Məhkəmə qərarları › İş №2(012)-4376/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4376/2024

25.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4376/2024 25.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum aktı qeydinin bərpası” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizəyə əlavə edilməsinə dair ərizə ilə müraciət edərək, Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Amaqu kəndində xx.xx.1967-ci il tarixdə doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə ata qrafasında “X10”, ana qrafasında “X24” yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, o, 12 sentyabr 1967-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində anadan olmuşdur. xx.xx.1986-cı il tarixdə X18 ilə ailə qurmuşdur və onların nikahından xx.xx.1986-cı il tarixdə X6, 1988-ci ildə X11, 1992-ci ildə X12 anadan olmuşdur. O, həyat yoldaşı X13 ilə 1991-ci ilə qədər birgə yaşamış və 1995-ci ildə Abşeron Rayon Məhkəməsində onlar arasında bağlanmış nikah pozulmuşdur. Daha sonra o, 1999cu ildə alimentdən yayındığına görə barəsində cinayət işi açılmış və məhkum olunmuş, amnistiya tətbiq edilməsi ilə cəzadan azad edilmişdir. O, cəzasını Güzdək qəsəbəsində yerləşən 19 nömrəli məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmişdir. 1991-ci il tarixdə X8 ilə ailə qurmuş, həmin nikahdan xx.xx.1992-ci il tarixdə X25, xx.xx.1993-cü il tarixdə X19 anadan olmuşdur. X1 1998-ci ildə Bakı şəhəri 188 saylı tam orta məktəbin Vİ sinfinə daxil olmuş, 2001-ci ildə Vİİİ sinfi bitirmişdir. X3 1995-ci ildə həmin məktəbin İ sinfinə daxil olmuş, 2006-cı ildə Xİ sinfi bitirmişdir. X5 xx.xx.1999cu il tarixdən xx.xx.2008-ci il tarixədək Abşeron rayonu D.Bünyadzadə adına Fatmayı kənd tam orta məktəbində oxumuş, İX sinfi bitirmişdir. X7 xx.xx.1998-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Abşeron rayonu D.Bünyadzadə adına Fatmayı kənd tam orta məktəbində oxumuş, İX sinfi bitirmişdir. O, doğum haqqında şəhadətnaməni və şəxsiyyət vəsiqəsini Ermənistan Respublikasında almış, Azərbaycana gələndən bir müddət sonra itirmişdir. Belə ki, o, 1988-ci ildə Ermənistan SSR-dən Azərbaycan SSR-ə gəlmiş, Qarabağ müharibəsində iştirak etmiş, doğum haqqında şəhadətnaməsini və hərbi biletini müharibə vaxtı itirmişdir. Bu illər ərzində o, qeydiyyatsız olaraq Fatmayı kəndində özünə məxsus evdə yaşamışdır. Doğum haqqında şəhadətnamə itdiyinə görə itirdiyi şəxsiyyət vəsiqəsini yenidən ala bilmir. Odur ki, göstərilən səbəbdən məhkəməyə müraciət etmişdir, belə ki, o, doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Doğumun qeyd edilməsi faktı ona şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Qeyd edilənlərə əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edərək və Ərizəçi izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəməyə şahid qismində cəlb edilmiş X20 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşıdır. O, xx.xx.1962-ci il tarixdə, qardaşı Ərizəçi isə 1967-ci ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmuşdur. Vaxtilə o, 1988-ci ildə indiki Rusiya Federasiyasına, qardaşı Ərizəçi isə Azərbaycan Respublikasına gəlmişdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X26 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma qardaşıdır. O, Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində, Ərizəçi isə 1967-ci ilin sentyabr ayında Yexeqnadzor rayonunda anadan olmuşdur. Ərizəçi ilə yanaşı X20 da onun qardaşıdır. Məhkəməyə şahid qismində cəlb edilmiş X27 ifadəsində göstərdi ki, onlar 5 qardaş, 3 bacıdırlar və Ərizəçi onun qardaşıdır. O, Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmuş, 1988-ci ildə Ermənistan Respublikasından köçmüş, 1997-ci ildə isə Bakı şəhərinə gəlmişdir. Digər qardaşı X20 12 mart 1962-ci il tarixdə, Ərizəçi isə 12 sentyabr 1967-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində anadan olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X15 ifadəsində göstərdi ki, vaxtilə Ərizəçi ilə bir kənddə böyümüş və bir sinifdə oxumuşdur. O, 1966-cı ilin noyabr ayında, Ərizəçi isə 12 sentyabr 1967-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmuşdur. O, Ərizəçi ilə 8-ci sinifə qədər, yəni 1982-ci ilədək bir məktəbdə təhsil almış, daha sonra isə Ermənistan Respublikasında texnikuma qəbul olmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X28 ifadəsində göstərdi ki, Ərizəçi vaxtilə onun sinif yoldaşı olmuşdur və onunla eyni kənddəndir. Onlar 8-ci sinifə kimi bir yerdə, 1 il ərzində isə qiyabi oxumuşlar. Ərizəçi 12 sentyabr 1967-ci il tarixdə doğulmuşdur. Məhkəməyə şahid qismində cəlb edilmiş X21 ifadəsində göstərdi ki, Ərizəçi onun atasıdır və onlar hazırda bir yerdə yaşayırlar. O, 22 fevral 1993-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun ata tərəfindən babası X10, nənəsi X24 olmuşdur və onları uşaq vaxtı görmüşdür. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində göstərdi ki, o, 02 iyul 1986-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmuşdur, atası Ərizəçi, X2 olmuşdur. Onun atasının atası X10, atasının anası isə X24 olmuşdur. X2 hazırda yaşayır, anası ilə atası arasında bağlanmış nikah haqqında şəhadətnamə onun bacısındadır, lakin anası atasından vaxtilə aliment tələb etməsinə baxmayaraq aliment təyin edilmədiyi üçün bacısı acığa düşərək sözügedən sənədi atası Ərizəçi vermək istəmir. İş materiallarında olan Ermənistan SSR, Yexeqnadzor rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş Vİ-СЛ № 330949 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 30 aprel 1959-cu il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmuşdur, atası X10, anası X17r. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İV № 116290 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X20 12 mart 1962-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmuşdur, atası X10, anası X17r. İş materiallarında olan Ermənistan SSR, Yeğeqnadzor rayon Areni kənd soveti tərəfindən verilmiş İ-ЗЖ № 011260 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X26 26 avqust 1969-cu il tarixdə Ermənistan SSR, Yeğeqnadzor rayon, Amağu kəndində doğulmuşdur, atası X10, anası X17r. İş materiallarında olan Ermənistan SSR, Yexeqnadzor rayonu, Areni kənd soveti tərəfindən verilmiş İ-СЛ № 448150 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bayramova (Bağırova) Ceyran Nəbi qızı 26 iyun 1974-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmuşdur, atası X10, anası X17r. İş materiallarında olan Ermənistan SSR, Yexeqnadzor rayonu, Areni kənd soveti tərəfindən verilmiş V-СЛ № 265646 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 02 iyul 1986-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonu, Amaqu kəndində doğulmuşdur, atası Ərizəçi, anası Ələkbərova Gülsaba (Gülsabah) Əli qızıdır. İş materiallarında olan Abşeron rayonu, Fatmayı-Görədil kəndləri üzrə icra hakimiyyəti nümayəndəliyi tərəfindən verilmiş XVİ-ЖГ № 491032 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X25 10 fevral 1992-ci il tarixdə Abşeron rayonu, Fatmayı kəndində doğulmuşdur, atası Nəcəfov (Bayramov) Fərhad Nəbi oğlu, anası X4r. İş materiallarında olan Abşeron RİHB-nin Fatmayı-Görədil kəndləri üzrə icra nümayəndəliyi tərəfindən verilmiş XVİİ-ЖГ № 314597 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən və AA1169317 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əhmədova (Nəcəfova) Günel Fərhad qızı 22 fevral 1993-cü il tarixdə Abşeron rayonu, Fatmayı kəndində doğulmuşdur, atası Nəcəfov (Bayramov) Fərhad Nəbi oğlu, anası X4r. İş materiallarında olan Abşeron rayonu İcra Hakimiyyəti Başçısının Fatmayı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli, 51 nömrəli məktubundan görünür ki, Ərizəçi 1988-ci ildən etibarən Abşeron rayonu, Fatmayı kəndində qeydiyyatsız yaşayır. Məhkəmə ərizəçini, onun vəkilini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Amaqu kəndində anadan olması, soyadı, adı, atasının adının Ərizəçi olması, atasının X10, anasının isə X24 olması faktı ərizəçinin izahatı, şahid ifadələri ilə yanaşı iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq olunduğundan Ərizəçi doğum haqqında şəhadətnamə barədə itirilmiş akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları»nda müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. «Əsas müddəalar»ın 21-ci bəndinə görə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305, 307, 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğum aktı qeydi bərpa edilsin, yeni şəhadətnamədə Ərizəçi doğum tarixi xx.xx.1967ci il, doğulduğu yer Ermənistan Respublikası, Yexeqnadzor rayonu, Amaqu kəndi, soyadı, adı, atasının adı qrafasında “Ərizəçi”, ata adı qrafasında “X10”, ana adı qrafasında “X24” kimi qeyd olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar