Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4338/2023 26.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçilər Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi-vəkili, eyni zamanda X2 vəkili Vəkil, Ərizəçi X2, Maraqlı şəxs nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçilər Abşeron rayon İcra Hakimiyyətinin, X2 və Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizələrinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi Abşeron rayon İcra Hakimiyyəti xx.xx.2023-cü ildə doğum faktının müəyyən edilməsi barədə ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X1 11 mart 2013-cü il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü ildə doğum faktının müəyyən edilməsi barədə ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 06 iyun 2000-ci il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X3 xx.xx.2023-cü ildə doğum faktının müəyyən edilməsi barədə ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 15 iyun 2005-ci il tarixdə Bakı şəhərində doğum faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş ərizəçilər Abşeron rayon İcra Hakimiyyətinin nümayəndəsi-vəkili, eyni zamanda X2 vəkili Vəkil ərizəni müdafiə etmiş və digər ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi, X3 və X1 bir ailə üzvü olmalarını nəzərə alaraq, mülki işlərin birləşdirilərək bir icraatda baxılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş ərizəçi X3 ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Maraqlı şəxs nümayəndəsi Nümayəndə ərizələrin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, hər üç iş üzrə ərizələr eyni ailənin şəxslərinə aid olduğundan və ərizələr arasında bağlılıq olduğundan məhkəmə işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edir və qeyd edir ki, 2(012)-4335/2023 saylı və 2(012)-4338/2023 saylı mülki işlər 2(012)-4337/2023 saylı mülki işlə birləşdirilməlidir. Belə ki, mülki iş materiallarına əlavə olunmuş: 2(012)-4335/2023 saylı mülki işdən görünür ki, ərizəçi Abşeron rayon İcra Hakimiyyətinin doğum faktının müəyyən edilməsi barədə ərizəsi xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. 2(012)-4338/2023 saylı mülki işdən görünür ki, Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin: 43.1. maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3 maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə mülki iş materiallarını tədqiq edib qanunvericiliyin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, hər üç iş Abşeron Rayon Məhkəməsinin icraatına eyni gündə, yəni xx.xx.2023-cü il tarixdə qəbul edildiyindən, hər üç mülki iş üzrə verilmiş ərizələr mahiyyət baxımından eyni ailəyə məxsus şəxslərə aid olduğundan, həmçinin işə tez baxılıb obyektiv qərar çıxarılması üçün zəruri olduğundan 2(012)-4335/2023 saylı və 2(012)-4338/2023 saylı mülki işlər 2(012)-4337/2023 saylı mülki işə birləşdirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 263, 264 və 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Abşeron rayon Məhkəməsinin icraatında olan, ərizəçi Abşeron rayon İcra Hakimiyyətinin doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə 2(012)-4335/2023 saylı və Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə 2(012)-4338/2023 saylı mülki işlər, ərizəçi X2 doğum faktının müəyyən edilməsi barədə ərizəsi üzrə 2(012)- 4337/2023 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4338/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4338/2023
26.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver