Məhkəmə qərarları › İş №2(012)-4389/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4389/2023

23.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4389/2023 23.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Hüquqi şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” X14 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Hüquqi şəxs «Abşeron rayon Mərkəzi Xəstəxanası» X8rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Hüquqi şəxs «Abşeron rayon Mərkəzi Xəstəxanası» X8rşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X10 xx.xx.2023-cü il tarixli PHŞ-6-20/3-1 -3 09/2023 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli PHŞ-6-20/3-1-3 09/2023 nömrəli əmrinin ləğv edilməsi və uyğun işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 1984-cü ildən əmək fəaliyyətinə başlamış və respublikanın tibb müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. xx.xx.2008-ci ildən Abşeron rayon X6 qəsəbə Xəstəxanasına müddətsiz müqavilə yolu ilə 1 ştat vahidi baş həkim vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə işlədiyi müddətdə barəsində hər hansı şikayət olmamış, intizam tənbehi tətbiq edilməmişdir. Daima öz işimi layiqincə və vicdanla icra etməklə kollektiv arasında yüksək nüfuza malik olmuşdur. 2020-ci ilin sonlarında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsndə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.2 və 313-cü maddələri ilə tamamilə qanunsuz və əsassız ittihamla cinayət işi başlanılaraq istintaq aparılmışdır. İbtidai istintaq zamanı barəsində polis nəzarətinə vermə barədə əsas qətimkan tədbiri, Binəqədi rayon məhkəməsinin 26 may 2021-ci il tarixli qərarı ilə eyni tarixdə isə barəsində vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanı tərəfindən həmin cinayət işi üzrə qeyd edilən maddələrlə ona ittiham verilərək iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ibtidai istintaq orqanı tərəfindən AR CM-nin 311.2-ci maddəsi ilə ona verilmiş ittiham öz təsdiqini tapmamışdır. Onun tərəfindən hər hansı cinayət xarakterli əmələ yol verilmədiyi halda Sumqayıt Ağır Cinayətlər Məhkəməsi onu AR CM-nin 308.1-ci və 313-cü maddələri ilə təqsirli bilərək, qəti olaraq qazancından dövlət nəfmə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 il 6 ay (iki il altı ay) müddətinə islah işləri cəzasına məhkum olunmağı, cəzaçəkmə müddətinin başlanğıcının qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması və cəzazasını iş yeri üzrə çəkməyi barədə hökm çıxartmışdır. Hökmə əsasən həmçinin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbirinin isə ləğv edilməsi qərara alınmışdır. Həmin məhkəmə hökmü ilə razı olmadığımdan və özünü təqsirli bilmədiyindən tərəfindən müvafiq olaraq verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Hazırda həmin ədalətsiz və qanunsuz məhkəmə qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsinə şikayət hazırlanır. Göstərdiyi əlalətsizliklərlə yanaşı, növbəti ədalətsizlik və qanunsuzluqla işlədiyi müəssədə üzləşmişdir. Belə ki, Sumqayıt Appellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı qəbul edildikdən sonra məhkəmə qərarının qanuni qüvvəsini almasını nəzərə alaraq barəsində seçilmiş işdən kənarlaşdırma barədə qətimkan tədbirinin ləğv edildiyini əsas götürüb öz əvvəlki iş yerində əmək fəaliyyətinə davam etmək istədikdə cavabdeh tərəfindən ona bildirlmişdir ki, TƏBİB-ə müraciət edərək oranın razılığı alındıqdan sonra işinə davam edə bilər. Bundan sonra iddiaçı 2023-cü ilin fevral ayında ərizə ilə TƏBİB-ə müraciət etmişdir. Sonuncu tərəfindən xx.xx.2023- cü il tarixdə xx.xx.2023-cü il tarixli məktubla onun ərizəsinə cavab verilərək məsələ ilə bağlı Abşeron rayon X4 Hüquqi Şəxsinə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra iddiaçı yenə cavabdehə müraciət etdikdə oradan xx.xx.2023-cü il tarixli əmrlə onun əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Çox get-gəldən sonra xx.xx.2023-cü il tarixdə cavabdehin onun barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli, PHŞ-6-20/3-1-3 09/2023 nömrəli əmri iddiaçıya təqdim edilmişdir. Yalnız bundan sonra ona məlum olmuşdur ki, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bundan sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sesiyasına başlaması üçün cavabdehə ilkin müdiasiya təklifi göndərilmiş, həmin təklifə hər hansı cavab verilmədiyindən 18 saylı mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə isə mediator X12 tərəfindən mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/18/2023-01018 nömrəli arayış tərtib edilərək ona təqdim olunmuşdur. Cavabdehin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli PHŞ-6-20/3-1-3 09/2023 nömrəli əmri qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməlidir. Belə ki, əmək müqaviləmə xitam verilərkən ona heç bir məlumat verilməmişdir. Bundan başqa nə cavabdeh tərəfindən, nə də müəssisə həmkarlar ittifaqı təşkilatı tərəfindən onun izahatı alınmadan, intizam xətasının baş verdiyi vaxtdan 2 (iki) il 8 (səkkiz) ay müddət keçdikdən sonra barəmdə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə intizam tənbehi tətbiq edilərək əmək müqaviləsinə xitam verilmişdir. Əvvəla onun hər hansı hərəkəti nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulmamışdır. Bundan başqa cavabdeh tərəfindən barəmdə tərtib edilmiş xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, cavabdeh onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi barədə də heç bir əsaslandırma aparmamışdır. AR ƏM-nin 187-ci maddəsinin 1-ci bəndinə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Mübahisələndirdiyi əmrdən də görünür ki, cavabdeh tərəfindən barəsində intizam tənbehi tətbiq edilərkən onun izahatı alınmamış, buna dair hər hansı cəhd belə edilməmişdir. Həmin məcəllənin 187-ci maddəsini 3-cü bəndinə əsasən İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi cavabdeh tərəfindən onun barəsində intizam tənbehi yalnız 6 ay müddətində verilə bilərdi. Lakin cavabdeh tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin imperativ normalarının tələbləri pozulmaqla əmək müqaviləsinə 2 il 8 ay sonra xitam verilmişdir. Qeyd edilənlərlə yanaşı yuxarıda göstərdiyi kimi mən 1984-cü il tarixdən 37 ildən artıq müddətdir səhiyyə sistemində işləyir, ali təhsili həkimdir. Barəmdə çıxarılmış məhkəmə qərarlarında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilməmişdir. Cavabdeh tərəfindən iddiaçı barəsində tətbiq edilmiş intizam tənbehi isə faktiki olaraq bundan sonra onun tamamilə işsiz qalmağına və aclığa və səfalətə tərk edilməyi deməkdir. Çünki, onun başqa hər hansı peşəsi yoxdur və hazırda 61 yaşı olduğundan bundan sonra başqa bir peşə öyrənmək şansı və fiziki imkanı da yoxdur. Bundan başqa Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin barəsində qəbul etdiyi xx.xx.2022-ci il tarixli hökmünə əsasən qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 il 6 ay (iki il altı ay) müddətinə islah işləri cəzasına məhkum ediməyi cəzasına məhkum olunmağı, cəzaçəkmə müddətinin başlanğıcının qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması və cəzasını iş yeri üzrə çəkməyi hökm edilmişdir. İndiki halda isə həmin hökmün də icrası mümkünsüz olmuşdur. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, 2008-ci ildə müəssisədə baş həkim işləmişdir, işlədiyi dövrdə ondan heç bir narazıçılıq olmamışdır. 2020-ci ildə olan hadisəyə əsasən hökm çıxarılmışdır. 2022-ci ilin yanvarın 18-cə apelyasiya məhkəməsinin qərarını aldıqdan sonra mərkəzi xəstəxanaya ərizə ilə müraciət etmişdir. Ona bildirilmişdir ki, artıq işdən azad edilmişdir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar heç bir xəbərdarlıq olunmamışdır. Odur ki, məhkəməyə müraciət etmişdir ki, işə bərpa edilsin. Cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” X16 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi halları və iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı xx.xx.2020-ci il tarixində törətdiyi cinayət əməli ibtidai istintaqda araşdırılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021 tarixli qərarı ilə barəsində vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq orqanı tərəfindən həmin cinayət işi üzrə qeyd edilən maddələrlə İddiaçı ittiham elan edilərək işə baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ibtidai istintaq orqanı tərəfindən AR CM-nin 311.2-ci maddəsi ilə verilmiş ittiham sübut olunmadığından, Sumqayıt Ağır Cinayatlər Məhkəməsi təqsirləndirilən şəxsi sadəcə AR CM-nin 308.1-ci və 313-cü maddələri ilə təqsirli bilərək, qəti cəza olaraq qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 il 6 ay (iki il alt ay) müddətinə islah işləri cəzasına məhkum etmiş, cəzaçəkmə müddətinin başlanğıcının qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması və cəzasını iş yeri üzrə çəkməyi barədə hökm çıxartmışdır. Hökmə əsasən həmçinin seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbirinin isə ləğv edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)-17/2022 nömrəli 28 iyun 2022-ci il tarixli hökmü AR CM 313-cü maddəsinə dair hissədə dəyişdirilib, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı həmin cəza təyin edilməyib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə gedən proses və qərar haqqında bizə İddiaçı tərəfindən və ya məhkəmə tərəfindən heç bir məlumat daxil olmamışdır. 2023-cü ilin aprel ayında İddiaçı “TƏBİB” X13 müraciət etmiş, araşdırıldıqdan sonra həmin müraciətə baxılması üçün “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X13 göndərmişdir. Bu zamanadək heç bir məlumatları olmamışdır. xx.xx.2023-cü il tarixindən “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X13 inzibati məsələlər üzrə drektor müavini Orxan Məmmədov, ümumi şöbənin müdiri Nümayəndə2 və İnsan Resursları şöbəsinin müdiri Nərgiz Məmmədli tərəfindən izahat alıması üçün telefon ilə əlaqə saxlanılmış, lakin izahat vermək üçün gəlməyəcəyini bildirmişdir. Yuxarıda göstərilən şəxslərin şahid qismində məhkəməyə çağrılması üçün əlavə olaraq vəsatət verilmişdir. xx.xx.2023-cü il tarixində Abşeron Rayon Səhiyyə İşçiləri X2 iclası keçirilmişdir. İddiaçı öz iddia ərizəsində qeyd edir ki, müəssisənin Həmkarlar İttifaqı təşkilatı tərəfindən iclas keçirilərkən onun izahatı alınmamışdır. Lakin Abşeron Rayon Səhiyyə İşçiləri X2 iclasında təsdiq edilmiş 2 №-li protokoluna əsasən İddiaçı iclasa telefon zəngi vasitəsi ilə çağırılmış, lakin o iclasda iştirak etməkdən imtina etmiş, iclas onun iştirakı olmadan keçirilmiş, şəxsin gəlməməsi barədə akt tərtib olunmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, əmrin surətini və əmək kitabçasının götürməsi üçün İnsan Resursları üzrə şöbə müdiri Nərgiz Məmmədli onunla xx.xx.2023-cü ildə əlaqə saxlasa da, əmrin surətini və əmək kitabçasının əslini məqsəd yönlü şəkildə yubadaraq gec götürmüşdür. İddiaçı öz iddia ərizəsində də xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verildiyini bildiyini qeyd etmişdir. Qeyd etmək lazımdır ki, şifahi telefon vasitəsilə İddiaçı əmək müqaviləsinin ləğv edilməsi bildirilsə də, suni surətdə qəsdən əmrin surətini və əmək kitabçasının əslini götürməyi uzatmasından ehtiyat edərək xx.xx.2023-cü il tarixində AZƏRPOÇT MMC ilə sifarişli məktub göndərilmişdir. Abşeron Rayon X5 ltifaqı Şurasının heyəti qərara almışdır ki, "Abşeron Rayon Mərkəzi Xəstəxanası" X14 direktorunun təqdimatına əlavə edilmiş əsaslandırma sənədlərini nəzərə alaraq Saray Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri İddiaçı vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə, bilərək yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bütün bu deyilənləri nəzərə alaraq Saray Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (72-ci maddenin "f" bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilməsi qərarına gəlinmişdir. AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə istinad edilərək həmin məcəllənin 72-ci maddəsinin “f’ bəndinə əsasən xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə PHŞ-6-20/3-1-3 09/2023 nömrəli əmrlə xitam verilmişdir və işçinin son haqq-hesabı edilmişdir. İddia ərizəsinin 2-ci səhifəsinin 9-cu abzasında şəxs xx.xx.2020-ci ildə törətdiyi əməli intizam xətası kimi qiymətləndirərək AR ƏM-nin 187-ci maddəsinin 3-cü bəndinə istinadən yazılmışdır ki, İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Lakin İddiaçı xx.xx.2020-ci ildə törətdiyi əməl birbaşa cinayət əməli olduğundan ona müddət şamil edilməməlidir. Qeyd olunanlara əsasən, iddia tələbi əsassız olduğundan iddiaçının Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X16 tərəfindən AR ƏM 70-ci maddəsinin “ç” bəndinə əsasən qəbul edilən xx.xx.2023-cü il tarixli PHŞ-6-20/3-1-3 09/2023 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyim tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiasınını rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Bundan əlavə cavabdeh “Abşeron rayon Mərkəzi Xəstəxanası” X16 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 10-cu maddəsinin tələblərini pozmuş, daxili intizam qaydalarını əməl etməmiş, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, AR ƏM-in 72-ci maddəsinin “f” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Beləliklə də, iddiaçı iddia ərizəsində sonuncu dəfə xx.xx.2023-cü il tarixində TƏBİB-ə gedəndə xx.xx.2023-cü il tarixli məktubla onun ərizəsinə cavab verilərək məsələ ilə bağlı Abşeron rayon X4 Hüquqi Şəxsinə müraciət etməli olduğu bildirilmişdir. Bundan sonra o yenə cavabdehə müraciət etdikdə cavabdehdən xx.xx.2023cü il tarixində AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən əmrlə onun əmək müqaviləsinə xitab verildiyi bildirilmiş, guya çox get-gəldən sonra əmri xx.xx.2023-cü ildə əldə etdiyini iddia etmişdir. Həmin vaxt etibari ilə son haqq-hesabı edilmiş və əmək haqqı üçün verilən karta ödənilmişdir və mobil telefonu ilə əlaqə saxlanılaraq əmrin surətini və əmək kitabçasını əslini götürməsi üçün dəvət olunmuşdur. Həmçinin müddəti suni surətdə uzatmasından ehtiyat edərək, əmrin surətinin və əmək kitabçasının əslinin gəlib götürməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə məktub göndərilsə də, xx.xx.2023-cü ilədək qəsdən yubadaraq gec götürmüşdür. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Buradan da görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər ilkin mediasiya sessiyalarında istirak etmək üçün müraciət etməli olsa da, lakin xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Təklif göndərildikdən sonra mediasiya müraciət etməsi tarixi də, onlar üçün məlum deyildir. Bunun üçün də, kəsici iddia müddətini dəqiq hesablanması mümkün olmamışdır. Odur ki, İddiaçı iddia müddətini ötürdüyü üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra sonuncu məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Hüquqi şəxs «Abşeron rayon Mərkəzi Xəstəxanası» X14 nümayəndəsi Nümayəndə2 iddia tələbini azaldılmış həcmdə qəbul edərək iddianın azaldılmış həcmdə təmin edilməsinə etiraz etmədiklərini bildirdi və iddia tələbinin dəqiqləşdirilməsi, mövcud tələbi, iddiaçının yaşını və səhiyyədə işlədiyi illəri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini ləğv edərək əvvəllər işlədiyi “Abşeron rayon Mərkəzi Xəstəxanası” X17də həkim vəzifəsinə bərpa olunması tələbini qəbul etməsi ilə əlaqədar yazılı ərizəni məhkəməyə təqdim edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiklərini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - İddiaçı məxsus xx.xx.1984-cü ildə doldurulmuş ИТ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.2008-ci ildə İddiaçı Saray qəsəbə Xəstəxanasına müddətsiz müqavilə yolu ilə 1.0 ştat vahidi baş həkim vəzifəsinə qəbul edilmiş, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 96 №li qərarına əsasən “Abşeron rRayon Mərkəzi Xəstəxanası” əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X16 yaradılmışdır. xx.xx.2021-ci il tarixli ştat cədvəliinə əsasən Saray ASN bölməsi adlanıdırılmışdır. xx.xx.2023-cü ildə Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulmasına görə xitam verilmişdir. - Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin mübahisələndirilməsinə dair mediasiya sessiyasında iştirak etmiş, Abşeron rayon X4 Hüquqi şəxsi mediasiya sessiyasında iştirak etmişdir. - Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-17/2022 saylı hökmün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə ilah işləri cəzasına, CM-nin 313-cü maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğindədə pul tutulmaqla 1 (bir) il müddətə islah cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 il 6 ay (iki il altı ay) müddətinə islah işləri cəzasında məhkum edilmiş, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri isə ləğv edilmiş, İddiaçı oğlnun cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzasını iş yeri üzrə çəkilməsi, hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(105)-17/2023 saylı qərarının surətindən görünür ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-17/2022 saylı hökmü İddiaçı və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə dəyişdirilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilıə bağlı həmin maddə ilə ona cəza təyin edilməməsi hökm edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Hüquqi şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli PHŞ-6-20/3-1-3 09/2023 nömrəli Əmək müqailəsinə xitam verilməsi haqqında əmrin surətindən görünür ki, Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14 ilkin səhiyyə xidmətləri şöbəsinin Saray ailə sağlamlıq mərkəzində bölmə müdiri vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulmasına (Əmək Məcəlləsinin 72-ci maddəsinin “f’ bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinə) görə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilməsi, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi emək məzuniyyətinə görə Maliyyə şöbəsi (Ş.Allahverdiyeva) tərəfindən 18 (on səkkiz) təqvim günü ödənilsin və işçi ilə son haqq-hesab aparılması, xx.xx.2023-cü il işçinin son iş günü hesab edilməsi əmr edilmişdir. Əsas: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli Hökmü, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18.01 2023-cü il tarixli qərarı, ‘Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14 X2 Rəyasət Heyətinin xx.xx.2023-cü il tarixli 2 nömrəli protokolu və xidməti məruzə. - Abşeron rayon Səhiyyə İşçiləri X2 xx.xx.2023-cü il tarixli 2 nömrəli Protokolunun surətindən görünür ki, gündəlik duran məsələ: Saray Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin *ç” bəndinə (72-ci maddənin “f” bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati və ya. cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar xitam verilməsi barədə xəstəxana rəhbərliyinin təqdimatına münasibət bildirilməsi. Abşeron Rayon Səhiyyə İşçiləri X2 heyəti qərar alır: “Abşeron Rayon Mərkəzi Xəstəxanası" X14 direktorunun təqdimatına əlavə edilmiş əsaslandırma sənədlərini nəzərə alaraq Saray Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri İddiaçı vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərin məzmununa şəxsi niyyətlə, bilərək yalan məlumatlar daxil etməklə, vəzifə saxtakarlığı törətmişdir. Bütün bu deyilənləri nəzərə alaraq Saray Ailə Sağlamlıq Mərkəzinin bölmə müdiri İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndinə (72-ci maddənin “f” bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi) əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilmir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İddiaçı işə bərpa olunması haqqında xidməti məruzəsinin surətindən görünür ki, Əmək Məcəlləsinin intizam tənbehi verilməsinə dair müddətləri nəzərə alınaraq, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə ləğv edilməsi və ya işə bərpa edilməsi məsələsinə baxılması barədə insan resursları departamentinə müvafiq tapşırıq verilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2008-ci ildən Abşeron rayon X6 qəsəbə Xəstəxanasına müddətsiz müqavilə yolu ilə 1 ştat vahidi baş həkim vəzifəsinə işə qəbul olunmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-17/2022 saylı hökmünə əsaəsn İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına, CMnin 313-cü maddəsi ilə qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğindədə pul tutulmaqla 1 (bir) il müddətə islah cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə İddiaçı qəti olaraq qazancından dövlət nəfinə hər ay 20 faiz məbləğində pul tutulmaqla 2 il 6 ay (iki il altı ay) müddətinə islah işləri cəzasında məhkum edilmiş, İddiaçı barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, vəzifədən kənarlaşdırma əlavə qətimkan tədbiri isə ləğv edilmiş, İddiaçı oğlnun cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanması, cəzasını iş yeri üzrə çəkilməsi, hökmün icrasına nəzarət Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(105)-17/2023 saylı qərarına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(124)-17/2022 saylı hökmü İddiaçı və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə dəyişdirilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilıə bağlı həmin maddə ilə ona cəza təyin edilməməsi hökm edilmişdir. Onun barəsində “Abşeron rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2023-cü il tarixli PHŞ-6- 20/3-1-3 09/2023 nömrəli Əmək müqailəsinə xitam verilməsi haqqında əmr verilmişdir. Həmin əmrə əsasən Abşeron Rayon Mərkəzi Xəstəxanası” X14 ilkin səhiyyə xidmətləri şöbəsinin Saray ailə sağlamlıq mərkəzində bölmə müdiri vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış xx.xx.2008-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulmasına (Əmək Məcəlləsinin 72-ci maddəsinin “f’ bəndinə əsaslanaraq iş vaxtı ərzində bilavasitə iş yerində inzibati və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsinə) görə xx.xx.2023-cü il tarixindən etibarən xitam verilməsi, Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi emək məzuniyyətinə görə Maliyyə şöbəsi (Ş.Allahverdiyeva) tərəfindən 18 (on səkkiz) təqvim günü ödənilsin və işçi ilə son haqq-hesab aparılması, xx.xx.2023-cü il işçinin son iş günü hesab edilməsi əmr edilmişdir. Hazırda iddiaçı əmrin ləğvi və işə bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X11 xx.xx.2023-cü il tarixli PHŞ-6-20/3-1-3 09/2023 nömrəli əmrinin ləğv edilməsi və uyğun işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclası zamanı ərizə təqdim edərək, iddia tələbinin dəqiqləşdirilməsi, mövcud tələbi, iddiaçının yaşını və səhiyyədə işlədiyi illəri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini ləğv edərək əvvəllər işlədiyi “Abşeron rayon Mərkəzi Xəstəxanası” X17də həkim vəzifəsinə bərpa olunması tələbini qəbul etməsini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 10-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 42-ci maddəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 70-ci maddəsinin İİ hissəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Qanunun sözügedən müddəasına istinad edərək, məhkəmə qeyd edir ki, əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan işçilərlə əmək müqaviləsinin ləğv edilməsini qadağan etmişdir. Qanunun tələblərindən göründüyü kimi, işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasından biri də 70-ci maddənin 2-ci hissəsinin ç bəndinə uyğun olaraq işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması hallarıdır. Əmək Məcəlləsinin: 72-ci maddəsinin f bəndinə əsasən iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verilməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallardı. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, onun əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətlərin dairəsi anlaşılır. Qanunvericilik Əmək Məcəlləsinin 70-ci maddəsinin İİ hissəsinin ç bəndinə əsasən, əmək müqaviləsinin ləğv edilməsinə o halda yol verir ki, işçi tərəfindən qəsdən və ya etinasızlıqla əmək funksiyasını, əmək vəzifəsini yerinə yetirməməsi nəticəsində işəgötürənin, mülkiyyətçinin və əmək kollektivinin ayrı-ayrı üzvlərinin hüquqlarının və ya qanunla qorunan mənafelərinə ziyan vurulmuş olmalı və yaxud iş yerində işin, İstehsalın və icra intizamının normal ahəngi pozulmuş olmalıdır. Beləliklə də, qanunvericiliyin 70-ci maddəsinin ç bəndinə görə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilmə əsaslarından biri işçinin əmək vəzifələrini kobud şəkildə yerinə yetirməsidir. Qeyd olunan norma əmək vəzifələrinin kobud şəkildə yerinə yetirilməsi kimi qiymətləndirilən halların siyahısını dəqiq şəkildə müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi hallarını əsas tutularaq, əmək vəzifələrinin kobud icrası kimi nəzərdən keçirilmiş, bununla da, əmək qanunvericiliyinin 70-ci maddəsinin ç bəndi ilə əmək müqaviləsinə xitam verilməsində qanun və normaların tələbləri pozulmamışdır, lakin cavabdeh tərəf ərizə verərək iddianı qəbul etdiyini bildirmiş ərizələrinin qəbul edilərək qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Qanunvericiliyin tələblərinə istinad edərək, məhkəmə xüsusi ilə vurğulayır ki, iddiaçı tərəfindən qaldırılmış iddia tələbinə cavabdeh tərəfindən etiraz edilməsinə, iddia müddətinin tətbiqi barədə ərizə verilməsinə baxmayaraq baxış iclası zamanı cavabdehin nümayəndəsi iddia tələbinin azaldılmış həcmdə qəbul edilməsinə dair ərizə vermiş, cavabdehin işə bərpa olunmasına etiraz etmədiklərini bildirmişdir. Bu səbəbdən də, məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçının işə bərpa olunmasına dair cavabdehin etirafını, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, iddia ərizəsi etiraf edilib qəbul olunduğundan təmin edilməli, İddiaçı işdən çıxarılması ilə bağlı verilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2023-cü il tarixli PHŞ-6-20/3-1-3 09/2023 nömrəli əmri ləğv edilməli və iddiaçı uyğun işə bərpa olunmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1 maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Abşeron rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2023-cü il tarixli PHŞ-6-20/3-1-3 09/2023 nömrəli əmri ləğv edilsin və iddiaçı uyğun işə bərpa olunsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar