Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4372/2021 15.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı, onun vəkili- X4, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə, İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya (İİİ şəxs X25 Xidməti) qarşı sığorta ödənişinin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə 15 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya (İİİ şəxs X25 Xidməti) qarşı sığorta ödənişinin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 18.09.2020-ci il tarixində baş vermiş bədbəxt hadisəyə görə sığorta ödənişinin "xxxx" MTK tərəfindən qanunla müəyyən edilmiş qaydada ödənilməsinin təmin edilməsi, çəkilmiş maddi xərclərə görə 12500 manat və dəymiş mənəvi ziyana görə 10.000 manat kompensasiyanın "xxxx" MTK tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 16 oktyabr 2019-cu il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MTK şirkətində fəhlə kimi işə qəbul olunmuşdur. 18.09.2020-ci il tarixində işdə olarkən saat 16:00 radələrində şirkətin müdir müavini Aqil onu çağırıb, tikintiyə məxsus olan Laqondanı götürüb Sumqayıt şəhər istiqamətində duran avtomobilə yaxınlaşmasını, onu gözləyən yoldaşla gedəcəyini bildirmişdir. O, maşına yaxınlaşmış, onu polis mayoru qarşılamışdır. Adının Zamin olduğunu deyib özünü təqdim etdi və Abşeron rayon Polis İdarəsinin əməkdaşı olduğunu bildirmiş, onunla Sumqayıt tərəfə yola düşmüşlər. Onu ünvanı müəyyən edə bilmədiyi həyət evinə aparmışdır. O, ağacları kəsməyə başlamış, hündürlükdəki budağı kəsəndə üstünə aşmış, əlindəki laqonda əlini çiynindən aşağı biləkdən yuxarı kəsmişdir. Onu xəstəxanaya aparanda yol boyu ondan hadisənin onun həyətində deyil öz həyətində olduğunu xahiş etmişdir. Ağrıdan və çoxlu qan itirdiyindən nə etdiyini anlamamışdır. Sumqayıt xəstəxanasında ona ilkin yardım edilib Bakıya Travmotologiya xəstəxanasına getməyin bildirmişlər. Orada olduğu müddətdə şirkətdən müdir müavini Aqil, şirkətin işçisi Kran sürücüsü Azər və Qafqaz adlı fəhlə də gəlmişdir. Onlar da ara vermədən olan hadisəni öz həyətində olduğunu deməyini xahiş edirdilər ki, sahə müvəkkili izahat almağa gələndə də ona da hadisənin öz həyətində olduğunu desin və bildirdilər ki, bütün müalicə və əməliyyat xərclərini sağalana kimi hər ay aldığı 600 manat maaşını da şirkət tərəfindən verəcəklərini vəd etdilər, şikayət etməməyini təkid etdilər. Bir saatdan artıq təcili yardım maşınını gözləmiş, Topçubaşov adına Travmatologiya şöbəsinə çatdırılmış, təcili əməliyyat olunmuşdur. Çoxlu qan itirdiyindən huşsuz olmuşdur. Səhəri gün özünə gələndə Reanimasiya şöbəsində olduğunu öyrənmişdir. Ayılandan sonra onu palataya köçürmüşlər. 3 gün müalicə olduqdan sonra Pandemiya ilə əlaqədar Ambulator müalicəyə evə yazmışdırlar. Mütəmadi həkim nəzarətində olmaq şərti ilə hal-hazıra Ambulator müalicə alır. Müalicə xərcini özü ödəyir. Müalicə xərcləri çox çıxdığına görə aylıq maaşı üçün şirkətə müraciət etmişdir. Şirkətin əməkdaşı Aqil şirkətin rəhbərliyi işə çıxmadığına görə heç nə ödəməyəcəklərini bildirmişdir. Xəstəxanadan çıxdıqdan sonra evdə olduqda mobil telefonuna Qafqaz adlı şəxsdən zəng gəldi. Qafqazla şirkətə gedərək Pərvin müəllimlə görüşmüş, orada Aqil müəllim və digər işçilər də olmuşlar. Həmin görüşdə Pərvin müəllim "Sənin qohumların şikayət vermək istəyirlər. Sən narahat olma, hər bir şey qaydasında olacaq maaşın vaxtı vaxtında veriləcək get müalicəvi al, qayıt gəl işini işlə" sözlərini deyərək vəd vermişdir. Hal-hazırda Ambulator müalicə alır. Qolu iş qabiliyyətini tamam itirdiyinə görə və bərpası üçün müddət davamlı olduğu üçün işləmək qabliyyətində deyildir. Aldığı xəsarətin iş zamanı baş verməsini və bununla da əmək qabiliyyətinin itirilməsinin bədbəxt hadisə nəticəsində olmasını əsas tutaraq sığorta ödənişinin alınması ilə bağlı cavabdeh “Xalq City’' MTK-ya müraciət etmişdir. Onunla bərabər çalışan iş yoldaşları müdir müavini Aqil, şirkətin işçisi kran sürücüsü Azər və Qafqaz adlı fəhlə də aldığı xəsarətin şahididirlər. 02.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edərək araşdırılma aparılmasını xahiş etmişdir. Abşeron rayon prokurorluğu tərəfindən məhkəmə-tibbi ekspertizasının 06.11.2020-ci il tarixli, 2366 nömrəli rəyi ilə müəyyən olunur ki, aldığı xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Abşeron rayon prokurorluğu tərəfindən cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. O, 3-cü qrup gözdən əlildir. Əmək qabliyyətini itirdiyinə görə işdən azad edilmişdir. Müalicəsi davam edir, xəstəxana xərclərini ödəyə bilmir. Müalicə xərclərindən bir qismi onu aparan polis tərəfindən ödənilmiş, iki dəfə əməliyyat olunmuş, xərcləri özü çəkmişdir. Hazırda üçüncü dəfə əməliyyat olunmalıdır, maddi durumu əməliyyat olunmasına imkan vermir. Başına gələnlər ailəsinə də pis təsir göstərmişdir. Həyat yoldaşı onun xəsarət aldığını öyrəndiyində infarkt keçirərək dünyasını dəyişmişdir. Uşaqları pullu təhsil aldığından ödəniş edə bilmədiyindən onların təhsili dayanmışdır. 10 ay müddətdir ki, işləmir, işdən çıxarıldığı üçün hər ay aldığı 600 manat pulu da ala bilmir. Onun şirkətlə bağlanmış olduğu 16 oktyabr 2020-ci il tarixli, 37 saylı əmək müqaviləsinin 5-ci bölməsində birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti öz əksini tapmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X13 iddianı müdafiə etdi, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddanın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MTK tərəfindən iddia ərizəsinə etiraz verilərək bildirilmişdir ki, İddiaçı 16.10.2019-cu il tarixdə "Xalq-City” MTK-ya fəhlə ştatına qəbul edilmiş, 12.10.2020-ci tarixdə isə öz xahişi ilə işdən azad edilmişdir. Belə ki, Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 15-ci kilometrliydə çoxmərtəbəli yaşayış binasının "C” blokunun inşası zamanı MTK-nın fəhləsi İddiaçı 18.09.2020-ci il tarixdə təxmini olaraq saat 16:15 radələrində rəhbərliyə heç bir məlumat vermədən iş yerini özbaşına tərk edərək çıxıb getmişdir. Bu barədə həmin günə tərəflərindən AKT tərtib edilmişdir. Elə həmin gün təxminən saat 17:50 radələrində Abşeron Rayon Polis idarəsinin təhqiqatçısı kimi özünü təqdim edən Zamiq adlı şəxs kooperativin işçisi Aqil Bağırzadəyə zəng edərək İddiaçı ona məxsus həyətdə ağac kəsərkən kəsici alətlə (laqonda) özünə xəsarət yetirdiyini, sonuncunu xəstəxanaya apardığını bildirmişdir. Bu məlumatı alan kimi, dərhal, şirkətin əməkdaşları İddiaçı aparıldığı Sumqayıt Travmatologiya Xəstəxanasına getmiş, sonuncuya baş çəkmişdir. Xəstəxana xərcləri ilə bağlı müəyyən ödənişlərdə köməklik göstərmiş, evinə bazarlıq edilmiş, hətta rəhbərlik adından sağalıb işə qayıtmasını, ona öz istəyinə uyğun başqa işlə təmin olunacağı bildirilmişdir. Mayis bu iş təklifi ilə əvvəlcə razılaşmış, sonradan işləmək istəmədiyini bildirib imtina etmiş və öz xahişi ilə işdən azad olunması barədə ərizə vermişdir. Lakin, İddiaçı bu təklifə heç bir məhəl qoymadan Abşeron rayon prokurorluğuna şikayət etmiş, lakin prokurorluq tərəfindən toplanmış yoxlama materiallarıda cinayət hadisəsi müəyyən edilmədiyindən 266-C-20 nömrəli material üzrə 11.01.2021-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" Qərar qəbul edilmişdir. İddia ərizəsində qeyd olunanlar absurd olmaqla yanaşı cəfəngiyyat səslənir. İddiaçı öz şəxsi maraqları naminə pul qazanmaq istəyi altında başqasının həyətində işləyərək təhlükəsizlik tədbirləri görmədən öz ehtiyyatsızlığı ucbatından qolunu kəsərək xəsarət almışdır. Hadisə baş verən vaxt iddia ərizəsində adını hallandırdığı şirkətin təchizatçısı olan Aqil Bağırzadə şirkətin adından digər işçiləri hər hansı bir yerə iş üçün göndərmək kimi səlahiyyətə malik olmamışdır. Həm də, adları qeyd olunan Qafqaz və Pərvin adlı şəxslər belə şirkətin əməkdaşları olmamış, hər hansı bir vəd vermək və ya öhdəlik götürmək səlahiyyətinə malik deyillər. Şirkətə məxsus laqondanı da özbaşına olaraq, heç kəsə məlumat vermədən götürüb, öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Eləcə də, hadisə əgər şirkət ərazisində və ya şirkətin təqsiri ucbatından baş verməyibsə adları çəkilən şəxslər Aqil, Azər və ya Qafqaz adlı şəxslər nədən Mayisi hadisənin öz həyətində olduğunu deməyə vadar və ya xahiş etsinlər, şikayət etməməyini təkid etsinlər və ya bütün müalicə və əməliyyat xərclərini sağalana kimi çəkmək kimi vədlər versinlər ki. ..maraqlısı ondan ibarətdir: “Cinayət isinin başlanmasının rədd edilməsi haqqında” Qərarda Abşeron RPİ-də TS-də bas təhqiqatcı vəzifəsində çalısan, izahatı alınmış Şahid ifadəsindən bəlli olur ki, pul müqabilində Mayısı qaynatası X26 rayonu. Novxanı qəsəbəsində yerləşən bağ evində qurumuş ağacların kəsilməsi məqsədilə gətirmiş və hadisə də məhz həmin həyətdə bas vermişdir. Həmçinin “Cinayət isinin başlanmasının rədd edilməsi haqqında" Qərarda alınmış ifadələrdən məlum olur ki, hadisə təxminən 17 radələrindən sonra baş vermişdir, nəzərə alsaq ki, İddiaçılə "Xalq-City” MTK arasında 16.10.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən iş saatı 17:00-da qurtarırsa, hadisənin iş vaxtı ərzində belə baş vermədiyinin şahidi oluruq. İddiaçı aldığı xəsarətlə bağlı bütün müalicə xərclərini və dərmanların pulunu da Şahid ödəmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı HB Güvən Klinikasına EMG iynəsi üçün 18.12.2020-ci il tarixdə 118 AZN, həkim travmotoloq X6 anchore məhsulu üçün 1500 AZN, cəmi 1618 AZN xərc çəkmişdir. İddia etdiyi 12500 manat şişirdilmiş məbləğ olmaqla formal rəqəmlərdən ibarətdir. Hadisə baş verməsindən işdən çıxan günə qədər (18.09.2021-12.10.2021) tərəflərindən humanizmlik edilərək İddiaçı orta əmək haqqı saxlanılmış və ödənilmişdir, baxmayaraq ki, o, işə gəlməmiş, işə gəlməməyinin üzürlü və ya üzürsüz səbəbdən baş verməsi barədə heç bir məlumat (sənəd-tibbi rəy, bülleten və s.) təqdim etməmişdir. Həmçinin, M.Məmivevə şirkət tərəfindən hər hansı bir yerə işləmək üçün göndərilməsinə dair heç bir tapşırıq verilməmiş və bu barədə MTK-da rəsmi sənəd (məlumat) qevdə alınmamışdır. İddia ərizəsində qeyd olunan hadisə də “Xalg-Citv" Mənzil Tikinti Kooperativinin tikinti ərazisində və iş vaxtı bas verməmişdir. Həm də İddiaçı səhhəti ilə əlaqədar həkimlərin icazəsinin olmadığını bildirib, işləməkdən imtina etmiş, baxmayaraq ki, şirkət tərəfindən başqa iş də təklif edilmiş, lakin o, təklif olunan işləri qəbul etməmiş öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırki istəkləri məhz şantaj və böhtan xarakteri daşımaqla, şirkətdən pul qoparmaq məqsədi daşıyır. Göründüyü kimi, sığorta hadisəsini müəyyən edən sənədlər mövcud deyil və iddia ərizəsinə əlavə edilən sənədlərlə də sübut olunmur. Göründüyü kimi, İddiaçı şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən öz ehtiyyatsızlığı ucbatından xəsarət almış və bu hadisə lstehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdırilmədiyindən və uçota alınmadığından, habelə baş vermiş hadisə sığorta hadisəsi hesab edilmədiyindən o, sığorta hadisəsi nəticəsində zərər çəkmiş şəxs kimi qiymətləndirilə bilməz və işəgötürən baş vermiş hadisə və xəsarətlərə görə heç bir məsuliyyət daşımır. Lakin, M.Məmivev hesab etsəydi ki, hüquqları və ya qanunla qorunan mənafeyi pozulub, aşkar etdiyi gündən fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət etməli idi, lakin etməmişdir. Prokurorluğa müraciəti isə hadisə bas verəndən 2 aya yaxın müddətdən sonra bas vermişdir. Odur ki, qeyd olunanlara əsasən iddiaçı X14 cavabdeh "xxxx" MTK-va qarşı “18.09.2020-ci il tarixində baş vermiş bədbəxt hadisəyə görə sığorta ödənişinin “Xala-Citv,‘ MTK tərəfindən ganunla müəyyən edilmiş qaydada ödənilməsinin təmin edilməsi, çəkilmiş maddi xərclərə görə 12500 manat və dəymiş mənəvi ziyana görə 10.000 manat kompensasiyanın “Xalg-Citv" MTK tərəfindən ödənilməsi haqqında" iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməsi xahiş olunur. Bundan başqa, cavabdeh "xxxx" MTK tərəfindən iddia ərizəsinə və vəsatətlərə etiraza əlavə verilərək, iddiaçı X15 cavabdeh "xxxx" MTK-va qarşı "18.09.2020-ci il tarixində baş vermiş bədbəxt hadisəyə görə sığorta ödənişinin "xxxx" MTK tərəfindən qanunla müəyyən edilmiş qaydada ödənilməsinin təmin edilməsi, çəkilmiş maddi xərclərə görə 12.500 manat və dəymiş mənəvi ziyana görə 10,000 manat kompensasiyanın "xxxx" MTK tərəfindən ödənilməsi haqqında" iddia ərizəsi və verdiyi bütün vəsatətlər əsassız və qanunsuz olduğundan rədd edilməsini, dəfələrlə açıq-aşkar əsassız vəsatətlər verən İddiaçı və onun vəkili X13 500 manatadək cərimə edilməsini xahiş olunmuşdur. Cavabdeh "xxxx" MTK-nın nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə verilən etirazı müdafiə edərək, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İİİ şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi X22 bildirmişdir ki, hadisə olan vaxt X25 Xidmətinə müraciət edilməlidir. Bu müraciəti ya idarə ya da şəxs özü etməlidir. Polisdə belə araşdırma olanda onlara məlumat verilməmişdir. Sonradan iddiaçının vəkili müraciət etmişdir. Onun müraciətinə cavab verilmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, o, "xxxx" MTK-da kran sürücüsü işləyir. İddiaçı Mayis da həmin MTK-da fəhlə işləyirdi. Laqonda, direl və s. alətlərdən istifadə edirdi. Həmin alətlər onun otağında olurdu. O, sakit adam idi.Hadisə günü saat 3-dən sonra onun işdə olmadığını bilmişdir. Evə gedəndə Mayisin xəstəxanada olduğunu eşitmiş, Sumqayıta xəstəxanaya onun yanına getmiş,onu orada görmüş, paltar vermişdir ki, dəyişsin. Ondan səbəbini soruşduqda bağda işləyəndə yıxıldığını demişdir. Sonra polis Mayisi Bakıya aparmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, “Xalq- Siti” MTK-nın sədri Cavid Əliyev ilə yaxın münasibəti vardır. O, Cavid Əliyevə qaynatasının bağ evində ağacları budamağa haqqını ödəməklə fəhlə lazım olduğunu bildirmiş, Cavid ona MTK-da Aqil adlı şəxslə əlaqə saxlamasını demişdir. O da hadisə günü 18 sentyabr 2020-ci il tarixdə saat 17:00 radələrində Aqillə əlaqə saxladıqda, Aqil Mayısı məsləhət görmüşdür. Həmin radələrdə MTK-nin qarşısına gəlmiş və Mayısı Novxanıya bağ sahəsinə aparmışdı. Mayıs bir budaq kəsdi, ikincini kəsəndə səs eşidildi. Ona yaxınlaşdıqda qolunun kəsildiyini görmüş, onu həkimə aparmışdır. Bütün müalicə xərclərini özü çəkmişdir. Ona əlindən gələn köməyi etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan İstanbul NS Klinikası tərəfindən 23.01.2021-ci ildə edilmiş Trokal KT müayinəsindən müəyyən edilir ki, İddiaçı (1972) Trokal orqanları KT müayinəsi görüntüləri patologiyasızdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin X21 Çıxarış Epikrizindən müəyyən edilir ki, İddiaçı qəbul tarixi 18.09.2020 çıxış tarixi 22.09.2020, QİSA: ANAMNEZ. Fiziki müayinə: Xəstənin dediyinə görə saat 05 radələrində evdə məişət işləri görərkən laqonda mişarı təsadüfən kəsmişdir. Xəstə Sumqayıt şəhər Travmatologiya şöbəsinə aparılandır. Orada yara təftiş olundu, tikişlər qoyularaq klinikamıza göndərildi. Labarator Göstəricilər: 1Tb-13,1 q/1; erit.-4,35; leyk-8,2; EÇS-20 mm/saat. QLM-08 dəq. 12 san. Protrombin indeksi-88%. Qanın biokimyəvi müayinəsi: Qlükoza-6,61 mmol/1; ümumi ziilal-60 g/1; kreatinin- 97,24 mmol/1; sidik gövhəri-31,10 mg/dl; qalıq azot-14,52 mg/dl; Anti-HCV- neqativ; HbsAg-neqativ; sifilis- neqativ; HİV H-2-şübhəli. Sidiyin və nəcisin müayinəsində patoloji dəyişiklik yoxdur. Müalicə: 18.09.2020 tarixində təcili qaydada intubasion narkozun tətbiqi ilə “Yaranın təftişi. Bazu arteriyasının trombejtomiya. Mil sinirin, bükücü əzələlərin və vətərlərin bərpas” cərrahi əməliyyatı icra olundu. Əməliyyatdan sonrakı dövrdə kompleks konservativ müalicə (Seftriakson, Metronidazol, Qlükoza, Ringer, Kleksan) aparılmışdır. Xəstə kafi vəziyyətdə ambulatory müalicəyə yazılır. Yaşadığı ərazidə tetanus əlehinə zərdab və anatoksin vurulsun. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsi tərəfindən 06.11.2020-ci il tarixli Ekspert rəyindən görünür ki, 1972-ci il təvəllüdlü X15 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ bazu arteriyasının zədələnməsi-trombozu, sağ mil sinirinin, bükücü əzələ və vətərlərinin zədələnməsi, sağ yuxarı ətrafın işemiyası ilə müşayiət olunan, eləcə də sağ əlin funksiyasının pozulması ilə nəticələnən sağ bazunun aşağı 1/3-i, dirsək çuxurunu və saidin yuxarı 1/3-ni əhatə edən geniş ölçülü kəsilmiş-didilmiş yarası - iti mişarlayıcı alətin təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, 18.09.2020-ci il tarixdə işləyən laqondanın mişar hissəsinin təsiri nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə həyat uçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Mülki işin materiallarında olan "xxxx" MTK-nın 16.10.2019-cu il tarixli Əmr 10/13 görünür ki, İddiaçı – 16.10.2019-cu il tarixdən "xxxx" MTK-da müddətsiz fəhlə vəzifəsinə təyin edilmiş. Əmək haqqı ştat cədvəlinə əsasən müəyyən edilmişdir.iş saatı 09.00-dan 17.00-dək, nahar fasiləsi 13.00-14.00-dur. Mülki işin materiallarında olan 11.01.2021-ci il tarixli Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 18.09.2020-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən bağ evində hündürlükdə laqondayla ağac kəsən zaman sağ əlinin çiynindən aşağı biləkdən yuxarı nahiyəsindən kəsilmiş-didilmiş xəsarətlər alması barədə X24 müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən, 266-C-20 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MTK-nın 12.10.2020-ci il tarixli Əmr 21/20 görünür ki, İddiaçı - Cavabdeh fəhləsi ilə bağlanmış əmək müqaviləsinə 12 oktyabr 2020ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən xitam verilmişdir. Mülki işin materiallarında olan X24 "xxxx" MTK-ya ünvanlanan 12.10.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, onu 12.10.2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi ilə bağlı xahiş etmişdir. Mülki işin materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X30 "xxxx" MTK 12.10.2020-ci il tarixdə Əmək Məcəlləsinin 68.2.a) tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Mülki işin materiallarına əlavə olunan 18.09.2020-ci il tarixli “Xalq-City" Mənzil Tikinti Kooperativinin fəhləsi X16 ış yerini özbaşına olaraq tərk etməsi barədə aktdan görünür ki, aşağıda imza edənlər Xalq-Cıty' Mənzil Tıkintı Kooperativinin tikintidə ış icraçısı X18, təchizatçısı X2 operatoru X20, gözətçisi X3 iştirakı ilə bu aktı tərtib edirlər ondan ötrü kı, "xxxx" Mənzil Tikinti Kooperativində Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba avtomagistralının 15-cı kılometrlıydə çoxmərtəbəli yaşayış binasının C blokunun inşası zamanı MTK-nın fəhləsi X15 18 09 2020-cı ıl tarixdə təxmini olaraq saat 16. 15 radələrındə rəhbərliyə heç bır məlumat vermədən ış yerinı özbaşına tərk edərək çıxıb getdiyi aşkar olundu. Mülki işin materiallarına əlavə olunan "xxxx" ASC ilə “Xalq-City" Mənzil Tikinti Kooperativinin sədri X28 arasında bağlanmış 17.07.2019-cu il tarixli 1083-19 nömrəli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin 1-ci bəndinə əsasən Binaların tikintisi fəaliyyəti ilə məşğul olan Sığortalının Qanunun 13-cü maddəsinə uyğun olaraq müəyyən edilmiş müvafiq sığorta tarifləri əsasında hesablanan və bu müqavilədə razılaşdırılmış müvafiq sığorta haqqını ödəməsi müqabilində onunla bağlanmış əmək müqaviləsi və ya mülki-hüquqi müqavilə əsasında işlərin və ya xidmətlərin həyala keçirilməsinə cəlb edilmiş fiziki şəxslərin (bundan sonra müqavilənin mətni üzrə “sığorta olunanlar") həyatına və sağlamlığına istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar onların peşə əmək qabiliyyətinin itirilməsinə və ya ölümünə görə Sığortaçı Qanunun 18-ci maddəsində müəyyən edilmiş qaydada sığorta ödənişinin verilməsi öhdəliyini götürür. Mülki işin materiallarına əlavə olunan Sumqayıt Tibb Mərkəzi PHŞ X37 Xəstəxanası tərəfindən 08.08.2021-ci il tarixdə verilmiş Xəstəxanının zədə məntəqəsinə müraciət edən xəstələrin qeydiyyat kitabından çıxarışdan görünür ki, İddiaçı, 1972-ci il təvəllüdlü, 18.09.2020-ci il tarixdə saat 17:40-da Sumqayıt şəhər X37 Xəstəxanasının zədə məntəqəsinə müraciət edib. D-z: Sağ bazu və said nahiyyəsinin kəsilmiş-cırılmış böyük ölçülü yarası. Əzələ vətər dəstinin kəsilməsi ilə. Yara birinci cərrahi işlənib. Aseptik sarğı qoyulub və Topçubaşov adına ET X12 Tibbi Yardımla göndərilib. Mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02.07.2021-ci il tarixli məktubdan görünür ki, onun 18 sentyabr 2020-ci il tarixdə Cavabdeh sabiq işçisi İddiaçı iş vaxtı xəsarət alması ilə bağlı sorğu məktubu əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətində əlavə araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı izahatında 18 sentyabr 2020-ci il tarixdə Cavabdeh MTK-nın təchizatçısı X8 göstərişi əsasında ağac budanma işinə göndərildiyini və həmin işi görərkən xəsarət aldığını bildirmişdir. Cavabdeh MTK-nın rəhbərliyi təqdim etdiyi 14 iyun 2021-ci il tarixli, 42 nömrəli məktubda 18 sentyabr 2020-ci il tarixdə saat 1615 radələrində İddiaçı rəhbərliyə məlumat vermədən iş yerini özbaşına tərk edərək çıxıb getdiyi və ona digər yerdə işləmək üçün heç bir tapşırıq verilmədiyi qeyd edilmişdir. Həmin dövrdə Cavabdeh MTK-nın təchizatçısı işləmiş A.Bağırzadə izahatında ağac budanma işi ilə bağlı İddiaçı göstəriş vermədiyini, onun əlavə pul qazanmaq məqsədilə yuxarıda qeyd edilən işi görməyə getdiyini bildirmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin işi ilə əlaqəli olmasını təsdiq edən hər hansı fakt olmadığından, hadisənin istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. Məsələ ilə bağlı İddiaçılə kooperativ arasında mübahisəli hal yarandığından mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı iddia edir ki, 16 oktyabr 2019-cu il tarixində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "xxxx" MTK şirkətində fəhlə kimi işə qəbul olunmuş,18.09.2020-ci il tarixində işdə olarkən saat 16:00 radələrində şirkətin müdir müavini Aqil onu çağırıb, tikintiyə məxsus olan Laqondanı götürüb Sumqayıt şəhər istiqamətində duran avtomobilə yaxınlaşmasını, onu gözləyən polislə gedəcəyini bildirmiş və nəticədə qeyd edilən hadisə baş vermiş, ağır dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsinə görə o, hadisə günü 18 sentyabr 2020-ci il tarixdə saat 17:00 radələrində MTK-nin qarşısına gəlmiş və Mayıs adlı şəxsi haqqı ödənilməklə bağ sahəsinə aparmış,bir budaq kəsmiş,ikincini kəsəndə onun qolunun kəsildiyini görmüş, onu həkimə aparmışdır. Habelə iş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ X37 Xəstəxanası tərəfindən 08.08.2021ci il tarixdə verilmiş çıxarışdan görünür ki, İddiaçı, 1972-ci il təvəllüdlü, 18.09.2020-ci il tarixdə saat 17:40-da Sumqayıt şəhər X37 Xəstəxanasının zədə məntəqəsinə müraciət edib. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasından bağlanan əmək müqaviləsinə əsasən onun iş saatı 09.00-dan-17.00-dək-dir. Cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Xalq City» MTK-da kran sürücü işləyən X9 ifadəsi , hansı ki, hadisə günü saat üçdən sonra Mayisi işdə görməməsi və cavabdeh tərəfindən təqdim olunan 18.09.2020-ci il tarixli “Xalq-City" Mənzil Tikinti Kooperativinin fəhləsi X16 ış yerini özbaşına olaraq tərk etməsi barədə Akt X29 18 .09 2020-cı ıl tarixdə təxmini olaraq saat 16.15 radələrındə rəhbərliyə heç bır məlumat vermədən ış yerinı özbaşına tərk edərək çıxıb getməsi barədə akt sübut kimi qəbul edilə bilməz.Belə ki, göründüyü kimi iddiaçı hadisə günü iş yerində olmuş, lakin həmin gün, iş saatının sonunda saat 17 radələrində iş yerini,MTK rəhbərliyinin icazəsi və öz razılığı ilə könüllü tərk etmişdir. Məhkəmə qeyd edilən sübutlara qiymət verərəkən iddiaçının 18 sentyabr 2020-ci il tarixdə iş saatının sonunda saat 17:00 radələrində özünün razılığı ilə,haqqı ödənilməklə Zamiq adlı polis nəfəri ilə birlikdə Novxanıda ağacların budağının kəsilməsi məqsədi ilə getdiyi müəyyən müəyyən edilir.İşin materiallarından göründüyü kimi iddiaçının gedərkən MTK-ya məxsus olan laqondanı özü ilə aparmalı olması barədə MTK tərəfindən icazənin verilməsi iddiaçının özünün izahatından başqa hər hansı sübutla, o cümlədən Abşeron rayon Prokurorluğunun Cinayət işin başlanmasının rədd edilməsi barədə 11 yanvar 2021-ci il tarixli qərarında izahatları qeyd edilən MTK-nın təchizatçısı Bağırzadə Ağil Sadiq oğlunun, həmin MTK-nın sədri Əliyev Cavid Mahir oğlunun izahatları və işdə olan digər sənədlərlə təsdiq olunmur. Həmçinin, məhkəmə qeyd edir ki, mülki işin materiallarına əlavə olunan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidməti tərəfindən İddiaçı ünvanlanmış 02.07.2021-ci il tarixli məktubdan görünür ki, onun 18 sentyabr 2020-ci il tarixdə Cavabdeh sabiq işçisi İddiaçı iş vaxtı xəsarət alması ilə bağlı sorğu məktubu əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X25 Xidmətində əlavə araşdırma aparılmışdır. Araşdırma zamanı İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin işi ilə əlaqəli olmasını təsdiq edən hər hansı fakt olmadığından, hadisənin istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Əmək Məcəlləsinin 217-ci maddəsinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır .
3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Həmin Məcələənin 225-ci maddəsinə görə işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir.
2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə tənzimlənir
“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətini itirilməsi hallarından icbari sığorta haqqında”Azərbaycan Respublikası Qanununu 10.1.maddəsinə görə bu Qanuna əsasən sığorta hadisəsi aşağıdakılar əsasında müəyyən olunur: 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı; 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. 10.2. Bu Qanunun 9.1.4-cü maddəsində nəzərdə tutulmuş sorğulara səlahiyyətli dövlət orqanları yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin istehsalatla əlaqəliliyini müəyyən etmək mümkün olmadığından baş vermiş hadisə sığorta hadisəsi hesab edilmir, ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi sığorta ödənişi tələbi hissəsində əsassızdır və təmin edilməməlidir. İddia tələbinin 12500 manat maddi ziyan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçının müalicə xərcləri Zamiq adlı şəxs tərəfindən ödənilmişdir.Sonrakı müalicə xərcləri barədə isə məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. İddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, hadisə istehsalat zədəsi hesab edilmədiyindən, “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarı”nın 8-ci bəndinə görə ddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmədiyindən iddia bu hissədə də əsassız hesab edilib təmin edilməməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi əsassız hesab edilməli, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" MTK-ya (İİİ şəxs X25 Xidməti) qarşı sığorta ödənişinin, maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Səfiyeva