Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4327/2024 12.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Mansurov X7, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və X2 iştirakı ilə, İddiaçı Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X16 və X4 qarşı «mənzilə köçürmə və birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları - xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2013-cü il təvəllüdlü X21 ilə birlikdə ünvan 1 ünvanında hazırda əmlaklarının olduğu fərdi yaşayış evinə köçürülmələri və birlikdə "xxxx" ASCdən onun adına götürdükləri pulun qalanını, yəni 1000 manat kredit məbləğinin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən onun adına götürülmüş pulun ödənilmiş hissəsindən 600 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2013-cü il təvəllüdlü X21 adlı üç övladı doğulmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət normal münasibətdə yaşamış, lakin sonradan münasibətləri kəskinləşmiş, xasiyyətləri bir-birinə uyğun gəlməmişdir. Onların aralarında olan nikah Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1769/2024 saylı qətnaməsi ilə pozulmuşdur. O, ailə qurarkən Abşeron rayonu, Məmməli kəndinə gəlin gəlmişdir. Ailə tərkibinin artımına həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə ünvan 1 ünvanında yerləşən, yəni gəlin gəldiyi evi genişləndirmək qərarına gəlmişdirlər. O, ailə qurandan sonra həmin evdə əlavə olaraq 2 otaq, hamam, tualet inşa etdirmişlər. Hətta anası evdə əlavə otaqların tikilməsində onlara maddi cəhətdən köməklik etmiş, bunun üçün təxminən 1000 ABŞ dolları və 500 ABŞ dolları məbləğində pul göndərmişdir. Qeyd edir ki, həmin evin artırılmasına səbəb onunla cavabdehin nikahda olmaları və birgə nikahdan övladlarının olmasıdır. Belə ki, əgər cavabdeh ilə nikah olmasa idi, 5 nəfərlik ailəyə 2 otaqlı ev çox dar olardı. O, sözügedən ünvanda yerləşən evdə 2024-cü ilin yanvar ayının axırına kimi yaşamışdır. Lakin münasibətləri kəskinləşdiyindən cavabdeh onu uşaqlarla birlikdə evdən qovmuşdur, sonra evə qayıtmaq istəsə də cavabdeh onu evə buraxmamışdır. Cavabdeh ona uşaqları ilə istədiyi yerdə yaşamasını, evlənəcəyi üçün onun bu evdə yaşamalı olmadığını bildirmişdir. Hazırki tarixədək onun bütün cehiz əmlakları həmin ünvandadır. Cehiz əşyaları, ona məxsus əmlaklar cavabdehin səhlənkarlığı ucbatından və baxımsızlıqdan korlanmaq üzrədir. Hazırda onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Həmçinin o, övladları ilə birlikdə sözügedən ünvanda, 18 ildən çoxdur ki, yaşamışdır. Bundan başqa onlar birgə nikahda olan zaman, təxminən 2-3 il əvvəl cavabdeh onun adına "xxxx" ASC-dən 3 il müddətinə 3000 manat pul götürmüşdür və cavabdeh ilə ayrı yaşadıqları vaxtdan indiyədək o, həmin borc məbləğini ayda 125 manat olmaqla ödəyir. Belə ki, Cavabdeh bankdan götürdüyü pulu əxlaqsız qadınlar üçün xərcləyir. Hesab edir ki, birgə nikah dövründə kredit götürülürsə, onda həm o, həm də cavabdeh həmin məbləği ödəməlidirlər. Cavabdeh pulu ödəməkdən imtina edir və həmin kredit məbləği onun adına götürüldüyündən onun əmək haqqından çıxılır. Onun oğlu cavabdehin onu "xxxx" ASC-yə güclə apardığına və kredit götürməsinə məcbur etdiyinə şahiddir. Cavabdeh vaxtilə övladlarını döymüşdür. Bildirir ki, o, gəlin gələndə hazırda köçürülməsini istədiyi fərdi yaşayış evi köhnə kitabçaya əsasən qayınatası X8 atasının adına olmuşdur. İkimərtəbəli olan sözügedən ev ümumi sahəsi 10 sotdan çox olan torpaq sahəsi üzərində inşa edilmişdir, hazırda həmin evdə qayınatası, qayınanası, keçmiş həyat yoldaşı yaşayır və onlar əvvəl birinci mərtəbədə yaşamış, daha sonra isə ikinci mərtəbədə qalmışlar. Birinci mərtəbə 3 otaqdan ibarətdir və təmirsiz vəziyyətdədir. O, mübahisə predmeti olan fərdi yaşayış evində övladları ilə yaşamaq üçün iki otaq istəyir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək və iddiaçının izahatına uyğun izahat verərək bildirdi ki, tərəflər xx.xx.2005-ci il tarixdə ailə həyatı qurmuşlar, iddiaçı Rizvani X23 rayonu, Məmmədli kəndi, Ə.Bayramlı küçəsi, ev 2 ünvanında yerləşən evə gəlin köçmüşdür. Tərəflərin birgə nikahdan 3 övladı vardır və iddiaçı 18 il müddətində sözügedən fərdi yaşayış evində yaşamışdır. Evin otaqları tərəflər evləndikdən sonra artırılmışdır. Cavabdeh uşaqları döymüş, İddiaçı isə təhqir edərək evdən qovmuşdur. Cavabdeh mütəmadi olaraq iddiaçını təhqir edir, iddiaçının anasına zəng edərək hədə-qorxu gəlir. Sonuncu dəfə Cavabdeh İddiaçı işlədiyi məktəbə daxil olaraq iddiaçını hədələmişdir. Birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X14 atası olan Cavabdeh özü ilə aparmışdır və uşaq hazırda iddiaçının köçmək istədiyi evdə yaşayır. Tərəflər Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1769/2024 saylı qətnaməsinə əsasən boşanmışdırlar. Hazırda birgə nikahdan olan 2 uşaq iddiaçı ilə, 1 uşaq isə cavabdeh ilə qalır. Cavabdeh iddiaçının yanında qalan övladları ilə maraqlanmır. İddiaçı vaxtilə ünvan 1 ünvanında yerləşən evdə yaşamışdır və fərdi yaşayış evinin damı üçün 1000 ABŞ dolları xərc çəkilmişdir. İddiaçının sözügedən evdən istifadə hüququ cavabdeh tərəfindən qanunsuz olaraq pozulmuşdur. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, iddiaçının iddia tələbində qeyd edilən evə köçməsinə razı deyildir, belə ki, İddiaçı köçmək istədiyi fərdi yaşayış evi onun babasının adına olmuş, daha sonra babasından atasına miras qalmışdır. Ev hələ onunla İddiaçı ailə qurmazdan illər əvvəl, təxminən 1930-1940-cı illərdən babasının mülkiyyətində olmuş, 1979-1980-ci illərdə isə atası evdə iki otaq tikdirmişdir. İddiaçı gəlin gələnədək ev hazır vəziyyətdə və 4 otaqdan ibarət olmuş, iddiaçı ilə evləndikdən sonra atası evin iki otağını ona vermişdir, həmçinin ailə qurduqdan sonra evdə artırma olmamışdır. Əvvəllər anası sözügedən evin birinci mərtəbəsində yaşamış, evi təmir etdirdikdən sonra isə yuxarı mərtəbəyə köçmüşlər. Boşanmazdan bir il əvvəl onun borcu olduğu üçün "xxxx" ASC-dən, "xxxx" ASC-dən kredit götürmüş və anbar tikdirmişdir. O, rəsmi olaraq 890 manat məbləğində əmək haqqı alır, "xxxx" ASC-dən götürdüyü kredit məbləği üzrə yaranmış borcunu ödəmək üçün iddiaçıya 500 manat məbləğində pul vermiş, daha sonra borca görə iddiaçının kartına ödənişlər etmiş, hətta borcun ödənilməsini təmin etmək məqsədilə maaş kartını da verməyə hazır olmuşdur. Bildirir ki, o, qızını tənbeh etmiş, daha sonra iddiaçı incidiyi üçün qızını da özü ilə götürərək evdən getmişdir. İddiaçı iş yoldaşlarının yanında ona və ailəsinə diz çökdürəcəyini demişdir. Bu səbəbdən hesab edir ki, bu iş iddiaçı tərəfindən pul üçün qurulmuşdur. Bundan əlavə bildirir ki, onun həyat yoldaşı ilə barışmaq üçün əlindən gələni etməsinə, oğullarının onların boşanmalarını istəməməsinə baxmayaraq iddiaçı ondan boşanmaq istəmiş və aralarında bağlanmış nikah pozulmuşdur. İddiaçı ondan məqsədli şəkildə ayrılmaq istəmişdir və ona zorakılıq edildiyini bildirsə də hesab edir ki, zorakılığa məruz qalmış qadın ona şiddət göstərən adamı görmək istəməz. Onların birgə nikahdan 3 uşağı vardır, uşaqlardan biri onun yanında, digər iki uşaq isə iddiaçının yanında qalır. Onun yanında yaşayan övladı öz istəyi ilə onunla qalmış, lakin iddiaçı müvafiq polis orqanına şikayət edərək övladını qaçırdıqlarını bildirmişdir. İddiaçı övladına şillə vurmuş, övladı isə dözə bilməyərək onun yanına gəlmişdir. Onunla qalan övladının onun himayəsinə verilməsi barədə məhkəməyə müraciət etmişdir. O, "xxxx" ASC-yə olan kredit borcuna görə 2024-cü ilin yanvar və fevral ayları üzrə ödəniş etsə də mart ayından etibarən ödəniş etməməyə başlamışdır. Qeyd edir ki, o, "xxxx" ASC-yə ödəniləcək məbləğin 600 manat hissəsini qəbul edir, lakin qeyd edilən məbləği nağd olaraq verə bilməyəcəkdir. Çünki o, hər ay uşaqlarının saxlanması üçün 540 manat sabit pul məbləğində aliment, "xxxx" ASC-yə olan borcuna görə 600 manat, "xxxx" ASC-yə olan borcuna görə isə 300 manat pul ödəyir. Odur ki, o, "xxxx" ASC-dən götürülən pulun ödənilməsi ilə bağlı 600 manat məbləğində pulun iddiaçıya ödənilməsinə razı olduğunu, iddia tələbini bu hissədə qəbul etdiyini, bunun yekun məhkəmə aktı qəbul edilərkən nəzərə alınmasını xahiş etdi və məhkəməyə bununla bağlı ərizə təqdim etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən ev ona atasından miras qalmışdır və doğulduğundan bəri həmin evdə yaşayır. İddiaçı 2005-ci ildən sonra gəlin gəlmişdir və evi iddiaçı deyil, o və qardaşı təmir etmişlər. Onlar evi əvvəlcə yüngülvari, gəlin köçdükdən sonra isə əsaslı olaraq təmir etmiş, hamam və tualet tikdirmişlər. İddiaçı tərəfindən evdə heç bir təmir işi görülməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı köçmək istədiyi ev vaxtilə onu qayınatasının olmuşdur və həmin evdə onların iki qız övladı yaşamışdır. Onlar keçmiş gəlini olan İddiaçı ilə birgə evin ikinci mərtəbəsində yaşamış, birinci mərtəbədə isə heç vaxt qalmamışlar. Çünki evin zirzəmisi çox dar və rütubətli olmuş, həmçinin orada yaşamağa şərait yoxdur. Onlar iddiaçıya qarşı pis rəftar etməmiş, əksinə iddiaçı evi tərk etdikdən sonra onun dalınca gedərək xəbər göndərmiş, lakin o, həyatında dinclik olmasını istədiyini bildirmişdir. Hesab edir ki, iddiaçı onlardan qisas almağa çalışır, belə ki, evdə yaşadığı müddət ərzində iddiaçı heç vaxt yaşam tərzindən şikayət etməmişdir. Hətta onun anası da barışıq əldə olunması üçün iddiaçının yanına getmiş, lakin bunun bir nəticəsi olmamışdır. İddiaçı sözügedən evi özü tərk etsə də hazırda evdə ağalıq etmək istəyir. Odur ki, o, iddiaçının onların yaşadığı evə köçürülməsinə razı deyildir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 084274 saylı doğum haqqında şəhadətnamənin və AA6128696 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X17 23 fevral 2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. İş materiallarında olan X10 ”Barn födelse” çıxarışından və AZE seriyalı, 11029462 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X3 27 oktyabr 2009-cu il tarixdə X24 şəhərində doğulmuşdur. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 145126 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, 11555118 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından olan X21 06 avqust 2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1769/2024 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsində xx.xx.2006-cı il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 383 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X11 nikah pozulduqdan sonra anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 180,0 manat olmaqla, ümumilikdə 540,0 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Evdə yaşayan vətəndaşların yazılışından ötrü Ev dəftərindən görünür ki, ünvan 1 ünvanında yerləşən evin sahibi Bəşir Mansur oğludur və qeyd edilən evdə yaşayan vətəndaşların siyahısı aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1958-ci il təvəllüdlü X12, xx.xx.1956-cı il təvəllüdlü X6, xx.xx.1965-ci il təvəllüdlü İmanquliyeva Oktay qızı, xx.xx.1948-ci il təvəllüdlü İbrahim Bəşir oğlu, xx.xx.1982-ci il təvəllüdlü Mahirə, xx.xx.1951-ci il təvəllüdlü Əliyeva Xatirə qızı xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1984-cü il təvəllüdlü X15. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabatdan görünür ki, "xxxx" ASCnin müştərisi İddiaçı GTKR4671716A123 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1422,29 manat məbləğində borcu vardır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olduqları tarixdən, yəni xx.xx.2005-ci il tarixdən Cavabdeh babası Bəşir Mansur oğluna məxsus olmuş, sonra isə cavabdehin atası - müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 2024-cü ilin yanvar ayınadək yaşamışdır. 2024-cü ildə iddiaçı Rizvani X23 rayonu, Məmmədli kəndi, Ə.Bayramlı küçəsi, ev 2 ünvanında yerləşən fərdi yaşayış evini tərk etmiş və tərəflər arasında olan nikah Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1769/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında vaxtilə gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini genişləndirmək məqsədilə birgə nikah dövründə əldə etdikləri vəsait hesabına 2 otaq, hamam və tualet inşa etdirdiyini, həmçinin iddiaçının vəkili-nümayəndəsi sözügedən evin damının təmiri üçün iddiaçı tərəfindən 1000 ABŞ dolları xərc çəkildiyini bildirsə də iddiaçı tərəf qeyd edilən halların baş verdiyini sübut edə bilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarında olan Evdə yaşayan vətəndaşların yazılışından ötrü Ev dəftərindən göründüyü kimi İddiaçı köçmək istədiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sahibi vaxtilə Cavabdeh babası Bəşir Mansur oğlu olmuş və qeyd edilən evdə yaşayan vətəndaşların siyahısı aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1958-ci il təvəllüdlü X12, xx.xx.1956-cı il təvəllüdlü X6, xx.xx.1965-ci il təvəllüdlü İmanquliyeva Oktay qızı, xx.xx.1948-ci il təvəllüdlü İbrahim Bəşir oğlu, xx.xx.1982-ci il təvəllüdlü Mahirə, xx.xx.1951-ci il təvəllüdlü Əliyeva Xatirə qızı xx.xx.1980-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1984-cü il təvəllüdlü X15. Hazırda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X13 məxsusdur və iddiaçının hal-hazırda mübahisəli evə köçürülməsinə əsas verən hallar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki,tərəflər arasında münasibətlər mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı 2005-ci ildə gəlin köçdüyü tarixdən yarandığından qanunun analogiyası üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci maddəsinə əasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.3-cü maddəsinə görə mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. İş materiallarından göründüyü kimi tərəflər xx.xx.2005-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş və birgə nikahda olduqları dövrdə, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı adına "xxxx" ASC-də hesab açılmış, daha sonra iddiaçı 3 il müddətinə 3000 manat məbləğində kredit götürmüş və borcu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş hesabatdan göründüyü kimi İddiaçı GTKR4671716A123 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 1422,29 manat məbləğində borcu vardır. Cavabdeh məhkəmə iclasında iddia tələbini bu hissədə qəbul etdiyini, sözügedən pul məbləğinin 600 manat məbləğində hissəsinin İddiaçı qaytarılmasına etiraz etmədiyini bildirdiyindən məhkəmə hesab edir ki,yuxarıda qeyd olunan maddi hüquq normalarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən Cavabdeh 600 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi İddiaçı xx.xx.2008-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X20 və xx.xx.2013-cü il təvəllüdlü X21 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4327/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4327/2024
12.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver