Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4364/2023 03.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, cavabdeh "xxxx" X3 Cəmiyyətinin vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" X3 Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" X3 Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, 11-1/3-1-37/2023/30 saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə əmək haqqımın verilməsi və işə bərpa edilməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Avtomobil X10nin "xxxx" İnstitutu MMC-də mütəxəssis vəzifəzinə təyin olunmuşdur. İşə qəbul zamanı kadrlar şöbəsinin rəisi Nailə xanım ona işdən azad olunması barədə çapdan çıxarılmış sənədə imza atmağı tələb etmişdir. İddiaçı belə bir tələbin qanunsuz olduğunu izah etdiyi zaman kadrlar şöbəsinin rəisi Nailə xanım burada belə bir qaydanın hamı üçün tətbiq olunduğunu bildirmişdir. İzah etmişdir ki bu qayda İnstitutun direktoru Azər Nemətlinin göstərişinə əsasən icra olunur. İddiaçı yeni kollektivə daxil olarkən bu məsələləri rəhbərliklə müzakirə etmək istəməmiş, çünki onu işə qəbul etməmələrindən ehtiyatlanmışdır. Lakin kadrlar şöbəsinin rəiisi Nailə xanıma bu işin qanunsuz olduğunu bildirmişdir. 31 mart 2023-cü il tarixdə səhər kadrlar şöbəsinin rəisi Nailə xanım iddiaçını öz iş otağına dəvət edərək əmək kitabçasını iddiaçıya təqdim etmiş və onun öz ərizəsi ilə işdən azad olunmağı barədə elan etmişdir. İddiaçı ona işdən azad olunması barədə ərizə yazmadığını bildirmişdir. O isə cavabında istənilən vaxtı istənilən işçini işdən azad edə biləcəklərini bildirmişdir. Dəfələrlə bu barədə Azərbaycan Avtomobil X10nin rəhbərliyinə məlumat vermiş, lakin heç bir müsbət cavab ala bilməmişdir. "xxxx" İnstitutu MMC-nin qanunsuz əməlləri barədə 02 may 2023-cü ildə Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat vermişdir. Azərbaycan Baş Prokurorluğunun göstərişinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron Xızı regional şöbəsi "xxxx" İnstitutu MMC-də yoxlamalar keçirmiş və iddiaçı haqqında verilən əmrin qanunsuz olduğunu aşkarlamışdır. X9 Xidməti Abşeron Xızı regional şöbəsinin 26 iyul 2023-cü il tarixli 3-17-5/2-B-27907/2023 nömrəli məktubu ilə "xxxx" İnstitutu MMC-nin direktoru X12 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-ci maddəsinə əsasən xx.xx.2023 il tarixli İnzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli 3-17-5/-27583/2023 nömrəli göstəriş məktubu ilə "xxxx" İnstitutu MMC-nin rəhbərliyinə 20 gün müddətində onun əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 11-1/3-1- 37/2023/30/k nömrəli xitam əmrinin ləğv edilinəsi və nəticəsi barədə X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi tələb olunmuşdur. Lakin adı çəkilən qurum qərarı icra etməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda əlavə etmişdir ki, 40 ilə yaxındır ki, dövlət idarələrində çalışmışdır. Keçən il "xxxx" İnstitutu MMC-də işə başlamışdır. İşə qəbul olunarkən ərizə verdikdə, işdən çıxmaq barədə də ərizə verməli olduğu bildirilmişdir. İşdə olarkən X5 dəvət edərək əmək kitabçasını təqdim etmiş işdən azad olunduğunu bildirmişdir. Buna etiraz etdikdə istədikləri kimi davrana biləcəklərini demişdirlər. Bununla bağlı şikayətini rəhbərliyə, daha sonra Əmək Müfəttişliyinə etmişdir. Əmək müfəttişliyindən yoxlama gəlmiş və idarəsini cərimə etmişdir. Ondan başqa bir əməkdaşı da eyni formada işdən azad etmişlər. Cavabdeh "xxxx" X3 Cəmiyyətinin vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, X8 cavabdeh “Azəryolelmitədqiqatlayihəinstitutu MMC-nə qarşı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən verilmiş 03 aprel 2023-cü il tarixli, 11-1 /3-1 /37/2023/30/k saylı əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının verilməsi və əvvəlki işinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o 12 aprel 2022-cil il tarixində "xxxx" MMC-nə mütəxəssis vəzifəsinə daxil olmuş, 31 mart 2023-cü il tarixində kadrlar şöbəsinin rəisi onu öz otağına dəvət edərək, işdən çıxarılması barədə ərizə yazmağı təklif etmiş və o da məcbur olub yenidən işə qayıtmaq üçün məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi əsassız və qanunsuz oduğundan qəbul edilməz və iddiaçının istinad etdiyi hallar doğru deyildir. Göründüyü kimi, iddiaçının işdən azad olunması barədə ərizəsinin özünün qeyd etdiyi kimi işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmiş və işəgötürən də qanunvericiliyin tələbinə əsasən onu işdən azad etmişdir, ona görə də iddia tələbi təmin edilməməlidir.. Eyni zamanda İddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı əsassız iddia qaldırmaqdan əlavə həmçinin bu növ iddianın qaldırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Odur ki, işə baxılarkən eyni zamanda mübahisəli hüquq münasibətinə iddia müddətini də tətbiq edərək, iddianın tamamilə rədd olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X2 digər nümayəndə X1 izahatını təsdiq etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, İddiaçı iş yoldaşı olmuşdur. Qeyd etmişdir ki, İddiaçı mühəndis işləmişdir. İşə qəbul olunarkən ona iki ərizəyə imza etdirmişlər. Birdən-birə ona işdən çıxması bildirilmişdir. İşdən çıxma səbəbi kimi xəstəliyi göstərilmişdir. O, 10 ildən artıqdır ki, xəstədir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron Xızı Regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun əmək hüquqlarının pozulması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna ünvanladığı müraciəti aidiyyəti üzrə X9 Xidmətinin Abşeron Xızı regional şöbəsində baxılmış, X9 Xidmətinin Abşeron Xızı Regional şöbəsinə və ya yaşadıqları əraziyə yaxın “Dost Mərkəzləri”nə dəvət olunmuşdur. - İddiaçı məxsus xx.xx.1979-cu il tarixdə doldurulmuş ИТ № ******* seriyalı əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətində mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, Azərbaycan Respublikasının ƏMnin 68-ci maddəsinə əsasən 2. A) bəndinə əsasən, öz xahişi ilə tutduğu vəzifədən azad edilib və onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Abşeron Xızı Regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun "xxxx" İnstitutu MMC-nin rəhbərliyi tərəfindən əmək müqaviləsinə qanunsuz xitam verilməsi barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı müraciətinə aidiyyəti üzrə X9 Xidmətinin Abşeron Xızı regional şöbəsində baxılmışdır. Müraciət ilə bağlı Abşeron-Xızı regional şöbəsinə təqdim edilmiş təsdiqedici sənədlərə baxılmaqla müəyyən olunmuşdur ki, "xxxx" İnstitutu MMCnin rəhbərliyi (işəgötürən) tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 11-1/3-1-37/2023/30/k saylı əmrlə onunla bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xx.xx.2023cü il tarixindən xitam verilmişdir. Bildirilmişdir ki, təqdim olunmuş müvafiq sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, əmək müqaviləsin işəgötürən tərəfindən Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndi (işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə,xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir) və 76-cı (əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmayan əsasla,habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) maddələrinin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda işəgötürən tərəfindən Əmək Məcəlləsinin 172.4-cü (işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddəsinin tələbləri pozulmuş, son haqq hesabı 1258 manat 99 qəpik məbləğində işdən çıxdığı sonuncu iş günü deyil, gecikdirilərək xx.xx.2023cü il tarixində əmək haqqı kartına köçürülmüşdür. Aşkar olunmuş pozuntulara əsasən tərəflərindən işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və bu Məcəllənin 192.4-cü (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddələrinə müvafiq olaraq xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokol tərtib edilmiş və əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə "xxxx" İnstitutu MMC-nin direktoru (işəgötürən) X12 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinin xx.xx.2023-cü il tarixli 3- 17-5/-27583/2023 nömrəli göstəriş məktubu ilə "xxxx" İnstitutu MMC-nin rəhbərliyinə 20 gün müddətində əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 11-1/3- 1-37/2023/30/k nömrəli xitam əmrinin ləğv edilməsi və nəticəsi barədə X9 Xidmətinin Abşeron Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi tələb olunmuşdur. Müraciətində qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar olaraq müvafiq qaydada məhkəməyə müraciət etrmək hüququ vardır. - Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətinin direktoru cənab Azər Nemətliyə İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, işə qəbul edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətinin direktoru cənab Azər Nemətliyə həmin İnstitutun mütəxəssisi İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, onun işdən azad edilməsini xahiş etmişdir. - Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 17/k nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 12 aprel 2022-ci il tarixdən Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətinə mütəxəssis vəzzifəsinə 3 ay sınaq müddəti müəyyən edilməklə işə qəbul edilmişdir. - Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 11-1/3-1-37/2023/30/k nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, "xxxx" İnstitutu MMC-nin mütəxəssisi 03 aprel 2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən, öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İnstitutun mühasibatlığına qanuna müvafiq olaraq son haqq-hesab aparılarkən Fizulu Bədəlovun xx.xx.2022-xx-xx.2023-cü iş ili üçün istifadə etmədiyi 28 (iyirmi səkkiz) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinin təmin edilməsi tapşırılmışdır. - Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 31 mart 2023-cü il tarixli, 11- 1/3-1-37/2023/30/k nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, 03 aprel 2023-cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilmiş və bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. - İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətinə ünvanlanmış ərizədən görünür ki, onun ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin rəsmi qaydada təqdim edilməsini xahiş etmişdir. -"xxxx" MMC X17 tərəfindən Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, SS805550797 AZ saylı Bakı şəhəri Yasamal 7336 İddiaçı göndərdikləri sifarişli məktub göndərişlərin izlənilməsi bar\ədə Colver bazasındakı məlumata əsasən xx.xx.2023-cü il tarixində Bakı şəhəri AZ1138 saylı Poçt Şöbəsi tərəfindən çatdırılmışdır. - Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, İddiaçı əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının verilməsi və işə bərpa edilməsi tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif ilə Bakı 13 saylı Mediasiya təşkilatına müraciət etmiş xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasının iclasında iştirak etmiş, Azərbaycan Avtomobil X10 "xxxx" MMC mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətində xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, mühəndis vəzifəsinə işə qəbul edilmiş, cavabdeh Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətinin 31 mart 2023-cü il tarixli, 11-1/3-1-37/2023/30/k nömrəli əmrinə əsasən İddiaçı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, işdən azad edilmişdir. Hazırda, iddiaçı həmin əmrin ləğv edilərək işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, mülki iş materiallarına əlavə olunmuş işəgötürən Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyəti ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı mühəndis vəzifəsinə işə qəbul edilmiş, beləliklə də, tərəflər arasında işçiişəgötürən hüquq münasibətləri əsasında qarşılıqlı hüquq və vəzifələr yaranmışdır. Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Qanunvericiliyin sözügedən müddəasına istinad edərək məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir. Qanunun tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasından biri də 68-ci maddənin 2-ci hissəsinin a bəndinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü ilə halıdır. Beləliklə də, məhkəmə araşdırması zamanı İddiaçı öz xahişi ilə xx.xx.2023-cü ildə işdən çıxmaq barədə ərizə verməsi ilə işdən çıxması öz təsdiqini tapır. Lakin həmin ərizədə işdən azad olunması tarixi qeyd etməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-ci maddəsinə əsasən İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçi bir ay qabaqcadan yazılı ərizə ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Lakin qanunvericiliyin bu tələbi pozulmuş, 1 ay xəbərdarlıq müddəti gözlənilmədən işçi ilə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi iddiaçı uşdən çıxmaq barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmişdir ki, bu zaman xəbərdarlıq müddəti bitənədək əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Belə olan halda isə cavabdeh tərəfindən əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, iddia əsaslıdır, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Lakin, Məhkəmə iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilən zaman iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsini araşdırmalı və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1. maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377.1. maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin İİ hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mülki iş materiallarından, tədqiq edilmiş sənədlərdən və iddiaçının izahatından göründüyü kimi, əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş 31 mart 2023-cü il tarixli, 11-1/3-1-37/2023/30/k nömrəli əmrin xx.xx.2023-cü il tarixdə iddiaçıya rəsmi şəkildə təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi bəlli olmuşdur. Başqa sözlə, əmrin qanunsuz olaraq qəbul edildiyini mübahisələndirən iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyini bildiyi, bilavasitə hüququnun pozulduğunu bildiyi halda məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Belə ki, iddiaçı qeyd olunan əmri xx.xx.2023-cü il tarixdə alsa da, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan müəyyən edilir ki, İddiaçı əmrin ləğv edilməsi, məcburi iş buraxmağa görə əmək haqqının verilməsi və işə bərpa edilməsi tələbi ilə bağlı xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif ilə Bakı 13 saylı Mediasiya təşkilatına müraciət etmiş xx.xx.2023-cü il tarixdə keçirilmiş mediasiya sessiyasının iclasında iştirak etmişdir, xx.xx.2023-cü ildə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən olunmuş 1 (bir) aylıq müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, iddia ərizəsi müddət ötürülməklə verildiyindən təmin edilməməlidir. Beləliklə göstərilənlərə əsasən, məhkəmə belə hesab edir ki, iddia tələbi əsassız olduğundan və ona görə də Azərbaycan Respublikası Avtomobil X10 "xxxx" X3 Cəmiyyətinin 31 mart 2023-cü il tarixli, 11-1/3-1-37/2023/30/k nömrəli əmrinin ləğv edilməsinə dair iddia ərizəsi iddia müddəti keçməklə məhkəməyə verildiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" X3 Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4364/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4364/2023
03.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver