Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4418/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsi, ev 11-də yerləşən 19 saylı mənzildən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Nərimanov küçəsi, ev 11-də yerləşən 19 saylı mənzilə dair 32096 reyestr №-!i Qeydiyyat Vəsiqəsi onun adınadır. O, Cavabdeh tanımır. Son vaxtlarda ona məlum olmuşdur ki, cavabdeh 16 ildən çoxdur ki, ona məxsus mənzilə qeydiyyata alınmışdır. Cavabdehi ümumiyyətlə görməmişdir. Bircə dəfə də olsun ona məxsus mənzilə gəlməmişdir. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda olması səbəbindən o, mülkiyyətində olan mənzildən sərbəst surətdə istifadə edə bilmədiyi və müəyyən problemlərlə üzləşdiyi üçün cavabdehin istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin olunması xahiş olunur. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, iddianın təmin olunmasına etiraz etmədiyini bildridi və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, eləcə də, Cavabdeh iddianı etirafı barədə məhkəməyə təqdim etdiyi yazılı ərizəsini və işin digər materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; -Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən ev 11, mənzil 19, yaşayış sahəsi – 36.7 m2, köməkçi sahəsi -39.6 m2, 3 otaqdan ibarət olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Abşeron rayonu 1 nömrəli DNKnun xx.xx.2004-cü il tarixli, 4Ə/28 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X1 adına qeydiyyata alınmışdır. -Elektron Məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2000-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı ilə yanaşı, X4 (xx.xx.1976), X3 (xx.xx.1981), Cavabdeh (xx.xx.2000), X7 (xx.xx.2009), X8 (xx.xx.2003), X5 (xx.xx.2005), X6 (xx.xx.2008) qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi yanında Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının tam mülkiyyətindədir. Onun mülkiyyətində olan mənzildə ondan başqa cavabdeh də qeydiyyatdadır. Cavabdehin sözügedən mənzildə qeydiyyatda istifadə hüququnun qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Mülkiyyətinə alındığı vaxtdan bu günə kimi cavabdeh ona məxsus evdə yaşamamış, qeydiyyatı formal xarakter daşımışdır. Hazırda Cavabdeh tərəfindən iddia tələbi tam etiraf olunaraq, onların ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsinə etiraz olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3. maddəsinin göstərişinə əsasən isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4. maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, Məhkəmə, məhkəmə qanun normalarını əsas tutaraq, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüquqları itirilmiş hesab edilməli və Qətnamə həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə həmin şəxsin qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4418/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4418/2020
26.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver