitə görə də bunu təyin etmək mümkün deyildir. Nəzərə alınsa ki, ötən 7 il ərzində mənzil iddiaçıya təhvil verilməmiş, belə olan halda, təhvil verilməsi qeyri-müəyyən müddətə ehtimal olan mənzilə iddiaçının marağının itməsi təbii haldır və buna görə də sifarişçi olaraq iddiaçının müqavilədən imtinası qanuni hesab edilməlidir. Məhkəmə hesab edir ki, "xxxx" MMC mənzilin dəyərindən 22346 manat məbləğində pulu almasına, həmçinin həmin puldan yararlanmasına baxmayaraq sonuncu tərəflər arasında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və nəticədə iddiaçının ümid etdiklərindən məhrum olmasına səbəb olmuş, halbuki hər bir tərəf vicdanlığın tələb etdiyi tərzdə hərəkət etməlidir. Yuxarıda qeyd olunan faktiki hallardan göründüyü kimi cavabdeh”AAAF İnşaat” MMC-in təqsirli və səbəbli əlaqəli hərəkətləri nəticəsində iddiaçı heçnə əldə etməmiş, ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı "xxxx" MMCyə ödədiyi 22346 manat pulu cavabdeh "xxxx" MMC-dən tələb etməsi tam qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsinə əssən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 422.1-ci maddəsinə əssən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LM-0783 saylı mənzilin alqı-satqı müqaviləsi ləğv edilməlidir. Mülki Məcəllənin 441.1-ci maddəsinə görə tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.2-ci maddəsinə əsasən mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Mülki Məcəllənin 441.3-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bundan başqa işin faktiki hallarından göründüyü kimi tərəflər arasında hüquq və vəzifələr xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəldyindən və sözügedən müqavilə ləğv edilənədək iddia tələbinin maddi ziyanın ödənilməsi hisəsi ilə bağlı iddiaçı tərəf iddianın təmin edilməsinə əsas verən halları sübuta yetirə bilmədiyi üçün,məhkəmə iddia tələbinin həmin hissədə rədd edilməsi nəticəsin gəlir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, LM-0783 saylı mənzilin alqısatqı müqaviləsi ləğv edilsin, "xxxx" MMC-dən 21346 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi iddiaçıya vurulmuş maddi ziyana görə 4468 manat məbləğində pulun cavabdeh "xxxx" MMC tərəfindən ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4317/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4317/2022
25.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver