Məhkəmə qərarları › İş №2(012)-4369/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4369/2023

26.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4369/2023 26.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus olan ünvan 3 üvanda yerləşən mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, X1 rayonu, Südçülük Sovxozu ərazisində 0,12 ha torpaq sahəsinə dair 150 kv.m sahədə tikinti işlərini aparmağı və bu orpaq sahəsinin və tikilinin sənədləşməsi üçün dövlət orqanlarına müraciət etmək səlahiyyətini ona vermişdir. Aralarındakı qeyri-rəsmi alqı-satqı müqaviləsinə görə o, torpaq sahəsini və üzərindəki evi faktiki olaraq almış və kommunal müqavilələr onun adına rəsmiləşdirilmişdir. Həmin mənzilə köçmüş və orada yaşayır və mənzilin rəsmiləşdirilməsi üçün aidiyyəti orqanlara müraciətlər etmiş, yəni onun orada gözlənilən mülkiyyət hüququ var. Cavabdeh onun qızıdır. O öz evini satıb ona mənzil almaq üçün vəsait vermişdir. O, ya heç ümumiyyətlə mənzil almamış, ya da satmışdır, amma indi də gəlib onun indi aldığı mənzilə girmişdir. Cavabdeh onu narahat edir, təhqir edir, bir sözlə normal yaşamağa imkan vermir. Cavabdeh onun iradəsinin əleyhinə olaraq ona məxsus mənzilə soxulub, onu mənzilinə dəvət etməmişdir. Onun bu hərəkətləri qanunsuzdur və onun mənzildən istifadə hüquqlarını pozur. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Qeyd etdi ki, hazırda mübahisəli evdə yaşayır. Anası özü həmin mənzildə qalmaq istəmir, çıxıb getmişdir. 2013-cü ildə anası Hövsan qəsəbəsində yerləşən evi satmışdır. Evi satarkən ona pul verməmişdir. Onun oğlu həmin evdə qeydiyyatda olmuşdur. İki il kirayədə yaşamışdır. İddiaçı ona zəng edərək ev aldığını bildirərək onu da vedə yaşamağı təklif etmişdir. O da iddiaçı ilə yola getmədiyindən razı olmamışdır. Evi alarkən qızıllarını satıb pullarını anasına vermişdir. Anası da həmin pullarla ev tikdirmişdir. İddiaçı olan anası həmin evdə yaşamağa gəlsə də rahatçılıq istədiyindən uşaqların səsini bəhanə edərək onunla yaşaya bilməmişdir. Onun yaşamaq üçün başqa yaşayış yeri yoxdur. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİ bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2022-ci il tarixli 178724 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı məxsus 3 otaqlı həyət evi üçün 300 manat ödəniş etmişdir. - “Azəriqaz” İB ilə istehlakçı İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli, AKX- 05046xx/xx-2022 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - “Mübariz” ofisdə İddiaçı ilə X6 arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Suraxanı rayonu, Hövsan Binə sütçülük (qeydiyyat ünvan: Xəzər rayonu, Binə qəsəbəsi) yerləşən mənzili xx.xx.2022-ci ildə 37500 (otuz yeddi min beş yüz) manata alqı-satqı etmişdir. - Azərsu ASC ilə istehlakçı İddiaçı arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, bu Müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82-№-li Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. - X7 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Abşeron rayon, Hövsan südçülük sovxozu ərazisində yerləşən ona etibar edilmiş 0.015 ha torpaq sahəsini müqvafiq olaraq təyinatı üzrə istifadə edilməsi məqsədi ilə İddiaçı istifadəsinə vermişdir. Həmin torpaq sahəsinə və üzərindəki tikiliyə dair heç bir iddiası və tələbi olmayacaqdır. Adından müxtəlif orqanlara onu təmsil etmək üçün verdiyi baş etibarnaməni onu xəbərdar etmədən ləğv etməyəcəyini öhdəsinə götürür. Eyni zamanda o həmin etibarnamə ilə yalnız ona verdiyi torpaq sahəsini özəlləşdirib öz adına keçirə bilər, başqa bir əmlaka iddia və tələbi olmayacaqdır. Hər hansı bir mübahisə yasranarsa şəxsən özü cavabdehlik daşıyacaqdır. - xx.xx.2022-ci il tarixli AR-İİ № 796298 nömrəli etibarnamədən görünür ki, X2 rayon, Hövsan südçülük sovxozu ərazisində istifadəsində olan 0.12 ha torpaq sahəsinə dair sənədlər toplamağı, 150 kv.m torpaq sahəsində tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi və.s hərəkətlər etməyi İddiaçı etibar etmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı onun faktiki mülkiyyətində olan ünvan 3 üvanda yerləşən mənzilindən qızı hazırda Cavabdehın çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab etmişdir. Mülki iş materiallarında olan müqavilələrdən göründüyü kimi, iddiaçı ilə mübahisəli mənzilə dair kommunal ödənişlər ilə bağlı aidiyyatı orqanlarla müqavilə bağlamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi, eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 139-1.1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir. ünvan 3 ünvanına dair iddiaçının mülkiyyət hüququnun yaranması üçün əsaslar mövcud deyildir. Həmçinin, Mülki Məcəllənin: 14.3. maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 146.1. maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 178.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, ünvan 3 ünvanının İddiaçı məxsus olmasına dair hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı mənzilə dair mülkiyyət hüququ olmasa da, həmin mənzilə dair istifadə və sahiblik etdiyindən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından və tərəflərin izahatından görünür ki, cavabdeh iddiaçının qızıdır və iddiaçı kimi mübahisəli mənzildə yaşayır, başqa yaşamağa mənzili yoxdur. Məhkəmə qeyd edir ki, hər iki tərəf mübahisəli mənzilə münasibətdə eyni statusa malikdirlər. Mübahisəli mənzilin hüquqmüəyyənedici sənədləri yoxdur. Azərbaycan Resdpublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Beləliklə qanunun tələbini tərəflərin mənzildən istifadə etməsində bərabər hüquqlara malik olmasını nəzərə alaraq Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassızdır təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar